Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə11/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   7   8   9   10   11   12   13   14   ...   1820
4. Sovet hüquq doktrinası və xüsusi hüquq konsepsiyası 

Inqilabaqədərki zar Rusiyasında da xüsusi hüququn dualizmi yaranmışdı. Tarixən xüsusi hüququn dualizmi 

həmişə iki halda təzahür etmişdir. Birinci hal iki məcəllələşdirilmiş aktın (Ticarət Məcəlləsinin və Mülki Qa-

nunnamənin) paralel müvcud olmasından ibarətdir. Almaniya və Fransa kimi dövlətlərdə xüsusi hüququn dua-

lizmi bu halda ifadə olunur. Biz, onun barəsində danışmışıq. Ikinci hal ticarət hüquq normalarının xüsusi qa-

nunvericilik aktlarına daxil edilməsindən ibarətdir. Göstərilən bu hal məcəllələşdirilməmiş hüquq sistemi şərai-

tinə uyğun gəlir. Axı, xüsusi hüququn dualizmi məcəllələşdirilməmiş hüquq sistemi şəraitində də müvcud ola 

bilər. Bundan əvvəldə qeyd etdiyimiz kimi, təkcə Mülki Məcəllənin (və ya Qanunnamənin) və Ticarət Məcəllə-

sinin (və ya Qanunnaməsinin) müvcud olub-olmaması xüsusi hüququn dualizminin yaranması üçün kifayət et-

mir. Inqilabaqədərki Rusiyada dualizm ikinci halda, yəni ticarət hüququ normalarının xüsusi qanunvericilik akt-

larına daxil edilməsində ifadə olunmuşdu. Inqilabaqədərki Rusiyada ticarət hüququ ticarət dövriyyəsi ilə yaxın-

dan təmasda olan xüsusi hüquq normalarının məcmusunu ifadə edirdi. Beləliklə, 1917-ci il Oktyabr inqilabına 

kimi Rusiyada xüsusi hüquq həm mülki hüquqla, həm də ticarət hüququ ilə təmsil olunmuşdu. Ticarət dövriy-

yəsinin normaları mülki hüquqa yox, ticarət hüququna tabe edilmişdi. Ayrıca olaraq ticarət hüququ müvcud idi. 

1917-ci  ildən  sonra  kontinental  hüquq  sistemi  üçün  xarakterik  olan  hüququn  dualizmindən,  yəni  hüququn 

ümumi və xüsusi hüquqa bölünməsindən sovet hüquq elmi imtina etmişdir. Rəsmi sovet hüquq doktrinası (el-

mi) hüququn xüsusi və ümumi hüquqa bölünməsi ideyasını qəbul etməmişdir. Sovet hüquq elmi belə hesab et-

mişdir  ki,  istehsal  vasitələri  və  üsulları  üzərində  ictimai  mülkiyyətə  və  planlı  təsərrüfata  əsaslanan  sosializm 

cəmiyyətində hüquq ümumi və xüsusi hüquq adlı sahələrə bölünə bilməz. Sovet hüquq elminə görə hüququn 

ümumi və xüsusi hüquqa bölünməsi ideyası guya süni-qondarma xarakter daşıyır və buræua quruluşunun ma-

hiyyətini maskalamaq və pərdələmək məqsədi güdür. Bununla belə, sovet hüququnun bu cür bölgünü tanıma-

masının başlıca və əsas səbəbi hüquq sisteminin xüsusiyyəti ilə yox, xüsusi mülkiyyət institutunun müvcud ol-

maması ilə baülı idi. 

Sovet hüququnda nəinki ümumi və xüsusi hüququn dualizmi, hətta xüsusi hüququn dualizmi də müvcud de-

yildi. Ona görə ki, sovet hüquq doktrinası xüsusi hüquq konsepsiyasını tanımayaraq qəbul etməmiş, ümumiy-

yətlə, xüsusi hüquq anlayışına mənfi münasibət bəsləmişdir. Xüsusi hüquq konsepsiyasını tənqid edən rəsmi so-

vet doktrinası belə hesab etmişdir ki, dövlət və ictimai mülkiyyətin hökm sürdüyü, planlı iqtisadiyyatın fəaliy-

yət göstərdiyi sosialist quruluşu ilə xüsusi hüquq bir araya sıüa bilməz. 

1920-ci ildə sivilist alimlərdən M.M.Aqarkov inqilabdan sonrakı yeni şəraitdə xüsusi hüquqdan istifadə edil-

məsi barədə məsələ qaldırmaüa təşəbbüs göstərdi. O, hesab edirdi ki, xüsusi hüquq vətəndaşların subyektiv hü-

quqlarının  həyata  kezirilməsi  sahəsində  tətbiq  oluna  bilər.  Amma  nə  sovet  qanunvericiliyində,  nə  də  hüquq 

doktrinasında tanınmış alimin mövqeyi öz əksini tapdı. Yuxarıda qeyd etdiyimiz kimi, sovet sivilistika doktri-

nası xüsusi hüquq konsepsiyasına mənfi münasibət bəsləmişdir. 

Rəsmi  sovet  hüquq  doktrinasının  xüsusi  hüquq  ideyasını  qəbul  etməməsi  və  tanımaması  Sovet  hökumətinin 

başzısı Xalq Komissarları Sovetinin sədri V.I.Leninin mövqeyi ilə baülı idi. V.I.Lenin 1922-ci ildə birinci sovet 

Mülki Məcəlləsinin layihəsinin hazırlıüı ilə əlaqədar olaraq Xalq ßdliyyə komissarı D.I.Kurskiyə yazdıüı məktub-

da göstərirdi ki, biz xüsusi hüququ tanımırıq, təsərrüfat sahəsində bizim üçün xüsusi hüquq yox, ümumi hüquq 

müvcuddur. Daha sonra V.I.Lenin tapşırırdı ki, xüsusi hüquq münasibətlərinə dövlət müdaxiləsinin tətbiq olun-

masını, habelə dövlətin xüsusi müqavilələri ləüv etmək hüququnu genişləndirin. Sovet dövlətinin banisinin irəli 

sürdüyü bu müddəa hüquq nəzəriyyəsi və təcrübəsi üçün uzun müddət metodoloæi əsas rolunu oynamışdır. 

Hal-hazırda yaşadıüımız müasir cəmiyyətdə iqtisadi-siyasi sistem köklü surətdə yenidən qurulur. ×oxukladlı 

iqtisadiyyat yaranır. Inzibati-amirlik sistemi aradan qaldırılır. Demokratik proseslər inkişaf edir. ßmrə əsaslanan 

komanda iqtisadiyyatından — sovet iqtisadiyyatından, yəni istehsal və bölgü haqqında bütün qərarların dövlət 

tərəfindən qəbul edilməsinə əsaslanan iqtisadiyyatın təşkili formasından imtina edilmişdir. Qanunvericilik qay-

dasında xüsusi mülkiyyət rəsmən tanınır. Bazar iqtisadiyyatı kimi iqtisadiyyatın yeni təşkili forması yaranır və 

inkişaf edir. Bu, dövlət təsiri və ya müdaxiləsi olmayan azad bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı, iqtisa-

diyyatın təşkilinin elə bir formasıdır ki, bu forma istehsal və istehlak haqqında əsas qərarları qəbul edən ayrı-



 

ayrı  şəxslərin  və  xüsusi müəssisələrin  fəaliyyətini  əhatə  edir  və  nəzərdə  tutur.  Bax,  qeyd  etdiyimiz  bütün  bu 



amillər xüsusi hüququn leqallaşdırılmasının təbiiliyini, labüdlüyünü və mütləqliyini şərtləndirir. Xüsusi hüquq 

konsepsiyasını rəsmən tanımadan və qəbul etmədən vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlətin yara-

dılması və inkişafı, xüsusi sahibkarlıq fəaliyyətinin genişlənməsinə rəvaú verilməsi mümkün deyil. 

Kezən əsrin 90-cı illərinin əvvəllərində xüsusi hüquq üzrə Tədqiqat Mərkəzi «Rusiyada xüsusi hüququn tə-

şə

kkülü və inkişafı» adlı Proqram işləyib hazırladı. Bu proqram RF Prezidentinin 7 iyun 1994-cü il tarixli Fər-



manı ilə bəyənilmişdir. Bununla xüsusi hüquq RF-də rəsmən tanınmış və qəbul edilmişdir. Azərbaycan Respub-

likasında da xüsusi hüquq konsepsiyasının və ideyasının rəsmən tanınmasını günün ən vacib məsələlərindən bi-

ri hesab edirik. Ona  görə ki, xüsusi hüquq olmadan sabit bazar iqtisadiyyatının inkişafı, əsl və həqiqi xüsusi 

mülkiyyət institutunun yaranması, insanın təbii azadlıq və hüquqlarının həyata kezirilməsi mümkün deyil. 

Xüsusi hüququn tanınması dövlətin ali məqsədinin, yəni insan və vətəndaş hüquqlarının və azadlıqlarının tə-

min edilməsinin (Konstitusiyanın 12-ci maddəsi) həyata kezirilməsi üçün hüquqi zəmin yaradır. Bu hüquq sa-

həsinin rəsmən qəbul edilməsi onu ifadə edir ki, onunla dövlətin və dövlət orqanlarının müdaxilə etməsinə hü-

quqi  qadaüa  qoyulduüu  və  ya  qanunla  məhdudlaşdırıldıüı  ictimai  həyat  sahələri  müəyyənləşdirilir.  Bunun 

nəticəsində vətəndaşların və şəxslərin azadlıq sferasına dövlətin özbaşına qarışmaq imkanı hüquqi cəhətdən ara-

dan  qaldırılır.  Xüsusi  hüquq  imkan  verir  ki,  dövlət  və  onun  orqanlarının  «birbaşa  əmr  verməsinin»  hədd  və 

dərəcəsi hüquqi cəhətdən qanuniləşsin, mülkiyyət azadlıüı və xüsusi təşəbbüskarlıq arasında sərhədlər azılsın. 

Uzun müddət cəmiyyətdə dövlət paternalizminin hər şeyə ixtiyarı zatmasına və qadir olmasına inanmaq kimi 

ictimai düşünúə formalaşmışdır. Bu, aüır psixoloæi yükdür. Postsosialist kezid dövrü şəraitində bu cür yükdən 

azad olunmaqda xüsusi hüququ tanımaüın böyük əhəmiyyəti vardır. Elə dövlətlər vardır ki, bu dövlətlərdə ha-

kim elita özlərini dövlətlə eyniləşdirir və ona bərabər tutur. Bununla onlar öz iradələrini zorla bütün cəmiyyətə 

qəbul etdirirlər. Bu dövlətlərdə hüquqa etatik yanaşma müvcuddur. Bu cür halların aradan qaldırılmasında hü-

ququn ümumi və xüsusi hüquqa bölünməsinin, xüsusi hüququn tanınmasının böyük əhəmiyyəti vardır. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin