26
Ailə büdcəsi iki hissəyə bölünür: gəlir və xərclər.
Gəlirlərə daxildir:
1)
əmək haqqı
2)
sahibkar
gəliri
3)
şəxsi mülkiyyətdən əldə olunan gəlir
4)
dövlət transfert ödənişləri
5)
digər mənbələrdən əldə olunan gəlirlər
Xərclərə daxildir:
1)
sosial sığorta
2)
vergilər
3)
mənzil-kommunal xərclər
4)
nəqliyyat
5)
ictimai təşkilatlara könüllü ianə və pul köçürmələri.
10. 5. Əhalinin pul gəlirləri və istehlak səbəti.
Gəlirlər içərisində əhalinin pul gəlirləri xüsusi əhəmiyyət kəsb edir.
Əhalinin pul gəlirləri nominal, sərəncamda qalan və real gəlirlərə ayrılır.
Nominal gəlirlər dedikdə ayrı-ayrı
şəxslərin, ev təsərrüfatların
müxtəlif
mənbələrdən əldə etdikləri pul nəzərdə tutulur. Sərəncamda qalan gəlir isə
nominal
gəlirlərdən, vergiləri və digər məcburi ödəmələri çıxdıqdan
sonra yerdə qalan
hissəsidir. Bu hissə ev təsərrüfatının şəxsi istehlakına və yığımına sərf olunur.
Real gəlirlər isə sərəncamda qalan gəlirlər hesabına
mövcud qiymətlərlə əldə
etdiyi əmtəələrin miqdarında ifadə olunan gəlirlərdir. Real
gəlirlər əhalinin həyat
səviyyəsini əks etdirən əsas göstəricisidir. Real gəlirlərin miqdarı, nominal
gəlirlərin, vergi və digər məcburi ödəmələrin və
qiymətlərin səviyyəsindən
asılıdır.Bu da öz əksini istehlak səbəti anlayışında tapır.