Mənalı istirahətimizin ünvanı «TƏBİB» 700 bal toplayan üç



Yüklə 15,74 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix02.01.2022
ölçüsü15,74 Mb.
#1822
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
Şəhla Məmmədova:

-  12  ildir  ailəmizlə  birgə 

bu  düşərgədə  istirahət 

edirik.  Xidmətin  səviyyəsi 

bizi    qane  edir.  Qaynatam 

Fəxrəddin müəllim  və həyat 

yoldaşım Fuad universitetdə 

çalışırlar.  Sakitçilik  və  ra-

hatçılıq  olduğuna  görə  hər 

il istirahət üçün bura üstün-

lük  veririk.  Uşaqlarımız  elə 

burada  böyüyüblər.  Təşkil 

olunmuş  bütün  yarışlarda 

iştirak  edir.  Bu  il  də  oğlum 

Ceyhun  Məmmədov  atıcılıq 

üzrə yer tutdu.  



Ürfanə Nağıyeva (Ağciyər xəstə-

likləri kafedrasında baş laborant):

-  “Təbib”də  2-ci  ildir  isti-

ra hət  edirik.  Şərait  ürə-

yimizcədir.  Xidmət  də,  ye-

məklər də, istirahət də əladır. 

Uşaqlarımız  da  razıdır.  Bu-

rada  yeni  dostlar  tapıblar. 

Düşərgədən gedəndən son-

ra  da  bir-biriləri  ilə  əlaqə 

saxlayırlar.

Bir sözlə, istirahət edənlər 

çıxışları  zamanı  xoş  və 

mənalı  istirahətə  görə  uni-

versitet  rəhbərliyinə,  o 

cüm lədən  rektor,  professor 

Gəray  Gəraybəyliyə,  HİK-

nin  sədri  Cahangir  Qası-

mova,  düşərgənin  rəisi  Sa-

mir Yaqubova və yeməklərə 

nəzarət edən Xətai Novruzo-

va təşəkkürlərini bildirdilər.  

C.Qasımov  əməkdaşların 

istirahətini  diqqətdə  saxla-

yan rektorun tövsiyə və tap-

şırıqlarını  sakinlərə  çatdı-

raraq  bildirdi  ki,  düşərgədə 

nəzərəçarpacaq  yeniliklərin 

edilməsi  planlaşdırılır.  İlk 

növbədə müasir standartla-

ra uyğun yeməkxana komp-

leksinin  inşası,  korpusların 

əsaslı  təmiri,      müvəqqəti 

yaşa yış  şəraitinin  yaxşılaş-

dırılması  və  xidmətin  daha 

yüksək  səviyyədə  təşkili 

nəzərdə tutulub.  

Biz  də  insanlara  bir  ra-

hatlıq  bəxş  edən  “Təbib” 

İstirahət  Düşərgəsindən  ay-

rılıb, qızmar Bakıya üz tutu-

ruq. Amma əminik ki, onlar 

paytaxtın  qızmar  havasının 

dözülməzliyinin  cəngindən 

qurtularaq düşərgədə mənalı 

istirahət edə biləcəklər.


Yüklə 15,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin