Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45652
1   ...   16   17   18   19   20   21   22   23   24
mirzaliyeva gunel (2)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


64 

 

Fəsil III. 



Dünyanın ərzaq təhlükəsizliyi və onun möhkəmləndirilməsi yolları. 

3.1. Dünyanın ərzaq təhlükəsizliyinin əsas amilləri. 

 

Ölkənin  ərzaq  təhlükəsizliyinin  təminatı  dövlət    qarşısında  duran  ən  vacib 



məsələlərdən  biridir.  Bu  problemi  dövlət  xarici  və  daxili  təhlükələri  aradan 

qaldıraraq  həll  edir.  Müxtəlif  mənbələrdə  ərzaq  təhlükəsi  probleminin  fərqli 

variantları  təklif  olunur.  Belə  ki,  ərzaq  təhlükəsini  şərtləndirən  amillər  kimi  əsas 

ə

rzaq  məhsullarının  istehsalının  həcminin  azalmasını,  ərzaq  məhsullarının  



idxalının  həcminin  artması,  aqrar  sənaye  kompleksinin  istehsal  potensialının 

azalmasını,  strateji  rezervlər,  operativ  və  sığorta  ehtiyatlarının  çatışmazlığı 

göstərilmişdir.  Uşaçev  İ.Q.  [20]  ərzaq  təhlükəsini  şərtləndirən  daxili  amillər 

sırasına  təbii  fəlakətləri  (quraqlıq,  daşqınlar  və  s.)  cəmiyyətdə  təbəqələşmənin 

dərinləşməsi  və  aztəminatlı  əhalinin  çəkisinin  (payının)  artması,  kənd 

təsərrüfatında  və  ASK–nin  digər  sahələrində  genişlənmiş  təkrar  istehsalın 

səviyyəsinin aşağı düşməsi (və ya təmamilə olmaması) xarici faktorlara isə ölkənin 

onun  ayrı-ayrı  regionlarının,  iri  şəhərlərin  sənaye  mərkəzlərinin  ərzaq 

məhsullarının idxalından asılılığı aid edir. 

Xromov  Y.S.  [19]  xarici  faktorlar  siyahısına  ölkəyə  gətirilən  keyfiyyətsiz, 

hətta  sağlamlıq  üçün  təhlükəli  ərzaq  məhsullarını  əlavə  etmişdir.  Moiseyev  Y.V. 

ə

rzaq    təhlükəsini  şərtləndirən  əsas  amil  kimi  əhalinin  gəlirlərinin  aşağı 



səviyyəsini,  daxili  istehsalın  lazımı  səviyyədə  olmamasını  göstəririr,  ərzaq 

təhlükəsini şərtləndirən amilləri 4 əsas qrupa bölürdü: 

•  ərzaq məhsullarının istehsal həcminin azalması; 

•  əhalinin böyük bir hissəsi üçün ərzaq məhsullarının əldə olunmasında  

iqtisadi baryerlər; 

•  ərzaq məhsullarının keyfiyyətinin aşağı olması; 

•  ərzaq təminatının idxaldan yüksək səviyyədə asılılığı. 



65 

 

Ə



rzaq təhlükəsizliyi - ərzaq sahəsində dövlət maraqlarına cavab verən həyati 

ə

həmiyyətli  kompleks  daxili  və  xarici  amillərdən  asılıdır.  Bu  amillərin  aşkar 



edilməsi  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasında  dövlətin  taktika  və 

strategiyasını  müəyyənləşdirir.  Bu  əsasda  ölkənin  ərzaq  təhlükəsizliyinə  təsir 

göstərən əsas daxili amillərə aşağıdakılar aid edilir: 

-əkin  sahələrinin  strukturu  və  heyvandarlığın  yemlə  təmin  edilmə 

səviyyəsinin aşağı olması; 

-ərzaq məhsulları istehsal edən sahələrdə disporsiyaların mövcudluğu; 

-aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; 

-kənd  təsərrüfatı  xammalı  əsasında  işləyən  emal  sənaye  müəssisələrinin 

inhisarçılığı; 

-istehsal və bazar infrastrukturunun zəif inkişafı; 

-iqtisadiyyatın  idarəedilməsinin  təşkilatı  strukturunun  bazar    prinsiplərinə 

adaptasiya edilməsi; 

-ərzaq məhsulları istehsal edən sahələrin  maliyyə vəziyyətinin ağırlığı; 

-əsas istehsal fondlarının köhnəlmə səviyyəsinin yüksəkliyi, aqrar sahənin və 

yeyinti sənayesinin inkişafı üçün dövlət investisiya dəstəyinin olmaması; 

-istehsalçılardan  istehlakçılara  qədərki  mərhələdə  ərzaq  məhsulları  itkilərinə 

yol verilməsi; 

-əhalinin minimal gəlir səviyyəsinin aşağı olması; 

Ölkənin    ərzaq  təhlükəsizliyini  çətinləşdirən  xarici  amillər  aşağıdakılardan 

ibarətdir: 

-ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi; 

-ölkənin  idxal  etdiyi  qida  məhsullarına  dünya  bazar  qiymət  konyukturunun 

təsiri; 

-coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından 

asılılıq; 

-xarici  ölkələrlə  ərzaq  ticarətinin  əlverişsiz  şərtləri,  bu  sahədə  beynəlxalq 

təşkilatlar  və  dünya  birliyi  tərəfindən  diskriminasiya  rejiminin  saxlanması,  qida 



66 

 

məhsulları  istehsal  edən  stateji  əhəmiyyətli  obyektlərin  əcnəbi  investorların 



mülkiyyətinə keçməsi. 

Dövlətin  əsas  məqsədi  bu  təhlükələri  minimuma  endirməkdir.  Hər  bir  qrup 

üzrə dövlətin tədbirlər paketi var ki, onların köməyi  ilə ərzaqla bağlı problemləri 

bu  və  ya  digər  dərəcədə  həll  etmək  mümkün  olur.  Ümumi  və  adambaşına  düşən 

istehsalın  həcminin  mümkünsüzlüyü  prizmasında  deyil,  ASK–da  böhran    

vəziyyəti nöqteyi nəzərindən yanaşmaq lazımdır. 

Ölkənin  ərzaq  təhlükəsizliyinin  əsas  şərti  -  özünütəminetmədir.  Özünütə- 

minetmə  dedikdə  ərzaq  məhsullarına  olan  tələbatın  daxili  istehsal  hesabına 

ödənilməsi başa düşülür. 

Azərbaycanda    adambaşına  0,55  ha  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsi 

düşür.  Qeyd  etmək  lazımdır  ki,  yalnız  bu  göstərici  kənd  təsərrüfatında  istehsalın 

həcmini  müəyyənləşdirən  səbəblər  sırasında  əsas  fondların  yetərincə 

ödənilməməsi,  kənd  təsərrüfatı,  ərzaq  və  emal  sənayesini  material-texniki 

avadanlıqla  təmin  edən  istehsal  sahələrinin  qismən  və  ya  tamamilə 

məhdudlaşdırılması  və  torpağın  münbitliyinin  azalması,  toxumçuluq  sisteminin 

deqredasiya və s. misal göstərmək olar. Eləcə də, sadə texnologiya kənd təsərrüfatı 

istehsalının  iqtisadi  səmərəliliyinin  azalmasına,  bu  isə  öz  növbəsində  yerli 

məhsulların  rəqabət  qabilyyətinin  aşağı  düşməsini  şərtləndirir.  Kənd  təsərrüfatı 

məhsullarının qiymətlərindəki disparitet, gəlirlərin elə bölgüsünə gətirib çıxarır ki, 

bu  vəziyyət  nəinki  kənd  təsərrüfatında  genişlənmiş  təkrar  istehsal  üçün  əlverişli 

şə

rait  yaradır,  hətta  bu  sahənin  ixtisarına  gətirib  çıxarır.  Bu  baxımdan  dövlətin 



kənd təsərrüfatının  dəstəkləməsi  (dotasiya  və  subsidiyalar  şəklində)  çox  vacibdir. 

Bu  dəstəyin  genişləndirilməsi  və  ünvanlı  şəkildə  yönəldilməsi,  bu  vəsaitlər 

üzərində ciddi nəzarət (müəyyən proqramlar daxilində) ölkənin ərzaq təhlükəsizliyi 

probleminin  həllində  öz  müsbət  təsirini  göstərə  bilər.  İxtiyari  ölkənin  kənd 

təsərrüfatı  məhsullarının  istehsalının  səviyyəsi  istehsal  faktorunun  və  dövlət 

tərəfindən  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  imkanlarının  nəticəsi  kimi 

səciyyələnir. 



67 

 

Ə



rzaq    məhsullarına olan  tələbatın ödənilməsi  baxımından  ölkənin potensial 

imkanlarının  qiymətləndirilməsində  əsas  göstəricilər  kimi  istehsalın  həcmi, 

adambaşına  düşən  istehlakın  həcmi,  ölkənin  əsas  məhsulları  ilə  özünütəminatı, 

import  və  eksportun  səviyyəsini  göstərmək  olar.  Ölkənin  ərzaq  məhsulları  ilə 

özüntəminetmə səviyyəsi ümumi istehsalın istehlaka nisbəti, fizioloji qida norması 

ilə müqayisədə faiz göstəricisi ilə müəyyən olunur. 

Ə

KTT  dünyanın  ərzaq  təhlükəsizliyinin  səviyyəsini  qiymətləndirmək  üçün 



xüsusi  metodiki  bazadan  istifadə  edir.  Qeyd  edək  ki,  ƏKTT  -  Beynəlxalq  Ərzaq 

Təhlükəsizliyi Komitəsi qlobal səviyyədə ərzaq probleminin həlli üçün strateji və 

taktiki yanaşmalar üzərində işləyən bir təşkilatdır. Bu metodiki baza 7 göstəriciyə 

ə

saslanır: 



I. Dünya taxıl ehtiyatlarının dünya səviyyəsində taxıl istehlakına olan nisbəti. 

II.  Dünya  ərzaq  təhlükəsizliyi  o  zaman  təmin  edilmiş  hesab  edilir  ki,  dünya 

ə

halisinin  illik  istehlakının  17%  -  i  həcmində  taxıl  ehtiyatı  mövcud  olsun.  Başqa 



sözlə.  taxıl  resursu  illik    istehlakdan  əlavə  dünya  əhalisinin  daha  60  günlük 

tələbatını təmin etmək imkanı versin. 

Digər 5 göstərici taxıl idxal və ixrac edən əsas ölkələrdə vəziyyəti xarakterizə 

edən göstəricilərdir. 

Taxıl ixrac edən ölkələr üçün aşağıdakı göstəricilər xarakterikdir: 

III.  5  əsas  ixracatçı  ölkənin  (Argentina,  Avstraliya,  Kanada,  ABŞ,  AB) 

təklifinin tələbata olan nisbəti; 

IV. Bu ölkələrdə taxıl ehtiyatının ümumi istehlakın həcminə nisbəti-ümumi və 

növlər  üzrə  differensiallaşdırılmış  göstəricilər:  buğda  (Argentina,  Avstraliya, 

Kanada.  ABŞ,  AB)  yemlik  taxıl  (Argentina,  Avstraliya,  Kanada,  ABŞ,  AB)  və 

düyü (Çin, Pakistan, Tailand, ABŞ, Vyetnam). 

İ

dxalçı ölkələr üçün: 



V.Taxıl istehsalında dəyişikliklər (Çin, Hindistan və MDB dövlətləri) 

VI.Çin və Hindistan istisna olmaqla, inkişaf edən ölkələrdə taxıl istehsalında 

dəyişikliklər ; 



68 

 

VII.Sonuncu  göstərici  buğda,  qarğıdalı  və  düyünün  orta  illik  eksport 



qiymətləridir . 

 Tələbatın  60  günlük  həcminə  bərabər  olan  taxıl  ehtiyatları  ərzaq 

təhlükəsizliyinin kritik həddi hesab olunur: “İdxal təhlükəsi meyarı”. Bu hədd 0.3-

ə

 bərabər götürülür. 



Araşdırmalar göstərir ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq aqrar 

sahənin inkişafı təbii şəraitlə bağlı olduğuna görə bu sahədə məhsuldar qüvvələrin 

tam  formalaşdırılmasında  çətinliklər  yaranır.  Aqrar  sahədə  məhsuldar  qüvvələrin 

inkişaf  səviyyəsi  iqtisadiyyatın  digər  sahələrindən  fərqli  olaraq  zəif  inkişaf  edir. 

Aqrar  sahədə  əmək  məhsuldarlığının  səviyyəsi  digər  sahələrlə  müqayisədə  aşağı 

olur. Bunun da başlıca səbəblərindən biri aqrar sahənin inkişafının təbii amillərinin 

təsirinə  məruz  qalmasıdır.  Elə  buna  görə  də  kənd  təsərrüfatının  inkişafının 

tənzimlənməsi  bir  tərəfdən  dövlət  himayəsinə  ehtiyacı  olan  sahə  olub  bilavasitə 

dövlətin  köməyi  ilə  inkişaf  etdirilir  və  formalaşır.  Digər  tərəfdən  sahibkarlığın 

maddi-texniki  vasitələrə,  infrastruktur  maddələrinə,  suvarma  suyuna,  məhsulların 

emalına,  satışına,  yeni  məhsuldar  sortların  toxumuna,  cins  mal-qaraya,  mütərəqqi 

texnologiyaların  tətbiqinə,  təşkilati  işlərə,  idarəetmə  strukturunun  bazar 

münasibətlərinin tələbləri əsasında yenidən qurulmasına, kadr hazırlığına və s. olan 

tələbatları əsasında yenidən qurulması nəticəsində aqrar sahədə maliyyə çətinlikləri 

yaranır ki, bu da nəticədə maliyyə asılılığına gətirib çıxarır.  

Dünya  ölkələri  arasında  iqtisadi  əlaqələrin  intensiv  olaraq  genişlənməsi 

dövlətlərarası  əmtəə  məhsulları  mübadiləsinə  və  sərbəst  fəaliyyətin  həyata 

keçirilməsinə  imkan  yaranır,  beynəlxalq  aləmdə  məhsulların,  informasiyaların 

bolluğuna, azad ticarət və alqı-satqının genişlənməsinə səbəb olur.  

Ölkənin ərzaq təhlükəsizliyi problemi daxili və xarici mənbədən olan zərərli 

tendensiyaların  təsiri  nəticəsində  yaranır.  Daxili  və  xarici  mənbədən  olan  zərərli 

təsirlər ölkənin ərzaq kompleksində destruktiv proseslərə gətirib çıxarır və dövlət 

paralel  olaraq  sosial  qeyri-stabillik  şəraitini  yaşayır.  Aqrar  iqtisadiyyata,  o 

cümlədən ölkənin ərzaq təhlükəsizliyinə zərərli təsir göstərən daxili faktorlar daha 

çox mənfi təsirə malik olur. Problemə sırf Azərbaycan reallıqlarından yanaşdıqda 



69 

 

belə  qənaətə  gəlmək  olar  ki,  ərzaq  təhlükəsizliyi  probleminin  daxili  amilləri 



respublika iqtisadiyyatında kifayət qədər fəal rol oynamışdır. Belə ki, 80 - ci illərin 

sonu  90  -  cı  illərin  əvvəllərindən  etibarən  məhsul  istehsalının  ilbəil  azalması, 

onilliklər ərzində mərkəzləşdirilmiş iqtisadi əlaqələr sisteminin dağılması, xammal 

və  material  resursları  ilə  təchizatın  pisləşməsi.  Qiymətlərin  səviyyəsinin 

yüksəlməsi  və  iqtisadiyyatda  inflyasiya  təmayüllərinin  genişlənməsi,  maliyyə-

kredit  sektorunda  deformasiyalar  və    nəhayət  respublika  daxilində  etnik-milli, 

hərbi  -  siyasi  münasibətlərin  gərginləşməsi  nəticəsində  ölkə  ərazisinin    20%  -  ə 

qədərinin  işğala  məruz  qalması  ərzaq  təhlükəsizliyi  problemində  daxili  amillərin 

daha qabarıq təsirinə əyani sübutdur. 

Ümumilikdə,  yuxarıda  göstərilmiş  faktorlar  və  ərzaq  təhlükəsizliyi 

istiqamətləri nəzərə alınaraq Azərbaycan dövləti məhz əhalinin ərzaq məhsulları ilə 

etibarlı  surətdə  təmin  edilməsi  üçün  2008  -  2015  -  ci  illərə  dair  proqram  qəbul 

etmişdir. 

Dövlət  Proqramının  əsas  məqsədi  ölkənin  hər  bir  vətəndaşının  sağlam    və 

məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları 

ilə tam təmin edilməsinə nail olmaqdır. 

Bu  məqsədə  nail  olmaq  üçün  Dövlət  Proqramı  çərçivəsində  aşağıdakı 

vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 

- ölkədə ərzaq məhsulları istehsalının artırılması; 

- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi;  

- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi; 

-  ərzaq  təminatı  sisteminin  institusional  inkişafını  həyata  keçirmək  və 

sahibkarlıq mühitinin yaxşılaşdırılması; 

Yuxarıda  göstərilən  başlıca  və  mühüm  vəzifələrin  yerinə  yetirilməsi  üçün 

həyata  keçiriləcək  tədbirlər  ölkədə  sabit  və  adekvat  ərzaq  təklifinin 

formalaşdırılmasına,  səmərəli  istehsal  və  satış  infrastrukturunun  yaradılmasına, 

ə

rzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir 



vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməsi. 


70 

 

Sabit və adekvat ərzaq təklifi, ilk növbədə aqrar sektorda intensiv geniş təkrar 



istehsalın,  o  cümlədən  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  və  emalının 

inkişaf  etdirilməsi  yolu  ilə  əldə  olunacaqdır.  Bununla  yanaşı,  tələbatın  bir  qismi 

xarici asılılığı nəzarətdə saxlamaq şərti ilə idxal hesabına ödənilməsi. 

Nəzərə  alınmalıdır  ki,  iqtisadi  qanunlara  görə  ölkədə  istehlak  olunan  ərzaq 

məhsullarının  25%  -  dən  çoxu  xarici  ölkələrdən  gətirilirsə,  həmin  ölkənin  ərzaq 

təminatı təhlükəli sayılır. 

Ə

rzaq  təminatı  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərinin  2015-ci  ilə 



qədər  yerinə  yetirilməsi  üçün  konkret  olaraq  Tədbirlər  Planında  nəzərdə 

tutulmuşdur: 

Səmərəli istehsal, saxlanılma və  satış infrastrukturunun yaradılması da  ərzaq 

təminatı sisteminin ən vacib elementlərindəndir. Buna görə də bu sahələrə dövlət 

investisiyaları artırılacaq və özəl təşəbbüslərin hərtərəfli dəstəklənməsi; 

Ə

rzaq  təklifinin  səmərəli  bazar  mexanizmi  vasitəsilə  adekvat  tələblə 



qarşılaşması  üçün  ölkə  vətəndaşlarının  hər  biri  istənilən  zaman  ərzaqla  təmin 

olunma  imkanına  malik  olmalıdır.  Bu  həmin  ictimai  resursların  aztəminatlı 

vətəndaşlara  birbaşa  yönəldilməsi,  həm  də  ödəmə  qabiliyyətli  tələbin 

formalaşdırılması vasitəsilə həyata keçirilməsi; 

Ə

rzaq  təminatı  dövlət  siyasətinin  əsas  istiqamətlərindən  biri  də  əhalinin 



nəinki kəmiyyətcə, həm də keyfiyyətcə müasir tələblərə cavab verən, ekoloji təmiz 

məhsullarla təchiz edilməsidir. Bu məqsədlə, keyfiyyətə və təhlükəsizliyə səmərəli 

nəzarət sistemi qurulması; 

Ə

rzaq  təminatı  sisteminin  ən  mühüm  elementlərindən  biri    ehtimal  olunan 



risklərin  səmərəli şəkildə idarə edilməsidir. Bu məqsədlə, qarşıdakı illərdə zəruri 

həcmdə dövlət ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində 

idarə  edilməsidir.  Bu  məqsədlə  qarşıdakı  illərdə  zəruri  həcmdə  dövlət  ərzaq 

ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi təmin 

olunmalı, qabaqcıl sığorta mexanizmlərinin tətbiqinin genişləndirilməsi; 

Nəzərdə tutulmuşdur ki, ərzaq təminatı sisteminin institusional inkişafı diqqət 

mərkəzində  saxlanılacaq,  aqrar  bölmənin elmi  və  kadr  potensialı  gücləndiriləcək, 



71 

 

sahibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət tərəfindən maliyyə 



dəstəyi genişləndirilməsi. 

İ

lk  növbədə  həyati  zərurət  olan  torpaq  və  sudan  istifadənin  səmərəliliyinin 



artırılması  tədbirləri  nəzərdə  tutulmuşdur.  Həmin  kompleks  tədbirlər  içərisində 

xüsusi əhəmiyyəti olan tədbirlər aşağıdakılardır: 

- torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması; 

-  çirklənmiş  deqradasiyaya  uğramış  torpaqların  əkin  dövriyyəsinə  cəlb 

edilməsinin stimullaşdırılması; 

- əkinə yararlı torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması; 

-  pay  torpaqları  əsasında  formalaşmış  xırda  ailə  və  fermer  təsərrüfatlarının 

könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması; 

- kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin 

təkmilləşdirilməsi; 

- suvarmada mütərəqqi texnologiyaların tətbiqi; 

-  ətraf  mühitin  (torpaq  və  suyun)  müntəzəm  olaraq  ekoloji  monitorinqinin 

aparılması və müvafiq məlumatların istehsalçılara çatdırılması; 

Bitkiçiliyin inkişaf etdirilməsi tədbirləri: 

-  bitkiçilik  məhsullarının  istehsalında  növbəli  əkin  sisteminin  yerli  şəraitə 

uyğun aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi; 

-  kənd  təsərrüfatı  bitkilərinin  bölgələr  üzrə  optimal  əkin  strukturunun  və 

istehsal  həcminin  müəyyənləşdirilməsi,  müvafiq  tövsiyələrin  fermerlərə 

çatdırılması; 

- yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması; 

-  məhsuldar  və  keyfiyyətli  buğda  toxumlarının  stimullaşdırılması  və  daxili 

tələbatın ödənilməsi; 

-  taxılın  vaxtında  və  itkisiz  yığılması  üçün  müvafiq  texniki  və  digər  zəruri 

tədbirlərin həyata keçirilməsi; 

-  taxıla  olan  dövlət  ehtiyacının  tənzimləmə  mexanizminin  işlənib 

hazırlanması; 




72 

 

-  müasir  aqrotexniki  tədbirlərə  əməl  olunması,  qabaqcıl  texnologiyaların 



tətbiqi 

və 


ə

kinçilik 

mədəniyyətinin 

artırılmasının 

təşviq 

olunması; 

rayon  dövlət  toxum  müfəttişinin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və 

laboratoriyaların modernləşdirilməsi; 

- azot istehsal edən zavodun tikilməsi. 

Ölkədə  inkişaf  tədbirində  faraş  kartof    və  tərəvəzin,  yaşıl  çay  yarpağının, 

meyvə  bağlarının,  üzümçülüyün,  zeytun  bağlarının,    şəkər  çuğunduru  və  yağlı  

bitkilərin,  çəltikçiliyin  və  digər  bitkilərin  əkin  sahələrinin  genişləndirilməsi 

nəzərdə tutulmuşdur. 

Tədbirlər  planında  eyni  zamanda  heyvandarlığın  inkişaf  etdirilməsi 

istiqamətində  də  kompleks  tədbirlər  nəzərdə  tutulmuşdur.  Xüsusilə  ölkədə 

damazlıq  işinin  genişləndirilməsi  və  təkmilləşdirilməsi,  yem  bazasının  intensiv 

texnologiyalar əsasında inkişafı, ətlik  maldarlığın inkişaf  etdirilməsi,  quşçuluğun, 

ə

t, süd, və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modenləşdirilməsi və 



yenilərinin yaradılması nəzərdə tutulmuşdur. 

Bundan başqa balıqçılığın, arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. 

Tədbirlər planında həmçinin digər kompleks tədbirlər: 

- ərzaq məhsulları istehsalının infrastruktur təminatın yaxşılaşdırılması; 

- melorasiya və su təsərrüfatının inkişaf etdirilməsi; 

- baytarlıq xidmətinin səmərəliliyinin artırılması; 

- ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi; 

- fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması; 

- ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi; 

- sahibkarlıq fəaliyyətinin dəstəklənməsi; 

-  aqrar  sahənin  elmi  təminatının  yaxşılaşdırılması  və  kadr  potensialının 

yüksəldilməsi nəzərdə tutulmuşdur. 

-  Ümumilikdə  2008  -  2015  -  ci  il  üçün  müəyyən  olunmuş  çoxsahəli  və 

çoxşaxəli iqtisadi və siyasi təhlükəsizlik proqramı ölkə əhalisinin ərzaq məhsulları 

ilə etibarlı təmin edilməsində  xüsusi əhəmiyyətə malikdir. 



73 

 

Dövlət  Proqramının  2015  -  ci  il  üçün  icra  meyarlarını  təşkil    edən  hədəf 



göstəriciləri aşağıdakılardır: 

- dənli bitkilərin əkin sahəsi - 900 min hektar; 

- taxıl istehsalı - 2,8 milyon ton; 

- məhsuldarlıq - 32 sentner; 

- ət istehsalı – 340 - min ton 

- süd istehsalı - 2,4 milyon; 

- quş əti istehsalı - 80 min ton. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin