Microsoft Word mag. Secme -times new roman doc



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix13.05.2023
ölçüsü0,66 Mb.
#113055
1   2   3   4   5   6   7   8   9   10   ...   24
FARZALIYEV-MAG (1)

 
 


16 
 
§1.3.
 Statistik registr, onun beynəlxalq təcrübəsi və Azərbaycanda tətbiqi 
xüsusiyyətləri 
 
 
Statistika xidməti sahəsində statistik müşahidələrin aparılmasında registrlər 
mühüm rol oynayır. Beynəlxalq təcrübədə bu məsələnin həlli ilə bağlı coxsaylı 
örnəklər vardır. Belə ki, Avropa Birliyinə üzv ölkələrdə statistik müşahidələr ücün 
hazırlanmış registirlərin inteqrasiyası və keyfiyyətinin yüksəldilməsi üzrə xüsusi 
proqramların həyata kecirilməsinə başlanılmışdır. Bu məsələnin həlli ücün mütə-
xəssislərdən ibarət işci qrupu yaradılmış, qrupun əsas vəzifəsi inzibati və statistk 
registirlərin inteqrasiyası üzrə qaydalar (kriteriyalar) hazırlamaqdan ibarətdir. 
Statistik registr sisteminin inkişafı ücün aşağıdakı əsas qaydalar nəzərdə 
tutulur: 
- registrin harmonizasiyası, 
- vahidlərin təyinatı, 
- əhatəlilik, 
- aktuallaşma, 
- vahidlərin demoqrafiyası (yaranması, ləğvi və s.), 
- registrin keyfiyyətinin yaxşılaşdırılması. 
İqtisadi inkişafa və iqtisadiyyatın strukturuna nəzarət ücün statistik məlu-
matlar registri xüsusi əhəmiyyət kəsb edir. Registrlərin əhatəsi, həçmi və keyfiyyəti 
ölkədən asılı olaraq dəyişir. Statistik məlumatların istehsalı məsələsi registirlərin 
konkret standartlara cavab verməsini tələb edir. Registrin harmonizasiyası məlumatın 
təqdim edilməsinə məhdudiyyət qoymaq ücün şərait yaratmalı, hətta bəzi hallarda 
onların ixtisar edilməsini təmin etməlidir. 
Statistik məlumatları toplamaq və yekunlaşdırmaq ücün Avropa Birliyinə üzv 
ölkələr statistik vahidlər məcmusunda aşağıdakıları nəzərdə tutur: 
-istifadə olunan hər bir vahidin ümumi təyinatı olmalıdır və o, yeganə 
olmalıdır, 
- statistik vahidlər coxluğu Avropa Birliyinə üzv ölkələrin hər birində istifadə 
olunmalıdır. 


17 
Bütün müəssisələr və onların yerli strukturları registrə daxil edilməli və 
registrdən götürülmüş statistik məlumatlarda xətalara yol verilməməlidir. 
Registr vahidləri zəruri hallarda yaradılır, dəyişdirilir və ya ləğv edilərək 
registrdən çıxarılırlar. Zaman keçdikcə onların xarakteristikaları da dəyişir. Əgər va-
hidlərin demoqrafiyası standart metodologiyaya uyğunlaşdırılmayıbsa, beynəlxalq 
müqayisələri həyata kecirmək olduqca çətin olacaq. 
Vahidlər və onlara aid xarakteristikalar da harmonizasiya edilməlıdır. Onlar 
seçmədə istifadə olunan stratların müqayisəliliyini, alt çoxluqların harmonizasiyasını 
(maraqlara görə, məsələn, dövlət müəssisələri), bəzi iqtisadi vahidlərin standartlaş-
masını müəyyən edir. 
Registrin keyfiyyəti onun tərkibi və mövcud reallığa uyğunluğu ilə müəyyən 
olunur. Keyfiyyət aktuallaşmanın tezliyi və xarakterindən asılıdır, onu müəyyənləş-
dirmək və qiymətləndirmək mümkündür. Keyfiyyəti təmin etmək ücün Avropa 
Birliyi üzrə registr yaratmaq deyil, milli registrləri harmonizə etmək daha məqsə-
dəuyğun hesab edilir. Hər bir ölkə öz registrinin yaradılması və aktuallaşdırılması 
metodlarını sərbəst müəyyən edir. Bunun ücün keyfiyyət meyarlarının minimum 
norması müəyyən edilir və registrin istifadəsində aşkar olunan uyğunsuzluqlar 
müntəzəm olaraq nəzərdən keçirilir. Registrlərin aktuallaşçasının hansı müddətə və 
hansı əhatəliklə həyata keçirilməsi dəqiq müəyyənləşməlidir. Keyfiyyəti müəyyən 
edən dörd meyar mövcuddur. Bunlara aiddir: 
-birinci meyar registr “daxilolmalarının” müddəti və əhatəliliyinə aiddir. t 
ilində yaradılan vahidlərin 95%-nin t+1 ilində qeydiyyata düşməsini müəyyən-
ləşdirmək olar, 
- ikinci meyar qeydiyyatların sayına (xüsusi çəkisinə) aiddir. Həqiqətdə eyni 
vahidin bir neçə dəfə qeydiyyatdan keçməsi müşahidə zamanı yol verilən xətalara 
səbəb olur, 
- üçüncü meyar “yalançı” fəal vahidlərin sayına (xüsusi çəkisinə) aiddir. 
İqtisadi fəallığın dayandırılmasına baxmayaraq, qegistrlərin aparılması zamanı 
sistematik natamam qeydiyyat qaçılmazdır və fəaliyyəti dayandırılmış vahidlər 
registrdə fəal vahid kimi qeyd olunur, 


18 
- dördüncü meyar vahidlərin iqtisadi fəaliyyət növlərinin və ölçülərinin 
təsnifləşməsi zamanı yol verilən xətalara aiddir. 
Bu xətalar müşahidələrin keyfiyyətli yerinə yetirilməsinə mənfi təsir göstərir. 
Müşahidələrin nəticələri təshih edilsədə, mütəxəsislərin müəyyənləşdirdiyi dəqiqliyi 
əldə etmək mümkün olmur. Beləliklə, ümumi məcmunu stratlara ayırmaq ücün 
istifadə olunan göstəriciləri müntəzəm olaraq aktuallaşdirmaq və onlara nəzarət 
etmək lazımdır. Müşahidənin nəticəsini qiymətləndirmək ücün registrə daxil edilmiş 
vahidlər üzrə ildə bir dəfə, qalan vahidlər üzrə ən azı dörd ildə bir dəfə aktual-
laşmanın aparılması tövsiyyə olunur (10,13).
Keyfiyyət meyarlarının norması keyfiyyətin qiymətləndirilməsində istifadə 
edilir. 
Milli registirlərin harmonizasiyası uzunmüddətli və tədrici bir prossesdir. 
Qəbul edilmiş normativ aklar bu harmonizasiyanın aparılması ücün əsas verir, hüquqi 
və statistik vahidlərin qeydiyyatı ücün norma müəyyən edir. Normativ aktlar milli 
registrlərin harmonizasiyası və keyfiyyət dinamikasını müəyyən edir ki, bu da 
statistik registrin məlumaları ilə inzibati registrin məlumatları arasında sıx əlaqə 
yaradır. 
Milli registrlərin işlənib hazırlanması və yeniləşməsində nəzərə alınmış 
xarakteristikaları müəyyən etmək ücün registrin funksiyası və təyinatını düzgün təhlil 
etmək lazımdır. Registr- müəssisələr statistikası sisteminin təməlidir, çünkü bu sistem 
ardıcıl və əsaslandırılmış məlumatlar çoxluğunun hər il müntəzəm toplanması ücün 
nəzərdə tutulmuşdur. 
Avropa Birliyində registrdən istifadənin beş əsas təyinatı mövcuddur. Bunlar 
aşağidakılardır: 
1) statistik vahidlərin aşkar edilməsi və yaradılması, 
2) müşahidələrin aparılması və əlaqələndirilməsi, 
3) müəssisələrin demoqrafiyasının statistik məlumat mənbələri, 
4) inzibati mənbələrin məlumatlarının cəlb edilməsi, 
5) məlumatların yayılması vasitəsi. 


19 
Statistik vahidlər hüquqi şəxslərə və mövcud inzibati vahidlərə həmişə 
birbaşa uyğun olmur. İnzibati mənbələr bütövlükdə ölkədə hüquqi vahidlərin 
yaradılması və mövcudluğu haqqında məlumat verir. Bu hüquqi vahidlərin ünvanları 
sosial qanunların tətbiqinə görə məsuliyyət daşıyan inzibati hakimiyyət orqanlarına 
və sosial sığorta təşkilatlarına məlumdur.
Avropa Birliyinə üzv ölkələrin işləyib hazırladıqları registrlər eyni zamanda 
hüquqi vahidlər, müəssisələr, yerli vahidlər, iqtisadi fəaliyyət vahidləri registridir. 
Registr müşahidələrin aparılması və nəticənin yoxlanması ücün istifadə 
olunan məlumatlardan ibarətdir. Müşahidə aparmaq ücün aşağıdakılar yerinə yetiril-
məlidir: 
- illik siyahı hazırlanmalı və bu siyahı üzrə statistik müşahidələrin sorğu 
anketlərini paylamaq ücün ünvanların siyahısı tərtib edilməli, 
- səmərəli seçmə şəbəkəsi (müəssisələr çoxluğu) hazırlanmalı, 
- müəssisələrdən sorğu yolu ilə alınmış məlumatlar ekstrapolyasiya edilməli, 
- müxtəlif müşahidələrin nəticələri təhlil edilməli, 
- məlumatlar ekspertlər tərəfindən diqqətlə öyrənilməlidir. 
Registrdən düzgün istifadə sorğu zamanı kiçik müəssisələrin statistik yükünə 
nəzarət etmək imkanı verir, eyni vahidləri təkrar seçməyə düşmək zərurətindən qo-
ruyur.
Müəssisələr çoxluğunun strukturu və demoqrafiyası haqqında məlumatlara 
təlabat getdikcə artdığına görə registrin aparılmasında nəzərə alınmalıdr. Bucür 
məlumatların real mənbəyi aşağıdakılardır: 
- statistik vahidlərin dövlət registri ücün hüquqi vahidlərdən alınan 
məlumatlar, 
- statistik tədqiqatların həm hazirlıq, həm də həyata keçirilmə mərhələlərində 
əldə edilən məlumatlar, 
- inzibati registirlərin məlumatları. 
İqtisadiyyat üzrə məlumatlara təlabat durmadan artir ki, bu da müəssisədə 
statistik müşahidə yükünün artmasına gətirib çıxarır. Ona görə də inzibati 
registrlərdən istifadə etməyə zərurət yaranır. 


20 
Avropa Birliyinə üzv ölkələrdə statistik registirlərinin yaradılması və aparıl-
ması ücün inzibati mənbələrdən getdikcə daha çox istifadə edilir. Bəzi ölkələr iki tip 
registirdə olan məlumatları birləşdirir, yəni bir neçə təyinatı olan registr yaradılır. 
Əgər ƏDV registri inzibati məlumatlar mənbəyidirsə (bəzi Statistika İnstitutlarının 
istifadə etdiyi), o halda digər vergi orqanlarına, sosial sığorta təşkilatlarına, ticarət 
palatalarına aid registrlərdən də istifadə etmək olar. Bu cür məlumatlar mübadiləsi 
prosesində inzibati və statistik registirlərin forma və məzmunu bir-birinə təsir göstərə 
bilər. Statistik registirlərin aparılması ayrıca əməliyyatlar kimi deyil, inzibati və 
statistik registrlərin hazirlanmasına yönəldilmiş əlaqələndirmə əməliyyatlarını 
nəzərdə tutur. Məsələn, bina və avadanlıqlara qoyulan investisiyalar haqqında məlu-
matları toplamaq ücün yeni yaradılmış iqtisadi vahid haqqında məlumatlar dərhal 
registrin siyahısına daxil edilməlidir və ya iqtisadi vahidə dair hər bir dəyişiklik, 
məsələn, vahidin ünvanının istənilən dəyişikliyi olan kimi, o müvafiq vahidin sətrinə 
daxil edilməlidir və s. 
Statistik vahidin iqtisadi fəaliyyət növlərində müxtəlif dəyişikliklər haqqında 
məlumat onun əsas fəaliyyət növü kodunun modifikasiyasına gətirib çıxara bilər 
(13,15,27).
Ölkədə statistika xidmətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi 
bütün sivil ölkələrdə olduğu kimi Azərbaycandada seçmə müşahidəsinin həyata 
keçirilməsinin əsası kimi çıxış edən statistik registrin formalaşdırılması və onun 
statistik vahidlərin Dövlət registri ilə əlaqə sisteminin yaradılması prosesi gedir. Bu 
prosesin gedişatını başa düşmək ücün qed edilən sistemlərdə istifadə edilən bəzi 
anlayışların izahının verilməsi zəruridir. 
Statistik vahidlərin Dövlət registri - Azərbaycan Respublikasının ərazisində 
dövlət qeydiyyatından keçmiş təsərrüfat subyektlərinin identifikasiyasını (eyniləş-
dirilməsini) və uçotunu təmin edən, sənədlərin sıralanmış məcmusundan və məlu-
matlar texnologiyasından ibarət olan dövlət məlumat sistemidir. 
Statistik reyestr- statistik məqsədlər, yəni başda-başa və birdəfəlik müşa-
hidələrin, seçmə müşahidələrin, konyuktur sorğuların, siyahıyaalmaların təşkili və 


21 
həyata keçirilməsi ücün istifadə edilən iqtisadi fəal statistik bahidlərin baş məc-
musudur. 
Statistik reyestrin aktuallaşdırılması-reyestrin subyektləri haqqında məlu-
matların dəqiq (aktual) vəziyyətdə saxlanması məqsədi ilə dəyişikliklərin reyestrə 
daxil edilməsi. 
Demoqrafik və qeyri-demoqrafik dəyişikliklər bazası-uçot vahidlərinin Döv-
lət reyestri əsasında yaradilmış və təsərrüfat subyektlərində sonradan statistik reyestrə 
daxil edilməsi ücün baş verən bütün dəyişikliklərin umotunu təmin edən məlumat 
sistemidir. 
Statistik vahidlər- statistik uçota və müşahidəyə cəlb olunmalı vahidlərdir 
(təsərrüfat subyektləridir). Statistik vahidlərinin Dövlət registrinin tərkibində statistik 
vahidlərə Azərbaycan Respublikasının ərazisində yerləşən və mövcud qanun-
vericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçmiş, təsərrüfat fəaliyyəti həyata 
keçirən subyektlər aid edilir. 
Təsərrüfat subyektləri- hüquüi şəxs statusuna malik olan, yaxud öz fəaliy-
yətini hüquqi şəxs yaratmadan həyata keçirən (fiziki şəxslər) subyektlərdir. 
Statistik vahidlərin inzibati və təsnifat göstəricilərinin aktuallaşdırılması sta-
tistik registrin Statistik vahidlərinin Dövlət registri ilə qarşılıqlı əlaqəsi əsasında hə-
yata keçirilir. 
Statistik registrin inzibati və təsnifat göstəriciləri rəsmi mənbələrin məlu-
matları əsasında aşağıdakı qaydada aktuallaşdırılır: 
-inzibati göstəricilərin aktuallaşdırılması təsərrüfat subyektlərinin qeydiyyatı, 
təkrar qeydiyyatı və fəaliyyətlərinin dayandırılması haqqında qeydiyyat məlumatları 
əsasında, nazirlik və idarəlararası məlumat mübadiləsinin müəyyən edilmiş qayda-
larına və Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarına 
uyğun olaraq, 
-təsnifat göstəricilərinin aktuallaşdırılması normativ-sorğu sənədlərinə əsa-
sən. 
Təsərrüfat subyektinin fəallıq vəziyyəti onun statistik vahid kimi qeydiyyata 
alındığı zaman doldurulan və ildə bir dəfə statistik müşahidələr və digər inzibati 


22 
registirlərin məlumatlarında əmələ gələn fərqlər əsasında aktuallaşdırılan fəallıq 
göstəricisi ilə öarakterizə edilir. 
Cari dəyişikliklər Statistik vahidlərinin dövlət registrinə, demoqrafik və 
qeyri-demoqrafik dəyişiklliklər bazasına aşağıdakı kimi daxil edilir: 
- hər gün - yeni yaradılmış yəsərrüfat subyektlərinin qeydiyyatı, təkrar 
qeydiyyatı və ləğvlərinin qeydiyyatı haqqında məlumatlar əsasında, 
- rübdə bir dəfə - cari statistik hesabatlar əsasında, 
- ildə bir dəfə -illik hesabatların yekunları əsasında, 
- bir dəfə -təsərrüfat subyektlərinin siyahıyaalınması əsasında (əgər həyata 
keçirilərsə). 
Təsərrüfat subyektlərinin iqtisadi fəallıq vəziyyəti illik və cari statistik 
hesabatlar əsasında və həmçinin digər inzibati registrlərdən rübdə bir dəfə alınan 
məlumatlar əsasında müəyyənləşdirilir. 
Mövsümü müəssisələrin, idarə və təşkilatların fəallıq vəziyyəti illik statistik 
məlumatlar əsasında müəyyən edilir. 
Statistik vahidlər ücün aşağıdakı fəalliq vəziyyətləri müəyyənləşdirilmişdir: 
- vahid haqqında heç bir məlumat yoxdur, 
- vahid fəaldır, 
- vahid fəal deyil (“yatmış” vahid), 
- vahid ləğv olunma ərəfəsindədir, 
- yeni yaranmış vahid. 
Öz nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq fəaliyyət göstərən və 
statistik hesabatlar təqdim edən müəssisə, təşkilat və idarələr “hesabat təqdim edən 
vahid” kimi qeyd edilir. 
Vahid haqqında heç bir məlumat yoxdur- haqqında 3 ildən çox müddətdə heç 
bir məlumat olmayan və statistik vahidlərin dövlət registrində göstərilən ünvanda 
tapılmayan statistik vahidlər ücün şamil edilir (2,13). 
Vahid faldır-statistik müşahidələr və inzibati registrlərin məlumatları 
əsasında fəaliyyət göstərən və ya bir aydan az müddətdə işləməyən statistik vahidlərə 
şamil edilir. 


23 
Vahid fəal deyil (“yatmış” vahid)- statistik hesabatlar və inzibati registrlərin 
məlumatları əsasında bir aydan çox, lakin üç ildən az müddətdə işləməyən statistik 
vahidlərə şamil edilir. 
Əgər statistik vahid cari ildə öz maliyyə, istehsal və ya digər fəaliyyəti 
haqqında hesabat təqdim etmirsə (işləyənlərin sayı haqqında məlumatdan başqa) və 
ya “0” göstərici ilə təqdim edirsə, “yatmış” hesab edilir və statistik registrin tərkibin-
də cari ilin sonunadək müşahidə edilir. 
Vahid ləğv olnma ərəfəsindədir-ləğv olunma prosedurası başlanılan, lakin 
ləğv qeydiyyatı aparılmamış statistik vahidlərə, onların ləğvini qeydiyyata alan 
orqanların məlumatları əsasında şamil edilir. 
Əgər hüquqi şəxsin ləğv olunma prosedurası cari il ərzində başlanıbsa, onda 
bu statistik vahid il qurtaranadək statistik registirdə müşahidə edilir. Belə vahidlər 
sonrakı ilin statistik registrinə daxil edilmir. Lakin əgər ləğv olunacaq statistik vahid 
öz borc öhdəliklərinin ödənilməsi məqsədilə və ya başqa səbəblərdən iqtisadi fəaliy-
yət gəstərirsə, onda onun sonrakı iqtisadi vəziyyəti sahə subregistrində müşahidə 
edilir. 
Yeni yaranmış vahid- yeni yaradılmış təsərrüfat subyektinə şamil edilir və 
qeydiyyat anından onun iqtisadi fəallığının müşahidəsinədək və ya dövlət statistika 
orqanlarına statistik hesabatkarın təqdim etdiyi anadək saxlanılır. 
Bu vaxt ərzində yeni yaradılmış statistik vahid statistik registirə daxil edilmir. 
Yeni yaradılmış vahidlərin sonrakı vəziyyətinin müəyyən edilməsi ücün yerli statis-
tika orqanları ilə birlikdə müşahidələr aparılmalıdır. Yeni yaradılmış vahidlərin qey-
diyyat anından 6 ay keçdikdən sonra dövlət statistika hesabatları təqdim edilərsə, 
yaxud digər inzibati registirlərdə (vergi, gömrük və s.) məlumat olarsa, bu vahidlərə 
“fəal vahid” statusu verilir və onlar statistik registrə daxil edilir. 
Əgər 6 ay müddətində yeni yaradılmış təsərrüfat subyekti ğz fəaliyyəti 
haqqında heç bir ünvana məlumat verməmişdirsə, onda bu statistik vahid “yatmış” 
vahid kimi müəyyənləşdirilir və üç il müddətində Statistik vahidlərin dövlət reyestri-
nin (SVDR) tərkibində “yatmış” vahid kimi müşahidə edilir. Üç il keçdikdən sonra 


24 
bu vahid fəaliyyətə başlamazsa, onda o, “vahid haqqında heç bir məlumat yoxdur” 
statusu alır və sonralar statistik registrə daxil edilmir. 
Əgər əvvələr fəal olmuş vahid uzun müddət (bir ildən çox) fəaliyyət göstər-
məzsə, onda onların siyahıları sahə şöbələri tərəfindən qeyri-fəal subyektlərin identi-
fikasiyası kodları ilə birlikdə registrləri aparan bölməyə təqdim edilir. Bunun əsa-
sında registrin məlumat bazasında bu subyektlər “yatmış” vahid kimi qeyd edilir, 
sonralar onların vəziyyəti SVDR-də müşahidə edilir və bu vəziyyət üç ilə qədər sax-
lanılır. Əgər üç il keçdikdən sonra bu subyektlər fəaliyyətlərini bərpa etməzlərsə, 
onların fəallıq vəziyyəti “vahid haqqında heç bir məlumat yoxdur” kimi qeyd edilir. 
Fəaliyyətini bərpa etmiş subyektə yenidən “fəal” statusu qaytarılır. Sonralar 
bu subyekt statistik müşahidələrə cəlb edilir və təqdim edilən statistik hesabatlar 
əsasında o, “hesabat verən” statusu alır və statistik registrə daxil edilir. 
İqtisadi qeyri-fəal subyektlərin vəziyyəti digər inzibati orqanların məlumat-
ları əsasında müşahidə edilir. Fəaliyyətlərini bərpa etmiş subyektlər aşkar edilərsə, 
subyektin hal-hazırda həyata keçirdiyi əsas fəaliyyət növünün müəyyənləşdirilməsi 
məqsədi ilə müşahidə edilir. 
Statistik göstəricilərin işlənməsi ücün istifadə edilən sahə subregistirləri 
statistik registrin məlumat bazası əsasında formalaşdırılmalıdır. Bununla bərabər sahə 
subregistirlərinin və sahə məlumat bazalarının strukturları və sətirlərin adları statistik 
registrin strukturuna və sətirlərin adlarına tam uyğun olmalıdır. 
Statistik registrin aktuallaşdırılması aktuallaşma üzrə təsdiq edilmiş tədbirlər 
planına uyğun olaraq həyata keçirilir.
Tam və aktual məlumatın alınması statistika orqanlarının ən kiçik səviy-
yəsindən başlayaraq bütün statistika xidmətləri tərəfindən təmin edilir və müxtəlif 
səviyyəli xidmətlər arasında funksiyaların bölüşdürülməsi ilə səciyyələnir. 
Hesablama texnikası ilə təmin edilmiş yerli statistika orqanları regional 
registrlərin yerli səviyyədə Dövlət Statistika Komitəsinin təsdiq etdiyi strukturda 
avtomatlaşdırılmış rejimdə aparılmasını və subyektlərin fəaliyyətlərində baş verən 
dəyişikliklər haqqında məlumatların mərkəzi səviyyəyə texniki daşıyıcılarda ötürül-
məsini həyata keçirir.


25 
Statistik vahidlərin fəallıq vəziyyətinin aktuallaşdırılmasına dair işlər sahə 
şöbələri ilə əlaqəli şəkildə aşağıdakı məlumatlar əsasında həyata keçirilir: 
- müəssisə, idarə və təşkilatların ilkin hesabatları, 
- təsərrüfat subyektlərinin seçmə müşahidələri, 
- təsərrüfat subyektlərinin siyahıyaalınması, 
- toplu statistik hesabatları yerli statistika orqanları tərəfindən təqdim edilən 
müəssisələrin siyahısı. 
Nəticədə mərkəzi registrin məlumat bazasına statistik vahidlərin cari 
vəziyyətlərinə uyğun olan fəallıq kodları daxil edilir. 
Bundan əlavə təsərrüfat subyektlərinin faktiki yerlərinin və cari fəallıq vəziy-
yətlərinin dəqiqləşdirilməsi məqsədi ilə, registrlərin aparılması xidməti ölkənin digər 
inzibati orqanlarının registrləri ilə qarşılıqlı əlaqədə olur. 
Registri aparan şöbə statistik registrə daxil olunacaq vahidlərin (yeni yaran-
mış, “yatmış”, fəaliyyətini bərpa etmiş) fəallıq vəziyyətinin müşahidəsini təşkil edir. 
Bu məqsədlə statistik vahidlərin müşahidə olunacaq məcmusu müəyyənləşdirilir, 
statistik vahidlərin fəallıq vəziyyətlərinin müşahidəsi məasədilə metodoloji vasitələr 
işlənib hazırlanır.
Sahə şöbələri təssərüfat subyektlərinin cari ildə maliyyə-təsərrüfat fəaliy-
yətləri haqqındakı hesabat məlumatlarını təhlil edir, növbəti hesabat ili ücün onların 
əsas fəaliyyət növlərini müəyyən edir və registrləri aparan bölməni statistik registrdə 
uyğun dəyişikliklərin aparılması məqsədilə xəbərdarlıq edirlər. 
Növbəti hesabat ili ücün statistik registrin vahid bazasının formalaşdırılması 
məlumat təminatı şöbələri öz sahə subregistrlərinin məlumatları ilə statistik registrin 
sahə bölmələrinin məlumatları arasında müqayisəli təhlil aparır. 
Statistik məlumatların illik işləmələrinin sonunda statistik məlumat şöbələri 
registrləri aparan şöbəyə hesabat təqdim edən vahidlərin məlumat bazasını ötürür. Bu 
zaman sıfır balansa malik olan statistik vahidlər bu bazaya daxil edilmir. 
Statistik registrlərdə olan məlumatlar və onların aparılması üçün istifadə edi-
lən müvafiq proqram təminatı daimi saxlanılır. 


26 
Statistik registrin məlumat bazasından konkret müşahidənin həyata keçiril-
məsi üçün obyekt siyahılarının formalaşdırılması üçün istifadə edilir. 
Statistik registrin məlumat bazasının cari il yanvarın 1-i vəziyyətinə olan 
yazıları əsasında rüblük və aykıq müşahidələr üçün obyekt siyahıları formalaşdırılır. 
İllik müşahidələr üçün obyekt siyahıları isə statistik registrin məlumat 
bazasının növbəti ilin yanvarın 1-i vəziyyətinə olan yazıları əsasında formalaşdırılır. 
Hesabat ilinin müvafiq dövrü üçün statistik registrin cari vəziyyətinin dəyişikliklər 
massivi ayrı-ayrı tədqiqatların nəticələrinin işlənməsində istifadə edilir. Bu, əsasən 
seçmə üsulu ilə həyata keçirilən müşahidələrə aiddir. 
Konket statistik müşahidələr üçün obyektlərin siyahıyalarının formalaşdırıl-
ması və statistik registrin ərazi bölmələri əsasında məlumat-sorğu materiallarının 
hazırlanması, registrlərin formalaşdırılması və aparılmasına məsul olan və SVDR-nin 
və statistik registrin ərazi bölmələrinin məlumatlarını saxlayan xidmətkərin üzərinə 
düşür. 
Statistik registrin istifadəçilərinə statistik registrin bazasına yalnız baxış, 
konkret statistik və məlumat sorğu məsələlərinin həlli üçün müxtəlif siyahıların for-
malaşdırılması rejimlərində girişə icazə verilməli və müvafiq giriş kodları qoyul-
malıdır. Reqlamentləşdirilmlş və reqlamentləşdirilməyən sorğular əsasında məlu-
matın alınması və məlumat fondlarına tam həcmdə daxil olma məsələlərinin həlli 
üçün istifadəçi statistik registrin məlumat bazasının saxlayıcısı ilə qarşılıqlı əlaqədə 
yaratmalıdır. 
Statistik registr statistik müşahidələrin həyata keçirilməsi üçün əsas baza 
hesab edilir və buna görə də statistik registrə daxil edilmiş təsərrüfat subyektləri haq-
qında məlumatların kənar hüquqi və fiziki şəxslərə verilməsi yalnız müvafiq qanun-
vericilik əsasında həyata keçirilə bilər. 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin