Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45652
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
mirzaliyeva gunel (2)

2.2. Dünya ölkələrində əhalinin ərzaq məhsullarına olan 

tələbinin ödənilməsi vəziyyəti. 

Müharibədən  sonrakı  onilliklərdə  bəşəriyyət  yer  əhalisinin  əksər  hissəsinin 

ə

rzaq  təminatının  ənənəvi  probleminin  həll  edilməsinə  nail  ola  bilməmişdir.  Bu 




48 

 

problem yalnız inkişaf etmiş ölkələr üçün aktuallığını itirmişdir, təqribən 30 ölkədə 



problem qismən, ümumilikdə isə BMT-nin üzvü olan 200 dövlətdən 60-65-də həll 

olunmuşdur. Müharibədən sonrakı onillikdə ərzaq mallarının istehlakı ümumilikdə 

bütün  regionlarda  çoxalsa  da,  bu  göstərici  qitələr  və  ayrı  -  ayrı  ölkələr  üzrə 

fərqlənir.  Bununla  yanaşı,  istehsalın  artımı  əhalinin  müvafiq  çoxalması  ilə 

tarazlaşır. Belə ki, son 30 il ərzində taxıl yığımı 2 dəfə, Yer əhalisinin sayı isə 1,8 

dəfə çoxalmışdır. Tədqiqatçıların fikrincə, gələcəkdə bu meyil daha neqativ hal ala 

bilər:  əhalinin  artım  fonunda  torpağın  məhsuldarlığının  aşağı  düşməsi  dünyadakı 

tarazlığa əlavə yük deməkdir. 

Problemin  regional  -  iqtisadi  cəhətləri  əsasən  müharibədən  sonrakı 

onilliklərdə  Yerin  ərzaqla  təminatı  baxımından  müəyyən  cəhətlərlə  səciyyələnən 

coğrafi bölgələri qəti olaraq müəyyənləşmişdir. 

Birincisi,  Qərbi  və  Şimali  Avropa,  Şimali  Amerika,  Avstraliya,  Yaponiya 

daxil  olmaqla  dünyanın  sənaye  bölgələridir  və  bu  regionlar  yüksək  keyfiyyətli 

ə

rzağın qıtlığı ilə deyil, artıqlığı ilə qarşılaşır. Amma inkişaf etmiş ölkələrin ərzaq 



təhlükəsizliyinin  məhz  inkişaf  etməkdə  olan  ölkələrdəki  aclığa  əsaslanması 

tədqiqatçıların  diqqətindən  yayınır:  inkişaf  etməkdə  olan  ölkələrdə  TMK  -  nın 

nəzarəti  altında  olan,  məhsulları  inkişaf  etmiş  ölkələrin  bazarları  üçün  nəzərdə 

tutulan  böyük  aqrar  anklavlar  yaradılmasaydı,  aqrar  sektorun  yüksək 

məhsuldarlığına baxmayaraq həmin dövlətlərin öz resursları bunun üçün çətin ki, 

kifayət edərdi. 

İ

kincisi,  bu  bölgələr  üzrə  ərzaqla  təminat  səviyyəsi  BMT  ÜST  -  in  tələbləri 



baxımından  Avropanın  cənubunda,  o  cümlədən  Yunanıstan,  Portuqaliya,  Türkiyə 

və ön Asiyada, Latın Amerikası dövlətlərinin əksəriyyətində, Məqrib  və ASEAN 

öləkələrində yerləşir. 

Üçüncüsü,  ərzaq  təminatı  BMT  ÜST  -  in  standartlarından  yol  verilən 

kənarlaşma  hüdudlarında  olan  Şərqi  Avropa,  MDB  və  Baltikyani  ölkələr,  habelə 

Hindistan,  Misir, İndoneziyadır.  




49 

 

Dördüncüsü, əhalisinin əksər hissəsi ərzaq böhranının bütün ağırlığını çəkən 



inkişaf  etməkdə  olan  ölkələrdir.  (bunlara  parlaq  nümunə  Böyük  Səhranın 

Cənubunda yerləşən dövlətlərdir). 

Elmi  -  texniki  tərəqqinin  qüdrətinə  inam  artıq  1960  -  1970  -  ci  illərdə 

təsdiqlənməyə  başladı  və  dünyanın  inkişaf  etməkdə  olan  bölgələrində  “yaşıl 

inqilab” yayıldı. Bu termin kənd təsərrüfatı istehsalının məhsuldarlığını yüksəldən 

aqrotexniki,  texnoloji  və  istehsal  -  təşkilatı  tədbirləri  məcmusunu  ifadə  edir.  

Burada  yüksək  məhsuldarlıqlı  və  xəstəliklərə  qarşı  davamlı  toxumların,  ilk 

növbədə  isə  düyü  və  buğda  növlərinin  tətbiqinə  xüsusi  diqqət  yetirilir. 

Müvəffəqiyyətin zəruri şərtlərindən biri su və mineral gübrələrlə təchizatdır. Bütün 

bunlar inkişaf etməkdə olan bəzi ölkələrə ildə bir neçə dəfə məhsul yığmaq imkanı 

verdi.    Start  götürdüyü  ilk  onillikdən    sonra  “yaşıl  inqilab”  heyrətamiz  nəticələr 

nümayiş etdirdi (xüsusilə də “yaşıl inqilab” vətəni Hindistanda); əhalisinin yüksək 

templərlə  artmasına  baxmayaraq  (Çindən  fərqli  olaraq,  “ailə  planlaşdırılması” 

siyasəti  Hindistan  cəmiyyəti  tərəfindən  qəbul  edilmədi.  Raciv  Qandinin 

öldürülməsinin  də  məhz  bu  siyasəti  həyata  keçirməkdə  israrlı  olması  ilə 

ə

laqələndirilir, ölkə tez bir zamanda özünü ərzaqla tam təminetmə  yoluna qədəm 



qoydu. 

Amma  1980  -  ci  illərin  əvvəlində  potensialı  tamam  tükəndiyindən,  “yaşıl 

inqilab” boğulmağa başladı. Bunun səbəbi isə kənd təsərrüfatı istehsalının fasiləsiz 

artımı üçün hər il böyük məbləğdə investisiyalar, Qərbi Avropa ölkələri və ABŞ - 

ın  səviyyəsinə  uyğun  olan  güclü  texnoloji  baza  yaradılması  zəruri  olduğu  halda, 

onun məhdud tədbirlər kompleksinə istinad etməsi idi. Bəs yoxsul ölkələr bu qədər 

böyük  məbləğdə  vəsaiti  haradan  əldə  etməli  idi?    Təcrübə    buğda  və  düyünün 

yüksək  məhsuldarlıqlı,  xəstəliklərə  qarşı  növlərinin  tətbiqi kimi  tədbirlərin  yalnız 

müvəqqəti uğur qazandığını göstərirdi.  Buna görə də növbəti onilliklərdə Çin və 

Hindistan    “yaşıl  inqilabın”  məhdud  nəticələrini  nəzərə  alaraq,  aqrar  sektorun 

texnoloji bazasının durmadan genişləndirilməsi yolunu  seçdi.  

Ə

rzaq  böhranından  çıxış  yolu  gen  mühəndisliyinin  geniş  yayılmasında 



görünürdü  və  tezliklə  onun  məhsulları  mağazaların  piştaxtalarında  peyda  oldu. 


50 

 

Ancaq  mütəxəssislər,  o  cümlədən  tibb  alimləri  həyəcan  təbili  vururlar:  geni 



modifikasiya  olunmuş  məhsullar    (qarğıdalı, buğda, soya,  quş və heyvanların əti, 

süd)  insanın  sağlamlığına,  ilk  növbədə  isə,  onun  həyata  sağlam  uşaq  gətirtmək 

qabiliyyətinə  son  dərəcədə  mənfi  təsir  göstərir;  bu  məhsullarla  qidalanan  uşaqlar 

zəif,  xəstə  böyüyürlər.  Ərzaq  qıtlığı  probleminin  həllinin  bu  istiqamətinin 

perspektiv olması ağlasığmazdır. Bu daha çox kütləvi alıcıların maraqlarına zərər 

gətirməklə, aqrofirmaların əlavə gəlir əldə etmə mənbəyidir. 

Dünyada  ərzağın  istehsalında  açıq  aşkar  neqativ  meyl  XXI  əsrin  ötən 

onilliyində,  sahibkarlar  bir  sıra  ölkələrdə  və  qitələrə  böyük,  məhsuldar  torpaq 

sahələrini ərzaq və yem  (heyvanlar üçün ) taxılının yetişdirilməsi üçün istifadədən 

çıxararaq, qarğıdalıdan, soyadan, başqa yağlı bitkilərdən bioloji yanacağın istehsalı 

layihələrini  maliyyələşdirməyə  başladıqda  yarandı.  Əlbəttə,  onların  bu  addımı 

atmasına ötən onillik ərzində neftin ağlasığmaz dərəcədə yüksək qiyməti öz güclü 

təsirini  göstərmişdir.  Belə  vəziyyətdə  neft  hasil  edən  onlarca  ölkə  əldə  etdikləri 

gəlirləri  hara    xərcləyəcəklərini  bilmir,  100  -  ə  yaxın  ölkə  yanacağın  qiymətinin 

bahalaşması  nəticəsində  ağır  yük  altına  düşərək,  yoxsulluğa  daha  sürətlə 

yuvarlanırdı.   

Nəzərdən  keçirdiyimiz  problemin  həllinin  daha  bir  istiqaməti,  məhsullardan 

torpaqları az, maliyyə resursları isə çox olan bəzi ölkələrin (Qərbi  Afrika, Cənub-

Şə

rqi,  Asiya  ölkələri,  Çin,  Avropanın  kiçik  dövlətləri)  öz  ehtiyaclarını  ödəmək 



üçün  son  illərdə  intensiv  surətdə  Afrika,  Latın  Amerikası  və  Rusiyada  torpaqları 

satın almağa, orada ixtisaslaşmış fermer təsərrüfatları yaratmağa başlamasıdır. 

Qeyd  etmək  lazımdır  ki,  dünya  ərzaq  probleminin  həllində  özünü  qida 

məhsulları ilə  təmin etməyə  nail olmuş  Çin böyük  rol  oynamışdır.  (dünyanın  6,6 

milyard  əhalisinin  1,3  milyard  nəfər  təşkil  edən  Hindistanın)  mövqeyi  hansı 

dərəcədə  dayanıqlıdır?  Aydındır  ki,  bu  suala  cavab  vermək  üçün  xüsusi 

tədqiqatların aparılması gərəkdir. 

Bununla  belə,  dünya  aqrar  sektorunun  bir  sıra  dənli  və  başqa  qida 

məhsullarının, texniki bitkilərin qiymətləri dayanmadan artaraq ümumilikdə ərzaq 

mallarının qiymətlərinin  bahalaşmasının sabit meylini yaradır. Bu problem inkişaf 




51 

 

etmiş    ölkələrdə  nəzərəçarpan  surətdə  ifadə  olunmasa  da,  (ailələrin  gəlirlərinin 



çoxluğuna  görə)  inkişaf    etməkdə  olan  keçid  iqtisadiyyatlı  ölkələrdə  ərzaq 

mallarının  qiymətlərinin  bahalaşması  ailələrin  əksəriyyəti  üçün  başağrısına 

çevrilmişdir. 

Ə

KTT-nin  qiymətləndirilməsinə  görə,  kəskin  aclıqdan  əziyyət  çəkən 



insanların ümumi sayı 1970-ci illərin əvvəlində 400 milyon nəfər olmuş, 1980 - ci 

ildə  500  milyon  nəfərə  yaxınlaşmış,  sonradan  (1990  -  cı  illərin  əvvəlində)  isə 

Afrikada  yaranan  böhranlı  vəziyyətlə  əlaqədar  600  -  700  milyon  nəfər  arasında 

tərəddüd etmiş, 2011 - ci ilin başlanğıcında 1 milyard nəfəri ötüb keçmişdir. 

Qeyd  etməliyik  ki,  həmin  qiymətləndirmədə  yalnız  orqanizmin  salamat 

qalması  üçün  kifayət  edən  enerji  ehtiyaclarının  təmin  olunmasını  nəzərdə  tutan, 

aclığın  son  həddə  çatan  “kritik  səviyyəsi”  qəbul  edilmişdir.  Aclığın 

müəyyənləşdirilməsi üçün daha sərt yanaşma qəbul olunarsa, inkişaf etməkdə olan 

ölkələrdə  aclıqdan  əziyyət  çəkənlərin  sayı  daha  da  çoxalacaq.  Ərzaqla  əlaqədar 

vəziyyətin dramatizmi bundadır ki, müstəmləkədən azad olmuş ölkələrdə bu hadisə 

nəinki kütləvi, həm də daimi, əhalinin geniş təbəqələrinin həyatını müşayiət edən 

xarakter daşıyır. 

Aclığın təbiətini ictimai hadisə kimi dərk etmək üçün onu “gizli” (xroniki) və 

aşkar  -  məhsulsuzluq  yaxud  təbii  fəlakətlər,  hərbi  münaqişələr  səbəbindən  (o 

cümlədən  1992  -  1993  -  cü  illərdə  Rusiya  hakimiyyətinin  məsuliyyətsizliyi 

üzündən ölkənin Şimal rayonlarına ərzaq mallarının göndərilməməsi) kütləvi aclıq 

hallarının yaranması formalarında təzahür etdiyi nəzərə alınmalıdır. Birinci forma 

–səfalət  və  bununla  bağlı    olaraq  əhalinin  alıcılıq  qabiliyyətinin  son  dərəcə  aşağı 

düşməsi  nəticəsində  baş  verən  xroniki  aclıq  inkişaf  etməkdə  olan  ölkələrin 

ə

halisinin  elementar  yaşayış  vasitələrindən  məhrum  olan  böyük  hissəsinin  həyat 



tərzinə  çevrilən,  milyonlarla  insanın  daimi  fiziki  məhrumiyyətlərinə    gətirib 

çıxaran “gözəgörünməz” böhran kimi təzahür edir. Təzad bundadır ki, aclıqdan və 

doyunca  yeməməzlikdən  məhz  qida  məhsullarının  istehsalçıları  -  aztorpaqlı  və 

torpaqsız  kəndlilər,  icarədarlar,  kənd  təsərrüfatı  fəhlələri  əziyyət  çəkir.  Ehtiyac 

altında  sıxılaraq  onlar  qida  məhsullarını  özlərini  və  ailələrini  dolandırmaq  üçün 



52 

 

kifayət  edən  həcmdə  istehsal  etmək,  almaq  iqtidarında  deyil.  Ümumilikdə  isə 



inkişaf  etməkdə  olan  ölkələrdə  xroniki  aclıqdan  əzab  çəkənlərin  80  %  -  i  kənd 

yerlərində yaşayır. 

Xroniki  aclıq  azadlığa  çıxmış  ölkələrin  xalqlarına  əmək  resurslarının  təkrar 

istehsalında əvəzolunmaz zərər vurur, ömür müddətini qısaldır, ölüm göstəricisini 

yüksək  səviyyədə  saxlayır.  Aclığın  yığılan  məhsulun  həcmindən  və    milli  ərzaq 

fondunun  vəziyyətindən  asılı  olmayan  “gizli”  formasında  bu  fəlakətin  sosial 

mənşəyi aşkar görünür. 

İ

nkişaf  etməkdə  olan  ölkələrin  əhalisinin  əksər  qismi  aqrar  sektorda  məşğul 



olduğuna  görə,  burada  baçlıca    problem  kəndlilərin  torpaqlarının  azlığıdır.  Artıq 

1960  -  cı  ildə  becərilən  torpaqların  əhalinin  hər  nəfərinə  düşən  sahəsi  kiçik  idi. 

BMT-nin  ərzaq  və  kənd  təsərrüfatı  təşkilatı  olan  ƏKTT  -  nin  siyahıya  almasına 

görə,  həmin  vaxt  bu  sahə  Asiyada  0,35  hektar,  Afrikada  0,9  hektar,  Cənubi 

Amerikada 1,14 hektar idi. Bunun nəticəsində işsiz kəndlilərin sayı surətlə artırdı. 

Məsələn, 1961 - 1971 - ci illəri əhatə edən dövrdə onların xüsusi çəkisi 24% - dən 

38%-dək  artmış,  1972  -  1991  -  ci  illərdə  artım  templərinin  xeyli  zəifləməsinə 

baxmayaraq 14 - 17%, onilliyin sonunda isə cuzi azalaraq 13 - 15% olmuşdur. Bu 

səviyyə  2001  -  2010  -  cu  illər  ərzində  də    qalmışdır.    Buna  baxmayaraq,  inkişaf 

etməkdə  olan  ölkələrin  çoxunda  torpaq  sahələrindən,  sadəcə  istifadə  olunmur.  İş 

bundadır  ki,  həmin  torpaqlar  əsasən  onun  kənd  təsərrüfatı  dövriyyəsinə 

buraxılmasında marağı olmayan şəxslərin - latifundistlərin, qəbilə başçılarının, iri 

aqrosənaye  şirkətlərinin,  avtoritar  rejimlərin  zabitlərinin  və  məmurlarının  özəl 

mülkiyyətindədir.  Belə  vəziyyət  böyük  sosial  dəyişikliklərin,  o  cümlədən 

həqiqətən demokratik  torpaq  islahatının keçirilməsinin  zəruriliyini  bir  daha  sübut 

edir. ƏKTT - nin məlumatlarına görə, inkişaf  etməkdə olan ölkələrdə olduğundan 

1,8 dəfə çoxdur. 

Təsadüfi  deyil  ki,  ümumi  əhalisi  1,4  milyard  nəfər  təşkil  edən  50-dən  çox 

inkişaf etməkdə olan ölkədə ərzaqla təchizatının mütləq azalması müşahidə edilir. 

Bununla    əlaqədar,  ədəbiyyatda  “ərzaq  təhlükəsizliyi”  anlayışı  peyda  olmuşdur. 

Ə

KTT-nin  açıqlamasına  əsasən,  “ev  təsərrüfatı  ailənin  bütün  üzvləri  üçün  ərzaq 




53 

 

məhsulları həm fiziki, həm də iqtisadi cəhətdən kifayət dərəcədə əlçatan olduğu və 



ona  bu  əlçatanlığı  itirmək  təhdidi  olmadığı  halda,  ərzaqla  təminat  baxımından 

təhlükəsiz hesab oluna bilər”. 

Burada “ev təsərrüfatı” deyildikdə, ailə təsərrüfatı, ayrı yaşayan vətəndaşların 

iqtisadi  imkanları  nəzərdə  tutulur.  Aclığın  təzahürünün  göstərilən  açıqlamasına 

ciddi  riayət  etsək,  bir  çox  ölkələrin,  o  cümlədən  MDB  ölkələrinin  buna  düçar 

olduğunu  görürük.  Ərzaq  təhlükəsizliyi  ilə  qidalanma  arasındakı  əlaqə  bundan 

ibarətdir ki, “ərzaq təhlükəsizliyi” insanların lazımi qədər qidalanması üçün zəruri, 

amma  kifayət  olmayan  şərtidir.  İnsanların  qidalanmasının  tam  dəyərliliyi  ev 

təsərrüfatının (ailənin) qida rasionu, xəstəliklərin qarşısının alınması və sağlamlıq 

üçün əlverişli mühit yaradılması, habelə ev təsərrüfatını idarə etmək kimi amillərlə 

müyyənləşdirilir. 

İ

nkişaf  etməkdə  olan  ölkələrdəki  ərzaq  problemi  həm  daxili,  həm  də  xarici 



şə

rtlər  və  səbəblər  kompleksinin  qarşılıqlı  təsiri  nəticəsində  yaranmışdır.  Daxili 

səbəblərdən ən mühümləri onların  iqtisadiyyatının ümumilikdə, xüsusilə də kənd 

təsərrüfatının  birtərəfliliyi  və  geriliyi,  bu  sahədə  arxaik  aqrar  münasibətlərinin 

qalmasıdır.  Ərzağa  ictimai  tələbatın  dəyişən  strukturu  ilə  bu  ehtiyacları  ödəməli 

olan qida məhsullarının yerli istehsalı sektorunun arasındakı uyğunsuzluq da məhz 

bundan irəli gəlir. 

Problemdə bir sıra: sosial, iqtisadi, siyasi, demoqrafik, aqrar texnoloji, iqlim,  

resurs, ekoloji,  mədəni - etnik amillər bir - birinə güclü təsir göstərir.  

Tədqiqatçıların  çoxunun  irəli  sürdüyü  konsepsiyalarda  aclığın  əsas  səbəbləri 

kimi  bioloji  və  başqa  təbii  amillər  göstərilir.  Kifayət  qədər  geniş  yayılmış  bu 

nəzəriyyələrdə  aclığın  mənbəyi  demoqrafik  detreminizmin,  neomaltusçu 

mövqelərindən  izah  olunur.  T.Maltusun  müasir  ardıcılları  inkişaf  etməkdə  olan 

ölkələrdəki aclığın başlıca səbəbinin  1950 - ci illərin ortasından başlayaraq əhali 

artımının  sürətlənməsi-demoqrafik  partlayış  olduğunu  iddia  edirlər.  Bu  fenomen 

özü  isə  birtərəfli  yanaşılmaqla,  sırf    bioloji  hadisə,  insanların  “nəslini  qoruyub 

saxlamaq”  məqsədilə  çoxalmaq  cəhdi  kimi  nəzərdən  keçirilir.  Afrikada,  Asiyada 

və  Latın  Amerikasında  ətraf  mühitin  sürətlə  pisləşməsinin  səbəbləri  bu 




54 

 

konsepsiyalarda  əhali  artımı  ilə  əlaqələndirilir.  Aclığı  demoqrafik  və  ekoloji 



vəziyyətlə bağlayan fikirlər söylənilir. Beləliklə də, aclığın baş verməsində acların 

özü  günahlandırılır.  Ərzaq  probleminin  çoxamilli  xarakterini  sadələşdirdiyinə, 

ailənin    planlaşdırılması  üzrə  demoqrafik  siyasətə  istinad  etməklə,  onun  sosial 

məqamlarını  izah  etmədiyinə  görə  məsələyə  bu  cür  yanaşma  mahiyyətcə  elmə 

zidd,  siyasi  baxımdan  mürtəce  və  praktiki  cəhətdən  faydasızdır.  Təbii  ki,  ailənin 

planlaşdırılmasının əhəmiyyəti gələcəkdə artacaq, amma diqqəti məsələnin yalnız 

bu,  özü  də  yaxın  perspektivdə  həlledici  rol  oynamayacaq  cəhəti  üzərində 

cəmləşdirmək böyük ehtimalla ağla batan deyil. 

İ

nkişaf  etməkdə  olan  ölkələrin  BƏB  sisteminə  “qoşulmasının”  qeyri  - 



ekvivalent  xarakteri  orada  ərzaqla  təminat  vəziyyətinin  gərginləşməsinin  başlıca 

səbəblərindən  biridir.  Müstəmləkə  və  azadlıq  əldə  olunduqdan  sonrakı  dövrlərdə 

iqtisadi  artım  tərzi  inkişaf  etməkdə  olan  ölkələrin  kənd  təsərrüfatında  məhsuldar 

qüvvələrin tərəqqisini ləngitmiş, onu metropoliyanın ehtiyaclarını ödəyən biryönlü, 

monokultur  ixtisaslaşmış  sahəyə  çevirmişdir.  Təkrar  istehsal  prosesinin  dərin 

deformasiyası  ölkələrin  geridə  qalmasına,  çoxmilyonlu  xalq  kütləsinin  səfalətinə 

səbəb  olmuşdur.  Bununla  da  nəinki  müstəmləkəçilik  dövründə,  hətta  inkişaf 

etməkdə  olan  ölkələrin  siyasi  müstəqilliyi  şəraitində  tipik  hadisəyə  çevrilmiş 

kütləvi  aclığın  sosial  -  iqtisadi  şərtləri  formalaşmışdır.  Əlbəttə,  aclığı 

müstəmləkəçilər “icad etməmiş” və onlar “yaymamışdır”. Bu hal  insanların təbiət 

qüvvələri  qarşısında  acizliyinin,  inkişaf  etməkdə  olan  ölkələrdə  məhsuldar 

qüvvələrin  zəifliyinin  sübutu  kimi,  həmişə  mövcud  olmuşdur.  Amma 

müstəmləkəçilik  bu  fəlakəti  dəfələrlə  gücləndirmiş  və  bununla  da,  keçmiş 

müstəmləkələr  azadlığa  çıxdıqdan  sonra  aclığın  aradan  qaldırılması  uğrunda 

mübarizəni  çətinləşdirmişdir.  İnkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  əmək 

bölgüsünə  “cəlb  edilməsinin”  müasir  sistemi  bu  cür  əlaqələri  möhkəmləndirərək 

aqrar  sektorun  inkişafını  ləngidir,  kütləvi  aclığın  aradan  qaldırılmasına  imkan 

vermir.  

İ

stehsal strukturunun, nəqliyyat əlaqələrinin, rabitənin lazımi dərəcədə inkişaf 



etməməsi  inkişaf  etməkdə  olan  ölkələrin  əhalisinin  ərzaqla  təminatını  pisləşdirir, 


55 

 

ayrı-ayrı regionlara, fəlakət bölgələrinə qida məhsullarının və beynəlxalq yardımın 



çatdırılmasında çətinliklər  yaradır. 

İ

qtisadiyyatın  geridə  qalmış  ölkələrdə  sahibkarlıq  münasibətlərinin 



təkmilləşdirilməsinin  inkişaf    etmiş  ölkələrdən  asılı  olması,  vəziyyəti  daha  da 

mürəkkəbləşdirir.  Ərzaq  probleminin  ilkin  səbəblərinin  təhlili  göstərir  ki, 

sahibkarlıq  fəaliyyətinin  inkişaf  etməkdə  olan  ölkələr  zonasında  geniş  yayılmış 

asılı tipi, onların Qərb ölkələrinin ərzaq potensialına tabeçilikdən çıxmasına imkan 

verməyən perspektivdir. İnkişaf etməkdə olan ölkələrin  borclarının artması da bu 

perspektivin möhkəmlənməsinə xidmət edir: bu borc 1970 - ci ildəki 3000 milyard 

dollardan  1980  -  ci  ildə  573  milyard  dollaradək  və  1991  -  ci  ildəki  1,4  triliyon 

dollardan 2010 - cu ildə 1,7 triliyon dollaradək artmışdır. 

Qeyd  olunmalıdır  ki,  müvafiq  texniki  bazanın  (süni  suvarma  və  lazımi 

miqdarda  gübrələr)  yaradılması  ilə  müşayiət  olunmadığına  görə,  taxıl 

məhsullarının yüksək məhsuldarlıqlı növləri son dərəcə ləng yayılır. Aqrar sahədə 

elmi-texniki  tərəqqinin  qarşısını  kəsən  ən  güclü  maneə  kənd  bölgələrinin  sosial-

iqtisadi  strukturunun  geriliyidir.  Ölkələrin  bir  çoxunda  yüksək  məhsuldarlıqlı 

növlərdən yalnız dövlət təsərrüfatları və ayrı-ayrı iri kooperativlər istifadə edə bilir. 

Buna  görə  də  indiyədək  əkin  sahələrinin  yalnız  cüzi  hissəsi  bu  növlər  altındadır. 

Hətta Asiyanın bu prosesə cəlb edilmiş inkişaf etməkdə olan ölkələrində 1980 - ci 

illərin əvvəlində əkin sahələrinin yarısından bir qədər çox hissəsi buğdanın, 25% - i 

düyünün yeni növləri üçün ayrılmışdı. 

İ

nkişaf 


etməkdə 

olan 


ölkələrdə 

kənd 


təsərrüfatı 

istehsalının 

mexanikləşdirilməsinin  aşağı  səviyyəsinin  mühüm  səbəblərindən  biri  də  əmtəə 

istehsalçılarının  əksəriyyətinin  maşın  və  avadanlıq  almaq  üçün  vəsaitinin 

olmamasıdır.  Bu  imkandan  yalnız  varlı  mülkədarlar  və  fermerlər  istifadə  edə 

bilərlər.  İnkişaf  etməkdə  olan  ölkələrdə  kənd  təsərrüfatının  yeni  texnika  ilə 

silahlanması qarşısında duran digər mühüm maneə işçi qüvvəsinin dəyərinin ucuz 

olmasıdır.  Məlumdur  ki,  bu  dəyər  maşınlardan  istifadənin  hüdudlarını  müəyyən 

edir. Hərçənd, müasir dövrdə bu amilin təsiri müəyyən modfikasiyaya məruz qalır: 

inkişaf  etməkdə  olan  ölkələrin  iri  mülkədarları  mexanikləşdirmədən  xırda 




56 

 

icarədarlara  və  muzdurlara  təzyiq  vasitəsi,  “torpaqların  təmizlənməsi”  aləti  kimi 



yanaşır. İnkişaf etmiş ölkələrin müvafiq göstəricisindən 20 - 25 dəfə aşağıdır. Bu 

cəhət  əkinçiliyin  istehsal  mədəniyyətində  -  aşağı  məhsuldarlıqda,  yeni  torpaq 

sahələrinin  fasiləsiz  dövriyyəyə  cəlb  olunaraq,  vəhşilikdə  istismar  olunmasına 

ə

saSlanan  ekstensiv  inkişaf  tipində  öz  izin  qoyur.  “Yaşıl  inqilab”  çərçivəsində 



həyata  keçirilən  aqrar  proqramlara  hətta  kiçik kapital  qoyuluşları belə,    Meksika, 

Hindistan,  Flippin  və  “orta  inkişaf  səviyyəli”  bir  sıra  ölkələrə  ərzaq  təminatını 

xeyli yaxşılaşdırmaya, bəzi hallarda isə qida məhsullarının idxalını dayandırmağa 

imkan  vermişdir.    İnkişaf  etmiş  ölkələrdə  tərəvəz  və  taxıl  anbarlarının,  kənd 

təsərrüfatı  məhsullarının  ilkin  emalı  müəssisələrinin  və  s.  inşa  olunması  ərzaq 

təminatını  xeyli  yaxşılaşdıra  bilər.  Onların  yoxluğu  yaxud  vəziyyətinin  pisliyi 

səbəbindən yığılan məhsulun yarıya qədəri məhv olur. Bu məsələnin həlli inkişaf 

edən ölkələrdə beynəlxalq ərzaq yardımlarının ümumi həcmindən də çox məhsulu 

qorumağa, habelə qida məhsullarının idxalını dayandırmağa şərait yaradırdı. 

Ə

rzaq probleminin kökündən həlli sülh uğrunda mübarizə, tərk-silah olunma 



və  silahların  ixtisarı,  beynəlxalq  iqtisadi  təhlükəsizliyin  bərqərar  edilməsi  ilə  sıx 

ə

laqədardır.  Dünyanın  bütün  bölgələrində  silahlanma  yarışının  səngiməsi  qeyri-



məhsuldar  məqsədlərə  israf  olunan  vəsaitlərin  bir  hissəsini  aclığın  aradan 

qaldırılmasına  və  bəşəriyyətin  həyati  əhəmiyyət  kəsb  edən  başqa  problemlərinin 

həllinə  yönəltməyə  imkan  verərdi.  Mütəxəssislərin  rəyinə  görə,  inkişaf  etməkdə 

olan ölkələrin özünü ərzaqla təmin etməsinə nail olmaq üçün dünya üzrə müdafiə 

məqsədlərinə yönəldilən vəsaitlərin cari həcminin cəmi 3% - i kifayətdir. 

Amma təcrübə inkişaf etməkdə olan ölkələrin xalqlarının ərzaq təhlükəsizliyi 

qlobal  probleminin  qəti  surətdə  həlli  üçün  təkcə  obyektiv  ilkin  şərtlərin  

mövcudluğunun  kifayət  olmadığını  göstərdi.  Bunun  üçün  bir  sıra  varlı  ölkələrin 

mərhəməti  əsasında    deyil,  planetin  bütün  xalqlarının  ümumi  maraqlarını  nəzərə 

almaqla qurulan qlobal siyasət də lazımdır. 

Geridə  qalmış  aqrotexniki  metodlarının  tətbiqi,  əmək  məhsuldarlığının  aşağı 

səviyyədə  olması  nəticəsində  yaranan  vəziyyətdə  inkişaf  etməkdə  olan  ölkənin 

kənd təsərrüfatında məşğul olan bir nəfər özünü və ailəsini çətinliklə dolandırdığı 



57 

 

halda,  bir  fermer  ABŞ-da  75,  Qərbi  Avropada  50,  Yaponiyada  isə  35  nəfərin 



tələbatını ödəyir. 

Alimlərin proqnozlarına əsasən, 2025 - ci ildə planetimizin əhalisi 8,5 milyard 

nəfərə  çatacaq,  onun  83%  -  i  isə  inkişaf  etməkdə  olan  ölkələrdə  yaşayacaq.  Bu 

məqam ərzaqla təminat problemini getdikcə mürəkkəbləşdirəcək. BMT - nin Ətraf 

Mühit  və  İnkişaf  Konfransının  hesabatının  “Kənd  təsərrüfatının  dayanıqlı 

fəaliyyətinə  və  kənd  bölgələrinin  inkişafına  yardım”  bölməsində  də  bu  sayda 

ə

halinin mövcud resurslar hesabına ərzaqla və başqa kənd təsərrüfatı məhsulları ilə 



təmin edilməsinin mümkünlüyü məsələsinin açıq qalması qeyd olunur. 

Ə

rzaq  təhlükəsizliyini,  sadəcə  olaraq,  qida  məhsullarının  istehsalını 



çoxaltmaqla  təmin  etmək  mümkün  deyil.  Kənd  təsərrüfatına  yönəldilən 

investisiyalar  əhalinin  ən  zəif  qrupları  arasında  aclığı  aradan  qaldırmağa  imkan 

yaradan  sosial  müdafiə  tədbirləri  ilə  dolğunlaşdırılmalıdır.  Məsələn,  inkişaf  

etməkdə  olan  ölkələrin  çoxunda  qadınlar  ərzaq  isehsalında,  qidalanmada  və 

ailələrin gəlirlərində mühüm rol oynayır.  Məhz buna görə də ərzaq təhlükəsizliyi 

sahəsində  proqramların  işlənib  hazırlanması  və  həyata  keçirilməsində  qadınların 

sağlamlığı, təhsili və məşğulluğu ilə bağlı olan məsələlər başlıca amillərdən birinə 

çevrilir. 

Ə

n  yoxsul  ölkələrdə  aclıq  çox  hallarda  ərzaq  qıtlığı  ilə  deyil,  onu  əldə 



etməyin  qeyri-mümkünlüyü  ilə  əlaqədardır.  Bu  cür  vəziyyət  mürəkkəb  amillərin 

qarşılıqlı  təsirinin  nəticəsidir.  Aztəminatlı  şəxslərin  qida  məhsullarını  almaq 

imkanından məhrum olması ilə yanaşı, kənd təsərrüfatı və ərzaq mallarının bir çox 

növləri  gömrük  tariflərinin  yüksək  olması,  yaxud  infrastruktur  və  nəqliyyat 

sistemlərinin  yoxluğu  ucbatından  ölkələr  arasında  mübadilə  edilə  bilmir.  Əmlak 

hüquqlarının  dəqiq  müəyyən  olunmaması  onları  torpaqdan  kreditlərin  təminatı 

kimi istifadə etmək imkanından (xırda fermer təsərrüfatının bu kreditlərə ehtiyacı 

var)  məhrum  etdiyinə  görə  çətinliklə    dolanan  kəndlilər  natural  təsərrüfat 

hüdudlarından  kənara  çıxa  bilmir.  Ərzaq  təhlükəsizliyi  sistemi  lazımi  səviyyədə 

təşkil  etmədiyinə  görə  ölkələrin  bir  çoxu  mallarının  artıq  qalan  hissəsini  sata 

bilmir.  Meşələrin  qırılması,  göl  və  çayların  çirklənməsi,  əkin  sahələrinin 



58 

 

amansızcasına  istismarı  əhalinin  sürətli  artımı  şəraitində  torpağın  məhsuldarlığını 



azaldır, onun üzərinə düşən yükü ağırlaşdırır. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin