Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə7/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   2   3   4   5   6   7   8   9   10   ...   1820
3. Xarici hüquq sistemlərində xüsusi hüquq 

Qədim  Roma  hüquqşünasları  tərəfindən  hüququn  ümumi  və  xüsusi  hüquq  sahələrinə  bölünməsi  müasir 

xarici hüquq sistemlərinin çoxu tərəfindən qəbul edilmişdir. Bir çox dövlətlərin qanunvericiliyində Roma hü-

quqşünasları tərəfindən işlədilən  «xüsusi hüquq» termini indi də saxlanılır. Xüsusi hüquq kontinental Avropa 

ölkələrinin hüquq sistemi (roman-german hüquq ailəsi) üçün xarakterikdir. Almaniya milli hüquq sistemi xüsu-

si hüququ özünün bir sahəsi hesab edir. Hamıya məlumdur ki, XII əsrdən başlayaraq bütün feodalizm dövrünün 

ə

n vacib tarixi proseslərindən biri olan Roma hüququnun resepsiyası (latınca receptio — qəbul etmək, qəbul) 



başlayır. Roma hüququnun resepsiyası dedikdə, Roma hüququnun bu və ya digər düvlət tərəfindən qüvvəyə 

malik olan hüquq kimi qəbul olunması, tanınması və mənimsənilməsi başa düşülür. XVII əsrdə Roma hüququ 

rəsmi surətdə Almaniyanın qüvvədə olan hüququ kimi qəbul edilmişdir. Aralıq dənizi sahillərində məskunlaşan 

xalqlar arasında iqtisadi əlaqələri tənzimləmək üçün yaradılan Roma hüququ bütün müasir Avropa xalqlarının 

mülki hüquq tarixində misilsiz və qeyri-adi rol oynamışdır. Bu hüquq müəyyən mənada bütün antik dünyanın 



 

ümumi hüququna zevrilmişdi. Müxtəlif xalqların təsərrüfat-ticarət dövriyyəsini tənzimləmək üçün Roma xüsusi 



hüququ qanun qüvvəsinə malik idi. Təsadüfi deyildir ki, görkəmli və məşhur alman hüquqşünası Rudolf fon Ie-

rinq Roma xüsusi hüququnun bir sahəsi olan xalqlar hüququnu «beynəlxalq ticarət hüququ» adlandırırdı. 

XIX əsrdə alman hüquqşünasları Roma hüququ ehkamlarının (doqmalarının) hazırlanmasında xeyli iş gördü-

lər. Roma hüquq institutlarının öyrənilməsi onlar üçün vacib və zəruri idi. Belə ki, Almaniyada Roma hüququ 

qüvvədə olan hüquq kimi qəbul edilmiş və tanınmışdı. Brints, Vindşayd, Dernburq və digər tanınmış hüquqşü-

naslar «Pandektlər» adlı çoxcildlik kurs yaratdılar. Dünya elminin irsi hesab olunan bu əsərlə onlar xüsusi hü-

quq barədə müasir nəzəriyyənin təməlini qoydular. 

Almaniyada (o cümlədən bəzi Qərbi Avropa ölkələrində, məsələn, Fransada, Ispaniyada, habelə ×exiyada və 

s.) xüsusi hüquq (privatrecht) baş


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin