MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   12   13   14   15   16   17   18   19   20
konf2


Aytən Məmmədova  
 ADMİU- magistrant 
 
 
İLKİN TEATR FORMALARINDA TƏSƏVVÜF ELEMENTLƏRİ 
 
Türklərin  ən qədim  şamançılarının başlıca  ibadəti  oyundur. Oyun məfhumu  qədim 
şaman mərasim  şənliklərinin və tamaşalarının ifaçılarının adıdır. Yəni "oy"  Şaman 
mərasimindən fikirlərinin düşüncələrinin dərinliyini təcəssüm etdirilməsi, üzə  çıxarılması 
mənasında işlənmişdir.Oyma kəlməsinin bu ikinci mənası isə  eşitmək,  dərinləşdirməkdir. 
Oyunda fikir və  ağılları  dərinləşdirmək, üzə  çıxarmaq mənası tamaşanın, mərasimin daxili 
məntiqi ilə üzvi surətdə əlaqədardır.  Qədim şaman mərasimlərinin iştirakçılarını bədbəxtliyin və 
fəlakətin, xəstəliyin səbəblərini aşkar etmək, üzə  çıxarmaq, öyrənmək və  bəladan uzaqlaşmaq 
üçün saatlarla danışır, oynayır, şənlənirdilər. Mirəli Seyidov yazır: Şaman  mərasiminin mənasını 
Oyun kəlməsinin mahiyyətini başa düşməkdən ötrü yadda salmaq lazımdır ki, şamanlar dinin 
qədim qulluqçusu, cəmiyyətin başçısı, mifi və  ağsaqqalı sayılırdı.  Şərq tamaşa  ənənələri  ilə 
Azərbaycan tamaşa ənənələri arasında qarşılıqlı oxşarlıq olmuşdur.   
         XVI  əsrin ortalarında rus taciri Fedot Kotov Azərbaycana və  İrana səyahət edərkən 
müxtəlif xarakterli xalq tamaşalarını, rəqsləri və bir sıra çalğı alətlərini , "Şəbihləri" görmüşdür. 
O, yazırdı ki, Ərdəbil şəhərində Kərbəlayı şəhərindən şəhidlərin həyatından bəhs edən şəbihləri 
oynayırdılar. Bu şəbih “Şah Hüseyn”in qətli adlanırmış. Tamaşanın rəqs edən, sinə vuran və 
başını çapanların müşayiəti ilə başlayırmış. Təbrizdə, Tehranda, Ərdəbildə də oynanılan şəbihlər 
öz mütəşəkkilliyi, melodramatikliyi ilə diqqəti cəlb edirdi. Şəbihlər geniş bədii ümumiləşdirmə 
mövqeyindən uzaq idilər.  Bunlardan xarakterlərin mahiyyəti, məqsədi və vəzifələri əvvəlcədən 
tamaşaçılara bəlli olurdu.  
 Dini 
mövzulara 
tamaşa, mistik oyundan, təsəvvürdən danışılırsa, mütləqdir ki, təsəvvüf 
anlayışına toxunulsun. Təsəvvüf  İslam zəminində meydana gələn mistik, dini, fəlsəfi dünyaya 
görüşüdür. Onun təmsilçiləri hesab edirlər ki, öz şəxsi ruhi psixoloji təcrübə vasitəsilə insanın 
Allah ilə bilavasitə  mənəvi ünsiyyəti heç olmasa, kənardan seyr etməsi daha sonra qovuşması 
mümkündür. Bu ünsiyyəti ürəyində dərin ilahi məhəbbəti olan bir insanın   ehtiraslı, vəcd, ekstaz 
və  mənəvi işıqlanma vasitəsilə yaranır.Orta  əsrlərdə belə  cərəyanlar və nadir hadisə deyildir, 
mistika, bəşəriyyət tərəfindən yaradılan bütün dini sistemlərdə Buddizm və Hinduizm və 
iudaizm də xristianlıq da az yer tutmur. Lakin təsəvvüf və onların hamısından özəllikləri ilə 
fərqlənir.  Şərq tədqiqatçıları  təsəvvüfün tamamilə islam prinsiplərinə uyğun olaraqmeydana 
gəldiyini sübut edirlər. Sufizmə İran hind, yunan, xristian və başqa xarici təsirlər olsa da, bu çox 
əhəmiyyətli olmamışdır, çünki təsəvvüf dünyagörüşü  İslam zəminində  və yalnız müsəlman 
ölkələrində yaranmışdır. Həm hind , həm xristian, mistizmi və həm də yeni Platonçu  kimi tez 
min təsəvvüfdə yer alan bir çox mövzu və anlayışları  əhatə etsələr də, sufilikdən fərqli 
sistemlərdir.  
Başqa bir önəmli cəhət təsəvvüf dünyagörüşünün, çevikliyi və dialektik yönümü ilə 
bağlıdır, həmin cəhətə görə, istənilən qaynaqdan alınan hər bir anlam təsəvvüf təliminin 
məramına və ruhuna uyğun yozmaq qabil olur, məsələn səfərə  çıxmaq çox səfər etmək insana 
böyük həyat təcrübəsi qazandırır, onu kamilləşdirir və istədiyi mənzilə  məqsədə yetir bu sadə 
məntiqdən yapışan sufilər səfəri insan nəfsin təkamül yolları kimi yozur. Bu isə adi hərəkət 
deyildi, arif deyib, pillə pillə, addım addım haqq və həqiqətə yönəldən, onun batini saflığını və 
nəfsi paklığı təmin edən mənəvi yüksəliş hərəkəti onun  ruhani bir səfərdir. 
Mistik düşüncə  tərzi hələ  qədim  əsatirlərdə türk şaman, mədəniyyətindən, yəhudilik 
xaçpərəstlik və buddizmdən və  Zərdüştlük və neoplatonizmin də, bir sözlə, keçmişin bir çox 

 
121
mədəniyyətlərin də müşahidə edilsə də, təsəvvüf cərəyanı  Quran və İslamdan qaynaqlanan bir 
növ dini mistik və  əxlaqi mənəvi psixoloji, fəlsəfi və kosmoloji dünyabaxışıdır. Ona görə  də 
bütövlükdə bu təlimin əsasında ilkin olaraq Quran və islami dəyərləri dayanır. Deməli, təsəvvüf 
və anlamların ilkin qaynağı Quranı Kərim və sonra isə başqa islam mənbələridir.  
 
 
Pərvanə  Rzayeva 
ADMİU- magistrant 
 
 
AKTYOR YARADICILIĞINDA LİRİK-PSİXOLOJİ ÜSLUB 
(XALQ ARTİSTİ AMALİYA PƏNAHOVANIN  YARADICILIĞI 1964-1990) 
 
Görkəmli sənətkar,  böyük və  təkrarsız istedad sahibi, teatr sənətinin  səhnə navatoru, 
xalq artisti,  Dövlət Mükafatları Laureatı, geniş tamaşaçı kütləsinin sevimlisi  Amaliya  
Pənahova  19 yaşında ikən  böyük səhnəyə  qədəm qoydu.  Milli teatr səhnəmizin inkişafı, 
zənginləşməsi üçün fədakarlıqla, cəfakeşliklə çalışdı.  Ən dəyərli tamaşalarda  baş rolları – 
Nargilə, Ayqız, Nərmin, Şahnaz,  Kəmalə, Natəvan, Aynur, Mahnur,  Firəngiz , Pəri , Reyhan , 
Sədayə, Zübeydə, Mehri ana, Larisa, Medeya , Nigar və  s.    rollarda  –  isteadadının bütün 
qüvvəsilə  mükəmməl obrazlar  yaradaraq  Milli Teatrımızın  müvəffəqiyyətini artırdı, ona baş 
ucalığı  gətirdi.  Azərbaycan  Dövlət Akademik  Dram Teatrında 28 illik səhnə  fəaliyyəti 
dövründə acılı-şirinli  bir ömür yaşayan Amaliya Pənahova güclü, qüvvətli, ehtiraslı, mübariz, 
ağıllı, səmimi, cəsur qadın obrazlarının mahir  ifaçısı kimi, parlaq istedada malik yüksək 
intellektual  səviyyəli bir sənətkar kimi teatrseverlərin dərin hörmətini qazandı, rəğbətinə nail 
oldu, güclü tamaşaçı məhəbbətinə yiyələndi. 
       Sənətşünaslıq doktoru, professor, Bakı  Bələdiyyə Teatrının  bədii rəhbəri və direktoru, 
Şərqin “teatr-kino” ulduzu Amaliya Pənahova 200-dən çox dünya və Azərbaycan klassik 
əsərlərində  teatr  səhnəsində baş rollarda çıxış edib.  25 filmdə yaddaqalan obrazlar yaradıb.  
Teatr və televiziya rejissoru kimi  də  nəaliyyətlər qazanıb.  3 kitab və 50 monoqrafiya 
müəllifidir.  Haqqında 5 kitab çıxıb.  İkinci çağırış  Azərbaycan  Milli Məclisinin  Deputatı olub.  
23 ildir ki,  Bakı Bələdiyyə teatrını yaradıb, ona rəhbərlik edir. Bakı Bələdiyyə Teatrı yarandığı 
gündən dünya və milli dramaturgiyasının  ən parlaq nümunələrini repertuarında yaşadır.  
Azərbaycana qarşı Ermənistan  tərəfindən elan olunmamış müharibədə, döyüşən ordu qarşısında 
çıxışlarına görə, Müdafiə Nazirliyi tərəfindən  dəfələrlə mükafatlandırılıb.  Bakı Bələdiyyə Teatrı  
Azərbaycan Teatr Mədəniyyətini  xarici ölkələrdə  də layiqincə təbliğ və təmsil edib.  Türkiyə, 
İran, Rusiya, Almaniya, Yunanıstanda  dəfələrlə  çıxışlarına görə    Beynəlxalq Teatr 
 
Festivallarının  qalibi və qızıl ödüllərin sahibi olub.  
         Azərbaycan milli teatrının  XX əsrin ikinci yarısını əhatə edən inkişaf mərhələsini, eləcədə 
XXI əsrin başlanğıcından bu günə kimi  əlli  ildən çox səhnə aləminin  yorulmaz sənətkarı olan  
Amaliya Pənahovanı yaratdığı obrazlarsız düşünmək olmur.  Amaliya Pənahova yaratdığı hər bir 
obrazla  dövrün aktual məsələlərinə özünəməxsus  sənət vasitələri  və  fənd-üsulları ilə cavab 
verib. Teatr tariximizi  bənzərsiz faktlarla  zənginləşdirib.  
       1964-cü  ildə  lirik-psixoloji kontekst yarandı. Və bununla da “Sən həmişə  mənimləsən” 
pyesinin tamaşası ilə lirik-psixoloji üslub  özünü təmamilə  təsdiqlədi. Bu tamaşada rejissor  
Tofiq Kazımov  yeni üslubun üstünlüyünü  bir daha və qətiyyətlə  təsdiq etdi, həm də aktyorluq 
kursunun tələbəsi, gənc aktrisa  Amaliya Pənahova kimi  yeni teatr üslubunun  gələcəkdə mahir 
bir ifaçısını, gözəl bir aktrisanı    axtarıb üzə  çıxartdı. Tofiq Kazımovun cəsarətli addımı    və 
Amaliya Pənahovanın sənət qələbəsi yeni və çağdaş ruhlu yaradıcılıq ənənəsinə meydan açdı.  
     “Sən həmişə  mənimləsən” tamaşası milli səhnəmizdə lirik-psixaloji üslubun təməl  əsəri 
sayılır. Nargilə  tələbə-aktrisa Amaliya Pənahovanın parlaq sənət qələbəsi oldu və bu sənət 
qələbəsi  istedad sahibinin  yaradıcılıq yolunda  sönməz məşələ çevrildi.  

 
122
       Amaliya  Pənaova Azərbaycan milli teatrında lirik-psixaloji  üslublu  aktyor məktəbinin 
yaradıcılarından biridir. Gənc aktrisanın yaradıcılığının ilk yeddi ilində şövq və heyranlıqla ifa 
etdiyi  Nargilə (“Sən həmişə mənimləsən”), Nərmin ( “Unuda bilmirəm”), Reyhan (“Yağışdan 
sonra”), Şahnaz (“ Mahnı dağlarda qaldı”) obrazları  lirik-psixaloji üslubun özəlliyini  təşkil edən 
çox böyük yaradıcılıq qələbələridir.  
      Amaliya  Pənaova “Tofiq Kazımov teatrı” nın aktrisası olduğuna görə pauzalı  səhnələrdə 
oynamaq vərdişinə məharətlə yiyələnib.  Xüsusilə də adları çəkilən  “Sən həmişə mənimləsən”, 
“Unuda bilmirəm” tamaşalarının finalında, “Yağışdan sonra”, “Pəri cadu”, “Cehizsiz qız”, 
“Medeya” tamaşalarının  əsas hadisələrində aktrisa pauzaları    məftunluqla oynayıb.  Amaliya 
xanım bu pauzalarda  təkcə rolu, təkcə obrazın  mətninin  sözsüz davamını oynamır, o, ilk 
növbədə, mürəkkəb vəziyyətlərdə insanın hərəkət davranışının plastik təravətini  ifa edir.  
  Amaliya  Pənahova   Azərbaycan milli teatrının nailiyyəti  olan lirik-psixoloji  üslubu səhnə 
məntiqiylə uyğunlaşdırmağı bacaran  özünəməxsus  və yadda qalan  səhnə-həyat obrazını  
yaratmağa müyəssər oldu. Amaliya Pənahovanın maraqlı səhnə obrazları, koloritli ekran rolları 
həyata sevgisindən, səmimiyyətindən mayalanıb. Aktrisa bacarıq və istedadına görə  
tamaaşçıların sevgisini, rəğbətini qazanıb. Amaliya Pənahova tərəf müqabilləri ilə bərabər ekran  
əsərlərinə uğur qazandırıb. Çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.  
 
 
 
Nigar Pirimova  
ADMİU- magistrant 
 
 
DEL ARTE KOMEDİYALARININ YARAMA TARİXİ VƏ XÜSUSİYYƏTLƏRİ 
 
Del arte komediyaları haqqında danışarkən XVI əsrin 50 –ci illərinin ortalarından yad 
edilir. Tez –tez bu maskalar haqqında biz daha çox yeni yaranmış teatrın fərqləndirici cizgisi 
kimi eşidirik. Sənədlər  əsasən 1560 –cı ildə Florensiyada maskaların iştirakı ilə tamaşa 
göstərildiyi qeyd edilir. Bundan sonra 1565 –ci ildə Bavariya şəhzadəsinin gəlişi  şərifinə 
Ferraridə, 1566 –da Montuada, 1567 –ci ildə isə ilk dəfə Pantalone adına rast gəlirik. 1568 –ci 
ildə isə artıq qürbət Münhendə Bavariya sarayı qarşısında orada yaşamış italiyan şəhzadəsinin 
toy məclisində maskalardan ibarət komediya tamaşası  həvəskarların təqdimatında nümayiş 
olunmuşdur.  
        Del arte komediyalarının süjet xətti aktyorların ədəbi əsərlərin süjetlərindən istifadə edərək 
tapdıqları daha maraqlı quruluş metodları, məntiqi düşüncə və bütöv fəaliyyətdən ibarət öncədən 
müəyyən edilmiş ssenarilər idi. Və  nəhayət, del arte komediyasının improvizasiyası  həmin 
metodla yəni, aktyorların təkcə müstəqil tamaşa yaratmaq imkanlarının olması deyil, həmçinin 
eyni zamanda öz teatrının müəllifi, ifaçısı kimi çıxış edərək özünəməxsus dramaturgiyasının 
olmasında idi. Del arte komediyalarının maskaları öz yaranışına görə  əsas xalq karnavalına 
bağlıdılar. Məhz burada ilbəil küçə karnavallarında xalq tərəfindən yumor şəklində məşhurların 
və varlıların komik tipləri yarandı. Bu karnaval maskalarının dəqiq yaranma vaxtlarını demək 
olmaz, lakin onlar haqqında bizə gəlib çatan ilk məlumat XVI əsrin 50 –ci illərinə məxsusdur. 
Belə ki, fransız  şairi  İohan Dyu Belle 1555 –ci ildə  İtaliyaya səfəri zamanı  İtalyan karaval 
maskalarından məşhur Canni (qulluqçu maskası) və Venesiyalı Manifikaya (Pantalonenin 
əvvəlki adı) şən şeirlər həsr etmişdir. Bu maskaları həmçinin dramaturq A.F.Qratsini (Laska) da 
özünün “Karnaval pyesləri”ndə qeyd etmişdir. Del arte komediyalarında maska anlayışı iki 
mənanı ifadə edirdi : birincisi əşyavi maska aktyorun üzünü gizlətmək üçündür. Bu maskalar adi 
karton və yaxud müşəmbədən (klyonka) hazırlanır, aktyorların üzünü ya bütöv ya da yarıya 
qədər örtürdü. Maskaları çox vaxt komik personajlar taxırdılar. Onlar arasında elələri də olurdu 
ki, maskalarla yanaşı üzü unla boyanır, yaxud da bığ və saqqalını kömürlə rəngləyirdilər. Bəzən 
maskanı yapışdırılmış burun, yaxud böyük eynək əvəz edirdi. Aşiqlər maska taxmırdılar. Maska 

 
123
anlayışının ikinci və mühüm mənası onunla izah olunurdu ki, bu maskalar özündə birdəfəlik 
quraşdırılmış psixoliji cizgilər, dəyişdirlmiş sima və ona uyğun ləhcə sayəsində sosial tipi 
müəyynləşdirirdi. Maskanı seçməklə aktyor demək olar ki, səhnə həyatının sonuna qədər ondan 
ayrılmırdı. Del arte komediyalarının başlıca xüsusiyyəti ondan ibarət idi ki, aktyor həmişə eyni 
maskada çıxış edirdi. Pyeslər hərgün dəyişə bilərdi, lakin rolu ifa edən personajlar kimi pyesin 
də personajları  dəyişməz olaraq qalırdı. Çox nadir halda olardı ki, aktyor bir gün bir rolu, 
sabahsa başqa bir rolu ifa etsin. Maskalar haqqında məlumat almaq üçün iki kvartet (dördlük) 
maskanın adını demək kafidir: şimal –Venesiyalı  və  cənub –Neopolitan. Şimal kvarteti 
Pantalone, Doktor, Arlekin və Briqellodan; Cənub dörtlüyü isə -Kovello, Pulçinella, Skaramuçço 
və Tartalyadan təşkil olunmuşdur. Hər iki kvartetdə tez –tez Kapitan, Servetta (yaxud Fanteska) , 
Aşiqlər yer alırdılar. Del arte komediyalarının bütün maskaları üç qrupa bölünə bilər: 
1.  Milli komik qulluqçu maskaları – optimist pafos, del arte komediyalarının satirik gücü və 
dinamik fəaliyyətlə müəyyənləşirdi. Bu maskalara birinci və ikici Canni və Servetta 
aiddir. 
2.  Ağaların satirik –ifşaedici maskaları –əsas fəaliyyət oyunbazlıqdan (təlxəklikdən) ibarət 
idi. Bu qrupa Pantalone, Doktor, Kapitan, Tartalya daxil idi. Bura həmçinin vaxtilə 
mövcud olmuş, lakin senzuranın qərarı ilə tezliklə çıxan Monax (keşiş) maskası daxil idi. 
(A.F.Qratsinin (1559) “Karnaval pyeslərində” Monax maskası xatırlanır. Lakin feodal –
katolik irtica dönəmində inkivizisiya ruhi senzuranın nüfusunun saxlanmasını ciddi təqib 
edirdilər, buna görə  də rahib fiquru əsrin birinci yarısında mövcud olmuş, tezliklə  də 
səhnədən yoxa çıxmış ədəbi komediyada tez –tez iştirak edirdi). 
3.  Lirik aşiqlər maskası –özlərinin sağlam intibah dünyagörüşünü və getdikcə zəifləməkdə 
olan pastoral təsirinin cizgilərini daşıyırdılar.  
Del arte komediyalarının iki əsrlik xatiri materialı onun senarilərində qaldı. Onların 
hamısı göstərilməyib və lap az bir qismi çap olunub. Ssenarilərin böyük hissəsi  əlyazma 
formasında İtalyan kitabxanalarında saxlanılır. Ilk çap olunmuş senarilər toplusu 1611 –ci ildə o 
vaxtki del arte komediyalarından “Celozi”nin rəhbəri olmuş Flaminio Skola tərəfindən 
buraxılmışdır.  Əlyazma formasında Lakotellinin, Gerardinin, Qraf Kazamarçanonun topluları 
mövcud idi. Tarixi senari süjetləri ilk olaraq “alimanə komediyalar”  idi. Daha sonralar 
aktyorların müxtəlif ölkələrə qastrol səfəri etdiklərinə görə Avropa dramaturgiyasından istifadə 
etməyə başladılar. Onlar arasında xüsusilə məşhur olanı zəngin süjetli ispan komediyaları oldu. 
Bu minvalla dünya dramaturgiyasının bir çox süjetləri del arte komediyası sayəsində  səhnəyə 
çıxdı. Lakin əlaqələr tərsinə də olurudu. Belə ki, italyanlar senari üçün ispan dramaturqu Tirso de 
Malinanın “Seviliya dəcəli” komediyasından istifadə etdikdən sonra, bu senari Molyerin “Don 
Juan” komeiyasının süjetinin yaranmasına əsas təsir etdi.  
Senarilərin müəllifləri çox vaxt truppadakı  əsas aktyor olurdu (copo commico), lakin 
rolları oynayan, canlı mətnin müəllifi, senari sxemini dolduran məhz aktyorlar özləri idi.  
Tamaşanın əsasını aktyor hünəri təşkil edirdi. Qalan hər şey buna tabe idi. Buradakı quruluş sadə 
idi. Dekorasiya dəyişmirdi(senaridə bir məkan olmasına diqqət yetirilirdi). Səhnənin yarı 
tərəfində iki ev, arxada bir neçə aşırım, bir də kulis. Hadisələr həmişə evlərin qarşısında, küçədə, 
yaxud eyvanda, lojalarda baş verirdi.  
Özünün  ən yaxşı inkişaf dönəmində  yəni –XVI əsrin II yarısı  və XVII əsrin ilk 
onilliyində del arte komediyası özünün ən həyatı güc zamanını yaşayırdı. Öz səhnəsinin ətrafına 
geniş xaq kütləsi toplayaraq onları  təkcə  əyləndirmir, eyni zamanda sosial zülmə qarşı nifrət 
hissi aşılayırdı.  
Del arte komediyalarınını tükənməz həyat sirri –onun milliliyindədir. Onu məhz ilk dəfə 
dramaturgiyanın, səhnə  tərtibatının, teatr binasının arxitekturasının dram nəzəriyyəsi anlayışı 
olan  İtaliyan xalqı yaratdı. Yenidən törəmə  əsrində  İtalyanların bütün teatral yaradıcılığı eyni 
səmərəlikdə olmamışdı. Italiyan teatrı faciə  və komediya dramaturgiyasının son əsrini 
yaratmayıb, lakin məhz o ilk dəfə aktyora səhnədə ustalıqla müstəqil addım atmağı öyrətdi və 
səhnə yaradıcılığını incəsənətin xüsusi növü kimi təstiq etdi. 
 

 
124
Zəhra  Rüstəmova  
ADMİU- magistrant 
 
 
“KİTABİ DƏDƏ-QORQUD” DASTANINDA ŞAMANİZM ELEMENTLƏRİ 
 
“Kitabi Dədə-Qorqud dastanında şamanizm elementləri” adlı dissertasiya işinin yazılması 
eramızdan əvvəllər gedib çıxan şaman dininin inkişaf tarixinə, dinin təbliği məsələlərinə nəzər 
yetiriləcək, Dədə Qorqud dastanı haqqında məlumat veriləcək.  
Dinin müxtəlif əsrlərdə ayrı-ayrı formalarda qəbulu və cəmiyyətdə təbliği hər zaman səs-
küyə səbəb olub. Şaman dininin türk dünyasında yaranması və inkişafı, cəmiyyətin bu dinə olan 
münasibəti və dövrün din problemi elmi işin aktuallığı kimi öz elmi həllini tapacaqdır.  
Mövzunun aktuallığından danışarkən qeyd etmək lazımdır ki, iki böyük və  çətin mövzu 
qarşı-qarşıya qoyulacaq, böyük eposumuz olan “Kitabi Dədə-Qorqud” dastanının yaranması və 
inkişaf tarixi, Dədə Qorqud qəhrəmanlarının dini inancları barədə  hərtərəfli və geniş  məlumat 
veriləcəkdir.  
Mövzuya müraciət etməkdə  məqsədim iki böyük problemi üz-üzə qoyaraq təhlil etmək, 
dini və xalq ədəbiyyatı münasibətlərinin ortaq əlaqələrini çözələməkdir. Mövzunun aktuallığı 
burasındadır ki, istər  şaman dini, istərsə  də  Dədə Qorqud dastanı ayrı-ayrı formalarda təhlil 
edilib, qələmə alınsa da, birlikdə təhlil edilməmişdir. 
Şamançılıq  - Yakut dilində özündən çıxan, dünyanı unudan deməkdir.  Şamanizm  əsasən 
Sibirdə  və  Şimali Amerika hinduları arasında geniş yayılmışdır. Bu dini təlim yalnız ayrı-ayrı 
insanların fövqaltəbii gücə malik olduğuna inamla bağlıdır. Bunları  şaman adlandırırdılar. 
Şamanlar cəmiyyətin həyatında müstəsna yer tutan, hamının çəkindiyi insanlar idilər. Şamanlar 
həqiqətən də özlərinin müəyyən cəhətlərinə görə bu və ya digər dərəcədə digərlərindən 
fərqlənirdi.Onların xarici görünüşləri də başqalarından fərqli oluprdu. Onlar xırda parçalardan 
tikilmiş paltar geyirdilər.  
Şamanizm dininin yaranması və inkişaf tarixi çox qədimlərə gedib çıxır. Şamanizm sözü 
Hindistandakı Pali dilində ruhlardan ilhamlanan adam mənasını verən "samana" sözcüyündən 
törəmişdir. 
 Şamanlıq Avropada ilk çağ dövrlərindən üzü bəri məşhur idi və fərqli Töton qəbilələri və 
fin-Baltik xalqları arasında Dəmir Çağı boyunça tətbiq olunmuşdu. Xristianlığın doğuşuyla 
birlikdə  şamanlık yox olmağa üz tutmuş, xüsusilə  şəhərlərdə olduqca itmiş  və lakin çöl 
seqmentlərdə  şamanlıktan qalma adətlər Xristian olan xalqlar arasında yaşamağa davam 
etmişdir. 
“Kitabi Dədə Qorqud" oğuz-türk dastanıdır və XI-XII əsrdə Azərbaycan xalq 
ədəbiyyatında ən qədim yazılı abidə kimi qorunub-saxlanılır. Dədə Qorqud dastanlarının bir sıra 
boylarında mifoloji dünyagörüşünün  izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" 
boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə 
görə  mənalandırılması özünə yer tapmışdır. Buradakı  Əzrayıl obrazı, dastanın bir çox başqa 
boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış  və eposun ümumi ruhuna 
uyğunlaşdırılmışdır. Bu cəhətinə görə  həmin boy ölüb-dirilən tanrılar haqqında qədim  şumer, 
babil, misir əfsanə və mifləri ilə səsləşir. 
 
Ədəbiyyat: 
 
1. Zeynalov F. “Kitabi-Dədə Qorqud və dünya şərqşünaslığı”. BDU-nun “Elmi əsərləri”. Bakı: 
1976, №4, 10 s.  
2. Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı: Elm, 1972, 59 s. 
 3. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı: Elm, 1976, 59 s.  
 

 
125
Ellada  Əhmədova  
ADMİU- magistrant 
 
 
DİONİS  ŞƏNLİKLƏRİ  VƏ  XALQ  OYUN  TAMAŞALARIMIZ 
 
Dionis şənlikləri ilə xalq oyun tamaşalarımızı bir araya gətirib, ümumi oxşar cəhətlərini 
araşdırıb tapmaq, Qədim yunan folklorunu və bizim folklorumuzu uzlaşdırmaq, Qədim yunan 
tamaşalarını bizim xalq tamaşalarımızdan fərqli cəhətlərini araşdırmaq - əsas məqsədimizdir. 
Yunan mifologiyasında həyatın müxtəlif sahələri və müxtəlif anlayışlarına istiqamət 
verən allahlar mühüm yer tuturdu. 
Üzümçülük,  şərab və  məhsul allahı olan Dionisə (Bakx) yunanlar xüsusi ehtiram və 
hörmət göstərirdilər. Əsasən, kənd təsərrüfatı, üzümçülük və şərabçılıqla məşğul olan yunanların 
Dionisə belə münasibəti xüsusilə  mərasimlərdə  Qədim yunan folklorunda və mifologiyasında 
daha çox yad edilir. İldən – ilə Dionisin şərəfinə keçirilən bayramlar daha rəsmi və  təntənəli 
xarakter alırdı. Bu bayram mərasimlərində bilavasitə dövlət iştirak edirdi. İldə  dörd dəfə qeyd 
edilən Dionis bayramını yunanlar son dərəcə nizamlı və təntənəli keçirirdilər. 
Dionisin böyük bayramı mart ayının axırı aprel ayının  əvvəllərində - yazın gəlməsi ilə 
əlaqədar olaraq təşkil olunurdu və əsasən şəhərlərdə qeyd edilirdi. Elə buna görə də bu bayrama 
bəzən şəhər bayramı da deyilirdi.  
Leney bayramı yanvar ayının sonu, fevral ayının əvvəllərində təşkil olunurdu. 
Antesterilər Dionis bayramı fevral ayının sonu və mart ayının əvvəllərində keçirilirdi. 
Dionisin kiçik bayramı dekabr ayının sonu, yanvar ayının  əvvəllərində keçirilirdi. Bu 
bayram bəzən Dionisin kənd bayramı da adlandırılırdı. Çünki bayramda kəndlilər daha çox 
fəallıq göstərirdi. 
Bir qayda olaraq Dionis bayramları dövlət tərəfindən təşkil olunurdu. Hər dəfə bayramı 
idarə etmək üçün cəmiyyətin hörmətli, yəni varlı adamlarından arxont seçilirdi. Bayramın bütün 
məsuliyyəti, təşkilatı arxontun üzərinə düşürdü. O, bayramın proqramını, repertuarını  və 
iştirakçilarını təyin edərək bütün hazırlıq işlərinə rəhbərlik edirdi. 
Beləliklə, Dionis şənliklərində ilk teatr əlamətləri formalaşmağa başlayır. 
Dionis  şənliklərinin keçirilmə tarixi dekabrın sonundan aprelin əvvəlinə  təsadüf edir. 
Həmin ərəfədə bizim xalq təqvimmizə görə böyük çillə, kiçik çillə, boz ay və Novruz şənlikləri 
keçirilir. Bu oxşarlığı dissertasiya işində ətraflı təqdim edəcəyik. 
Zəngin milli adət-ənənələrə malik Azərbaycan türklərinin folkloruna nəzər yetirsək bütün 
Türk dünyasının malik olduğu ortaq dəyərlərdən başqa, Azərbaycan türklərinin də özünəməxsus 
folkloru mövcuddur. Xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də 
xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, 
etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib 
çamışdır. 
Oyunlar xalq həyatının müxtəlif cəhətlərini, eləcə  də müxtəlif mərasimləri  əks etdirən 
qədim folklor janrından biridir. Xalq oyunları  ən qədim dövrlərdən xalqın məişət həyatını, 
əyləncə dünyasını özündə  əks etdirmək baxımından xüsusi maraq doğurur. Belə xalq oyunları 
mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və  rəngarəngdir. Xalq 
oyunlarında yüksək, humanist insani duyğular:  şəri cəzalandırmaq, yaxşıları qorumaq, onlara 
dayaq durmaq və s. bu kimi müsbət keyfiyyətlər aşılanırdı. 
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin