Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
H s nov-Orxan 2254

 
 
 
 
 
 
 
 
 
Cədvəl 3.1 
Atmosfer havasının keyfiyyəti 


65
2011 
2012 
2013 2014 
2015 
Şəhərlər üzrə azot dioksidin (NO
2
) orta 
illik kosentrasiyası, mkq/m
3
 
Bakı 
90 
70 
70 
50 
60 
Gəncə 
30 
30 
40 
30 
30 
Sumqayıt 
90 
80 
90 
90 
80 
Mingəçevir 
30 
30 
40 
30 
30 
Şə
ki 
30 
30 
40 
40 
40 
Ş
irvan 
60 
50 
50 
60 
60 
Naxçıvan 
30 
30 
30 
30 
30 
Şəhərlər üzrə kükürd anhidridin (SO
2

orta illik kosentrasiyası, mkq/m
3
 
Bakı 
14 
16 
14 
11 
11 
Gəncə 
38 
37 
39 
40 
38 
Sumqayıt 
23 
25 
24 
28 
25 
Mingəçevir 
15 
14 
13 
15 
15 
Şə
ki 
30 
30 
35 
36 
36 
Ş
irvan 
46 
46 
48 
47 
48 
Naxçıvan 
51 
53 
42 
46 
49 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
Torpağa hopmuş zərərli elementlər bitki və heyvanlar vasitəsilə ümumi bioloji 
dövran prosesinə qoşulmuş olurlar və beləliklə, torpağı çirkləndirən kənd təsərrüfatı 
və sənayetullantıları içərisində olan bir çox kimyəvi maddələr canlılar üçün çox 
böyük təhlükə yaradır. Bu maddələrə misal olaraq, sink, qurğuşun, manqan, dəmir, 
mərgümüş, civə və s. göstərmək olar. Məhz bu maddələr neft istehsalı prosesləri 
nəticəsində tullantı şəklində torpağa düşür. Bu gün hal-hazırda Abşeronda minlərlə 
istismar quyuları dayanmış, böyük torpaq sahələri neft mənşəli tullantılarla 
çirklənmişdir. Bir çox yerdə neftli horizantları su basmışdır. Bu tullantılardan 
rekultivasiyaya ehtiyacı оlan tоrpaqlar güclü çirklənmə nəticəsində təkcə neft 


66
rayonlarını deyil, ətraf qəsəbələrdə də yayılmışdır. Bu da Bakı şəhərinin ətrafının 
yaşıllaşdırılmasına və abadlaşdırılmasına xeyli maneçilik törədir. Bu vəziyyət təkcə 
Abşeron yarımadası və Bakı ətrafında yaşayış məntəqələrində atmosferin uçan neft 
hissəcikləri ilə çirklənməsinə səbəb olmamış, həm də kiçik gölməçə və suların üst 
qatında gözlə görünəcək nazik neft təbəqəsinin əmələ gəlməsi ilə nəticələnmişdir. 
Təsəvvür edin ki, Abşerоn yarımadasında21,3 min hektarmüxtəlif dərəcədə 
neftlə çirklənmiş tоrpaq sahəsi vardır. Bu onu göstərir ki, çirklənmiş tоrpaqlar geniş 
sahədə Abşerоn yarımadasında yayılmışdır. Neftlə çirklənmiş torpaq sahəsinin 10,1 
min ha-ıçirklənmiş lay sularıdır ki, onun da neft axıdılmış sahələri 8 min ha-ı əhatə 
edir, qalanı isə su hövzəsidir. Bu çirklənmiş torpaq sahələri yarımadanın qərbindən 
dar zоlaq şəkilində Pirallahı adasınaqədər uzanır. Bu ərazidə yerləşən neft 
yataqlarının uzun müddətli istismarı ətraf aləmdə və təbii landşaftda dərin texnogen 
dəyişikliklər yaratmışdır. Mühitdə olan böyük dəyişiklikləri vəb torpaqda gedən 
texnogen çirklənmənin dərinliyini dərk etmək və elmi təsəvvür əldə etmək üçün 
çirklənmənin xassələrindən başqa həm də neft çıxarılmasından istifadəsinə qədər 
keçdiyi texnoloji sxemə nəzər salmaq lazımdır. Bu aşağıdakı mərhələlərdən ibarətdir: 
• qazma, neft quyusu üzərində nəzarət, оnun anbarlardan çənlərə yığılması 
(Abşerоnda magistral neft bоruları, açıq gölməçələr və qapalı çənlər);
• neftayırma zavоdlarına nəql edilməsi; qurğuların təmiri;
• neftin tankerlərlə daşınması; neft məhsullarından istifadə оlunması. 
link
Aydın məsələdir ki, bu mərhələlərin hər birində itkiyə yol verilir. Amma, 
müəyyən olunmuşdur ki, torpağın çirklənməsi və ən çox itki məhz birinci mərhələdə 
olur. Neft quyularının qazılması, təmiri və dərinləşdirilməsi prosesində buruqdan 
qazılıb çıxarılmış süxurlar quyu ətrafı sahələrin çirklənməsinə səbəb olur. Əslində, bu 
sahələr həm təmir işi, həm də qazma aparılarkən mütləq çirklənməyə məruz qalır. 
Beləki, texnoloji proseslərdə əmələ gəln tullantılar gölməçələrə və ya təbii çalalara 
yığılaraq saxlanılır. Bu da öz növbəsində neftin torpağın daha dərin qatlarına 
hopmasına şərait yaradır. Buruq süxurlarının bu cür toplanmasının daha bir səbəbi 
İ
kinci Dünya müharibəsi (1939-1945-ci illər) dövründə çıxarılmış xam neftin həm 


67
nəql edilməsi, həm də saxlanılması müharibə dövründə çətin olduğuna görə 
çıxarılmış neft çox böyük torpaq-qrunt bəndli gölməçələrdə saxlanılırdı. Müharibə 
dövründə həm xam neftin durulması və çökdürülməsi, həm də neftin saxlanması üçün 
bu bəndlər iri həcmli çən rolunu oynamışlar. Bu cür anbarlar Binəqədi, Suraxanı, 
Ə
zizbəyоv, Qaraçuxurneft mədəni sahələrində geniş yayılmışlar ki, həmin çalalar 
neft hopmuş müxtəlif qranulometrik tərkibli çöküntülərlə dolmuşlar. Neft çıxarmada 
istifadə olunan bu üsullar yuxarıda adları çəkdiyimiz mədənlərdə dərinlik buruq 
süxurlarından ibarət krater, kasa və səthi hamarlanmış yüksəkliklər şəklində 
bənzərsiz texnogen landşaft kompleks yaranmışdır. Onu da qeyd edək ki, bu 
kompleks buruq süxurlarının əksinə çevrilmişdir. Özü təbiət törəməsi olan neft çox 
təhlükəli maddə olaraq, torpağa töküldüyü zaman canlıları məhv edir, torpaq öz 
məhsuldarlığını itirir, yeraltı və yerüstü sular çirklənir və tamamilə yarasız hala 
düşür. Yer səthinə çıxarılan neft biokimyəvi çevrilmələr nəticəsində anaerob 
şə
raitdən aerob şəraitə düşür ki, həmin şəraitdə də neft həm abiotik, həm də 
biokimyəvi faktorların, xüsusilə də torpaqdakı mikroorqanizmlərin təsirinə məruz 
qalaraq, oksidləşmə prosesinə uğrayır. Neftin oksidləşməsi nəticəsində ayrı-ayrı 
birləşmələr əmələ gəlir. Beləliklə, neftin tərkibindəki karbohidrogenlər oksidləşmə 
zamanı əsas oksidləşdirici olan molekulyar oksigenlə reaksiyaya girir. Reaksiyanın 
son məhsulları olan karbon qazı (CO
2
) və su (H
2
O) əmələ gəlir. Abşeron ərazisinin 
torpaqlarında mövcud olan mikroorqanizmlər fermentlər ifraz edir ki, həmin 
fermentlər oksidləşmə prosesinə katolitik təsir edir, bu da prosesi sürətləndirir. 
Mingəçevir şəhəri üzrə il ərzində atmosferə atılan zərərli maddələrin 80%-i 
məhz Azərbaycanın bu böyük sənaye şəhərində yerləşən DRES-in payına düşür. 
Çünki, enerji sənayesinin əsas təchizatçısı (Azərb. DRES) Azərbaycan Dövlət Rayon 
Elektrik Stansiyasıdır. Ekoloji çirklənmənin, daha doğrusu hava çirklənməsinin 
qarşısını almaq üçün stansiya istehsal prosesində təbii qazdan geniş istifadə mümkün 
olmadıqda az kükürdlü mazutdan istifadə təklif edilmişdir. Beləki, təkiliflə əlaqədar 
1991-ci ildə təbii qazdan istifadə 2-3 dəfə artsa da stansiyada eyni zamanda az 
kükürdlü mazutdan da istifadə edilmişdir. Həmçinin, stansiya 1992-ci ildən 


68
istismarda olan TQMP-344 ASO markalı qazan qurğularında yanacaq kimi həm təbii 
qaz, həm də mazutdan istifadə edilir. Hər şeyi daha aydın təsəvvür etmək üçün hər 
birinin nominal məhsuldarlığı saatda min ton olan 8 qazan qurğuların stansiyada 
yanacaq məqsədi ilə təbii qaz və mazutdan istifadə etdiyini vurğulamaq vacibdir və 
bu yanma zamanı alınan zərərli maddələr stansiyada quraşdırılmış hər birinin 
hündürlüyü 330 m olan iki ədəd tüstü borusu ilə havaya atılır. Ərtaf ərazidə yaşayış 
şə
raitini çətin vəziyyətə salan bu tullantı ekoloji baxımdan çox böyük mənfi təsir 
gücünə malikdir. 
Ümumilikdə, enerji istehsalı ilə yanaşı, ölkədə ekoloji sistemə vurulan zərərin 
həcminə görə fərqlənən digər sənaye sahələri cədvəl 3.2-də öz əksini tapmışdır. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin