Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.01.2017
ölçüsü0,83 Mb.
#7136
1   2   3   4   5   6   7   8   9

 

“Molla 


Nəsrəddin” məcmuəsi Azərbaycan məzahının xəlq etdiyi bir şah  əsəridir.  Ədəbi 

məcmuələrdən ən mümtazı möhtərəm Hüseynzadə Əli bəyin təhti-müdiriyyətində 

çıxan “Füyuzat” məcmuəsi idi. “Füyuzat” məcmuəsi Azərbaycan üdəbasını 

Osmanlı ədəbiyyatını təqlidə sövq edən ən böyük amillərdən birisi olmuşdur. 

Bakı mətbuati-milliyyəyə mərkəz olduğu kibi, o zaman cəmiyyəti-xeyriyyə 

surətilə  təşəkkül edə bilən milli müəssisələrə  dəxi mərkəz olmuş idi. Bakı 

müsəlman cəmiyyəti-xeyriyyəsinin hərbi-ümumi  əsnasında Türkiyə  cəbhəsində 

təhcir edilən  əlviyəyi-sülsə müsəlmanlarına təşkil eylədiyi yardım bütün Rusiya 

müsəlmanlığını  təhyic eylədi. Məzkur cəmiyyətin türk üsərai-hərbinə göstərdiyi 

müavinət dəxi ayrıca şayani-qeyd və tezkardır. 

Bu cəmiyyətə  məxsus olaraq Bakı tüccarlarından mərhum Musa Nağıyev 

tərəfindən yapılan bina  ki, 1918-də bolşeviklərlə ermənilər tərəfindən yaxılmışdır, 

bəlkə  də aləmi-İslamda böylə bir məqsədlə yapılmış binaların  əzəmət etibarilə 

birincisidir. Bunun yanında duran dıgər bir bina dəxi  Şərqkari tərzi-memarisilə 

nəzər-diqqəti cəlb ediyor. Bu, Azərbaycan türkləri arasında baqiyati-salehatilə 

məşhur Hacı Zeynalabdin əfəndi həzrətlərinin ilk dəfə olaraq təsis eylədiyi 

müsəlman darülmüəllimatıdır. Milli əbniyələrdən biri də “Səadət” cəmiyyətinin 

məktəbi olmaq üzrə yapdırdığı möhtəşəm binadır. 

Bu müəssisələrdən başqa, Bakıda nəşri-məarif məqsədilə “Nicat”, “Nəşri-

məarif” və “Səfa” cəmiyyətləri dəxi təsis etmişdir. 

Azərbaycan həyati-milliyyəsində təsirati-mühümməsi bulunan ikinci mərkəz 

Gəncədir. Gəncədə  təsis edilən “Mədrəseyi-ruhaniyyə” vaxtilə milliyyətpərvərlik 

ruhunun təqviyə edilən  ən mühüm mərkəzi idi. Buradan Azərbaycan bir çox 

müəllimlər, mühərrirlər və  şairlər qazanmışdır. Məzkur məktəbin  əhəmiyyətini 

dərk edən çarizm burasını çabuq qapamaqla “təhlükə”nin önünə keçmək 

istəmişdir. Nasıl ki, Bakıdakı “Nəşri-məarif” darülmüəllimi ilə “Səadət” 

məktəblərini dəxi eyni cəzaya uğratmışdır. 

* * * 


Təlxis etdiyimiz bu ədəbi intibah Azərbaycanın iqtisadi və ictimai inkişafı 

ilə  məşrut idi. Azərbaycan xanlıqlar  şəklində Rusiya idarəsinə keçdiyi zaman 

iqtisadca daha münkəşif deyildi. Hər xanlıq kəndi yağında qovrulur qapalı bir 

istehsali-məhəlli idi. Bir məhəllə ilə digər məhəllə arasındakı münasibət pək 

 

11


məhdud idi. Hər xanlıq qüruni-vüstai feodal bir həyat keçiriyordu. Şəhərlər kiçik 

qəsəbə halında, sənaye əl işindən, ticarət bəsit bir mübadilədən ibarət idi.  

O zamankı ictimai həyat, o zamankı siyasi duyğular bittəb, bu şəraiti-

maddiyyə ilə məşrut idi. Ədəbiyyat dəxi böylə xan məhfillərinə məxsus kiçik bir 

“saray  ədəbiyyatı” halında idi. Bu ədəbiyyat məhəlli zövq və  qərəzlər təsirində 

məhdud bir şey idi. Bir məhfili-ədəbi ilə digər məhfili-ədəbinin münasibəti adətən 

bir  şəhər arasında cərəyan ediyordu. Bu cərəyan çox da sıxı  səmimi olamazdı. 

Hətta müxasim bulunduqları belə vaqe olurdu. Ədəbi məhfillər arasındakı xüsumət 

əsrimizin də bildiyi bir həqiqətdir. Fəqət bu müxasimət məhəll etibarilə deyil, 

zümrə, sinif və ya təbəqə etibarilədir. 

Qafqasiyaya enən Rusiya Böyük Pyotrun islahatı ilə qüvvət bulmuş bir 

Rüsiya idi. Əsri-üsulları  tətbiq etməklə bu inkişafa mail bir dövlət idi. Əsrin hər 

böyük dövləti kibi bu da imperializm idealını  təqib ediyordu. Bu istiqamətdəki 

meyl və inkişafı ilə o, cənuba doğru yayılıyordu və yolu üstündə İslam dövlətlərini 

görüyordu. Qafqasiya onun üçün bilxassə mühüm idi. Qafqasiya yollarını yapmaq, 

mənabeyi-sərvətini işlətmək, bəhri-Xəzərdə seyri-səfayin vücudə gətirmək planları 

iqtizasından idi. Bu planların qüvvədən felə  gəlməsi, biləxirə, Batum ilə Bakını, 

Rusiyanın mühüm mərkəzlərinə rəbt



 

edən dəmir yollarının inşası ilə tətvic edildi. 

Nəticədə Qafqasiyanın mühiti-coğrafiyası  dəyişdi. Daima rəqib və müxasim 

şəklində yaşayan zəif xanlıqlar yerində bir idarəyə tabe iqtisadi bir küll vücuda 

gəldi. Bundan gələn faidənin qismi-mühümünü əvvəla Rusiyaya, sonra yerli 

xristianlara inhisar etmək Rusiya politikasının icabından idi. Məmafih 

Qafqasiyanın Azərbaycan qismi dəxi istər-istəməz bundan müstəfid oldu, 

Azərbaycan  şəhərləri böyüdü. Aralarında münasibət və mübadilə artdı. Xanlıqlar 

zamanındakı xüsusiyyətlər rəf oldu. Məmləkət iqtisad və ticarətcə inkişaf etdi. 

Təkamül yoluna girdi. Bu təkamül fəal bir dövri-istehsal vücuda gətirərək təqsimi-

məsaiyi mucib oldu. Təqsimi-məsai sayəsində  də ictimai yeni zümrələr təşəkkül 

ediyordu. 

Rusiya nə Avropa kibi, nə  də  Şərq kibi idi. Böyük Pyotr “Tənzimat”ından 

sonra rus idarəsi feodalizm baqiyatilə burjua əsaslarını tühəf bir surətdə  məzc 

etmişdi. Bunun üçün də o, digər Avropa məmləkətlərinə nisbətlə qayət qəti 

addımlarla tərəqqi ediyordu. Məmafih son rübi-əsrdə Rusiya kapitalizmi iyicə 

irəlilədi. Nəticədə xatiri sayılır bir demokrasi təşəkkül etdi. Rusiya kapitalizminin 

inkişafında Bakının rolu mühüm idi. Bakı əksər Rusiya sənayesinin və bütün dəmir 

yolunun (petrol sayəsində) mühərriki olduğu kibi, kəndisi də qayət mühüm ticarət 

və  sənaye mərkəzi halına gəldi. Bu xüsusda o, petrolundan başqa cöğrafi 

vəziyyətinə dəxi mədyundu. Burası Rusiya ilə İranı, İran ilə Türküstanı, Rusiya ilə 

Qafqasiyanı ticarətlə bağlayan yeganə bir liman idi. Bakının bu mövqeyi şimdiki 

cəmiyyətlərdə mühüm olan demokrasinin təşəkkülü ilə  də artdı. Burada digər 

ünsürlərlə bərabər, türk sünufi-ictimaiyyəsi dəxi vücudə gəlmiş, türk demokratiyası 

təsis etmişdir. 

Əvət, xanlıqlar ilğa edilmiş, yerində sövqi-tarix ilə vahid bir türklük vücuda 

gəlmişdir. Ayrılığın timsalı bulunan xanlıqların ilğası ilə  qəsəbələr birər  şəhrə 

inqilab eyləmiş, milli vəhdəti mucib olan demokrasi doğmuşdu. Bu demokrasinin 

 

12


təbəqatı içində fünuni-əsriyyə ilə mücəhhəz mütəxəssislər, münəvvərlər,  ərbabi-

sənaye, ticarət əhli, əmələ qismi yetişiyordu. Bu sünuf ibtidada rus idarəsinə, rus 

hərsinə  pək də müxalif deyildi. Biləks, hər  şeydə Rusiyaya təqlid etmək bu sinif 

pişrovlarının sifəti-fariqəsini təşkil ediyordu. Bunun üçün onlara “rusməab” 

denilirdi. Rusməabların müqabilində isə “İranməab”lar duruyordu. İranməablər rus 

idarəsinin təsirilə mövqelərini yeni qüvvətlərə tərk etmək istəməyən əski təbəqati-

ictimaiyyənin məfkurəçiləri idi. Birincilər yeni təşəkkül edən cəmiyyətin 

hürrəndişləri (liberal), ikincilər isə mühafizəkar (konservator)ları idi. 

Hürrəndişlərlə mühafizəkarların mübarizəsi sənələrcə davam etdi. “Uçitel” ilə 

“mirzə” müxasim bulunarkən mühafizəkarlar hürrəndişləri təkfir ediyorlardı. 

Biləxirə bu hal təbəddül etdi. Hürrəndişlər zümrəsi qəvanini-ictimaiyyənin sövqi 

ilə  kəndisinə hüquqən və iqtisadən təzyiq edən rusluğa qarşı livayi-üsyan açmaq 

məcburiyyətində qaldı. Doğrudur ki, şəhərlər böyüyür, burada demokrasi təşəkkül 

ediyordu, fəqət bununla bərabər  şəhərlər ruslaşdırılıyor, mühacirət siyasəti 

yerlilərə, yerli müstəhsillərə meydani-inkişaf vermiyordu. Buna qarşı türk 

münəvvəri, türk tüccarı,  ələlümum türk müstəhsili mübarizə edəcəkdi. Bu ağır 

vəzifədə o yalnız mübarizə edəməzdi: xalq kütləsini də bu cidala sövq etməliydi. 

Bunun üçün ona təsir etmək, ona xitab eyləmək lazımdı. İştə bu lüzum hiss edildiyi 

anda münəvvərandan bir qisminin xalqa doğru gedişi başlanmışdır. Münəvvəranın 

bu təşəbbüsü tüccardan bir qisminin məzahirət və müavinətilə qüvvət bulmuşdur. 

Bu xüsusda mətbuati-mövqutə təsisinin pək mühüm rolu olmuşdur. 

Mətbuatın təsisi ilə Qafqasiyada siyasi, ictimai və milli bir fikir təşəkkül 

ediyordu.  Əfkari-ümumiyyə vücud buluyordu. Həyati-milliyyə üçün pək mühüm 

olan bir taqım məsələlər müzakirə olunuyordu. Qəzetlərin bu günkü milliyyətlər 

təşəkkülündə oynadıqları rol məlumdur. Bu rolu onlar Rusiya türklüyü üçün dəxi 

ifa ediyorlardı. Onlar xalqda həm milli duyğuları oyandırıyor, həm də  məqasidi-

milliyyədən olan məsələləri tənvir ediyorlardı. Türkcə  mətbuatın tərvic elədiyi 

məsələləri təhlil edərsək aşağıdakı məvaddi təlxis edə biliriz: 

1. Üsuli-cədidə  məsələsi, məktəblərdə türkcənin üsuli-sövti ilə  tədrisi və 

mədrəsə proqramına fünuni-cədidənin idxalı. 

2. Milli məktəblərin güşad və təsisi. Əvvəlcə mövcud məhəllə, köy və came 

məktəblərindəki farsi yerinə türkcə oxutmaq və əski üsullarla yeni məktəblər güşad 

etmək: 

3. Hökümət məktəblərində türkcənin tədrisini tələb etmək. 



4.  İdareyi-ruhaniyyələrlə övqafi-islamiyyə idarəsinin  əhaliyi-islamiyyə 

tərəfindən müntəxəb üləma və məmürin tərəfindən idarəsi fikrini tərvic eyləmək

14



5. Müsəlmanlar üçün də sair millətlərdə olduğu kibi nəşri-məarif və ümuri-



xeyriyyə ilə mütəvəqqil cəmiyyətlərin təşkili. 

6. Bələdiyyə və Duma (Rusiya məclisi-məbusanı) intixabatında müsəlmanlar 

haqqında rəva görülən təqyidati-qanuniyyəyə qarşı mücadilə. Bakı, Gəncə  və 

ələlümum Qafqasiya bələdiyyələrində müsəlman əzai-məclisin nisfindən fəzləsini 

təşkil edəməzdi. 

7. Vətəndaşlıq və  əhliyyət haqqını  hər cəhətcə müsəlmanlara təşmili ilə 

hüquqi-siyasiyyə və mülkiyyədə digər vətəndaşlarla müsavi tutulmaq. 

 

13



1905 sənəsi inqilabından sonra çoxalan mətbuat bu kimi mətalibin tərvici ilə 

qüvvətli bir cərəyan yaratmışdı. Bu mətalib yalnız qəzetə sütunlarında qalmayıb 

qismən həyata tətbiq edilmiş, qismən dəxi müxtəlif zamanlarda hökümətə verilən 

istidalara və ictimailər tərəfindən çıxarılan qərarlara material təşkil eyləmişdir. Bu 

məqasidin tərvici üçün ələni və xəfi olmaq üzrə müxtəlif komitələr, cəmiyyətlər və 

firqələr təşəkkül eyləmişdir. Bəzən qüvvətli, bəzən zəif bir bünyəyə malik olan bu 

siyasi üzviyyətlərin başlıca tələbini çarizm üsul-idarəsinin dəyişməsi təşkil 

etmişdir. Bu cəmiyyətlərdən  əksəri bir çox zaman çarizm əleyhində olan ixtilal 

firqələri ilə təmasda və bəzən də ittifaqda bulunmuşlardır. 

1905 inqilabı, inqilabçıların arzusu vəchilə inkişaf edəməyib, irticanın 

qələbəsi ilə  hərəkati-inqilabiyyə tovqifə  uğradı. Bunun üzərinə  şiddətli bir irtica 

başladı. Bu münasibətlə icra olunan təqibat nəticəsində digər rus firəqi-siyasiyyəsi 

kibi müsəlmanların daha rüşeym halında bulunan cəmiyyətləri dəxi pərakəndə bir 

hala gəldi. Rusiya cəmiyyətində  şovin bir siyasət cərəyanı başladı. Bu cərəyan 

Balkan müharibəsi  əsnasında  şiddətli bir sürət aldı. Rus şovinizmi doğrudan-

doğruya türk aləminə tövcih olunmuşdu. Rus üdəbasından məruf birisi Balkanlara 

gedən Səlibi-əhmər heyətini təşyi üçün yazdığı  məqalədə “Bir islav, bir xristian 

varkən türk yaralısına baxmayınız” – diyordu. Bu şovinizm eyni zamanda qeyri-rus 

olan millətlərdəki cərəyani-milliyi təğziyə ediyordu. Bilxassə türk 

milliyyətpərvərliyi qabarıyordu. Rus darülfünunda oxuyan Azərbaycan 

tələbələrinin Kiyevdə toplanan ictimai kəşf və  əzası tovqif edilmişdi. “Hilali-

əhmər” faidəsinə yapılan propoqanda bu zamankı hissiyyatın tərvici üçün ən 

münasib bir vasitə oluyordu. Bakı qadınlarından küpələrini verənlər olmuşdu. 

Gənc müəllimlər və tələbələr dərslərini ataraq, türk ordusuna könüllü gediyorlardı. 

Bu zamanda əksəri 1905 sənəsindəki inqilab cəmiyyətlərində  təcrübə görmüş 

gənclərdən mütəşəkkil xəfi bir cəmiyyəti-siyasiyyə vücudə gəliyordu. Bu cəmiyyət 

Rusiyada yaşayan türkləri hər cəhətcə ruslar ilə müsavi bir hüquqa malik görmək 

istiyor, eyni zamanda, bütün Türk və İslam aləminin hürriyyətini dəxi əməli-ittixaz 

ediyordu. Cəmiyyətin məfkurəsi millətlər arasında tam bir müsavati-hüquq 

təsəvvürü idi. Bunun üçün də “Müsavat” namını almışdı. 

Məzkur cəmiyyətin o zaman nə kibi bir ruhla mütəhəsis olduğunu iraə

 

etmək 


üçün vaxtı ilə “Səbilül-Rəşad” qəzetəsində  dərc olunan bəyannaməsindən bir 

qismini buraya nəql ediyoruz: 

“... Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin 

istiqlalı  və onun tərəqqisindədir.  Əgər biz şimdi də  əvvəlki hissizliyimizdən vaz 

keçməzsək, bu üzdən dünyanın gözü önündə haqq, insaniyyət və milliyyətimizi 

qaib edib əğyara əcir, tabe və adətən əsirlikdə qalacağımıza şübhə edilməsin...”. 

“Cəmi aləm biliyor ki, müharibəyi xilafəti-islamiyyəyə malik olan 

Türkiyəyə açan Balkanın kiçik və ufaq hökümətləri deyildir. Zira, şir nə qədər zəif 

olsa da, çaqqallar və tülkülər ona yaxın gəlməyə cürət edəməzlər. Bu işləri işləyən 

insaniyyət və  İslamiyyət düşməni və “Jandarmi-aləm” ləqəbi ilə müləqqəb olan 

Şimal ayısı Rusiya höküməti-müstəbidəsidir ki, hər gün nə qədər ləvazimi-səhiyyə, 

ətibba, ianələr və könüllü adı ilə bölük-bölük nizamilər (yəni  əsgərlər) 

göndəriyor”. 

 

14



“Şu saətdə bolqar, serb və qaradağlıların nizami səflərində  hədsiz-hesabsız 

rus zabitləri və topçuları mübarizə etməkdədir. Osmanlıların məğlibiyyəti haqqında 

çəkilən teleqraflar həp məculdur. Bu surətlə onlar bir tərəfdən Rusiyadan hərbə 

gedənlərə cürət vermək, digər tərəfdən də müsəlmanları qorxutmaq istiyorlar. 

Aləmi-İslamın başına gələn bəlaların  əksərinə, bəlkə  də  həpsinə  işbu... və... 

höküməti-müstəbidə  səbəb olmuşdur. Digər məmləkətlərdəki islam qardaşlarımız 

can və mal ilə müavinətdə bulunduqları halda, biz Rusiya müsəlmanları nədən bir 

cəmad kibi donmuşuz!” 

“Əlbəttə, müsəlman olan kimsələr, hissi-milliyyəti olan şəxslər, beyzeyi-

İslami, din və millətini bu qədər düçari-səfalət və giriftari-zillət görüncə qeyrəti-

milliyyə və həmiyyəti-diniyyəsi həyəcana gəlib, Qurani-əzimüş-şanın dini-Əhmədi 

və livai-Məhəmmədinin istiqamət və istidaməti yolunda varid olan (İnnə-llahu 

əştərə min əl-muminin ənfəsuhum va əmvaluhum bi-ənnə ləhum ... fi səbillullah) 

ayəyi-vafiyi-hidayəsi müfadınca can və mallarını  dəriğ etməzlər. Edənlər xaini-

millət və düşməni-din və biqeyrətdirlər”. 

 

III 



HƏRBİ-ÜMUMİ VƏ İXTİLALİ-KƏBİR 

 

Hakimiyyəti-milliyyə davasının 1905 sənəsi Rusiya inqilabi-səğiri 



nəticəsində milli məktəb, milli mətbuat və milli cəmiyyətlər təsisinə aid cüzi 

müsaidələr kibi qazandığı məhsullar vardı. 

Doğrudur ki, bu məhsullar kəmiyyət etibarilə çox məhdud, keyfiyyət 

etibarilə  də  pək yeni idi. Məmafih bu müsaidələrdən istifadə edən Qafqasiya 

türklüyü böyük müharibə ərəfəsində və ixtilali-kəbirin partladığı zamanda pək də 

hazırlıqsız deyildi. Gərçi vəzaif və məqasidi-milliyyətinin əzəmət və müşkilatı ilə 

mütənasib bir təşkilata daha malik deyildisə  də, artıq siyasi idrakdan məhrum, 

arzuyi-millisi təəzzüv etməmiş  şəkilsiz bir kütlə halında dəxi deyildi. Həyatını 

ibraz edəcək vasitələrə malik, diri və yaşamaq istədiyini hiss etdirəcək ziruh bir 

vücud halında idi. 

On sənəlik kiçicik bir fasilə, Azərbaycan türklüyünü mütəəddid mətbuata, 

müxtəlif müəssisələrə, siyasi məhfillərə, xəfi cəmiyyətlərə, zamandan, məkandan 

anlar münəvvərlərə malik idrak və şüur sahibi bir cəmiyyət halına qoymuşdu. 

Bu cəmiyyət, 1914 sənəsində partlayan aləmşümül müharibənin alt-üst 

elədiyi məfhum və qiymətləri həssaslıqla təqib ediyor, topların gürultusu ilə 

bərabər qopan “Millətlərin haqqı müqəddəsdir!” nidasını dörd qulaqla dinliyordu. 

O, müharib bulunan bütün düvəli-müəzzəmə ricalı  ağzından sıx-sıx eşidilən bu 

şüarın səmimiyyətinə deyilsə  də, bu böyük həqiqətin istər-istəməz müzəffər 

olacağına iman ediyordu. Hərbi-ümumi  əsnasında, daha Rusiya inqilabı zühur 

etmədən, müharibənin qatı sansürü hər yazılanı bilaaman silməkdə, bilxassə türk 

kəlməsi ilə türkçülük məsləkinə qarşı xəsmanə bir əlaqə göstərdiyi zamanda “Açıq 

söz” qəzetəsi yuxarıda

15

 məzkur imana tərcüman olaraq yazıyordu ki: “Hər hankı 



qalib tərəf az-çox sürünclü bir dinclik vücuda gətirmək istərsə,  əsrin vicdanları 

üzərində  ən çox təsir icra edən qüvvəti-millət məfkurəsini ehmal edəməz. Bunun 

 

15


böylə olacağı ara-sıra gələcək sülh haqqında söz söyləyən Avropa 

mütəfəkkirkərincə  də  təsdiq olunmaqdadır. Sülhiyyunə  mənsub siyasilərcə 

milliyyət  əsasına riayət etməyəcək, millətlərin hüququnu gözlətməyəcək bir sülh 

müahidənaməsi çox çəkməz yırtılır və sürunclu bir dinclik təmin edəməz!” 

“Hüquqi-təbiiyyəsi paymal olmuş bir millət baqi qalıncaya qədər Avropa 

müvazinəyi-düvəliyyəsi həqiqi və sürunclu bir sülh üzü görməkdən məhrum 

qalacağı kibi, kəndi vətəndaşları arasında onu doğmalıq gözədən bir dövlət də 

həqiqi bir qüvvətə söykənməyəcək (istinad etməyəcək), mütərəqqi və qüvvətli bir 

təşkilata malik olmayacaqdır”. 

“Demək ki, müəyyən bir məfkurəyə  və  əksəri-əfradınca müşəxxəs bir 

qayəyi-amala malik olan millətlər, dövlətlər arasındakı münasibətdə  əhəmiyyət 

qazandıqları kibi, dövlətlərin daxili siyasətləri üzərinə  də böyük təsirlər icra 

edəcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün 

hər şeydən əvvəl kəndilərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək 

böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar. 

Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni 

əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və böylə bir silahdan məhrum 

qalan cəmaətlər kimsəyə söz eşitdirəmiyəcəklərdir!” 

Böyük müharibənin Qafqasiya türklüyündə doğurduğu ümid böylə idi. 

Milliyyət prinsipinin qalib gələcəyinə bağlanmış bir ümid! 

 

*** 


Rusiya imperatorluğunun 1917 sənəsində Karpat dağlarında, Lehistan

16

 



vadilərində  və Baltik sahillərindəki o görünməz məğlubiyyəti, dünyanı sarmış 

atəşin hərb silsiləsinin mühüm həlqələrindən birisini qırmış oldu. Rusiyanı 

pəncəyi-əsarətində qəhr edən çarizm dəxi bu həlqə ilə bərabər durulmuşdu. Böyük 

müharibə böyük bir inqilab doğurmuşdu. 

Müxtəlif millətlərdən yoğrulmuş 180 milyonluq əzim bir kütləni idarə edən 

dünyanın ən böyük imperatorluğunda zühura gələn bu ixtilali-kəbir iki dürlü nəticə 

verəcək, iki mühüm məsələni həll edəcəkdi. Yoxsa kəndi ruhu və kəndi təbiəti ilə 

təzad təşkil edib kəndisi ilə bərabər Rusiyanı da qəhr edəcəkdi. 

1917 inqilabı məhkum siniflərə hürriyyət, məhkum millətlərə də muxtariyyət 

verəcəkdi. 

Inqilabın ilk günləri məclisi-müəssisan intizarı ilə keçiyordu. Məclisi-

müəssisan bir an əvvəl toplanacaq, köylülərə topraq, əmələlərə  iş, millətlərə  də 

muxtariyyət təmin edəcəkdi. Iştə arzuyi-ümumi! 

Məclisi-müəssisandan kim nə  bəkliyor?  İctimalar, qurultaylar, qərarlar, 

məxtərələr həp bunu təyin etməkdə... 

Qafqasiya daxil olduğu halda bütün Rusiya türkləri dəxi bu xüsusu ehmal 

etmiyorlardı. Bakıda nisanın 15-də ilk dəfə olaraq “qurultay” namilə Qafqasiya 

müsəlman konqresi toplanıyor. Qurultay hər şeydən əvvəl və hər məsələdən daha 

qızğın bir surətdə azad Rusiyanın alacağı  mətlub  şəkli-idarəni müzakirə etdikdən 

sonra aşağıdakı qərarı çıxarıyordu.  

 

16


“A – Qafqasiya müsəlman qurultayı milli siyasi məqsədə aid məsələni 

müzakirə edərək müsəlman qövmlərinin mənafeyini ən ziyadə təmin edən Rusiya 

şəkli-idarəsinin məhəlli federasyon əsası üzərinə qurulu cümhuriyyət müctəmeyi-

nam olduğunu qəbula qərar verir”. 

“B – İslam dinində olan bütün qövmlərin ruhani və mədəni irtibatını nəzərə 

alaraq, Qafqasiya müsəlman qurultayı bütün Rusiya müsəlmanları üçün vəzi-

qəvanin səlahiyyətinə malik ümumi bir idarə təşkilini lazım görür”. 

Bu qərar günlərcə davam edən münaqişat nəticəsində bir növ etilaf 

mühəssiləsi olaraq müttəhidən qəbul edilmişdi. Münaqişə bir tərəfdən türkçülər, 

digər tərəfdən də islamçılarla sosialistlər arasında idi. Federasyon əsasını müdafiə 

edənlər türkçülər idi ki, bunlar xüsusi olaraq Azərbaycan üçün dəxi məhəlli 

muxtariyyət tələb ediyorlardı. Müarizlər isə yalnız xalq cümhuriyyəti ilə iktifa edib 

milliyyət məsələsinin həllini məhəlli deyil, mədəni muxtariyyət şəklində təsəvvür 

ediyorlardı. Nisanı mütəaqib mayıs ayında Moskvada bütün Rusiya 

müsəlmanlarının ümumi qurultayı iniqad eyləmişdi. Rusiya türklüyünün bütün 

əqvamını  təmsil edən min mürəxxəsli bu böyük qurultayda şiddətli mübahisə  və 

münaqişələrdən sonra Rusiyanın milli və  məhəlli muxtariyyətlər üzərinə qurulu 

müttəhid xalq cümhuriyyətindən ibarət olması tələb olunmuşdu

17

. Bu tələb Rusiya 



müsəlmanlarının böyük inqilabdan bəklədikləri siyasi əməli tamamilə  əyan 

eyləmişdi. 

Nəhayət, məclisi-müəssisan intixabatı 

əsasında Mavərayi-Qafqas 

müsəlmanları arasında qate’

 

bir əksəriyyət ehraz edən “Müsavat firqəsi

18

 və milli 



komitələr” listəsi

19

 Rusiya federasyonu ilə  bərabər, Azərbaycan muxtariyyətini 



dəxi bir şüar olaraq ortaya atmışdı. 

Bakı  əhalisinin böyük bir təvəccöhü altında iniqad edən türk ədəmi-

mərkəziyyət – “Müsavat” firqəsinin

20

 eyni aylarda iniqad edən ilk kongresi Rusiya 



türklüyünün Rusiya şəkli-idarəsi haqqında bəslədiyi  əməli aydınlaşdıraraq, 

Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstan kibi xalis türk məmləkətləri 

üçün məhəlli muxtariyyət, Volqa nəhri boyu ilə Krım tatarları və Rusiyada yaşayan 

digər türk qövmlərinə  də  məhəlli mümkün olmadığı  təqdirdə milli muxtariyyət 

tələb ediyordu. 

Iştə “Açıq söz”ün 1915-ci ildə  hərbi-ümumidən bəklədiyi hakimiyyəti-

milliyyə  şüarının qələbəsindən umduğu ümidi 1917-ci ildə Rusiya inqilabından 

bilistifadə ixtifagahından çıxan “Müsavat” firqəsi yuxarıdakı  vəchlə  təyin 

ediyordu. 

Bu surətlə Azərbaycan türkü cahan müharibəsi ilə Rusiya inqilabından kəndi 

hürriyyət və hakimiyyəti-milliyyəsinin təminini təyid edər bir nəticə bəkliyordu. 

 

*** 



İnqilab, imperatorluğun içindən təzyiq edən iki mühüm qüvvənin 

daşmasından zühur etmişdi. Bir tərəfdən məhrum siniflər, digər tərəfdən də 

məhkum millətlər haqqlarını istiyorlardı. Köylü torpaq, əmələ  iş, velikorus 

olmayan millətlər dəxi muxtariyyət idarə tələbində idilər. 

 

17


Inqilab bunların həpsinə hesab vermək məcburiyyətində idi. Fəqət bununla 

bərabər o, bir də bunların fövqündə digər bir məsələ ilə  dəxi üz-üzə  gəlmişdi. 

Ortada həll olunacaq bir hərb məsələsi vardı. Çar hökümətinə  təvarüs edən 

höküməti-müvəqqətə, bilxassə Kerenski höküməti inqilabı, bir dəfə başlanmış 

hərbi müvəffəqiyyətlə bitirmək üçün bir vəsilə olaraq qullandı. Xətərnak bir 

təcrübə yapıldı. Inqilab ordusu Almaniyaya qarşı təcavüzə keçdi. 

Bu surətlə bütün ciddiyyət və həmasətini “Zəfəri-nəhai”yə həsr edən inqilab 

höküməti bittəb digər əsaslı məsələlərin həllini bir zaman axıra təliq etdi. Əfkari-

ümumiyyə inqilabın meydana atdığı  “İlhaqsız və  təzminatsız sülh, millətlərə 

təyini-müqəddərat haqqı!” şüarı ilə bərabər, torpaq və əmələ  məsələlərinin bir an 

əvvəl qüvvədən felə  gətirilməsini tələb ediyordu. Halbuki hökümət hər  şeyi 

məclisi-müəssisana təviq ediyordu. 

Bu təviq bir tərəfdən bolşevizmi, digər tərəfdən də milli cərəyanları təğziyə 

ediyordu. Bilxassə Kerenskinin Finləndi seymi, Ukrayna radasına qarşı aldığı 

tövri-təhdid, müsəlman milli alaylar təşkilinə aid müxalifət və Almaniya üzərinə 

icra etdiyi müvəffəqiyyətsiz təcavüz artıq bolşevizmin zühuruna meydan vermişdi. 

Petroqrad mühüm günlər keçiriyordu. Vilayətlər qeyri-qabili-təsəvvür bir 

böhran içində bulunuyordu. Bir tərəfdən  əmələ, köylü və  əsgər  şuraları, digər 

tərəfdən də milli şuralar təsis ediyordu. Milyonlarca ordu cəbhəni tərk ilə kimsəyə 

sormadan qeyri-müntəzəm bir surətdə ricət ediyordu. Nəhayət, təşrini-əvvəl ayı 

gəldi. Böyük Rusiya məclisi-müəssisanı toplanmaqda ikən höküməti-mərkəziyyə 

Kerenskidən bolşeviklərə keçdi. Məclisi-müəssisan həmən ilk cələsəsində Lenin 

höküməti tərəfindən qovuldu. 

Bolşeviklərin, höküməti cəbrən əldə etmələri üzərinə Rusiyanın hər tərəfində 

bir anarşi başladı. Ordu “Evə, evə!” – deyərək cəbhəni tərk etdi. Müsəlləh olaraq 

köyünə dönən köylü, əsil zadəgana məxsus kaşanələri yağmaya və çiftlikləri talana 

başladı. Bütün Rusiya müdhiş bir atəşi-ixtilal ilə alovlandı. Velikorusdan qeyri 

olan vilayətlər anarşi içində bulunan mərkəzdən qorunmaq üçün kəndilərini bizzat 

idarə etmək sədədinə  gəldilər. Ukrayna, Lehistan, Baltik cümhuriyyətləri və 

Finlandiya Rusiyadan ayrılmış oldu. Kazanda, Ufada, Orenburqda təşəkkül edən 

milli tatar və başqırd alaylarına istinadən təşkilati-milliyyə vücuda gəldi. 

Petroqradda bulunan bolşevik höküməti isə heç durmadan dekretlər 

(qanunlar) çıxarıyordu. Bu dekretləri ilə o, böyük imperatorluğun başlamış olan 

inqirazını  təsri ediyordu. Bu qanunlara görə köylü mülkədar  ərazisini,  əmlakını 

cəbrən zəbt etməyə  və istədiyi kibi qullanmaya səlahiyyət peyda ediyordu. 

Millətlər dəxi istərlərsə Rusiyadan belə ayrıla bilirlərdi. 

 

*** 


Bu əsnada Qafqasiyanın vəziyyəti nə idi? 

Volqaboyundakı türklər xidməti-əsgəriyyədə bulunduqlarından rus 

ordusunun inhilalı zamanında milli alaylar təşkil eyləmiş, müsəlman  şurayi-

əsgəriyyəsini vücuda gətirmiş  və bu sayədə inqilabın ilk günlərində mühüm bir 

qüvvət təşkil etdikləri halda, Qafqasiya müsəlmanlarının halı  pək müşkül idi. 

Qafqasiya cəbhəsindəki rus ordusu dəxi inhilal ediyordu. Kəmali-sürətlə geriyə 

 

18


dönən ordu yollarda təsadüf edən  əhaliyi-islamiyyəyə olmaz təhqir və  təcavüzatı 

icra ediyordu. Türkiyə hüduduna yaxın yerlərdə müfsidlər tərəfindən işaə olunan 

bədxahanə xəbərlər üzərinə disiplindən çıxmış saldatlar (rus əsgərləri) yerli türkləri 

qətli-amələrlə  təhdid eyliyordu. “Linç” edilən müsəlmanlar vəqayeyi-ruzmərrə 

sırasına keçmişdi. Bu hal o dərəcədə şiddət peyda etmişdi ki, Petroqradda bulunan 

tatar  şurayi-əsgəriyyəsi millətdaşlarının himayəsi üçün Qafqasiyaya bir heyət 

məxsusə ezam etmək məcburiyyətində qalmışdı. 

Tiflisdə Mavərayi-Qafqas komitəsi nam bir heyət icrayi-hökm ediyordu ki, 

bu komitə Rusiya höküməti-müvəqqətisinin naibi ədd olunuyordu. Petroqradda 

çarın mövqeyi Duma əzasından təşəkkül edən höküməti-müvəqqətiyə keçdiyi kibi 

burada da valiyi-ümumi məqamı, yenə eyni Duma əzasından mütəşəkkil bu 

komitəyə keçmişdi. Biləxirə mərkəzi hökümət Kerenskiyə keçdiyi kibi Mavərayi-

Qafqas idarəsi də türk, gürcü və erməni siyasi təşkilatlarının iştirakı ilə  təşəkkül 

edən Mavərayi-Qafqaz komissarlığına intiqal etdi. 

Bolşevik ixtilalı zühur etdikdə Rusiya məclisi-müəssisanına intixab olunan 

əza daha Qafqasiyada bulunurdu. Bunlar Tiflisdə  əqdi-ictima edərək “Mavərayi-

Qafqas seymi” namilə bir məclis vücuda gətirdilər. Bu məclis türk, erməni və 

gürcü mürəxxəsləri ilə bir miqdar ruslardan ibarət idi. Mavərayi-Qafqas seymi həm 

Rusiyadan baqi qalan Türkiyə-Qafqas cəbhəsinə aid xüsusatı bitirəcək, həm də 

Mavərayi-Qafqas məmləkətinin hökümət və idarəsini dəröhdə edəcəkdir. 

O zaman Bakı əhvalı başqa bir məcrada davam ediyordu. Burası bir sənaye 

mərkəzi olduğundan əmələ sinfi çox bulunan bir şəhər idi. Əhalisinin üçdə birini 

əmələ  təşkil ediyordu. Bu əmələ  əksəriyyən xaricdən gələnlərdəndir. Rusiyadan 

gələnləri bilxassə bolşevik fikirləri ilə  məşbu idilər. Bunlara İran cəbhəsindən 

dönən rus əsgərləri dəxi  əlavə olunuyordu. Bakı limanındakı  əsgəri və ticari 

bəhriyyə taifəsi dəxi ki, əksərisi rusdurlar – ayrıca bir ünsüri-ixtilal idi. Bu kibi 

ənasirə istinad edən bolşeviklər burada qüvvətli bir “Sovet” təşkil etmişlərdi. 

Mavərayi-Qafqasiyanın hər tərəfi Tiflisdə təşəkkül edən “Seym” hökümətini 

qəbul etmişkən, Bakı Soveti bunu qəbul etmiyordu. O, Petroqrad hökümətini 

tanıyordu. 

Eyni zamanda, Bakıda yeni intixab olunmuş bir bələdiyyə vardı. Bələdiyyə 

məclisi “Sovet”in əleyhində, “Seymin” lehində idi. Bu cəhətlə də şəhər iki qismə 

ayrılmışdı.  Əmələ qismi “Soveti”, digər qismi də  bələdiyyəni tanıyordu. 

Yekdigərindən mütəvəhhiş bulunan iki qüvvət istər-istəməz təsadüm edəcəkdi. 

Fəqət bu zamanın hülulunu nə bu, nə digər tərəf daha təsri etmək istəmiyorlardı. 

Bir növlə idareyi-məsləhət olunuyordu. 

“Seym” ilə “Sovet”dən başqa Qafqasiyada milli şuralar vardı: erməni, gürcü 

və türk milli şuraları. Bu müəssisələrin sifəti-rəsmiləri yoxsa da, siyasəti-

ümumiyyədəki mövqe və nüfuzları pək mühüm idi. Mavərayi-Qafqasiya müsəlman 

şurasının mərkəzi komitəsi Bakıda idi. 

Vəqayeyi-siyasiyyənin inkişafı irəlidə milli şuraların birər milli hökümət 

şəklini ehraz edəcəklərini pək vazeh bir surətdə göstəriyordu. Yuxarıda söyləndiyi 

vəchlə rus ordusu inhilal ediyordu. Inhilal edən bu ordunu əvəz edə bilmək üçün 

Mavərayi-Qafqas Komissarlığının  əmri ilə milli alaylar təşəkkül ediyordu. Gürcü 

 

19


və erməni alayları ilə  bərabər, müsəlman alayının təşəkkülü üçün də  əmr 

verilmişdi. Fəqət  əvvəlcə  də  ərz etdiyim vəchlə, Mavərayi-Qafqas müsəlmanları 

xidməti-əsgəriyyədən müaf tutulduqlarından bu əmrin ifası müşkül məvaneə 

uğruyordu. Müsəlman alayının təşkili mübahisə və münaqişə halında ikən gürcü və 

erməni alaylarının təşəkkülü həmən tamam olub bitmişdi. 

Nə  qədər ki, bolşeviklər mərkəzdə hali-müxalifətdə idilər, vilayətdəki 

bolşeviklər muxtariyyəti-milliyyə  əfkarını  tərvic edən təşkilata məzahir 

görünüyordular. Əzcümlə, Bakı bolşevikləri müsəlman hərəkati-milliyyəsinə başqa 

rus firqələrindən daha ziyadə  təmayül ediyorlardı. Məsələn, “Müsavat” firqəsi 

burjua firqəsidir deyə, mötədil rus sosialistləri tərəfindən “Sovet”ə  qəbul edildiyi 

halda, bolşeviklərcə menşeviklərlə eserlərə tərcih olunuyordu

21



 

*** 


Petroqradda höküməti  əldə edər-etməz Lenin bütün cahan müsəlmanlarına 

xitabən bir bəyannamə  nəşr eyləmişdi. Bu bəyyannaməsində o, əsarət altında 

bulunan Şərqə peyğəmbəranə bir əda ilə hürriyyət və istiqlal vəd ediyordu. 

Bu, bolşeviklərin daha mövqelərini təmin etmədikləri ilk günlərdə idi. Fəqət 

bolşevik hakimiyyəti təqviyə bulduqca “söz”lə “iş”in nə dərəcədə təvafüq etmədiyi 

bir dəfə daha təhəqqüq



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin