Mənalı istirahətimizin ünvanı «TƏBİB» 700 bal toplayan üç



Yüklə 15,74 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix02.01.2022
ölçüsü15,74 Mb.
#1822
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
- Zirə

- Zəncəfil

- Bağayarpağı

- Çaytikanı

İsti havada ürəyi qorumaq üçün 

ZƏRURİ QİDALAR

Ürəyi, qaraciyəri və immun sistemini 

möhkəmləndirən 

MÜALİCƏVİ DƏMLƏMƏ

Təzyiqi aşağı salan

 10 BİTKİ

Həzm sistemi üçün ən faydalı 

10 BİTKİ

Xalq təbabəti



Tanınmış şair, yazıçı, 



tarixi romanlar müəllifi

əməkdar jurnalist, «Təbib» 

qəzetinin baş redaktoru  

Eldar İsmayıl və istedadlı 

gənc şair, nasir Gündüz 

Əhmədlinin birgə müəllif-

liyi ilə işıq üzü görən “Qərbi 

Azərbaycan, Göyçə –Erməni 

işğalı” kitabı zaman-za man 

xalqı mı zın  ba şı na  gətirilən 

müsi bət lərdən, əzəli və əbədi 

düşmənlərimizin tarixi 

saxtakarlıqlarından, insan-

lığa sığmayan saysız-hesabsız 

vəhşiliklərindən bəhs edir. 

Müəlliflər  diqqəti,  xüsusilə, 

Q.K.Qabrielyanın  “Mirvari  Se-

van”  kitabındakı  saxtakarlıqların 

zəngin  və  təkzibolunmaz  faktlar 

əsasında ifşasına yönəldiblər.

Q.K.Qabrielyan  adlı  erməni 

müəllifin Moskvanın “Mısl” nəşriy-

yatında  çap  etdirdiyi  “Jemçujnıy 

Sevan”  (“Mirvari  Sevan”)  kita-

bı  erməni  saxtakarlığının  bariz 

nümunələrindən biridir.

Erməni  xislətinə  sadiq  qalan 

Qabrielyanın bu əsərini oxuyandan 

sonra  ona  cavab  vermək  zərurəti 

yaranır.


E.İsmayıl və G.Əhmədli saxtakar 

erməni  yazıçısının  yalanlarını  bir-

bir  üzə  çıxarır,  erməni  tarixinin 

qondarma  olduğunu    əsaslı  fakt-

larla sübuta yetirirlər.

1936-cı  il  iyunun  11-də  Ermə-

nistan  Ali  Şurasının  “Erivan” 

şəhərinin  Yerevan  adlandırılma-

sı  haqqında  fərman  verdiyini  xa-

tırladan  müəlliflər  bu  qədim  türk 

şəhərinin nə vaxt inşa edilməsinə 

də  tarixi  mənbələrlə  aydınlıq 

gətirirlər. 

Erməni  yazıçısının  adı  çəkilən 

kitabında 

azərbaycanlı 

əhali 

haqqında  söhbət  açılmasa  da, 



ermənilərin hələ də aradan çıxara 

bilmədikləri  toponimlər  sanki  dil 

açıb danışır və “biz varıq” deyirlər.

Kitabda  kənd,  yer-yurd  adla-

rının  ilkin  mənalarının,  əhalinin 

milli  və  say  tərkibinin  tarixi 

mənbələrə  istinadən  açıqlanma-

sı  bu  ərazilərdə  türk  tayfalarının 

dominantlıq  etməsini  bir  daha 

təsdiqləyir.

Ermənilərlə 160 illik mücadilənin 

acı  nəticələrini  təhlil  edən 

müəlliflər  1987-1988-ci  illərdən 

başlayan hadisələr üzərində ayrıca 

dayanırlar. 

Kitabda 


ayrı-ayrı 

zaman 


kəsiklərində  dağıdılmış,  hətta 

xəritədən  silinmiş  türk  kəndləri, 

İrəvanın və ətrafındakı Azərbaycan 

torpaqlarının ermənilərə verilməsi 

barədə tarixi sənədlər də öz əksini 

tapıb.


1988-ci ilə qədər Ermənistanda 

olan 


azərbaycanlı 

yaşayış 


məntəqələrinin tam siyahısını kita-

ba daxil edən müəlliflər o yerlərin, 

o  yurdların  tarixi  həqiqəti  öz  ca-

nında,  çöhrəsində  yaşadacaqları-

na, əzəli və əbədi sakinləri gələnə 

kimi gözləyəcəklərinə inanırlar. 

Biz də o tarixi günün gələcəyinə 

inanmaq  istərdik.  Gərək  unutma-

yaq  ki,  bütün  tarixi  qələbələr  ta-

rixi həqiqətlərə söykənir. Düşünü-

rük  ki,  “Qərbi  Azərbaycan,  Göyçə 

–  Erməni  işğalı”  kitabı  beynəlxalq 

ictimaiyyətinin  diqqətini  bu  ta-

rixi  gerçəkliyə  yönləndirmək, 

Ermənistan adlı bir dövlətin tarixi 

torpaqlarımız  hesabına  yarandı-

ğını sivil dünyaya çatdırmaq baxı-

mından çox dəyərli bir mənbədir.  

 


Yüklə 15,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin