Metodik göSTƏRİŞ Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi- metodik şurası «İqtisadiyyat»


BURAXILIŞ IŞİNİN HAZIRLANMASI VƏ YERINƏ



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix04.02.2023
ölçüsü0,54 Mb.
#82877
1   2   3   4   5   6   7   8   9   ...   14
Buraxilis-islerinin-hazirlanmasi

BURAXILIŞ IŞİNİN HAZIRLANMASI VƏ YERINƏ 
YETİRİLMƏSI PROSESİ 
Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin 
son mərhələsi olmaqla, universitetdə tədris prosesində və 
diplomqabağı istehsalat təcrübəsində almış olduqları nəzəri və 
praktiki iqtisadi biliklərin genişləndirilməsi və möhkəmlən-
dirilməsinə xidmət edir. Bundan başqa, buraxılış işi tələbəyə - 
müasir kredit sisteminin vəziyyətin aktual problemlərinin 
tədqiq etmə; yerli və xarici təcrübənin təhlili əsasında kredit 
təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə elmi 
ümumiləşdirmələr və iqtisadi tədqiqatlar aparmaq metodlarını 
mənimsəmək və öz mövqeyini düzgün müəyyənləşdirib, 
müdafıə etmək qabiliyyəti ortaya qoymaya imkan verir. 
Əgər 
dövlət 
imtahanları 
tələbənin 
biliyini 
müəyyənləşdirirsə, buraxılış işi tələbənin müstəqil surətdə 
iqtisadi tədqiqatlar aparmaq bacarığını göstərir
.
Buraxılış işi 
özündə mütləq tələbənin müstəqil və yaradıcı əməyinin 
elementlərini əks etdirməlidir. 
Buraxılış işinin hazırlanması və yerinə yetirilməsi bir 
neçə əsas mərhələni əhatə edir: 
1) mövzunun seçilməsi və təsdiq edilməsi

2) işin planının tərtib olunması; 
3) ədəbiyyat və mənbələr üzərində iş metodikasının 
seçilməsi; 
4) işin yerinə yetirilməsi üzrə təqvim planının tərtıb 
olunması; 
5) materialların və ədəbiyyatların toplanması, toplanmış 
materialların ümumiləşdirilməsi və təhlili; 
6) tədqiqat nəticələrinın yazılı şəkildə ifadəsi



7) nəticə və təkliflərin formula edilməsi; 
8) elmi rəhbər tərəfmdən işin mətninin yoxlanılması və 
rəy layihəsinin hazırlanması; 
9) düzəlişlərin aparılması və əlyazmaların redaktəsi; 
10) buraxılış işinin rəsmiləşdirilməsı, makinada, yaxud 
kompüterdə yazılması, ədəbiyyat siyahısının və əlavələrin 
tərtib olunması, üz qabığının rəsmıləş-dirilməsi; 
11) buraxılış işinə rəyin hazırlanması; 
12) müdafiəyə hazırlıq - məruzə mətninin və müdafıə 
zamanı nümayiş etdirmək üçün zəruri materialların (sxem, 
diaqram, cədvəl, şəkil seçilməsi) hazırlanması. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin