Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45652
1   ...   16   17   18   19   20   21   22   23   24
mirzaliyeva gunel (2)

Təklif və nəticələ

1.  Mövcud  yararlı  torpaqlardan,  o  cümlədən,  əkinə  yararlı  torpaqlardan 

səmərəli  istifadə  edilməsi,  dünya  ölkələrinin    əhalisinin  ərzaq  təhlükəsizliyinin 

təmin  edilməsində  milli  iqtisadiyyatın  rolunun  daha  da  artırılması  və  beynəlxalq 

bazardan asılılığının azaldılması; 

2. Dünya ölkələrinin əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və daha 

da  yaxşılaşdırılması,  habelə  fövqəladə  hallarda  və  təbii  fəlakətlər  zamanı  ərzaq 

təhlükəsizliyinin  möhkəmləndirilməsi  məqsədilə  dövlət  ehtiyatlarının  yaradılması 

zəruri hesab edilir; 

3.  Ərzaq  təhlükəsizliyinin  düzgün  qiymətləndirilməsi  üçün  milli  fizioloji 

normanın işlənib hazırlanması və təsdiq edilməsi məqsədəuyğun sayılır; 

4. Əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının artırılması, tam məşğulluğun 

təmin edilməsi ərzaq təhlükəsizliyinin əsas amillərindəndir; 

5.  Təhlükəsiz,  müxtəlif  çeşidli,  qidalı  ərzağın  qeyri-adekvat  mövcudluğu  və 

ə

ldə  edilməsinə  imkan  yaradılmalı,  təmiz  su,  sanitariya  və  səhiyyə  xidmətlərinə 



çıxışın  çatışmazlığının  qarşısının  alınması,    uşaqların  və  böyüklərin  düzgün 

qidalandırılması,  eləcə  də  düzgün  qidalanma  seçimlərinin  müəyyən  edilməsinə 

köməklik göstərilməsi; 

6.  Vahid  dünya  təsərrüfatı  sisteminin  tələbatını  nəzərə  alaraq,  qlobal 

beynəlxalq miqyasda və ayrı-ayrı region və ölkələr üzrə istehsal münasibətlərinin 

planauyğun təşkili və tənzimləmə mexanizminin tətbiqi təbii ehtiyatlardan səmərəli 

istifadə  edilməsinin  və  ərzaq  təhlükəsizliyi  probleminin  həlli  üçün  zəruri 

vasitələrdən biri sayılır. Biz dünya əhalisinin 1/5 hissəsinin ərzaq qıtlığı şəraitində 

yaşadığı  və  aclıq  çəkdiyi,  əhalinin  sürətlə  artdığı,  təbii  ehtiyatların  tükəndiyi  bir 

şə

raitdə, kortəbii rəqabət prinsipinə əsaslanan istehsal üsulundan imtina edilməsini 



və bu sahədə tədqiqat aparan iqtisadçıların fikir və rəylərini məqsədəuyğun sayırıq. 

Planauyğun  və  tənzimlənən  istehsal  münasibətlərini  ərzaq  təhlükəsizliyi  üzrə 

qlobal problemin həllinin əsas şərti hesab etmək olar;  

7. Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsinin  ön 

plana çəkilməsi, torpağın böyük bir qismi əkin dövriyyəsindən çıxarılaraq sənaye  



96 

 

məqsədlərinə,  infrastrukturanın  inkişafına  cəlb  edilməsi,  60-80-ci  illərdə  kənd 



təsərrüfatının  intensiv  inkişafının  nəticəsi  olaraq  torpaqların  eroziyasının  artması 

nəticəsində  bir  çox  ərazilərdə  yeni  meşə  zolaqlarının  salınması  və  çəmənliklər 

yaradılması  zərurətinin  meydana  çıxması,  dünya  üzrə  əhalinin  sayının  artması 

şə

hərlərin,  qəsəbələrin,  bağ  təsərrüfatlarının,  müvafiq  infrastrukturanın 



genişlənməsini tələb etməsi nəticəsində meydana gəlmişdir; 

8. Ətraf mühitin çirklənməsi problemi də kənd təsərrüfatına, ərzaq təminatına 

böyük  zərər  vurur.  Bir  çox  tullantıların,  qaz  və  digər  maddələrin  ətraf  mühitə 

atılması  iqlimin  istiləşməsi  səbəblərindən  biri  olmuşdur.  İqlimin  gələcəkdə  də 

istiləşməsi,  buzlaqların  əriməsi  Dünya  okeanının  6-7  metr  qalxmasına  səbəb  ola 

bilər ki, bu da yüzlərlə şəhər və kəndlərin, torpaqların su altında qalması deməkdir; 

9.  Biçənəklərdə,  çəmənliklərdə  mal-qaranın  otarılması  heyvandarlıq  məhsul-

larının  artmasına  zəmin  yaradır.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  bunun  da 

müəyyən  həddi  olmalıdır.  Mal-qaranın  və  qoyunların  sayının  çoxalması  həmin 

çətinliklərin üst qatının korlanmasına səbəb olur. Bu isə öz növbəsində gələcəkdə 

mal əti və qoyun ətinin artırılması ehtimalını azaldır; 

10.   Dünya  əhalisinin  1.4  milyard  nəfəri,  o  cümlədən  43  milyon  uşaq  artıq 

çəkidən əziyyət çəkir. Bunların üçdə biri piylənməyə düçar olmuş və ürək-damar 

xəstəlikləri,  şəkərli  diabet  və  digər  sağlamlıq  problemləri  ilə  üzləşməkdədir. 

Hesablamalara  görə  kifayət  qədər  qidalanmamanın  əmək  məhsuldarlığının  aşağı 

düşməsi  və  birbaşa  səhiyyə  xərcləri  baxımından   dünya  iqtisadiyyatına  vurduğu 

zərər  nə  az,  nə  çox  qlobal  gəlirin  5  faizi  həcmində  ölçülür.  Dünya  üzrə  kifayət 

qədər  qidalanmamanın  kökünün  tam  kəsilməsi  çətin  məsələdir,  lakin  qoyulacaq 

investisiya  özünü  yüksək  səviyyədə  doğrultmaq  gücündədir.  Məsələn,  ƏKTT-nin 

hesablamalarına  görə  əgər  dünya  cəmiyyəti  mikro  qida  çatışmazlığının 

azaldılmasına  beş  il  müddətinə  1.2  milyard  ABŞ  dolları  həcmində  investisiya 

qoyarsa, bunun nəticəsi daha yaxşı sağlamlıq, uşaq ölümü səviyyəsinin azalması və 

gələcək üçün yüksək mənfəət olacaqdır. 

 

 



 


97 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı 



1.Abbasov  İsmət  Dursun  oğlu.  Azərbaycanın  və  dünya  ölkələrinin  kənd 

təsərrüfatı. Bakı 2013 [səh 12, 59, 89] 

2.  Abbasov  İsmət  Dursun  oğlu.  Ərzaq  təhlükəsizliyi  və  kənd  təsərrüfatının 

prioritet istiqamətləri. Bakı 2011 

3. Hacıyev Ş.H.,  Bayramov Ə.İ. Dünya iqtisadiyyatının tarixi. Bakı: “İqtisad 

Universiteti”, 2010 

4.  İsrafilov  H.A.  Qloballaşma  şəraitində  istehlak  kooperasiyasının  inkişaf 

perspektivləri. Bakı 2010 

5. Azərbaycan statistik göstəriciləri. Bakı 2013 

6. Şəkərəliyev A.Ş.  Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi  münasibətlər. 

Bakı 1999. 

7.  Aqil  Əliyev,  İdris  Dadaşov,  Arif  Şəkərəliyev.Dünya  iqtisadiyyatı:  müasir 

dövrün problemləri. Bakı -2001 

8.  Xəlilov  Həmzə  Ağakişi  oğlu.  Milli  ərzaq  təhlükəsizliyi:  bazar 

transformasiyaları və iqtisadi qloballaşma amilləri Bakı , “Adiloğlu”  nəşriyyatı - 

2001 


9.  Vəliyev  T.S.,  Babayev  Ə.P.  və  Meybullayev  M.X.  ümumi  elmi  redaktəsi 

ilə “İqtisadi nəzəriyyə”, Bakı, Çaşoğlu 1999. 

10. Nusrəddin  Məmmədov. Ölkənin iqtisadi təhlükəsizliyi. Bakı 2005 

11. Rasim Əliyev. Aqrar bazar və ərzaq təhlükəsizliyi məsələləri Bakı 2005  

12.  Əliyev  A.,  Şəkərəliyev  A.  Bazar  iqtisadiyyatına  keçid:  dövlətin  iqtisadi 

siyasəti, B., 2002. 

13.  Əliyev  M.  T.  Azərbaycan  iqtisadiyyatının  formalaşması  və  inkişaf 

etdirilməsi. Bakı “Mütərcim” 2002 

14.  Əliyev  F.  G.  “Ev  təsərrüfatı  gəlirləri,  həyat  səviyyəsi  və  yoxsulluq”, 

“Elm”, B akı 2000. 

15. Abbasov A.F. Sosial bazar iqtisadiyyatı, “Elm və həyat” nəşriyyatı , Bakı 

1998. 



98 

 

16. Sadıqov K. F., Rəhmanov F.P., Qafarov K.S. Milli iqtisadiyyat: təşəkkülü 



və tənzimlənməsi, Bakı, 1996.  

17.  Azərbaycan  iqtisadiyyatı  İ.H.Alıyev  və  S.A.İbadovun  red.,  Bakı 

“Ağrıdağ” 1999.  

18.  Bayramov  Ə.Ə.  “Regional  iqtisadi  inteqrasiya:  nəzəriyyə  və  praktika”, 

Bakı, Azərnəşr. 1997 

19.  Хромов  Ю.С.  Проблемы  продовольственной  безопасности  России. 

Международные

 и внутренные аспекты.- М. РИСИ, 1995-252 [64] 

20.  Ущачев  Н.Г.  Стратегия  продовольственной  безопасности  России. 

Пищевая


 промышленность , 2002, JNT ›› 2-3 [64] 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin