Böyrəkdaşı diatezi
Hiperurikemiya. Orqanizmdə purin əsaslarının katabolizminin
məhsulu sidik turşusudur – C
5
H
4
N
4
O
3
(2, 6, 9 – trioksipurin). Əsas
etibarilə o qaraciyərdə nukleotidlərin parçalanmasından, aminopurin-
lərin (adenin və quanin) dezaminləşməsindən, oksipurinlərin (hipok-
santin və ksantin) oksidləşməsindən əmələ gəlir. Endogen sidik tur-
şusu endogen purinlərin oksidləşməsindən sintez olunur. Bu sidik
251
turşusu purinsiz qidalanma zamanı bədəndə əmələ gəlir. Sidik turşu-
sunun ümumi bədəndəki miqdarı ilə endogen sidik turşusu arasında-
kı fərqi ekzogen sidik turşusu təşkil edir. Ekzogen sidik turşusu qida
məhsulları ilə bədənə daxil olan purinlərdən əmələ gəlir. Purinlərin
metabolizmi prosesində qlutamin, inozin turşusu, qlikokol, fosfori-
bozilpirofosfat qlisin kimi ara məhsullar əmələ gəlir. Orqanizmdə si-
dik turşusunun iki əsas sintez yolu mövcuddur. Birinci - sidik turşu-
sunun əmələ gəlməsinin düz yolu – adenin, quaninin dezaminləşməsi
(purinodezaminaz təsirindən), hipoksantinin oksidləşməsi (ksan-
tinoksidaza fermentinin təsirindən) nəticəsində baş veirir. Bu sidik
turşusunun əmələ gəlməsinin sürətli yoludur, 2-3 günə baş verir.
İkinci yol – qeyri-düz yol – sidik turşusunun əmələ gəlməsinin
mənbəyi nuklein turşuları, nukleoproteidlər, nukleotidlər, nukleozid-
lər olurlar və bu 8-10 gün davam edir.
Kliniki nöqteyi-nəzərdən purin mübadiləsinin üç tipi ayrılır. Bi-
rinci – sidik turşusunun orqanizmdə əmələ gəlməsinin sintezinin art-
ması (metabolik tip), ikinci – sidik turşusunun böyrəklərlə elimina-
siyasının azalmasıdır (böyrək tipi). Həmçinin üçüncü tip, yəni sidik
turşusunun bədəndə artıq əmələ gəlməsi ilə yanaşı, onun bədəndən
xaric olmasının azalması da müşahidə olunur (qarışıq tip).
Metabolik tip purin mübadiləsi pozğunluğu fermentlərin aktivliyi-
nin dəyişilməsi purin disbalansına səbəb olur. Bu deffekt irsi yolla
dominant əlamət kimi ötürülür. Sidik turşusunun bədəndə hiperpro-
duksiyasının səbəbi qlyukoza-6-fosfataza, hipoksantin, quanin fosfo-
ribozil transferozaların çatışmazlığı, fosforibozil pirofosfat sintetaza
aktivliyinin artmasıdır. İrsi faktorlardan əlavə artıq qidalanma da
sidik turşusunun miqdarını artıra bilər.
Fizioloji şəraitdə orqanizm sidik turşusunun əmələ gəlməsi və xa-
ric olmasını tənzim edərək onun konsentrasiyasını müəyyən çərçivə-
də saxlayır. Sidik turşusunun 75-80%-i böyrəklərlə xaric olur, qalan
hissə mədə-bağırsaq ilə bədəndən çıxarılır. Nefronda sidik turşusu
reabsorbsiya, sekresiya, ensekresiya olunur.
252
Böyrəyə daxil olan sidik turşusu yumaqcıqda filtrasiya olunduq-
dan sonra proksimal kanalcıqlarda tam reabsorbsiya olunur. Proksi-
mal kanalcıqlarda sidik turşusu reabsorbsiya olunaraq yenə distal ka-
nalcıqlarda sekresiya olunur və beləliklə, ancaq 1-12% sidik turşusu
son sidik ilə çıxarılır.
Sidiyin reaksiyası sidik daşlarının əmələ gəlməsinin patogenezin-
də əsas faktor rolunu oynayır. Su məhlulunda sidik turşusu özünü
ikiəsaslı turşu kimi aparır və iki dissosasiya konstantına malikdir
(pK
1
=5,75 və pK
2
=10,3).
Dissosasiya olunmayan formada sidik turşusu nisbi həll olunmaz-
dır, amma dissosasiya olunmuş formada onun həll olması çox artır.
Bu o deməkdir ki, sidiyin zəif turşu və neytral reaksiyasında hətta
yüksək konsentrasiyada belə sidik turşusu ionlaşmış (həll olmuş) və-
ziyyətdə olur. Sidiyin pH aşağı düşdüyü halda sidik turşusunun həll
olması çox aşağı düşür və onun böyük hissəsi qeyri-ionlaşmış for-
maya keçir, asan şəkildə çöküntü verir.
Sidiyin sidik turşusu və onun duzları ilə doyması, həmçinin sidik
turşusunun kristallaşması, onun mütləq miqdarı ilə yox titrələnən tur-
şuluğun pH, ion tərkibi, osmotiklikdən asılı olur.
Hiperurikemiya birincili (irsi) və ikincili (qazanılma) olmaqla iki
yerə ayrılır. Hiperurikemiya purin mübadiləsinin ən müntəzəm simp-
tomlarından olub podaqra, urat nefropatiyası, sidik turşusu krizi, urat
nefrolitiazı, hətta sağlam şəxslərdə müşahidə oluna bilər. Əhali ara-
sında 8-13,9 % hallarda hiperurikemiya müşahidə edilir, bunların da
20-25% simptomsuz hiperurikemiyanın payına düşür.
Sidik turşusunun qanda səviyyəsinin artmasına kiçik doza salisilat-
lar, diuretiklər, xörək duzu, kalsium preparatları, atropin səbəb olur.
Diareya, qusma, sidiyin azalması psixoemosional stress, toxuma-
ların hipoksiyası, katexolaminlərin artması hiperurikemiyanın artma-
sına təkan verir.
Böyrəklərə artıq miqdarda uratların daxil olması nəticəsində uri-
kozurik nefropatiya baş verir. Urat nefropatiyası xroniki proses kimi
kliniki olaraq kristaluriya, mikrohematuriya, mötədil proteinuriya,
253
urat daşları ilə təzahür edir. Kliniki praktikada hiperurikemiya ürəyin
işemik xəstəliyinin, aterosklerozun, arterial hipertenziyanın, piylən-
mənin, şəkərli diabetin risk faktoru hesab olunur.
Sidik turşusunun kristallarının sidik ilə müntəzəm və ya daimi xa-
ric olması hiperurinuriya adlanır. Podaqra və podaqrik nefropatiya
zamanı əgər sidik turşusunun qanda artması (hiperurikemiya) əsas
səbəb hesab olunursa, sidik turşusu urolitiazında söhbət sidik turşu-
sunun sidiklə artıq ekskresiya olunmasından (hiperurinuriya) gedir.
Hiperuranuriyanın əsas səbəbi sidik turşusunun endogen hiperpro-
duksiyası və ya onun böyrək ekskresiyası deffekti olur. Başqa səbəblər
arasında hüceyrələrin həddən çox dağılması (leykoz, leykemiya, erit-
remiya, şişlər, qaraciyərin kəskin distrofiyası, kəskin hepatit, yanıqlar,
dekompensə olunmuş ürək çatışmazlığı və s.) ola bilər. Podaqrası olan
22-25% xəstələrdə böyrəkdaşı müşahidə olunur.
Hiperuraturiya sidik turşusu diatezinin simptomlarından olub hipe-
rurikemiya və hiperurinuriya nisbətən az halda müşahidə olunur. Bu
terminin ədəbiyyatda geniş yayılmasına baxmayaraq tam düzgün
deyildir. Kliniki təcrübədə müntəzəm şəkildə kristaluriya (sidik turşu-
su kristalları və az halda onun duzları) müşahidə olunur. Uraturiya
termini altında sidik turşusunun duzlarının (uratların) sidiklə artıq xa-
ric olması başa düşülür. Onlar əksər halda natrium və kalium duzları,
az halda kalsium və maqnezium duzları şəklində olurlar. Sidik tur-
şusunun başqa duzu olan turş ammonium urat digər duzlardan fərqli
olaraq qələvi mühitdə (sidikdə) çöküntüyə keçir. Natrium və ammo-
nium uratlar az həll olan duzlardırlar. Bu duzların qum və ya iri kristal
halında sidiklə xaric olması sidiyin passajına mane olur və böyrəkdaş-
larının əmələ gəlməsinə səbəb olur. Sidik daşları əksər halda sidik tur-
şusundan və az halda uratlardan ibarət olur.
Dostları ilə paylaş: |