Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə5/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   2   3   4   5   6   7   8   9   ...   1820
2. Ümumi və xüsusi hüquq  

Dünya təcrübəsinin təhlili göstərir ki, xüsusi hüquq cəmiyyətdə ictimai mənafelərin münasib balansının sax-

lanılmasında, insan hüquq və azadlıqlarının müdafiə edilməsində və həyata kezirilməsində həmişə müsbət rol 

oynamışdır. Xüsusi hüquq bazar iqtisadiyyatının, sahibkarlıüın əsasıdır.  

Tarixən bütün hüquq sistemləri şərti olaraq özündə ümumi və xüsusi adlı iki hissəsini birləşdirmişdir. Hü-

ququn ümumi və xüsusi hüquqa bölünməsini dünya hüquq elmi və praktikası zəruri hesab edir. Bu, böyük və 

prinsipial əhəmiyyətə malikdir. Bu cür bölgünü hələ lap köhnə əyyamlarda Roma hüquqşünasları da aparmışlar. 

Qədim Romada hüququn ümumi hüquq (ius publicum) və xüsusi hüquq (ius privatum) adlı iki sahəsi fərqləndi-

rilirdi. Qədim Roma hüquqşünası Ulpian (b.e. 170-228) belə hesab edirdi ki, ümumi hüquq Roma dövlətinin 

vəziyyətinə aid olan hüquq, xüsusi hüquq isə ayrı-ayrı şəxslərin mənafeyinə aid olan hüquqdur. Ümumi hüquq 

dövlət işləri sahəsinə, xüsusi hüquq xüsusi işlər sahəsinə aiddir. Bizim eranın birinci əsrində Tit Liviy göstərirdi 

ki, XII cədvəl qanunu ümumi və xüsusi hüququn mənbəyidir. Roma xüsusi hüququ qanunvericiliyin və hüquqi 

təlimlərin sonrakı inkişafına güclü təsir göstərmişdir. Bu hüquq ən vacib tarixi hüquqi hadisələrdən biridir. Hü-

ququn  bu  cür  «iki  yerə»  bölünməsini  fransız  sosioloqu  Şarl  Lui  Monteskye  (1689-1755)  «Qanunların  ruhu» 

(1748) adlı məşhur əsərində nəzəri cəhətdən əsaslandırmaüa zalışmışdır. Daha sonra bir çox mütəfəkkirlər (He-

gel, Hobs), habelə rus hüquqşünasları (D.D.Qrim, P.I.Novqorodtsev, N.M.Korkunov, L.I.Petraæitski, G.F.Şer-

ş

eneviz) öz əsərlərində bu fikrin əsaslı olmasını sübut etməyə cəhd göstərmişlər. 



Müasir dövrdə bütün inkişaf etmiş və sivil hüquq sistemlərində hüququn ümumi və xüsusi hüquqa bölünmə-

si bu və ya digər formada müvcuddur. Lakin bəzi ölkələrdə hüququn bölgüsü başqa formada ifadə edilir. Məsə-

lən, ingilis hüququnda ümumi və ədalət hüququ kimi hissələr fərqləndirilir. ABŞ hüquq elmində hüququn böl-



 

güsü bir o qədər də dəqiq ifadə edilmir. Lakin hüququn iki yerə bölünməsi ideyası bütün ölkələrdə saxlanılır.  



Hüququn bölgüsünü şərtləndirən cəhət ondan ibarətdir ki, ictimai həyatda qüvvədə olan bir qrup hüquq nor-

maları cəmiyyət və dövlət mənafeyi (ümumi əhəmiyyətli ictimai mənafe) ilə baülı məsələləri nizama salır. Mə-

sələn, konstitusiya, cinayət və inzibati hüquq normaları bu qəbildən olan normalardır. Digər qrup hüquq norma-

ları isə ayrı-ayrı şəxslərin mənafeyi ilə baülı olan münasibətləri qaydaya salır. Məsələn, mülki hüquq normaları 

bu cür normalara misal ola bilər.  

Ümumi hüquq dövlət hakimiyyəti ilə bilavasitə əlaqədardır. Bu hüquqa daxil olan normalar bilavasitə dövlə-

tin mənafeyini qoruyur, dövlətin və dövlət orqanlarının hüquqi vəziyyətini müəyyənləşdirir. Buraya aiddir: döv-

lət orqanlarının quruluşu; dövlət təşkilatlarının və vəzifəli şəxslərin səlahiyyətləri; dövlət hakimiyyətini ifadə 

edən  aktlar  (vergilərin  yıüılması,  cinayətkarların  úəzalandırılması  və  s.).  Qədim  Roma  hüquqşünaslarının 

fikrincə, ümumi hüquq normaları şərtsiz məcburi xarakterə malik olub ayrı-ayrı şəxslərin razılıüı ilə dəyişdirilə 

bilməzdi. Bu normalara həmişə əməl olunmalıdır. Roma hüquqşünası Papinian göstərirdi ki, ümumi hüququn 

ayrı-ayrı şəxslərin sazişi əsasında dəyişdirilməsi qeyri-mümkündür. Ümumi hüquq normaları, bir qayda olaraq, 

dispozitiv yox, imperativ xarakter daşıyır. 

Beləliklə,  dövlət  hakimiyyəti  ilə  baülı  olan  münasibətləri  nizama  salan  hüquq  normalarının  məcmusuna 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin