MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
konf2


 
Ədəbiyyat: 
 
1. Allahverdiyev Mahmud. Azərbaycan xalq teatr tarixi.Bakı: Maarif, 1978. 
2Arif Məmməd. Azərbaycan xalq teatrı.Bakı: Elm, 1970 
3. Cəfərov Cəfər. Azərbaycan Dram Teatrı. Bakı: Azərnəşr, 1959. 
4. Cəfərov Cəfər. Azərbaycan Teatrı. Bakı: 1974. 
 
Jalə Miriyeva  
ADMİU- magistrant 
 
AZƏRBAYCAN MUSİQİ MƏNBƏŞÜNASLIĞININ İNKİŞAFINDA ZEMFİRA 
SƏFƏROVANIN ROLU 
 
Əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, sənətşünaslıq doktoru, AMEA-nın 
müxbir üzvi, musiqişünas alim Zemfira Səfərova bütün elmi-yaradıcılıq fəaliyyətini musiqi 
elminə, mədəniyyətinə həsr edən görkəmli şəxsiyyətlərdən biridir. 
Uzun illər Azərbaycan musiqişünaslığında orta əsrlərin musiqi elminin tarixi sahəsində 
böyük bir boşluq yaranmışdı. Bu boşluq musiqinin müxtəlif sahələri ilə  məşğul olan musiqiçi-

 
89
mütəxəssislər qarşısında xeyli çətinlik yaratmışdı. Buna baxmayaraq, Z. Səfərova yaradıcılığı boyu 
apardığı yeni tədqiqatlarla Azərbaycan musiqişünaslığının sahəsi olan Azərbaycan musiqi elminin 
tarixinin yaradıcısı olmuşdur. Zemfira xanım Səfiyəddin Urməvi,  Əbdülqadir Marağayi kimi 
nəhəng musiqiçi-alimlərin  Şərq musiqişünaslığı tarixində  əhəmiyyətli rolunu göstərməklə, eyni 
zamanda onları məhz Azərbaycan musiqi elminin təmsilçisi kimi təqdim edir, Mir Möhsün Nəvvab 
və Üzeyir Hacıbəylinin elmi irsinin, nəzəri konsepsiyalarının bir-biri ilə bağlılığını, onlar 
arasındakı  əlaqələri üzə  çıxarır, Azərbaycan musiqi elminin uzun əsrlərdən bugünədək böyük 
inkişaf yolu keçdiyini, musiqi ənənələrinin qədimliyini, zənginliyini bir daha sübut etmişdir. 
Güclü elmi potensiala, çoxcəhətli imkanlara malik olan Z. Səfərova orta əsr musiqiçilərinin 
risalələri üzərində  işləyərək, bu məsuliyyətli işin öhdəsindən yüksək səviyyədə  gəlmiş, musiqi 
elmində öz şərəfli yerini tutmuşdur. 
Mənbəşünaslıq sahəsində  həyata keçirdiyi ən mühüm layihələrindən biri dahi 
Ü.Hacıbəylinin musiqi irsinin nəşri olmuşdur. Z.Səfərovanın mənbəşünaslıq elmi sahəsində 
apardığı  qızğın elmi axtarışları, geniş  tədqiqatları  nəticəsində yaratdığı    "Azərbaycanın musiqi 
elmi (XIII-XX əsrlər)" əsəri zirvəyə çatmışdır. 
Beləliklə, araşdırmamıza yekun vuraraq qeyd edə bilərik ki, Azərbaycan musiqi 
mənbəşünaslığının inkişafında Zemfira Səfərovanın müstəsna rolu olmuşdur. 
 
 
Ruslan Zərbəliyev   
ADMİU- magistrant 
 
XALQ DÜHASINDAN BƏHRƏLƏNƏN SƏNƏTKAR 
 
  
S.Ələsgərovun yaradıcılığı irsi çoxşaxəlidir. Buraya müxtəlif janrda olan əsərlər daxildir. 
Lakin bununla yanaşı onun yaradıcılığında məhz xalq çalğı alətləri üçün yazılmış əsərlər böyük 
önəm daşıyır. Bəstəkar xalq çalğı alətləri orkestri üçün də çoxlu sayda əsərlər yazmışdır. Bu 
əsərlər çox yüksək səviyyədə olmaqla yanaşı, həm də xalq çalğı alətləri orkestrinin repertuarını 
zənginləşdirmişdir. Hələ  tələbəlik illərində  bəstəkar orkestr üçün yazdığı “Sözsüz mahnılar” 
pyeslər məcmuəsini qələmə alır. Qərbdə bu janrda ilk dəfə Mendelson f-no üçün əsərlər 
yazmışdır.  Ələsgərov isə  hər cür kanonları  rədd edərək, bu pyesləri xalq calğı alətləri orkestri 
üçün qələmə alır. Bəstəkar bu orkestr üçün həmçinin iki konsert yazmışdır. Bu konsertlər bu gün 
də gənc ifaçıların tədris repertuarında mühüm yer tutur. 
Bəstəkar bu orkestr üçün həmçinin iki konsert yazmışdır. Bu konsertlər bu gün də gənc 
ifaçıların tədris repertuarında mühüm yer tutur. Tar və simfonik orkestr üçün yazdığı I saylı 
konsert bəstəkarın böyük istedadından xəbər verir. Bəstəkar Azərbaycan, rus musiqi 
klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli 
əsər yaratmağa nail olmuşdur. Mövzuların aydın və qabarıq  şəkildə inkişaf etməsi  əsərdə 
proqramlılıq cəhətlərini üzə çıxarır. “Konsert” coşğunluğu, həm də lirik psixologizmilə diqqəti 
cəlb edir. Burada bəstəkar sitatçılığa yol vermir, xalqımızın zəngin musiqi xəzinəsindən bol – bol 
istifadə edir, onu öz yaradıcılıq prizmasından keçirdərək, rəngarəng musiqi tablosu yaradır. 
Qədim milli alətimiz olan tarın spesifik ştirxlərindən, ifa texnikasından yüksək  şövqlə  və incə 
zövqlə istifadə edilməsi  əsərin təkraredilməz koloritinə  və musiqi palitrasına xüsusi təravət 
aşılayır.  İlk növbədə qeyd olunmalıdır ki, konsertlərin müəllifləri xalq çalğı alətimiz tarı 
mükəmməl bilərək, bu alətin imkanlarına gözəl bələd olduqlarını nümayiş etdirmişlər. 
Konsertlərin üslub xüsusiyyətlərinə bu cəhət böyük təsir göstərmişdir. Dolğun, qüvvətli səs 
palitrası ilə yanaşı, yumuşaq boyalardan həssaslıqla istifadə olunması, muğam texnikasının 
virtuoz  şəkildə  tətbiqi, xalq çalğı üslubuna xas olan bir sıra üsullardan istifadə edilməsilə 
S.Ələsgərov bu mürəkkəb instrumental janrıninkişafının yeni mərhələsini yaradır. Bu mərhələdə 
bəstəkar iki konsertini yaratmaqla, nəinki bəstəkarlar, habelə ifaçılar qarşısında da yeni tələblər 
irəli sürmüşdür. Məhz milli ənənələri  müasir  musiqi  sənətinin naliyyətləri ilə üzvi şəkildə 
birləşdirən bu əsər bəstəkara ümumxalq şöhrəti gətirmişdir. 

 
90
Azərbaycanda tar ilə simfonik orkestr üçün konsert janrının sonrakı inkişafı məhz bu iki 
konsert müəyyənləşdirərək istiqamətləndirilmişdir. Bu iki konsertlərdəki axtarışlar, tapıntılar, ifa 
üsulları, forma və quruluş xüsusiyyətləri sonrakı  mərhələlərdə inkişafını alır. Konsertlərdə 
formalaşan  ən ümdə  cəhət - xalq musiqisi qaynaqlarından bəhrələnməlidir. Milli musiqimizin 
qızıl fonduna daxil olan bu əsərlər öz musiqisilə insanları xeyrin qələbəsinə, yaxşıların 
təntənəsinə, məhəbbətin qadirliyinə, nəcibliyinə, qüdrətinə inandırmağa çalışır. Buna görə  də, 
S.Ələsgərovun yaradıcılığı üçün yalnız işıqlı, parlaq boyalar, hiss və duyğuların aydın ifadəsi 
səciyyəvidir. 
 
Şəbnəm Həsənova  
ADMİU- magistrant 
 
ARİF  BABAYEVİN TELEVİZİYA FƏALİYYƏTİ 
 
1953-cü ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirən Arif müəllimi respublika 
televiziyasının baş rejissoru vəzifəsinə  təyin olunmuş Rauf Kazımovski işə  dəvət edir. Arif 
Babayevlə birgə Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov, Sabir Aslanov, Fikrət Qaradağlı kimi 
rejissorlar milli televiziyanın informasiya, tədris və  əyləncə funksiyalarında rejissor sənətinin 
təməlini qoyurlar. Ceyhun Mirzəyevin aparıcısı olduğu o zamankı  uşaq verilişi müxtəlif 
funksiyalı televiziya proqramlarının rejissoru kimi çalışan Arif Babayevin yaradıcılığında xüsusi 
yer tuturdu. 1959-cu ildən televiziyada baş rejissor kimi çalışmağa başlayır. Fəaliyyət müddəti 
ərzində Arif müəllim televiziyanı yaradıcılıq laboratoriyasına çevirə bilmişdi.  İlk dəfə olaraq 
canlı efirdə  əlavə kino-kadr və foto-şəkillərdən istifadə etmişdi. Məşhur aktyorumuz Həsən 
Məmmədovun da kinoya gəlişində Arif Babayevin rolu olub. Digər tələbə aktyorlarla yanaşı 
Həsən Məmmədovu telestudiyaya dəvət edib canlı efirə  çıxarır,  ədəbi verilişlərdə  şer söyləyir 
[40.100]. 
1960-cı ildə “Böyük dayaq” filmini ekranlaşdıran kinorejissor Həbib  İsmayıla məhz 
televiziya ekranında tələbə-aktyor Həsən Məmmədovu görərək Qaraş roluna dəvət etmişdi.  
Müxtəlif janrlı “Bizim şəhərin uşaqları”, “Respublika haqqında hekayət”, “Biz 
arzulayanlar nəslindənik” və digər sənədli televiziya filmləri ilə paralel Nina Yarovayanın baş 
redaktor olduğu rus redaksiyasında canlı tamaşalar üzərində işləyir. Vaxtilə efirdə xüsusi çəkisi 
ilə seçilən bu redaksiyanın mərkəzi televiziya ilə müntəzəm əlaqəsi olduğundan Arif Babayevin 
hazırladığı bir çox verilişlər ümumittifaq tamaşası auditoriyası qazanırdı. Rus Dram Teatrının 
baş rejissoru kimi çalışan müəllimi Məhərrəm Haşımovun hazırladığı İmran Qasımovun “Xəzər 
üzərində  şəfəq” tamaşasının televiziyadakı uzun müddətli məşqlərindən sonra yaradıcı qrup 
Moskaya ezam olunan zaman mərkəzi televiziyanın canlı efirində rejissor pultu arxasında Arif 
Babayev  əyləşir. Bu qafqazlı rejissorun dinamik iş prinsipinə  bələd oan texniki işçilər Arifi 
“rejissor pultunun Paqaninisi”adlandırırlar. Mərkəzi televiziyanın efirində  dəfələrlə M.Cəlilin 
“Moabit dəftəri” (1959), M.Fuçikin “Boynu ilgəkli adam” (1960), K.Paustovskinin “Qar” 
(1961), “Qoca aşbaz” (1962), Rəsul Rzanın “Qanun” (1963), Mehdi Hüseynin “Səhər” (1964), 
Taras  Şevçenkonun “Kor qadın” (1964) əsərlərinin Arif Babayevin Nina Yarovaya ilə birgə 
hazırladıqları ssenariləri əsasında ekranlaşdırdığı canlı tamaşalar haqqında müxtəlif vaxtlarda ən 
azı geniş analitik informasiya materialları göstərilirdi. 
Televiziya texnikasının imkansızlığına, qeyri peşəkar operator və texniki işçilərin 
müqavimətinə baxmayaraq canlı efirdə işin gərginliyindən rejissor pultu arxasından uzaqlaşaraq 
peşəkar üslubu vasitəsilə verilişlərdə diktatorlar studiyaya dəvət olunmuş qonaqlar, əvvəlcədən 
hazırlanmış  əlavə  çəkiliş materialları, dekorlar və geyim kimi müxtəlif təsvir vasitələrini kadr 
daxilinə gətirməyi deyil, əksinə xırda bir detalı obraza çevirməyə cəhd göstərməklə qadağalardan 
yaxşı  mənada kənara çıxmağa üstünlük verirdi.1964-cü ildə  əməkdar incəsənət xadimi adına 
layiq görülmüş ilk televiziya işçisi Arif Babayevi “Azərbaycanfilm” kinostudiyasına bədii film 
üzərində  işləməyə  dəvət edirlər. Kinostudiyanın direktoru Məhərrəm Haşımov tərəfindən 

 
91
studiyaya dəvət olunan Arif Babayev telerejissorluqdan kinorejissorluğa keçərək sənət yolunu 
həmişəlik dəyişir. 
Mərhum teletənqidçi Elşad Quliyev müsahibəsində söyləyir ki, “Arif Babayev mənim 
üçün, başqa işçilər üçün televiziyanın Paqaninisi idi. Nəzərə alın ki, o vaxtkı TV-nin texnikası 
heç də bu günkü kompüterləşdirilmiş avadanlıqlarla müqayisəyə  gəlmir. Amma Arif Babayev 
pult arxasında o primitiv cihazlarla elə  rəftar edirdi ki, sanki ovqatını pianonun dillərinə 
boşaldırdı. Arif Babayev televiziyadan getsə  də  mən onu ara-sıra çətin verilişlərin 
hazırlanmasına dəvət edirdim. O, böyük həvəslə işə başlayır, sonda işindən həm biz, həm də özü 
zövq alardı. Onunla işləmək mənim üçün bir məktəb idi. Bu təxminən 3-4 il davam etdi. Az 
vaxtda milli televiziyamız Arif Babayevin timsalında  əməlli-başlı canlandı, özünə yeni nəfəs 
qazandı”. 
 
Asim  Kərimov 
ADMİU- magistrant 
 
AZƏRBAYCAN TƏSNİFLƏRİNİN NƏZƏRİ VƏ PRAKTİKİ XÜSUSİYYƏTLƏRİ 
 
 Azərbaycanda muğam növlərinin adlarına müraciət edərkən aydın olur ki, dəstgahların, 
təsnif və  rənglərin adları öz əsasını  bəstələndiyi lad-məqamdan götürür. Qeyd edək ki, musiqi 
irsini öyrənmək işində onun nəzəriyyəsini xüsusi olaraq tədqiq etmək vacibdir. Burada 
Azərbaycan xalq musiqisinin əsasını  təşkil edən məqam, kök sistemi ilə  əlaqədar olan 
problemlərin işlənməsi ən vacib vəzifədir. Belə ki, hər bir xalqın musiqi dilini müəyyənləşdirən 
və bəlliləşdirən hər şeydən əvvəl məqamlardır.  
      Məqam – musiqi intonasiyasının əsasıdır. Odur ki, məqamların quruluş xüsusiyyətini, onların 
daxili funksional əlaqədarlığını, eyni zamanda bir-birinə olan rabitələrini, onların ifadə 
üsullarını, eləcə  də musiqi formasının təşəkkülündəki mövqeyini öyrənmək musiqinin əsas 
nəzəri tədqiqat işinin ana xəttini müəyyən etmək deməkdir. 
       Ü.Hacıbəyov hələ XX əsrin 30-cu illərində Azərbaycan milli musiqisinin inkişafını 
uzaqgörənliklə  məhz folklorşünaslıq və  şifahi  ənənəli professional musiqi məsələləri ilə 
əlaqələndirirdi. O, hesab edirdi ki, Azərbaycan xalq musiqisinə elmi-nəzəri cəhətdən yanaşmaq, 
dəqiq surətdə onun elmi əsaslarını üzə  çıxarmaq və bu əsaslar üzərində milli musiqimizin 
tərəqqisinə nail olmaq lazımdır. 
      Muğamların daxilində təsniflərin ifası və ya onların müstəqil ifa ənənələri sonrakı əsrlərdə də 
davam etdirilmiş, bu günümüzdə də muğam dəstgahlarının oxunmasında saxlanılır. 
       Xalqımızın qədim irsi olan təsniflər çoxdan geniş xalq kütlələrinin ümumi malına 
çevrilmişdir. Çoxəsrli muğam, zərbi-muğam, təsnif, rəng sənətinə aid bəzi problemlər, o 
cümlədən bu janrların tarixi inkişafı  və  təkamülü, onların kompozisiya quruluş xüsusiyyətləri
milli özünəməxsusluğu kimi  məsələlər bu günədək lazımi səviyyədə araşdırılmamışdır. Bu 
məsələlərlə əlaqədar bizim qarşımızda müəyyən məqsəd durur: mövcud olan mənbələr əsasında 
təsniflərin tarixi inkişafını izləmək, onların nəzəri və praktiki məziyyətlərini aşkar etmək, 
Azərbaycan musiqi irsində bu incilərin bədii dəyərini müəyyənləşdirməkdir. 
 
 
Cavid  Əhmədov  
ADMİU- magistr 
 
QROTESKİN MƏNŞƏYİ VƏ YARANMA TARİXİ 
 
Hələ ötən əsrin 10-cu illərində Almaniyada XX əsri “qrotesk epoxası” adlandırırdılar. XX 
əsrin tarixində tez-tez elə vəziyyət yaranırdı ki, zamanlar arasında əlaqə qırılırdı. İnsanları əhatə 
edən dünya daha da qorxulu olmağa başlayır, insan acizliyini, müdafiəsizliyini daha aydın hiss 

 
92
edirdi. Belə vaxtda qrotesk daha da aktual mahiyyət qazanırdı. Qroteskə meyllilik mənəvi 
gərginlik və böhranla müşayiət olunan bütün epoxalar üçün səciyyəvidir.  
XXI  əsrin  əvvəllərində  də qroteskə olan maraq azalmayıb. Dövrün sənət təfəkküründə 
reallığın daha adekvat təsviri üsuluna – qroteskə xüsusi maraq duyulur. Bu, incəsənətin müxtəlif 
sahələrində - memarlıq, dizayn, kino, teatr, təsviri sənət və s. özünü göstərir.  
Yeni qroteskin  - modern qroteskin yaradıcılarından biri də fransız  şairi və dramaturqu 
1873-1907-ci illərdə yaşamış Alfred Jarri hesab olunur. Onun dramaturgiyası keçmişin teatrı ilə 
müasir teatrın arasında əlaqələndirici halqa hesab olunur.  
Qrotesk və absurd anlayışları bir çox xüsusiyyətlərinə görə bir-birinə yaxın anlayışlardır. 
Qroteski bir sənət təzahürü, teatr faktı kimi öyrənmədən müasir teatrda baş verən bir sıra 
prosesləri izah etmək çətin olardı.  
Qrotesk bu günə  qədərayrıca bir mövzu kimi Azərbaycan teatrşünaslıq elmi tərəfindən 
araşdırılmamışdır. Problemin öyrənilmə mənzərəsi ilə tanış olarkən görmək olar ki, bu mövzu nəinki 
Azərbaycan, eləcə  də Rusiya və dünya teatrşünaslığında o qədər də müfəssəl  şəkildə 
araşdırılmamışdır. Bu mövzunun araşdırılması ilə bağlı tədqiqatlar barmaqla sayılacaq qədər azdır.  
Orta əsrlər, intibah və romantizm mədəniyyətində qroteskin öyrənilməsi ilə əlaqəli əsas 
araşdırmalar A.Qureviç, V.Darteviç və M.Baxtinin adı ilə bağlıdır. M.Baxtinin “Fransua 
Rablenin yaradıcılığı və orta əsrlərin və Renessans dövrünün mədəniyyəti” adlı təqdiqat işində 
qrotesk bəşər mədəniyyətinin konkret dövrü kontekstində araşdırıldığından mövzu ilə bağlı tam 
dolğun mənzərə yaranmır.  
İngilis alimi A.Kleyboro “Qrotesk və ingilis ədəbiyyatı” adlı kitabında Qotye, Reskin, 
Hüqo yaradıcılığı kontekstində qrotesk elementlərini təhlilə çəkir.  
Qrotesk probleminin daha ətraflı  tədqiqi alman alimi V.Kayzerin adı ilə bağlıdır. 
“İncəsənətdə  və  ədəbiyyatda qrotesk” kitabında müəllif XIV-XX ərsləri  əhatə edib. Bu cür 
zaman bölgüsü qrotesk haqqında daha dolğun təsəvvür yaratmağa imkan verir. XIV əsr qrotesk 
terminin yarandığı dövrdür. XX əsrdə isə qrotesk anlayışı haqqında təsəvvürlərin kökündən 
dəyişdiyi, qroteskin teatr sənətinin aparıcı istiqamətlərindən birinə çevrildiyi dövrdür. Bu 
mənada, XIV-XX ərslər zaman kəsiyi qroteskin inkişaf dinamikasını anlamaq üçün imkan verir.  
Qrotesk sözü yunancada “gizli yer” mənasını verir və latınca “mağara” sözü ilə 
eyniköklüdür.  
Bu söz Azərbaycan ədəbiyyatına Rusiyadan, Rusiyaya isə Fransadan keçmişdir. Fransız 
dilində fr. grotesque – möcüzəli, gülməli, məzəli, komik anlamında işlədilir. Sözün ilkin mənası 
olan “mağara”, “mağarada olan”, “mağaraya aid olan” anlamı XV əsrdə arxeoloji qazıntılar 
nəticəsində qədim Roma sarayının qalıqları üzərində divar rəsmləri tapıldıqdan sonra formalaşıb.  
Memarlıqda və təsviri sənətdə qrotesk sözü heyvan və bitki rəsmlərini birləşdirən qədim 
ornamentləri ifadə edir.  
Ədəbiyyatda və teatrda isə qrotesk sözünün məna arealı daha genişdir.   
Ədəbiyyatda qrotesk dəhşətli və gülməlini, eybəcəri və alini, xəyali olanı və gerçəkliyi, 
indini və  gələcəyi fantasitik surətdə birləşdirən, uzağı yaxınlaşdıran, bir araya gəlinməsi 
mümkünsüz olan şeylərin vəhdətini yaradan, ziddiyyətləri gizlədən mənaların və  nəsnələrin 
həddindən artıq  şişirdilməsinə söykənən komik üsuldur. Komik forma kimi qroteski yumor və 
kinayədən fərqləndirən cəhət ondan ibarətdir ki, burada “gülməli və  məzəli” olan“dəhşətli və 
əzablı”olanla ayrılmaz surətdə mövcuddur. Bir qayda olaraq, qrotesk obrazları tragik məzmun 
kəsb edir. Qroteskdə zahiri həqiqətə  bənzərsizliyin, fantastikliyin arxasında vacib həyat 
təzahürlərinin dərin bədii ümumiləşdirməsi gizlənir.  
Bədii obraz kimi qrotesk ikiplanlılığı, kontrastlığı ilə seçilir. Qrotesk həmişə normadan 
uzaqlaşma, şərtilik, düşünülmüş karikaturadır. Buna görə də, qroteskdən satirik məqsədlər üçün 
geniş istifadə edilir. Hətta bəzən qrotesklə satira arasında bərabərlik  işarəsi də qoyurlar. “qrotesk 
– satirik təsvir formasıdır, qrotesksiz satira olmur”.  
Qrotesk varlıqların absurd (qeyri-adi) xüsusiyyətlərlə yenidən təsviri ilə dünyaya aid 
olmayan bir fakt halına gətirilmə sənətidir. Qrotesk sənətinin bir başqa tətbiqi, dünyaya aid olan 
canlıların hər bir xüsusiyyətinin qarışığı şəklindədir. 

 
93
Antik  ədəbiyyatdan müasir dövrdədək bir çox yazarların  əsərlərində, bədii düşüncəsində 
qrotesk elementləri özünü göstərir. Bunlara misal olaraq, Aristofanı, Lukianı, F.Rableni, L.Sterni, 
Hofmanı, N.Qoqolu, M.Tveni, Kafkanı, Bulqakovu, Saltıkov-Şedrini və b. göstərmək olar.  
Fantastik ədəbiyyatda qrotesk motivlərində yazan yazıçılara missal olaraq Umberto Eko, 
Ian McEvan, Alasdair Gray, Angela Karter, Jeanette Winterson, Patrick McGrath, Natsuo 
Kirino, Paul G. Tremblay, Matt Bell, Chuck Palahniuk, Brian Evensonu göstərmək olar. 
Teatr sənətində qrotesk elementlərindən geniş istifadə olunur. M.Baxtin qrotesk 
elementlərinin köklərini karnaval mədəniyyəti ilə bağlayır. Müxtəlif teatr estetikalarında qrotesk 
elementlərindən müxtəlif məqsədlərlə isitifadə olunub. Bir qayda olaraq, teatrda qroteskdən 
gerçəkliyi təhrif olunmuş formada göstərmək, yaxud satirik təsvir yaratmaq üçün istifadə edirlər.  
Dünyanın müxtəlif guşələrində qrotesk teatrı adlı bir çox teatrlar mövcuddur. Odessada, 
Moskvada, Sankt-Seterburqdakı qrotesk teatrları ilə yanaşı, Polşanın Krakov şəhərində yerləşən 
“Qroteska teatrının” da adını çəkmək olar.  “Qroteska” kukla teatrı estetikası əsasında fəaliyyət 
göstərir. Ötən əsrin ortalarında (1945) Zofya və V.Yarem tərəfidən yaradılmış “Qroteska” teatrı 
Krakovda fəaliyyət göstərir və mütəmadi şəkildə beynəlxalq festivallarda işitrak edir.  
 
 
Aygül  Mahmudova  
ADMİU- magistrant 
 
 
XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN MEMARLIĞININ 
AVROPA MEMARLIĞI İLƏ MÜQAYİSƏSİ 
 
Azərbaycan memarlığının tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Arxeoloji qazıntılar 
zamanı müxtəlif mədəniyyətlərə dair tapılan abidələr, memarlığımızın qədimliyini isbat edən 
başlıca amillərdəndir. Eramızdan əvvələ gedib çıxan memarlıq tarixi, bütün dövrlərdə müraciət 
olunan əsas mədəniyyət sahəsi olub, istər xanlar, bəylər, istərsə də ondan sonra gələn nəsillər, öz 
ölkələrinin, şəhər və kəndlərinin abadlıq işinə xüsusi diqqət ayırmış, bu sahədə əllərindən gələni 
etmişlər. Qeyd etmək lazımdır ki, Bakıda memarlığın və  şəhərsalmanın başlıca məqsədi bura 
xaricdən gələn turistlərin dövründə daha geniş  təşəkkül tapır və respublikamız Qərb 
mədəniyyətindən əxz etdiklərini paytaxtımıza köçürürlər.  
XIX  əsrin sonu, XX əsrin  əvvəllərində Bakıda  şəhərsalma mədəniyyətinin yüksək 
səviyyədə inkişafına, Avropa memarlıq nümunələrindən (rus, alman, polşa və s.) müraciət 
etmələrinin başlıca səbəbi Bakılı milyonerlərin sayəsində  həyata keçirilirdi. Onlar bilavasitə 
olaraq paytaxtın abadlıq işlərinə vaxt ayırır, bunun üçün çoxlu vəsaitlərindən keçməli olurdular. 
Bildiyimiz kimi o dövrdə texnikanın zəif inkişafını və demək olar ki, yox dərəcə olmasını nəzərə 
alsaq, milyonçuların çəkəcəyi xərci anlamış olarıq. Lakin bütün bunlara baxmayaraq (texnikanın 
yoxluğu və s.) həmin dövrün memarlıq abidələri bu gün də öz aktuallığını qoruyub 
saxlamaqdadır.  
Mövzunun aktuallığından danışarkən qeyd etməliyik ki, Azərbaycan memarlığının XIX 
əsrin sonu, XX əsrin əvvəllərində Avropa memarlığı ilə müqayisəsi başlığı ilə təhlil edilməmiş, 
araşdırılmamışdır. Biz həmin aspektdən mövzunu təhlil edəcək, avropa memarlıq nümunələrinə 
nəzər salacağıq. Mövzunun aktuallığı bundadır ki, biz hər hansısa memarın deyil, ümumi 
memarlığın inkişafına nəzər salaraq, geniş elmi tədqiqat işi qələmə alacağıq. Azərbaycan 
şəhərlərinin planlaşdırılmasının təhlili göstərmişdir ki, onların tikilişinin əsasını XIX əsr – XX 
əsrin əvvəllərinin binaları təşkil edir və bu hal tarixi məhəllələrin yenidən qurulması zamanı çox 
böyük memarlıq irsinə xüsusi diqqət yetirməyə  məcbur edir, belə ki, həmin dövrün tikililəri 
şəhərsalma sənətinin abidələri, milli memarlığın dəyərli  əsərləridir. O dövrün memarlığına və 
şəhərsalma sənətinə ümumilikdə lazımi qiymət verilmədiyi bütünlükdə onların Azərbaycan 
memarlığı tarixindəki əhəmiyyətini açıb göstərən fundamental tədqiqatların ortada olmaması ilə 
daha da çətinləşir.  

 
94
Elmi işin araşdırılmasında  əsas məqsəd XIX-XX əsrin  əvvəllərində Azərbaycanda 
memarlıq və  şəhərsalmanın inkişaf yollarını müəyyən etmək, avropa memarlıq nümunələrini 
araşdırıb tədqiq etməkdir.  
 
Ədəbiyyat: 
1.  Əlizadə  Qəzənfər Mədət oğlu. Azərbaycan xalq memarlığı XIX-XX əsrlərdə oxunmuş 
mühazirənin stenoqramı /Q.M.Əlizadə; [red. A.Qazıyev]; Azərb.SSR Siyasi və Elmi 
Bilikləri Yayan Cəmiyyət.- Bakı:[s.n.];1958.- 18, [1] s. 
2.  Əfəndi Rasim Səməd oğlu. Azərbaycan incəsənəti /R. Əfəndi; Red.: M. H. Abdullayev.-B.: 
Çaşıoğlu, 2001.- 312 s. 
3.  Əfəndi Rasim Səməd oğlu. Azərbaycan incəsənəti [Mətn] /Əfəndi Rasim.- Bakı: Şərq-Qərb, 
2007.- 160+[112] s.  
4.  Əfəndi Rasim Səməd oğlu. Azərbaycan incəsənəti [Mətn] /Əfəndi Rasim.- Bakı: Şərq-Qərb, 
2007.- 160+[112] s 
 
 
Fəhmin Əhmədli  
ADMİU- magistrant 
 
AZƏRBAYCAN VİZUAL MƏDƏNİYYƏTİNDƏ “ARŞIN MAL ALAN” 
OPERETTASININ TARİXİ VƏ KULTUROLOJİ MİSSİYASI 
 
Azərbaycan musiqi sənətinin zənginləşməsində, dünyaya tanıdılmasında mühüm rol 
oynamış görkəmli bəstəkar, musiqişünas-alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir 
Hacıbəyov milli opera və operetta sənətinin banisi kimi tarixə imzasını atıb. Üzeyir Hacıbəyov 
irsini araşdırmaq, təhlil etmək olduqca maraqlıdır, belə ki, bəstəkarın yaradıcılıq yolu geniş və 
çoxşaxəli olmuşdur.  
Üzeyir Hacıbəyovun irsi olduqca zəngindir, bəstəkar istər opera, operetta, etüdlər, istərsə 
də muğam sahəsində çox işlər görmüş, ilk dəfə musiqilərimizi bir kitab şəklində nəşr etdirmişdir. 
Üzeyir Hacıbəyova istər ölkəmizdə, istərsə də respublikadan kənarda şöhrət gətirmiş “Arşın mal 
alan”  operettasının mövzusu bəstəkar tərəfindən maraqlı boyalarla əsər boyu sərgilənmişdir. 
Bəstəkarın qələmə aldığı bu əsərdə Azərbaycan xalqının məişəti, adət-ənənələri öz əksini tapmış, 
müəllif burada əsasən inqilabdan əvvəlki dövrü əks etdirmişdir.  
1913-cü ildə musiqiçi-alim Peterburqda təhsil alarkən “Arşın mal alan” əsərini yaradır. 
Bəstəkar elə təhsil aldığı müddətdə anlayır ki, onun Azərbaycan musiqisinə verdiyi töhfələr çox 
dəyərli və misilsizdir. Hətta o bu barədə öz həmfikir yoldaşı, böyük sənətkar Hüseynqulu 
Sarabskiyə də danışır.  
“Arşın mal alan” komediyası istər teatr səhnəsinə, istərsə də kino sənətinə dəyərli inci kimi 
daxil olur. Bu əsərdəki real hadisələr, pulun, şan-şöhrətin insanlar arasında yaratdığı dostluq-
düşmənçilik mövqeyi çox gözəl və biçimli formada əks edilmişdir. Bəstəkar cəmiyyətin 
cahillikdən qurtula bilmədiyini, hələ də avamlıq içində ola-ola pula olan böyük düşkünlüklərini 
bu əsərdə çox gözəl şəkildə açaraq, cəmiyyətə təqdim edir.  
Musiqili komediya olan “Arşın mal alan” əsəri 1916-cı ildə lentə alınaraq, filmfonda təhvil 
verilir. Ancaq ilk dəfə  çəkilən bu film elə  də keyfiyyətli alınmır, yalnız 1945-ci ildə  çəkilmiş 
növbəti kinolent cəmiyyət tərəfindən böyük maraqla qarşılanır. 1965-ci ildə film yenidən 
ekranlaşdırılaraq tamaşaçılara təqdim edilir.  
“Arşın mal alan” musiqili-komediyasına ilk dəfə 1917-ci ildə teatr müraciət edərək, əsəri 
böyük uğurla səhnələşdirirlər. Qeyd etmək lazımdır ki, elə həmin ildə əsər 150 dəfə tamaşaçılara 
təqdim edilir. Buna əsas səbəb bəstəkarın xalqın nəbzini çox düzgün və incə  məqamlarla tuta 
bilməsi, cəmiyyətə bu əsərlə mesaj yollaması idi.  
Üzeyir Hacıbəyovun digər  əsərləri kimi, “Arşın mal alan” komediyası da əsasən xalqın 
maariflənməsi, ekranda gördükləri eybəcərlikləri həyatda təkrarlamamalarına xidmət edirdi. 

 
95
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin