Metodik göSTƏRİŞ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi- metodik şurası «İqtisadiyyat»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix04.02.2023
ölçüsü0,54 Mb.
#82877
1   2   3   4   5   6   7   8   9   ...   14
Buraxilis-islerinin-hazirlanmasi

 
Mövzunun seçilməsi 
 
Buraxılış işlərinin mövzuları məzunların istehsalatla 
bağlı standart məsələləri elm və texnikanın müasir tələbləri 
baxımından təhlil edə bilməsinə, bu istiqamətə və ya ixtisasa 
uyğun magistratura pilləsindəki ixtisaslaşmaya hazır olmağa 
yönəlməyi, eyni zamanda tələbələrin ali məktəbin bakalavr 
pilləsində qazandıqları nəzəri və təcrübi biliklərin həcm və 
məzmununa uyğun olmalıdır. Buraxılış işlərinin mövzuları 
bank işi kadefrası tərəfindən müəyyənləşdirilir və fakültə elmi 
şurasında təsdiq olunur. Bu zaman tələbəyə də mövzu seçmək 
hüququ verilir. Lakin həmin mövzu əvvəlcədən müzakirə və 
təsdiq üçün kadefraya təqdim olunmalıdır. 
Buraxılış işini yerinə yetirmək üçün buraxılış işinin 
rəhbəri 
tərəfindən 
tələbəyə 
müdafiəyə 

ay 
qalana 
qədər buraxılış işi üzrə tapşırığın ali məktəb tərəfindən 
müəyyən olunmuş forması və həcmi verilir. 



Buraxılış işinin yazılmasında başlıca və məsuliyyətli 
mərhələ, mövzunun seçilməsi hesab edilir. Bəzən tələbələr 
mövzunu sonuncu kursda müəyyənləşədirir və bunun da 
nəticəsi olaraq çox zaman buraxılış işi tələsik yerinə yetirilir, 
mövzu tam işıqlandırılmır. 
Mövzunun müəyyən olunmasında, təkcə onun elmi və 
pratiki baxımından aktuallığı deyil, habelə bu sahədə 
ədəbiyyatın olması da nəzərə alınmalıdır. Bundan başqa, 
mövzu tələbəyə özünü tədqıqatçı kimi tanıtmağa da imkan 
verməlidir. 
Mövzunun 
seçilməsində 
onun ədəbiyyatda geniş 
işıqlandırılması xüsusi əhəmiyyət kəsb edir. Bir sıra mövzular 
üzrə çoxlu nəşrlər mövcuddur və bu da mövzunun tədqiq 
olunmasından xəbər verir. Bu bir tərəfdən buraxılış mövzusu 
üzərində tələbənin işini asanlaşdırır, digər tərəfdən mövzu üzrə 
geniş mənbələrin mövcudluğu öyrənilən problemə dair yeni 
fıkirlərin işlənməsini çətinləşdirir. 
Buraxılış işlərinin mövzuları kafedra tərəfindən 
hazırlanır. Mövzuların məzmunu kafedra tərəfindən oxunan 
fənlərin və xüsusi kursların siyahısı əsasında müəyyənləşdirilir. 
Bundan sonra mövzuları fakültə şurası təsdiqləyir. 
Xüsusi hallarda tələbə üçün buraxıhş işi mövzusunun 
seçilməsi elmi rəhbərlə birlikdə müəyyənləşdirilir və zəruri 
hallarda təsdiq olunmuş mövzulardan bir qədər fərqlənə bilər. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin