254
4. Kalium xlorid 1 % vena daxilinə.
5. Natriun asetat 2.4 % - 1000.0 vena daxilinə.
6. Limon gündə 1-2 ədəd.
7. Natrium sitrat – blemaren, urolit U, sidiyin pH-dən asılı olaraq
gündəlik qəbul dozası seçilir.
8. Etamid 0.3 gündə 2 dəfə.
9. Hialuronidaza (lidaza).
10. Natrium volframat 0.015 gündə 3 dəfə.
11. Anabolik hormonlar.
Oksaluriya. Oksalat (etakdiol) turşusu ən
sadə dikarbon turşusu
olub təbabətdə təsadüf olunur. Güclü turşu olub məhlulda anion
C
2
O
4
2-
və protionu 2H
+
dissosasiya edir. Oksalat turşusunun anionu
kalsium kationu ilə birləşərək az həll olan duz-kalsium oksalat-mo-
nohidrat (vevellit) və dehidrat (veddellit) əmələ gəlir.
Oksalat turşusunun səviyyəsinin qanda artması (oksalemiya) en-
dogen və ekzogen faktorlardan asılıdır.
Ekzogen oksalemiya əksərən
alimentar mənşəli olub, tərkibində oksaloforlar (tərkibində oksalat və
onun duzları çox olan maddələr – kakao, şokolad, ispanaq, ravənd,
çay, istiot və s.) çox olan qida qəbulu zamanı baş verir.
Kalsium və maqnezium oksalatlar oksalat daşlarınnın mənbəyi
olurlar. Kalsium oksalatın sidikdə həll olması sudakı həll olunmasın-
dan artıqdır və buna səbəb də oksalatın kristalizasiyasının bəzi mad-
dələr (kiçik
molekullu polipeptidlər, turş polisaxaridlər, sidik cövhə-
ri, maqnezium, pirofosfatlar, difosfatlar, sitratlar
və başqa üzvi turşu-
lar) tərəfindən ingibisiya olunmasıdır.
Oksalat metabolizminin pozulmasının 2 tipi məlumdur. Birinci
tipdə oksalat turşusunun metabolizminin katalizatoru olan fosfatazalı
fermentin aktivliyinin azalması nəticəsində baş verir. Qlikdat və
qlioksalatın ekskresiyası artır. İkinci tip oksaluriya serenin metabo-
lizminin ferment deffekti nəticəsində baş verir.
α -
qliserin turşusu-
nun əmələ gəlməsi artır. Kalsium-oksalatın kristallaşması uron turşu-
su, xondrotinsulfat və heparinsulfarin təsirindən baş verir.
255
Askorbin turşusunun sidikdə oksalatlarının artmasında rolu bö-
yükdür, çünki 17-40% dərman kimi qəbul olunan askorbin turşusu
orqanizmdən oksalat formasında xaric olur.
Oksalat
turşusunun sintezi A, B, D vitaminlərinin, xüsusən B
6
maqneziumun qıtlığı zamanı artır.
Bu zaman qlisinin pereaminləşməsi nəticəsində əmələ gələn
qlioksil turşusunun oksidləşməsi pozulur.
Oksalatların əmələ gəlmə mənbələri aşağıdakı kimidir: 1/3
endogen
mexanizmlər əsasında, 1/3 askorbin turşusunun metabolizmi nəticəsin-
də, 1/3 oksalatın bağırsaqdan qana sorulması nəticəsində baş verir.
Sağlam insan gün ərzində 40 mq oksalat (0,46 mmol) ifraz edir.
Hiperoksaluriya zamanı oksalatların sidikdə miqdarı 90-315 mq (1-
3,5 mmol/gün) qədər artır.
Bağırsaqların fəaliyyətinin pozulması ileit, hepatit, xolesistit yara-
dır. Nazik bağırsağın hissəvi rezeksiyası sidikdə oksalatların ekskre-
siyasının artmasına səbəb olur.
Böyrəkdaşının patogenezində oksalat
turşusunun mübadiləsinin po-
zulmasında daha çox rolu kalsium mübadiləsinin pozğunluğu oynayır.
Dostları ilə paylaş: