Mentat tablet mentat tərkibi



Yüklə 22,75 Kb.
Pdf görüntüsü
tarix19.03.2017
ölçüsü22,75 Kb.
#11998

İstifadəsi üzrə təlimat  

 

 



MENTAT     tablet 

MENTAT 


 

 

Tərkibi 

Нəг tabletin tərkibində olan aktiv komponentlər:

Ekstraktlar:  

Bakopa monyeri (Bacopa monnieri)  

           136 mq  

Asiya sentellası (Centella asiatica)  

 

70 mq 


Vitaniya (Withania somnifera)    

 

52 mq  



Evolvulus (Evolvulus alsinoides)  

 

52 mq  



Yatamansi (Nardostachys jatamansi)    

52 mq  


Pişikotu (Valeriana wallichii)  

 

 



50 mq  

Yalançı qara bibər (Embelia ribes)  

 

50 mq  


Badam (Prunus amygdalus) 

 

 



50 mq  

Adi air (Acorus calamus)  

 

 

42 mq  



Tinospora (Tinospora cordifolia)  

 

36 mq  



Haritaki (Terminalia chebula)    

 

36 mq  



Emblika (Emblica officinalis)  

 

 



36 mq  

Dukudu yağı (Celastrus paniculatus)    

32 mq  

Hind oroksilumu (Oroxylum indicum)    



32 mq  

Tozlar:  

Bakopa monyeri (Bacopa monnieri)  

 

80 mq 


Səhləb (Orchis mascula)  

 

 



18 mq 

Məxməri paxlalar (Mucuna pruriens)  

 

18 mq  


Kardamon (Elettaria cardamomum)  

 

18 mq  



Arjuna terminaliyası (Terminalia arjuna)  

18 mq  


Razyana (Foeniculum vulgare)   

 

18 mq  



Botat meyvə kökü (Ipomoea digitata)    

18 mq  


Zəncəfil (Zingiber officinale)  

 

 



 14mq 

Terminalia belerika (Temninalia belerica)  

14 mq  

Cövüz (Myristica fragrans) 



 

 

14 mq 



Mixək (Syzygium aromaticum)    

 

10 mq  



Mirvari (Mukta pishti)    

 

 



  3 mq 

 

Farmakoterapevtik qrupu 

Bioloji aktiv əlavə 

 

Farmakoloji xassələri 

Mentat sinir impulslarının, QAYT-ergic sistemin hesabına, xolinergik sinapslarda öturülməsini 

tənzimləməklə baş beyin funksiyalarını gücləndirir. Baş beyinin alın qabığında olan xolinergik muskarin 

reseptorlarının fəaliyyətini normallaşdırmaqla Mentat əqli göstəriciləri, yaddaşı, diqqəti gücləndirir və 

gərginliklərə qarşı davamlılığı artırır. Mentat müxtəlif narahatçılıq vəziyyətlərində artan tribulinin 

(monoamin oksidazanın endogen inhibitoru) səviyyəsini azaldır. Mentat eyni zamanda diqqət 

yayınmalarında və davranış pozulmalarında çox faydalıdır. Postsinaptik dopamin reseptorlarını stimulə 

edərək, Mentat Parkinson xəstəliyi olan xəstələrə kömək edir. Sakitləşdirici təsiri hesabına Mentat 

qıcolma və yuxusuzluqda faydalıdır. Mentat artikulyasiyanı yaxşılaşdırır və nitq qüsurlarını aradan 

qaldırır. 

 

İstifadəsinə göstərişlər 

1. Yaddaş pozulmaları: 

• diqqət yayınmaları 

• konsentrasiyanın itməsi 

• dil və öyrənmə sahəsində bacarıqsızlıq 

• alkoqola meyillik 

2. Davranış pozulmaları: 

• hiperkinetik vəziyyətlər: 

• ictimai qaydalara zidd davranış 

isterik hallar 

• aqressiv davranış 



• enurez 

3. Narahatlıqlarla bağlı stress və əsəb gərginlikləri 

4. Əqli yorğunluq 

5. Nitq qüsurları 

6. Əqli inkişafın zəifləməsi hallarını aradan qaldırmaq üçün dəstəkləyici müalicə kimi 

7. Epilepsiya, Altsheymer və Parkinson xəstəlikləri zamanı köməkçi vasitə kimi 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz. 

 

İstifadə qaydası ve dozası 

Daxilə. 


2 tabletdən günda 2 dəfə. 

Ağır və xroniki vəziyyətlərdə yüksək doza məsləhət görülür.  

 

Xəbərdarlıqlar 

Mentat ümumi anesteziyanın təsirini gücləndirdiyinə görə ümumi anesteziya altında cərrahiyyə əməliyyatı 

olunmazdan 1-2 həftə əvvəl preparatın qəbulunu dayandırmaq lazımdır. 

 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Mentat karbamazepin və defininin mənimsənilməsini artırır. Natrium valproat ilə qarşılıqlı təsiri yoxdur. 

 

Xüsusi xəbərdarlıq 

Yoxdur. 

 

Buraxılış forması 

50 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetk flakon içlik vərəqə ilə birgə karton qutuya 

yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş  şüası olmayan və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq! 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilan yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 

 

 

                            «The Himalaya Drug Company» -  

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 

                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xassələri 

Yüklə 22,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin