Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
FARZALIYEV-MAG (1)

§1.4. Secmə müşahidəsinin növləri və onların xüsusiyyətləri 
 
Ev təsərrüfatlarının seçmə tədqiqatı dövlət statistika müşahidəsi metodudur 
və dövlət idarəetmə orqanları tərəfindən əhalinin müxtəlif qrupları və təbəqələrinin 


27 
həyat səviyyəsi haqqında iqtisadi - statistik informasiya əldə etmək məqsədilə həyata 
keçirilir. 
Bu tədqiqatın məlumatları əhalinin gəlirlərinin və istehlak xərclərinin 
quruluşunun dəyişməsinin səciyyyələndirmək üçün obyektiv əsasdır və ailənin 
tərkibindən və üzvülərinin məşğulluğundan asılı olaraq onların maddi rifahındakı 
fərqlərin aşkar edilməsinə imkan verir. Bunlarla yanaşı bu cür informasiyadan 
gəlirlərin formalaşmasında ayrı-ayrı gəlir mənbələrin rolunun aşkar edilməsi, 
gəlirlərin səviyyəsinə görə əhalinin diferensasiyasının səciyyyələndirlməsi, həmçinin 
yeni sosial proseslərin insanların həyat səviyyəsinə təsirinin qanunauyğunluqlarının 
öyrənilməsi, bazar iqtisadiyyatı şəraitində əhalinin müxtəlif qruplarının sosial 
müdafiəsinə istiqamətlənən müvafiq siyasətin işlənib hazırlanması üçün istifadə 
edilir. 
Tədqiqatın nəticələrindən müxtəlif iqtisadi-statistik hesablamalarda o 
cümlədən, Ümumi Daxili Məhsulu və onun bölgüsünü, istehsal qiymətləri indeksini 
və əhalinin real gəlirlərini hesablayarkən, kəndə təsərrüfatı məhsulunun istehsalı və 
istifadəsi balansını, Milli Hesablar Sistemini (burada ev təsərrüfatları sektorunun 
göstəriciləri mühüm rol oynayır) və s. tərtib edərkən geniş istifadə edilir. 
Seçmə müşahidəsi müxtəlif üsullarla aparıla bilər. Seçmə üsulu baş məcmudan 
vahidlərin seçilməsinin konkret mexanizmini və üsulunu müəyyən edir. 
Ümumiyyətlə, hər bir konkret seçmə müşahidəsi üçün seçmə xətasının qiyməti seçmə 
məcmusunun formalaşmasının növündən, metodundan və üsulundan asılı 
olaraqmüvafiq düsturlarla müəyyən edilir. 
Seçmə məcmusunun folormalaşmasının növünə görə fərdi, qrup və kombinə-
ləşdirilmiş seçmə fərqləndirilir. Baş məcmudan ayrı-ayrı vahidlərin seçilməsinə fərdi 
seçmə deyilir.baş məcmuda ğircinsli qruplarla və yaxud seriyalarla vahidlərin 
seçilməsinə qrup seçmə deyilir. Kombinələşdirilmiş seçmədə həm birinci, həm də 
ikinci növdən istifadə edilir. Seçmə metoduna görə təkrar və təkrar olmayan seçmə 
fərqləndirilir. Təcrübədə daha çox təkrar olmayan seçmə üsulundan istifadə edilir. Bu 
üsulda baş məcmunun hər bir vahidi seçmə məcmuyuna ancaq bir dəfə düşə bilər.


28 
Seçmə üsuluna görə seçmənin müxtəlif növləri - təsadüfi, mexaniki, tipik 
(stratifikasiyalı), seriyalı, kombinələşdirilmiş və kiçik seçmə bir-birindən fərqlən-
dirilir.
Baş məcmudan vahidlərin qərəzsiz təsadüfi qaydada seçilməsinə təsadüfi 
seçmə deyilir. Vahidlər müəyyən fasilə əsasında mexaniki qaydada seçilərsə buna 
mexaniki seçmə deyilir. Baş məcmunu eyni tipli qruplara ayırıb onlardan vahidlərin 
seçilməsinə tipik seçmə deyilir. Seriyalı seçmədə baş məcmudan ayrı-ayrı vahidlər 
deyil, qruplar (seriyalar) və seçilmiş qruplarda ümumi müşahidə aparılır. Seriyalı 
seçmədə hər bir seriya məcmu vahidi kimi götürülür və əlamətin tərəddüd dərəcəsinin 
ölçüsü seriyalar arası seçmə dispersiya olur. Kombinələşdirilmiş seçmədə bir neçə 
seçmə üsullarından birlikdə istifadə olunur. 
Tədqiqat seçmə məcmusuna düşən ev təsərrüfatlarının sorğusu yolu ilə 
həyata keçirilir. 
Tədqiqatın statistik vasitəsi (sorğu vərəqəsi) cavab toplanılacaq sualların 
siyahısıdır. Sualların məzmunu sosial siyasəti işləyib hazırlamaq üçün zəruri olan 
informasiyanın əldə edilməsinə istiqamətlənir.bu cür informasiyaya təlabat vaxt 
keçdikcə dəyişir və sorğu vərəqəsi elə tərtib olunur ki, ona əlavə sualların daxil 
edilməsi mümkün olsun. 
Müsahibə alanının işini çətinləşdirməmək üçün sorğu vərəqəsi maksimum 
sadə olmalıdır, həçmi olduqca böyük olmamalıdır və soruşulan şəxsi yormamalıdır. 
Eyni zamanda onlar kifayət qədər müfəssəl olmalıdır və orada həqiqi və etibarlı 
cavabların alına biləcəyi suallar olmalıdır. 
Ev təsərrüfatlarının tədqiqi proqramında aşağıdakı sorğu vərəqələrinin 
doldurulması öz əksini tapır: 
- «Əsas müsahib üçün suallar» və «ev təsərrüfatının tərkibinə nəzarət 
xəritəsi» hər bir ev təsərrüfatı tərəfindən ildə bir dəfə tədqiqat aparılan ildən əvvəlki 
ilin dekabr ayında ilk sorğunun gedişində müsahibə alan tərəyindən doldurulur, 
- «gündəlik xərcəlrin uçotu» hər rübdə iki həftə ərzində ev təsərrüfatları 
tərəfindən doldurulur, 


29 
- «gəlir və xərclər üzrə rüblük sorğullar» ev təsərrüfatlarının üzvüləri ilə 
sorğu-söhbət əsasında rübün sonuna müsahibə alan tərəfindən doldurulur.
Rüblük müsahibəni apararkən ev təsərrüfatlarından əldə edilən məlumatları 
dəqiqləşdirmək üçün «rüblük xərclər dəftərində (jurnalında)» köməkçi qeydlərdən 
istifadə olunur. Burada rübün hər bir ayı üçün müntəzəm xərclərin və əsas (iri) satın 
almaların qeydiyyatı aparılır. 
Məlumatların toplanmasını xüsusi hazırlıqlı işçilər-müsahibə alanlar həyata 
keçirir. Ev təsərrüfatlarının sorğusu müsahibə metodu ilə aparılır. Onu da qeyd edək 
ki, toplanılan informasiyanın dolğunluğu və etibarlılığı əhəmiyyətli dərəcədə 
müsahibə alanın peşəkarlıq səviyyəsindən asılıdır. Ona görə də seçmə təqiqatında 
müsahibə alanın vəzifələri dəqiq müəyyənləşdirilir (2,9,10). 
Məlumdur ki, ev təsərrüfatlarının büdcəsinin formalaşmasına təsir edən 
mühüm amillərdən biri ailədə məşğul olanların sayıdır. Ona görə də elmi işdə ev 
təsərrüfatlarında məşğullq probleminin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. 
Dünya statistika təcrübəsində məşğulluğa dair tədqiqat məlumatlarının 
qiymətləndirilməsi üçün müxtəlif metodlardan istifadə edilir. Beynəlxalq təcrübədə 
işçi qüvvəsinin tədqiqi məlumatlarını qiymətləndirmək üçün seçmə vahidindən (ev 
təsərrüfatı) istifadə edilməklə çəkilər (əmsallar) hesablanır. Həmin çəkilər (əmsallar) 
suallara çavab verməyən ev təsərrüfatları, respodentlər və başqa göstəricilərdən asılı 
olaraq hesablanır. Ev təsərrüfatlarında yaşayan insanların sayına görə əhalinin 
paylanmasına xüsusi fikir verilir. Bu metodun tətbiqi üçün əhali registrinin 
mövcudluğu əsas şərtdir. 
Bir sıra ölkələrinin statistika sistemində işçi qüvvəsinə dair tədqiqat 
göstəricilərinin yekunlaşdırılması üçün əhalinin siyahıyaalınmasının nəticələrindən, 
cari statistina məlumatlarından və faktiki sorğu aparılmış respodentlərin sayından 
istifadə edilir. Müşahidə aparılmış respodentlərdən cins və yaş tərkibi üzrə əldə 
edilmiş məlumatlar əsasında fərdi çəkilər hesablanır. Fərdi çəkilər şəhər və kənd 
yaşayış məntəqələri üzrə əhalinin cins və yaş tərkibinə görə iterasiya, yəni ardıcıl 
yaxınlaşdırmalar metodu ilə hesablanır. 


30 
Son dövrlərdə əhalinin məşğulluq probleminin bu və ya digər aspektlərini 
öyrənərkən ekonometrik metodlardan da istifadə edilir. 
Əhalinin məşğulluğu haqqında məlumatlar ev təsərrüfatlarında keçirilən 
müşahidə zamanı əldə edilir. Seçmə vahidi ev təsərrüfatları hesab edilir və onların 
seçilməsi iki mərhələdə aparılır. Birinci mərhələdə yaşayış məntəqəsi (şəhərdə sayıcı 
məntəqəsi, kənd ərazi vahidi) seçilir. Yaşayış məntəqələrin ilkin seçmə vahidi (PSU) 
də deyilir. İkinci mərhələdə isə ev təsərrüfatları seçilir. Sorğu məlumatlarının 
keyfiyyətli olmasını təmin etmək üçün seçmə vahidlərinin (yaşayış məntəqələrinin və 
ev təsərrüfatlarının) statistik təhlili aparılmalı, reprezentativ vahidlər seçilməlidir. Bu 
işlər seçmə tədqiqatlarına hazırlıq, yəni onun ilkin və nəzəri mərhələsidir. Bu 
mərhələdə seçmə planı tərtib edilir. Seçmə planından, sorğunun real vəziyyətindən və 
başqa parametirlərdən asılı olaraq müşahidənin nəticəsi ümumiləşdirilir və çəkiyə 
vurularaq ölkə üçün yekun məlumatlar hesablanır (11,12). Çəki aşağıdakı düsturla 
hesablanır: 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin