Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ


imperializmi – imperializmdir. Rusiyada təbəddül edəcək  şey, onun üsuli-



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix31.01.2017
ölçüsü0,83 Mb.
#7136
1   2   3   4   5   6   7   8   9

imperializmi – imperializmdir. Rusiyada təbəddül edəcək  şey, onun üsuli-

arına aid bir məsələ deyil, tədricən vaqe olmuş bir keyfiyyətdir. 

Çar zamanında Qafqasiyaya səlahiyyəti-vaseyə malik valiyi-ümumi təyin 

olunuyordu.  Şimdiki Sovet höküməti isə Kommunist firqəsinin vilayət mərkəzi 

komitəsini göndəriyor ki, Qafqasiya cümhuriyyətləri tamamilə bu mərkəzə 

tabedirlər. O zaman zadəgan sinfinə istinad edən Rusiya imperializmi 

Qafqasiyadakı xan, məlik (erməni zadəganı) və knyazlardan (gürcü zadəganı) 

kəndisinə münqad olanları qullanıyor və o vasitə ilə  təsisi-hakimiyyət ediyordu. 

Sərkeşlik edənlər isə ya məhv və yaxud Rusiyaya nəfy olunuyordu. Şimdi də öylə: 

əmələ  və köylü sinfinə istinad edən bolşevik diktaturası yerli əhalinin  əyaq 

taqımlarına istinadla kəndi hakimiyyətini təsis və bu sinif içərisindən belə kəndinə 

tabe olmayanları  məhv və ya nəfy ediyor. Nəticədə  şımdiki cümhuriyyətl

 o zamankı xanlıqların inhilalından daha çabuq bir surətdə icra ediliyor. 

Çarlığın məfkurəsi zadəgan sinfi mühitində inkişaf edən “şovinizm” idi. 

Leninliyin idealı isə əmələ “kosmopolitizmi” nam bir məsləkdir. Birincisi, rusdan 

olmayan millətləri ruslaşdırmaq surətilə bütün Rusiyayı hərsən yekvücud bir hala 

qoymaq istiyordu. İkincisi də hərsi-millisi daha qüvvətli olmayan zəif millətlərdə 

milliyyət fikrini öldürmək surətilə bütün Rusiyayı qeyri-milli bir hala qoy

ionalizm etmək) istiyor ki, nəticeyi-feliyyəsi etibarilə yenə o deməkdir. 

Ixtilallar hər nə  qədər aləmşümül bir mahiyyətdə olsalar da, nəticədə 

kəndisini elan etmış  məmləkətin həyati-ictimaiyyə  və  təşkilati-siyasiyyəsini, 

tarixin iqtizası  və iqtisad qanunlarının təhəmmül edəcəyi bir çərçivə daxilində 

təbdil etməkdən başqa bir məhsul verməz. Olsa-olsa hakimiyyət müəyyən bir sinif 

və  təbəqə inhisarından daha müasir və daha mütərəqqi bir ünsürə keçir. Demək 

istiyoruz ki, ictimai inqilablar bir məmləkətin siyasəti-xariciyyəsindən ziyadə 

daxili siyasəti üzərinə icrayi-təsir edir. Fransa inqilabının xaricə qarşı siyasəti 

Burbonların  ənənəvi siyasətindən başqa deyildi. Sovetlərin siyasəti də çarlar 

Rusiyasının siyasətindən başqa bir şey deyildir. Daima türk düşməni olan 

Rusiyanın Türkiyəyə dost çıxması isə tarixdə misli yox bir hadisəyi-inqilabiyə 

deyildir. Məhəmməd  Əli üsyanında Sultan Mahmuda müavinət göstərən çar 

Rusiyası  deyilmi? Bolşeviklər İngiltərəyi Hindistanın təsxiri ilə təhdid ediyorlar.

bu təhdid dəli Petronun məşhur vəsiyyətnaməsində dəxi məzkur deyilmidir? 

Əvət, Məhəmməd  Əli Paşa vəqesi və bu günkü hadisələr tarixin birər 

cilveyi-istisnaiyyəsini təşkil edirlər. Bunlar birər epizoddur. Daim olan bir şey 

 o da Cənuba doğru olan Rusiya axını ilə bu axına məruz qalan türklükdür. 

Rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus 

 

59



idarəsidir, istehsal və istehlakındakı üsullardır, yoxsa, Rusiya coğrafiyası 

dəyişmədi

 

*  *  * 



Qızıl imperializm böyük Rusiya ixtilalının doğurduğu bir sistemdir. Bu 

ixtilal  əsrin modası hökmündə olan sosializm şüarları ilə ehtikar yaparaq 

kommunizm bayrağı altında cərəyan etdi. Dünya müdhiş bir xalq hərəkatının 

fəvəranı qarşısında bulundu. Bu dəhşətli hərəkəti-məşəriyyə,  şübhəsiz ki, 

zamanımızın ən şayani-tədqiq bir hadisəsidir. Fəqət bu hadisədə keçici nöqtələrlə 

baqi qalacaq həqiqətlər var. Tədqiq edərkən bunları təfriq etməmək qabil deyildir. 

Sosializm və kommunizm məfhumları kibi böyük məfkürələrin elani-tətbiqi, həm 

də Avropa dövlətləri arasında  ən geridə qalmış bir məmləkətdə  şübhəsiz ki, bu 

hərəkətin keçici mənzillərini təşkil edir. Nasıl ki, bu gün biz kommunizm firqəsinin 

elan eylədiyi kəndi prinsiplərindən birər-birər vaz keçdiyini görüyoruz. Dörd-beş 

sənəlik dəhşətli misallar və  əmsalsız tədhişlər nəticəsində baqi qalan qazanc isə 

demokratik sosialistlərin təbirincə burjua – bir üsul-idarənin binasını  təmin edən 

cəhətlərdir. Bu cəhətlər miyanında  ən mühüm olanı Rusiya imperatorluğunun 

əsasını təşkil edən əsil zadəgan sinfinin imhasıdır.  

Rusiya son yarım əsrdəki iqtisadi inkişafatı ilə artıq qüruni-vüstai bir istehsal 

məmləkəti olmaqdan uzaqlaşmışdı. Halbuki təşkilati-siyasiyyəsi etibarilə bu 

məmləkət hala feodal bir zehniyyət ilə idarə olunuyordu. Burada hökümət 

tamamilə  əsil zadəgan sinfi əlində, dövlətin ümuri-mülkiyyəsi ilə  təşkilati-

əsgəriyyəsi çar tərəfindən tətvic olunan bu mümtaz təbəqənin inhisarında idi. 

“Dvoryanstvo” deyilən zadəgan sinfi kəndisinə  məxsus təşkilati ilə imtiyazati-

hüquqiyyə  və siyasiyyəyə malik mümtaz bir təbəqə idi. Bu təbəqə huquqi-

siyasiyyəcə bu qədər ziiqtidar ikən, iqtisadən çürüməyə başlamış, çox zamandan 

bəri mövqeni yeni təşəkkül edən burjua sinfinə tərk eyləmişdi. 

Rusiya ixtilali-kəbiri bu hadisəyi tədqiq edənlərcə məmləkətin iqtisadiyyatı 

ilə siyasiyyatı arasındakı bu əzim təzadın təsadümündən başqa bir şey deyildir. 

İxtilal  əsil zadəgan sinfini tamamilə imha etdi. Bunlar artıq mümtaz bir təbəqə 

haqqını haiz deyildirlər. Əsil zadəgan təbəqəsi yalnız siyasətən deyil, iqtisadən də 

məhv edilmişdir. Böyük malikanələrlə çiftliklər köylülər arasında təqsim olunmuş, 

birər “Qartal yuvası” təşkil edən kaşanələr xak ilə yeksan edilmişdir. 

Şimdiki Rusiya böyük şəhərlərə malik olmaqla bərabər, geniş ərazisi və 130 

milyona baliğ nüfusu

84

 ilə dünyanın ən böyük çiftçi məmləkətidir. Bu məmləkətdə 



əvvəlcə üç milyona qərib bir əmələ sinfi mövcud ikən şimdi – inqilab sənələrinin 

təxribkar təsiri ilə – bu ədəd milyondan daha az bir rəqəmlə göstəriyor. 

Əksəriyyəti-əziməsi köylüdən təşəkkül edən bu məmləkət  əsil zadəganın 

malikanələrini yəğma və torpaqlarını  qəsb etmək üçün bir ani-tarixi içində 

kommunist oluyormuş. Fəqət,  şimdi birər kiçik mülk sahibindən ibarət olan bu 

köylü dəryası “ac və bacarıqsız” şəhərlər hakimiyyətindən ibarət olan kommunist 

əmələ hökümətini çəkməməyə başlıyor. Kommunist təcrübələri nəticəsində 

əməllərinin bihudə olduğunu görən  əmələ qismi dəxi “kəndi” hökümətinə qarşı 

laqeyd, hətta müariz bir ruh peyda ediyor. Ötədə yeni bir “ixtilal burjuaziyası” 

 

60



doğuyor ki, əskisinə nisbətlə, pək əxlaqsız və təməkar olmaqla barabər, kəndisi ilə 

ehtikar şərikliyi yapan kommunist məmurlarını fəna halda sui-əxlaqa sövq ediyor. 

Bütün bu müxalif ünsürlər içərisində istinadgahi-ictimaiyyəsini qayb edən 

kommunizm diktaturası son günlərini yaşamaq üzrə bulunuyor. O, bütün 

hümmətini böyük sənaye və xarici ticarəti kəndi  əlində saxlamaqla köylü 

dəryasından gələn dalğalara qarşı bir sədd çəkmək xülyasilə idameyi-həyat etmək 

istiyorsa da, buna qətiyyən müvəffəq olmuyor. Çünki yüzdə 14-ü qədər tənəzzül 

edən Rusiya sənayesi içərisində ən çox ümidsiz bulunanı böyük sənaye ilə xarici 

ticarətdir. 

Rusiya iqtisadiyyatı hər növ təsəvvürün fövqündə bərbad bir haldadır. Böylə 

bir halda ənasiri-təbiiyəyə müxalif bir ruh və idarəyə malik bulunan kommunizm 

“rejimi” süqut etmək məcburiyyətindədir. Bu süqut yalnız bu günkü hakim 

qüvvətin başqa bir qüvvətə təbəddülü ilə qalmıyacaq. 

Velikorus mərkəzi, sənaye nöqteyi-nəzərindən müstəhsil bir mərkəz ikən, 

kommunizm manevrası ilə təkrar kəndisinə bağlıya bildiyi Qafqasiya və Türküstan 

kibi məmləkətlər məvaddi-ibtidaiyyə həsbilə müstəhsildirlər. Müharibədən əvvəlki 

Rusiya vilayətlərdən aldığı  məhsulat müqabilində  məmulat verməklə müvazinə 

yapıyor, bu surətlə  mərkəz ilə vilayətlər arasındakı iqtisadi rabitə  təmin 

olunuyordu. Halbuki bu gün öylə deyildir. Hərbi-ümumi ilə ixtilali-kəbir 

nəticəsində Rusiya sərvəti-milliyyəsi 11 milyard altun rublədən 4 milyard rubləyə 

enmişdir. Bu süqut bilxassə  sənayeyə aiddir. Sənaye etibarilə Rusiya məmulati-

milliyyəsi 5 dəfə azalmış ikən məhsulati-ziraiyyəsi iki dəfə azalmışdır. Ziraət 

etibarilə Velikorus mərkəzi əvvəldən də müstəhsil olmaqdan ziyadə müstəhlik idi. 

Fəqət, bu xüsusdakı açığını o, məmulati-sənayesi ilə qapayordu. Fəqət,  şimdi bu 

mərkəz hər bir cəhətcə müstəhlik bir vəziyyətə keçmişdir. Qafqasiya ilə Türküstan 

məvadi-ibtidaiyyəsinə müqabil Rusiyanın verəcək bir şeyi yoxdur və daha çox 

zaman olmayacaqdır. Bakının petroluna müqabil Rusiya əskidən  şəkər

manufaktura və sair əmtəə idxal ediyordu. Halbuki bu gün miqdarı  ərqami-

fələkiyyə ilə sayılan “Sovet” qaiməsini də verəmiyor. Böylə olunca təbiidir ki, 

müstəhsil vilayətlərlə müstəhlik mərkəz arasındakı münasibət mənafeyi-iqtisadiyyə 

üzərinə müstənəd təbii bir rabitə ilə deyil, Qızıl Ordunun süngüləri sayəsində süni 

bağlarla qaimdir. 

Moskvada Sovet cümhuriyyətlərinin federasyonunu təşkil edən konqrenin 

iniqadı bizim bu iddiamızı  qətiyyən cərh edəməz. Çünki bu konqre vilayətlərin 

arzusu ilə deyil, mərkəzin əmrilə iniqad eyləmişdir. Vilayətlərin arzuyi-həqiqəsinə 

az çox tərcüman olanlar isə bu konqrenin iniqadı  əsnasında və qismən hala 

məhbəslərdə çürüyor və  məmləkətlərindən uzaqlaşdırılaraq Rusiyanın  ən soyuq 

bucaqlarına nəfy olunuyorlar. Fəqət kəndi hakimiyyətini qurtarmaq üçün bu günə 

qədər qullandığı vasitələrdən daha qüvvətli olacağı  bəlli olmayan bu vasitə ilə 

kommunizm firqəsi kəndisini qurtarır zənn edilməsin. Kommunizm süquta 

məhkumdur. Kommunizm süquta məhkum olduğu kibi süni vasitələrlə 

mərkəziyyəti-idarə vücudə gətirmək istəyən Moskva sistemi də məhkumi-zəvaldır. 

Müdhiş bir terrorist olan bu firqə üçün müslihanə bir surətdə mötədil bir höküməti-

əsriyyə  şəklinə girmək ruhiyyat nöqteyi-nəzərindən qeyri-mümkündür. Üsyan və 

 

61


qanla səri-kara gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu gün bu üsyanı 

yapan müntəzəm bir qüvvət yoxsa da yarın o qüvvət, kommunizmin kəndi vücuda 

gətirdiyi təşkilat hüceyrəsindən olsa da doğacaqdır. Fəqət, kommunizm 

imperializminin devrilməsi ilə  kəndinə  cəbrən bağlanan milli təşkilati-siyasiyyə 

üçün dəxi yaxayı qurtarmaq fürsəti təkrar gəlmiş olacaqdır. Bu bilxassə Qafqasiya 

üçün variddir. Qafqasiya bundan yüz sənə əvvəlki vəziyyətində deyildir. Yüz sənə 

əvvəl inkişaf edən Rusiyaya qarşı münkəşif bir Avropa iqtisadiyyatı ilə mübariz bir 

Şərq milliyyətpərvərliyi yox idi. Bu gün o da, bu da mövcuddur.  

 

 

XI 



İSTİQLAL MƏFKURƏSİ 

 

Azərbaycan məclisi-məbusanının ilk cələsəsini açan natiq, məclisi təzyin 



edən bayrağa xitabən “Bir kərə yüksələn bayraq bir daha enməz!” – demişdi. 

Bayraq  əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətdirsə, Azərbaycan 

istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə 

mavi, al və yaşıl rəngli və hilal-sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən 

ələladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət 

və istiqlalını  tərmiz edən bir timsal isə, o halda, hal-hazırda Bakı binalarının 

üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən 

başqa bir şey deyildir. 

Əvət, bu kitabın qabında siyah çərçivə içərisində görünən Azərbaycan 

bayrağı – Azərbaycan hürriyyət və istiqlalının bu müqəddəs timsalı, bu gün 

Bakının, Gəncənin və sair Azərbaycan biladının üstündən enmiş, fəqət, nərəyə?... 

Eşqi-istiqlal ilə yanan və həsrəti-hürriyyətlə sızlayan Azəri gəncliyinin ürəyi 

yarılsa, bu bayrağın orada mənquş olduğu görülər.  Əvət, heç bir zaman 

Azərbaycan xalqı bu qədər həzin bir həsrət duymamışdı. Hankı köylüyü, hankı 

əmələyi, hankı münəvvər və ya əsnafı dinləsəniz “AZƏRBAYCAN”dan yana-

yaxıla bəhs edər. Azərbaycan dövri-istiqlalına bolşeviklər “Müsavat dövrü” 

deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN dövrü deyir. O, şimdiki rejimi 

“Azərbaycan” deyə  qəbul etmiyor. Xalqın düşüncəsində AZƏRBAYCAN 

məfhumu coğrafi bir mənadan ziyadə fikir və  əməl  şəklində  təcəssüm ediyor. 

İstiqlal xaricində onun üçün bir AZƏRBAYCAN yoxdur. 

Bolşeviklər tərəfindən sıxı bir sansör altında nəşr olunan mətbuatdan xalqın 

hissiyatını  tədqiq və  təqib etmək qabil deyildir. Bilxassə ki, bu mətbuat aləmi-

mədəniyyətin bildiyi mətbuat kibi deyildir. Hakim firqənin kontrolu xaricində bir 

qəzetə  çıxmadığından xalqın duyğusunu bolşeviklikdə  çıxan qəzetlərlə ölçmək 

olmaz. Məmafih, ara-sıra çıxan və bir-iki nüsxə  nəşr edildiyindən sonra təkrar 

qapanan məcmuələrdə görülən bir taqım  ədəbi parçaların ruhu təhlil olunursa, 

şairin nə kibi qeyri-məmnun, həsrətzədə  və müntəzir bir mühitdən mülhəm 

olduğunu görürsünüz. Burada vəziyyətindən məmnun, inqilabilə müftəxir bir 

kommunizm ilhamına təsadüf edəməzsiniz. Çünki AZƏRBAYCAN 

KOMMUNİZMİ yoxdur. Buradakı kommunizm istilakar bir qüvvətdir. O, 

 

62


qətiyyən xaliq bir qüvvət olamaz. O, yalnız uçurar, yıxar, edam edər. Zehniyyəti, 

tərbiyəsi və inkişafi-ictimaiyyəsi etibarilə milli və dekomtrat bir inqilab üçün hazır 

bulunan bu mühitə milliyyət münkiri, demokrasi müxərribi bir qüvvətin təsəllütü

bittəb nikbin bir rüh inkişaf verəməz! 

Kommunizm nə yaparsa-yapsın, Rusiya imperializmi hankı  rəngə girirsə-

girsin meydanda bir həqiqət var: Millətlər kəndilərini tanımışlar. Azərbaycan türk 

olduğunu idrak eyləmiş. Sənələrdən bəri axan qanları mən, bir göldən ziyadə, vəzi-

həmldə axan qanlara bənzətmək istərəm. Zatən dünya inqilabat və müharibələrində 

axan qanlar daima yeni məfkurələrin tövlidinə  səbəb olmuş deyilmidir? Bütün 

ələm və iztirabına təhəmmül etdiyimiz bu fəcaye içərisində böyük bir fikir 

doğmuşdur. Fikri-istiqlal! 

MÜSTƏQİL AZƏRBAYCAN – bu gün maddətən Rusiya qüyudatı ilə 

dərzəncir olsa da, mənən mövcuddur. Azərbaycan istiqlalı bir fikir olaraq vaqedir. 

Bolşeviklərə Qafqasiyada rəyi-ammə müraciət təklif edilsə, qətiyyən razı olmazlar. 

Çünki bütün xalqın həmən istiqlali-idarə lehinə rəy verəcəklərini bilirlər. 

Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o 

da bu istiqlal fikrinin rüsuxudur. 

Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşayan bir Azərbaycan 

gəncliyi vardır ki, ÇK-nın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk 

fürsət və imkanı  bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o 

zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş bulunan bayrağı maddətən 

yüksəldərək deyəcək ki: 

-

 

Əvət, bir kərə yüksələn bayraq bir daha enməz! 



 

*  *  * 


Əvət, böyük faciələr,  əzim sarsıntılar, məşəri hərəkətlər  əsrində yaşayan 

Azəri gəncliyi üçün müstəqil yaşamaq misaqi-millidir. “Misaqi-milli”nin nə kibi 

möcüzələr yaratdığını o, Şərq milliyyətpərvərliyinin  ələmdarı, böyük qardaşı 

Türkiyənin göstərdiyi xarüqədən öyrənmişdir. 

Hərbi-ümumi ilə başlayan hadisati-aləm daha nəticəyə varmamışdır. Bu 

nəticə millətlərin həqqi-hakimiyyətlərini təmin etmək surətilə hasil olacaqdır. 

Bayrağındakı rənglərin mədlulu vəchilə

85

 müasir bir Türk və İslam mövcudiyyəti-



siyasiyyəsinə təkrar qovuşmaq ümidilə, bu mövud nəticəyə çarçeşmlə intizar edən 

milliyyətpərvər Azərbaycan hal-hazırda bittəb pək fəci bir dövr keçiriyor. Böyük 

hirmanlar və  çəkilməz təzyiqlər içərisində güzəran edən bu dövrdə Türkiyənin 

istilakar Rusiya ilə mütəlif bulunmaq zərurətində qaldığı müddətcə Azərbaycan 

pək acı bir nəsibə  təhəmmül edəcəyini hiss və  təqdir eylər. Fəqət işbu zərurət 

tarixiyyəyə mütəvvəkkilanə qaltanırkən pək çox arzu edir ki, “misaqi-milli”si ilə 

yalnız kəndinin deyil, bütün şərqlilərin “hüquqi-bəşəriyyə”sini elan edən yeni 

Türkiyə müasir Rusiya imperializmini qızıl sözləri ilə deyil, qara işləri ilə  təqdir 

eyləsin! 

SON 


 

 

 



63

AZƏRBAYCAN QURBANLARINDAN BİR LİSTƏ 

 

Kitabımızın mətnində isimləri zikr olunan şühədayi-istiqlaldan maəda, 



bolşeviklər tərəfindən qurşuna dizilən Azərbaycan qurbanlarının listəsini tamamilə 

elan edəcək olursaq, bu xüsusda müstəqil bir risalə  nəşr etmək zərurətində 

bulunuruz. Məmafih, bu edamların nə kibi bir məqsəd və hədəfə tövcih edildiyinə 

bir nümunə olmaq üzrə müdafieyi-istiqlal yolunda fədai-can edənlərin  əsamisini 

qismən ehtiva edən bir listəyi buraya dərc ediyoruz. 

 

Ordu üməra və zabitanından 



1.

 

Mirliva Yusifov İbrahim ağa. 



2.

 

“---” Qaytabaşı Həmid bəy. 



3.

 

“---” Səlimov Həbib bəy. 



4.

 

“---” Dəlxas Murad Gəray. 



5.

 

Şahzadə Kazım Mirzə Qacar. 



6.

 

“---” Sulkeviç Süleyman bəy. 



7.

 

Miralay Qalacov. 



8.

 

“---” Saymanov. 



9.

 

“---” Xazin. 



10.

 

“---” Cəlayev. 



11.

 

 “---” Koden (rus). 



12.

 

 “---” Makayev (gürcü). 



13.

 

 Qədimli yüzbaşı Xudaverdiyev Xuduş. 



14.

 

Yüzbaşı Konstantinoviç L. 



15.

 

 “---” Əhmədzadə Yaqub bəy. 



16.

 

 Qaimməqam Əlizadə Nağı bəy. 



17.

 

 Mülazimi-sani Talışxanlı İlyas bəy. 



18.

 

 Mülazimi-əvvəl Fəttahov İbrahim bəy. 



19.

 

 “---” Axundzadə Cəfər bəy. 



20.

 

 “---” Ağalarov Fərhad bəy. 



21.

 

 “---” Mirizadə Hüseyn bəy. 



22.

 

 “---” Mehdizadə ... 



23.

 

 “---” Şahzadə Sədrəddin Mirzə. 



  

Məclisi-məbusan əzasından 

24.

 

 Rzayev Abuzər bəy (mühəndis). 



25.

 

 Şeyx Zamanlı Məhəmməd Bağır bəy. 



26.

 

 Axundzadə Murtuza bəy. 



27.

 

 Əxicanov Müseyib bəy (hüquqdan məzun). 



28.

 

 Ziyadxanlı İsmayıl xan (sabiq Duma məbuslarından). 



 

Mühərririn, üləma və müəllimindən 

 

64


29.

 

 Köçərli Firidun bəy. Mərhum Köçərli Azərbaycan ədəbiyyatı tarixini 



tədqiqilə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və 

alim idi. 

30.

 

 Professor Zimin. Bakı darülfünunun tarix və ədəbiyyat şöbəsi müdiri 



bulunan bu zat məşhur müstəşriqlərdən idi. Azərbaycan Darülfünunda 

Şərq tarixini və  ərəb lisan və  ədəbiyyatı kürsüsünü işğal ediyordu. 

Eyni zamanda, dəxi Şərqi tədqiq cəmiyyətinin rəisi idi. 

31.


 

 Mürsəlzadə Piri bəy. “Azərbaycan” qəzetəsi mühərrirlərindən. 

32.

 

 Qəbulzadə  İslam bəy. Zaqatalada xidməti-milliyyətpərvəranəsi ilə 



mütəmayiz dəyərli müəllimlərdən. 

33.


 

 Mirzə Abbas. Pedaqoji sahəsində qiymətdar  əməkləri ilə  məruf 

müəllimlərdən. 

34.


 

 Müəllimlərdən Musabəyov. 

35.

 

 Müəllimələrdən Musabəyova Məsumə xanım. 



36.

 

 Ticarət məktəbi-alisi tələbələrindən Qasımzadə Qasım bəy. 



 

Məmurini-mülkiyyə və sair sünufi-əhalidən 

37.

 

 Gəncə valisi Rəfibəyov Xudadad bəy (doktor-cərrah). 



38.

 

 Bakı valisi Hadıyev. 



39.

 

 Bakı polis müdiri Mirzəzadə Rüstəm bəy. 



40.

 

 Gəncə üsyanı mübarizlərindən Qaçaq Qənbər. 



41.

 

 Nuxa bələdiyyəsi rəisi Azaq bəy. 



42.

 

 Ağdaşlı Məhərrəm Əfəndi. 



43.

 

 Camal Çavuş. Bolşevik aləmində Camal Paşa namilə məruf bulunan 



bu zat ixtilalın  əqəbində  həbs edilmişdi. Həbsdən azad edildikdən 

sonra Lənkəran qəzasına qaçmış  və orada əhalinin başına keçərək 

bolşeviklərə qarşı aylarla müqavimət eyləmişdir. Yusif Camal bəy 

mərhum  ən-əsl  Şərqi Anadolu əhalisindən olub, bütün mövcudiyyəti 

ilə Azərbaycan istiqlal və hakimiyyətinə  rəbti-qəlb və  bəzli-mövcud 

etmiş bir fədai idi. Xatirəyi-ehtiramı azərilərin qəlbində mədfundur. 

44.

 

 Müzəffərov Hüseyn – Volqaboyu türklərdən. Bakı türk əmələ 



birliyinin katibi. 

45.


 

 Zərif Əfəndi. Volqaboyu türklərindən. 

46.

 

 Rüstəmbəyli Mustafa bəy. Ağdaş əyanından. 



 

 

QEYDLƏR 



   

 

                                                 



1

  MƏHƏMMƏD  ƏMİN HACI MOLLA ƏLƏKBƏR OĞLU RƏSULZADƏ – 1884-cü ilin 

yanvarın 31-də Bakının Novxanı  kəndində dindar ailədə dünyaya göz açmışdır.  İlk təhsilini 

maarifpərvər ziyalılarımızdan S.M.Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci 

“Müsəlmani və rusi” məktəbində almışdı.  Şer və  məqalələri ilə o dövrün tanınmış  qəzet və 

jurnallarından “İrşad”, “Tərəqqi”, “Füyuzat” və b. mətbuat orqanlarında fəal çıxış edirdi. Gənc 

 

65


                                                                                                                                                             

yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttarxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən 

milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu 

ildə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911-ci ilin oktyabrında Bakıda 

Tağı Nağı  oğlu, Məhəmməd  Əli Rəsulzadə  və Abbas Kazımzadənin yaratdığı “Türk ədəmi-

mərkəziyyət Müsavat” firqəsinin tezliklə üzvü olur və onun liderlərindən birinə çevrilir. 

M.Ə.Rəsulzadə 1917-ci ilin oktyabrında Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partiya 

MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlət Dumasının deputatı vəsiqəsini daşıyırdı. 

Zaqafqaziya Seymi 1918-ci ilin mayın 26-da Gürcüstanın özünü müstəqil elan etməsilə 

parçalandı. Seymin Azərbaycan nümayəndələri mayın 28-də Tiflisdə keçirilən iclaslarında 

Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsini elan etməklə yanaşı, M.Ə.Rəsulzadəni 

Milli  Şuranın sədri seçdilər. Onun haqqında “Azərbaycan” qəzetinin 1918-ci il tarixli 35-ci 

nömrəsində belə yazılırdı: “Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar 

edən cəmaət xadimimiz Rasulzadə  Məhəmməd  Əmin cənabları 3 gündür şəhərimizə varid 

olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını  təhlükəyə atmış 

olan Məhəmməd  Əmin  əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir yıldız rolu oynayaraq

istiqlali-milli yolunun Nikolay və Protonov dövrünün zülm gecələrində belə millət müsafirlərinə 

yol göstərməsi, rəhbərlik etməsilə  Vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ növcavan 

ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyə atılaraq, o vaxt yenicə təsisə başlayan 

milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus 

qaragüruhunun qəzəbinə giriftar olub, İrana qaçmış  və orada dəxi müsəlmanların mənafeini 

canından əziz tutaraq, İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən “İrani-nou” qəzetəsi nəşrilə 

millətin fədailər zümrəsində  Məhəmməd  Əli  şahın yaxıcı, yıxıcı keyf maişası müqabilinə 

mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı  məxsus olması  məsələsində 

Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü 

olduğunu isbata qalxmış  və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto 

vermişdi. 

20 yaşından bu günədək 31 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda 

Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir”. 

1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın 

fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar  əsasında hakimiyyət dinc yolla 

kommunistlərə  təhvil verildi. Az sonra repressiyalar başladı, M.Ə.Rəsulzadə  də gizlənməyə 

məcbur oldu. Lakin o, tezliklə  həbsə alınmış, yalnız V.İ.Stalinin bu işə müdaxiləsindən sonra 

azad edilmişdir. Bir müddət Moskvada işləsə də, 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin 

mühacirət dövrü başlayır. Türkiyədə  və Almaniyada yaşadığı illərdə  “Əsrimizin Səyavuşu”, 

“İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və 

b. əsərlərin müəllifidir. 

Azərbaycan xalqının vətənpərvər oğlu, görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 

1955-ci ilin martın 6-da Ankarada – qürbət diyarda şəkər xəstəliyinin uzun müddətli  əzabları 

içərisində üç dəfə “Azərbaycan!...” – deyərək gözlərini əbədi yumdu. 

2

  ƏLİ  BƏY HÜSEYN OĞLU HÜSEYNZADƏ (1864-1940) – yazıçı, ictimai xadim, jurnalist, 



müəllim və  tərcüməçi idi. O, Peterburq universitetinin fizika-riyaziyyat fakültəsində oxumuş, 

İstanbul hərbi tibb məktəbini (1895) bitirmişdir.  Ə.Hüseynzadə 1904-cü ildə Bakıya gəlmiş, 

burada “Həyat”, “Kaspi” qəzetlərinə  və “Füyüzat” jurnalına redaktorluq etmış, sonra “Səadət” 

məktəbində müəllim işləmişdir. O, yenidən Türkiyəyə qayıtmış,  İstanbul universitetinin 

professoru olmuş, orada yaşamış və vəfat etmişdir. 

Ə.Hüseynzadə 1926-cı ildə Bakıya gələrək 1-ci Ümumittifaq türkoloji qurultayında iştirak 

etmişdir. 

3

 HİCAZ – Səudiyyə Ərəbistanında əyalət. İnzibati və iqtisadi mərkəzi Ciddə şəhəridir. 



4

 SEVR MÜAHİDƏSİ – 1920-ci ildə Türkiyə ilə Birinci Dünya müharibəsinin qalibləri (Fransa, 

İtaliya, B.Britaniya və Yaponiya) arasında Fransanın Sevr şəhərində bağlanmış sülh müqaviləsi. 

Bu müqaviləyə müvafiq olaraq Ədirnə  və Gelibolu ilə birlikdə  Şərqi Frakiya Yunanıstana, 

 

66


                                                                                                                                                             

Anadolu vilayətinin bir hissəsi “Müstəqil Kürdüstana”, böyük bir sərhəd  ərazisi isə daşnak 

Ermənistanına verilirdi. Lozanna konfransında (1922-1923) Sevr müahidəsi ləğv edildi. 

M.Ə.Rəsulzadə sonralar o illəri yada salaraq obrazlı  şəkildə yazırdı: “Mənhus Sevr müahidəsi 

yırtıldı, məsud Lozan müahidəsi yazıldı!...Birincisi, çökən imperatorluğun ölüm baratı idi; 

ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu”. 

5

 HƏRBİ-ÜMUMİ -  Burada Birinci Dünya müharibəsi (1914-1918) nəzərdə tutulur. 



6

 Volqa nəhrinin tatarca ismi. Bu ismi AT İLİ ismindən müxəffəf olduğu məlhuzdur 



(M.Ə.Rəsulzadənin qeydi) . 

7

 İsmin məbzuliyyətilə məşhur bəhri-Xəzərin bir ismi də Quzğun dənizdir (M.Ə.Rəsulzadənin 



qeydi)

8

 Cavad xan Gəncəni knyaz Sisyanova qarşı müdafiə edən qəhrəmandır. Bu qəhrəman kəndisinə 



dəfələrlə təkrar olunan təslim təklifini kəmali-cəsarətlə rədd edərək, son nəfəsinə qədər müdafiə 

eyləmiş  və qala topu üzərinə oturduğu halda parça-parça edilincəyə  qədər düşmənlə 

vuruşmuşdur (M.Ə.Rəsulzadənin qeydi)

9

 MAVƏRAYİ-ARAZ AZƏRBAYCANI – Cənubi Azərbaycan nəzərdə tutulur. 



10

 Səfəvilərdən Şah İsmayıl türkcə şerlər yazar və Xətai nami-müstəarilə imza edirdi. Xətai 

divanı mərufdur(M.Ə.Rəsulzadənin qeydi)  . 

11

 Hökümət tərəfindən təyin olunan imamlara (mollalar) vəqaye-tərbəə denilən nigah, təlaq, 



təvəllüdat və vəfiyyat vəqiələrini qeyd və təsbit etmək üzrə hökümət tərəfindən divani dəftərlər 

verilmişdi (M.Ə.Rəsulzadənin qeydi)  . 

12

 Farsidəki mirzə istilah olaraq müəllim mənasına gəldiyi kibi, rusca uçitel dəxi eyni mənanı 



ifadə edir (M.Ə.Rəsulzadənin qeydi)

13

 “Açıq söz”ün müəssis və mühərriri bu risalənin müəllifidir (M.Ə.Rəsulzadənin qeydi)



14

 Rusiya müsəlmanlarının həyati-milliyyəsində bu məsələ bilxassə mühüm bir mövqe ehraz 

eyləmişdir. Azərbaycan türklərində isə bu məsələ yalnız “idareyi-ruhaniyyə”nin intixab üsulilə 

təsisini tələb etməklə qalmayıb, eyni zamanda, ittihadi-islam fikrinin tərvicinə  dəxi vasitə 

olmuşdur. Azərbaycan türkləri rus höküməti tərəfindən  şiə  və sünni namları ilə iki müstəqil 

müəssisə şəklində təsis olunan idarələrin “İslam idareyi-ruhaniyyəsi” namilə tövhidini dəxi tələb 

ediyorlardı. Bu tələb 1905-ci ildə Mavərayi-Qafqas əhaliyi-islamiyyəsi namına valiyi-ümumiyə 

verilən istidada yer bulduğu kibi şiə və sünni ixtilaflarının izaləsi çarələrinə həsr olunan İslam 

konqrelərinin müqərərratında dəxi təsbit edilmişdir. Şayani-qeyddir ki, şiə və sünni ixtilafları hər 

yerdən  əvvəl Azərbaycan türkləri arasından qalxmışdır ki, vəhdəti-milliyyəsini dərk edən bir 

cəmiyyət üçün bu qayət mətlub idi (M.Ə.Rəsulzadənin qeydi)

15

 “AÇIQ SÖZ” QƏZETİ – Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin orqanı. 1915-1918-ci 



illərdə nəşr olunmuş 725-dən çox nömrəsi çıxmışdır. Qəzet, orqanı olduğu firqənin “Türkləşmək, 

islamlaşmaq, müasirləşmək”, “Hökümət də xalqa, torpaq da xalqa” şüarlarını müdafiə edirdi. 

“Açıq söz”ə müxtəlif vaxtlarda M.Ə.Rəsulzadə, M.Ə.Əbdüləzizoğlu, Ü.Hacıbəyov, Orucov 

qardaşları və X.İbrahim redaktorluq etmişlər. 

16

 LEHİSTAN – Polşa nəzərdə tutulur. 



17

 Bu tələb müəllifin şəkli-idarə haqqında irad etdiyi müqabil məruzə üzərinə vaqe münaqişə və 

müdafiələr nəticəsində təklif və konqrenin əksəriyyəti-qatiesincə qəbul və təsbit edilmişdir 

(M.Ə.Rəsulzadənin qeydi)

18

 “MÜSAVAT” FİRQƏSİ – 1911-ci ilin oktyabrında Tağı Nağıoğlu, Məhəmməd Əli Rəsulzadə 



və Abbas Kazımzadənin Bakıda yaratdıqları siyasi partiya. Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə (1918-1920) hökümətdə və Məclisi-Məbusanda aparıcı mövqeyə malik idi. 1920-ci ilin 

aprel ayının sonundan “Müsavat” firqəsi gizli fəaliyyətə keçmiş, görkəmli nümayəndələrinin bir 

qismi Türkiyəyə mühacirət etmişdir. 

19

 Rusiyada mütənasib üsuli-intixab sistemi ilə tətbiq olunan intixablar müntəxəbin listələri 



üzərinə icra olunuyordu (M.Ə.Rəsulzadənin qeydi)

20

 “Müsavat” firqəsinin Balkan hərbi  əsnasında Bakıda təşəkkül etdiyi yuxarıda qeyd edildi. 



1917-ci sənədə Rusiya inqilabı zühur etdikdə Gəncədə “Türk Ədəmi-Mərkəziyyət firqəsi” təsis 

 

67



                                                                                                                                                             

edildi. Bu iki təşkilat Qafqasiya qurultayındakı  bəyanat və müdafiələri ilə xalqçı, türkçü 

olduqlarını mütəqabilən kəşf etməklə ittihad edərək salifüzzikr ünvanını aldılar 

(M.Ə.Rəsulzadənin qeydi)

21

 Menşeviklər sosial demokrat məsləkinə salikdirlər ki, bolşeviklərlə aralarındakı fərqi inqilabi-



ictimainin daha sırası gəlmədiyinə qane olmaları ilə izah edirlər. Eserlər Rusiyaya məxsus bir 

nəzəriyyəyi-ictimaiyyə məhsulu olaraq köylüyə istinadla sosializm inqilabı yapılacağını təəmmül 

edən bir firqədir ki, hal-hazırda bolşeviklərə müarizdir. Eser ismi isə Sosialist Revolyusenerdən 

müxəffəfdir (M.Ə.Rəsulzadənin qeydi)  . 

22

 Bolşeviklər 1917 sənəsində Xoqənd, Taşkənd, Krım, Ukrayna kimi vilayətlərdə muxtariyyət 



idarə davasilə  kəndi-kəndilərini idarəyə qalxan əhalini silah qüvvətilə  təşkil eyləmişlərdir. 

Mərkəzi Kazanda bulunan İslam  şurayi-əsgərisi ilə tatar şurayi-millisi, Başqırdıstan 

Cümhurriyyəti, Krım qurultayı höküməti kəza bolşevik höküməti tərəfindən qanlı bir surətdə 

inhilal etdirilmişdir (M.Ə.Rəsulzadənin qeydi)

23

 “DEKRET-13” – burada nəzərdə tutulur. 1917-ci il dekabrın 18-də Xalq Komissarları 



Sovetinin sədri Ulyanov-Leninin və Milli İşlər Komissarı Cuğaşvili-Stalinin imzaladığı 4 bəndlik 

bu dekretlə S.Şaumyana səlahiyyət verilirdi ki, Türkiyə Ermənistanının müvəqqəti idarəsi üçün 

erməni komitəsi və digər əhali ilə münaqişəli məntəqələrin həllində iştirak etsin. 

24

 Bakıda mətbu “İstiqlal” məcmuəsindən müqtəbəsdir (M.Ə.Rəsulzadənin qeydi)



25

 TRABZON – Türkiyədə, Qara dəniz sahilində şəhər. 

26

 BREST-LİTOVSKİ MÜAHİDƏNAMƏSİ – 1918-ci il mart ayının 3-də Sovet Rusiyası ilə 



Dördlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında bağlanan sülh 

müqaviləsi. Bu sənədə  əsasən Rusiya Polşa, Litva, Latviya, Estoniya və Belorusiyanın bir 

hissəsini itirdi. Qars, Batum, Ərdəhan Türkiyəyə verildi. Sovet qoşunları Ukrayna və 

Finlandiyadan çıxarıldı. Ordu və donanmanın bir hissəsi buraxılmalı idi. 1918-ci il 27-si avqust 

maliyyə razılaşmasına əsasən Sovet Rusiyası Almaniyaya 6 milyard marka təzminat verməli idi. 

1918-ci ilin noyabrında Almaniyada 2-ci Vilhelm devrildi və Sovet höküməti noyabrın 13-də 

Brest-Litovski müahidəsini ləğv etdi. 

27

 GEGEÇQORİ



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin