Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
1   2   3   4   5   6   7   8   9   ...   14

31 avqust 2015-ci il tarixdə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın avqustun 19-
da keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  iclasda  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan 
Respublikasının  Milli  Məclisinə  seçkilərdə  səsvermənin  yeri  və  vaxtı  barədə 
seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma 
qaydası ilə bağlı məsələyə baxılıb. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi 
seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə 
edilən  şəxsiyyəti  təsdiq  edən  sənədlərin  siyahısı,  həmçinin  səsvermə  qaydaları 
ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin 
yeri  və  vaxtı  barədə  seçicilərin  məlumatlandırılmasına  dair  5250000  (beş  milyon 
iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb. 
İclasda  2015-ci il  noyabrın 1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  Yeni  Azərbaycan  Partiyası,  Vətəndaş  Həmrəyliyi 
Partiyası  və  Bütöv  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  səlahiyyətli 
nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edilib və həmin partiyalar 
tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. 
Komissiyanın  iclasında  vətəndaşların  seçki  hüquqlarının  daha  səmərəli 
təmin  olunması  məqsədilə  “Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 
Komissiyasına  və  dairə  seçki  komissiyalarına  seçki  hüquqlarının  pozulması  ilə 
əlaqədar  şikayət  və  müraciətlərin  verilməsi  və  onlara  baxılması  qaydaları 
haqqında” Təlimata dəyişiklik edilib. 

 
14 
 
Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  bəzi  seçki  dairələri  dairə  seçki 
komissiyalarının  tərkibində  dəyişikliklər  edilib.  Beynəlxalq  və  xarici  qurumların 
təmsilçilərinin,  həmçinin  kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin 
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 
02  sentyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki  Komissiyasının  növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın 
avqustun 29-da keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  Azərbaycan  Ümid  Partiyası,  Azərbaycan  Demokratik 
İslahatlar  Siyasi  Partiyası  və  Böyük  Quruluş  Partiyasının  səlahiyyətli 
nümayəndələrinin  qeydə  alınması  məsələsinə  baxılıb.  Komissiya  üzvlərinin 
müzakirəsindən  sonra  sözügedən  partiyalar  tərəfindən  təqdim  olunmuş  şəxslər 
səlahiyyətli  nümayəndələr  kimi  qeydə  alınıblar.  Kütləvi  informasiya  vasitələrinin 
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 
02 Sentyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir 
Pənahov  seçkiqabağı  təşviqatla  bağlı  siyasi  partiyalara  xəbərdarlıq  edib.  M. 
Pənahov  bildirib  ki,  Seçki  Məcəlləsinə  və  Təqvim  Planına  əsasən  seçkiqabağı 
təşviqatın  aparılması  oktyabrın  9-da  başlanacaq,  31  oktyabr  saat  8.00-da 
dayandırılacaq.  M.  Pənahov  siyasi  partiyaların  Təqvim  Planında  göstərilən 
müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun 
qanun  pozuntusu  sayıldığını  qeyd  edib.  MSK  sədri  siyasi  partiyaları  bu  həssas 
məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb. 
03  Sentyabr  2015-ci  il  tarixdə  Mərkəzi  Seçki  Komissiyası  və  Avropa 
İttifaqının  Azərbaycandakı  nümayəndəliyinin  təşkilatçılığı  ilə  seçkilərə  dair 
müraciətlərə  həsr  olunmuş  seminar  başlamışdır.  Dairə  Seçki  Komissiyalarının 
nəzdində  yaradılan  ekspert  qruplarının  üzvləri  üçün  təşkil  edilən  seminar  3  gün 
davam etmişdir.   

 
15 
 
MSK  sədrinin  müavini  Natiq  Məmmədov  tədbirdə  deyib  ki,  Azərbaycan 
sovet 
məkanından,  avtoritar,  totalitar  rejimdən  müstəqillik  dövründə 
demokratiyaya  doğru  uzun  bir  yol  keçib  və  xalq  öz  hakimiyyətinin 
formalaşmasında birbaşa iştirak etmək hüququ əldə edib. O, çoxpartiyalı sistemdə 
xalqın  demokratiyaya  verdiyi  töhfənin  artdığını  vurğulayıb:  “Azərbaycanda  5 
milyondan  çox  seçici,  qeydiyyata  alınmış  55  siyasi  partiya  var.  Qətiyyətlə  deyə 
bilərik  ki,  Azərbaycan  seçki  sistemi  xalqın  iradəsini  ortaya  qoymaq  baxımından 
uğurlu seçki sistemi sayıla bilər. Bunu Azərbaycanla əməkdaşlıq edən beynəlxalq 
qurumlar  da  etiraf  edir”.  Seçki  sisteminin  daha  da  inkişaf  etdirməsi  sahəsində 
beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  önəmli  sayan  MSK  sədrinin  müavini  bu 
istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığın uğurlu olduğunu söyləyib: “Dünyada 
seçkilər  problemlərdən  xali  deyil  və  Azərbaycan  da  istisna  deyil.  2010-cu  il 
parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına 267 şikayət və müraciət daxil 
olub. 2013-cü il prezident seçkilərində 19 şikayət və müraciət, 2014-cü il bələdiyyə 
seçkilərində  96  şikayət  daxil  olub.  Azərbaycanda  seçki  sistemi  təkmildir.  5 
milyona  nisbətdə  15,  50,  100  nəfər  narazı  qala  bilər.  Ancaq  biz  onların  da 
şikayətini  araşdırırıq,  hər  kəsin  hüquqlarının  qorunmasına  çalışırıq. Əsas 
məqsədimiz  istənilən  fərdin  hüquqlarına  hörmətlə  yanaşmaq,  pozulmasına  yol 
verməməkdir”.  
  
N.  Məmmədov  deyib  ki,  Azərbaycanda  keçirilən  seçkilərlə  bağlı  Avropa 
İnsan  Hüquqları  Məhkəməsində  bəzilərinin  hüquqlarının  pozulduğu  əksini 
tapıb, məhkəmənin bu sahədə 14 qərarı var. O, Azərbaycanda seçkiləri adətən 50 
min  müşahidəçi tərəfindən izlənildiyini nəzərə çatdırıb: “Təəssüf ki, bəzi hallarda 
müşahidə  missiyaları  seçkiyə  müşahidə  deyil,  kiminləsə  söhbət  əsasında  qiymət 
verir.  Müşahidənin  məkanı  və  yeri  haqqında  məlumat  vermirlər  və  onların 
müşahidələrinin  nəticələri  Avropa  Məhkəməsinin  qərarında  əksini  tapmır”.  
MSK  sədrinin  müavini  Azərbaycan  torpaqlarının  işğalı  seçkilərin  keyfiyyətinə, 
seçki  təcrübəsinə  böyük  zərbə  vurur:  “Məcburi  köçkünlər  bələdiyyələrini 
formalaşdıra bilmir, parlament və prezident seçkilərində iştirakı ilə bağlı müəyyən 

 
16 
 
problemlər  qalmaqladır.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  bir  nəfərin 
hüquqlarının  pozulması  ilə  bağlı  qərar  verirsə,  qaçqın  və  məcburi  köçkünlərin 
timsalında  çoxlu  sayda  insanın  hüquqlarının  pozulması  məsələsi  də  diqqətdən 
kənarda qalmamalıdır”. N. Məmmədov qarşılıqlı tənqidlərə dözümlü olmağı vacib 
sayıb.  
  
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili 
Toralf  Pilts  bildirib  ki,  demokratik  seçkilər  demokratiyanın  əsaslarından  biridir: 
“Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanda bu 
sahədə  əməkdaşlıq  edir.  Mərkəzi  Seçki  Komissiyasının  fəaliyyətində  bu  sahədə 
nailiyyətlər əldə olunub, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alınır. Bizim 
birgə fəaliyyətimiz seçki prosesinin  təkmilləşdirilməsinə töhfəsini verir”. 
Daha sonra seçki məsələləri üzrə ekspert Sergey Kalçenko “Seçkilərlə bağlı 
müraciətlərə  dairə  komissiyaları  tərəfindən  baxılması:  Avropa  standartları  və 
Azərbaycan Respublikasının qanunvericiliyinə dair Təqdimat”la çıxış edib. 
İrimiqyaslı maarifləndirmə layihəsi kimi sentyabrın 3-dən başlanan regional 
seminarlar Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək 
davam edəcək və ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının bütün 
ekspert qruplarının üzvləri qatılacaqlar. 
04  sentyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki  Komissiyasının    növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın 
avqustun  31-də  keçirilmiş  iclasının  protokolu  təsdiq  edilib.  Sonra,  2015-ci  il 
noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 
seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Milli Dirçəliş 
Hərəkatı  Partiyası,  Müsavat  Partiyası,  Ana  Vətən  Partiyası,  Azərbaycan  Milli 
İstiqlal  Partiyası,  Vətəndaş  Həmrəyliyi  Partiyası və  Azərbaycan  Sosial  Demokrat 
Partiyasının  səlahiyyətli  nümayəndələrinin  qeydə  alınması  məsələsi  müzakirə 
edilib  və  adıçəkilən  partiyalar  tərəfindən  təqdim  olunmuş  şəxslər  səlahiyyətli 
nümayəndələr kimi qeydə alınıb. 

 
17 
 
Milli  Məclisə  seçkilərdə  birgə  iştirak  etmək  məqsədilə  Aydınlar  Partiyası, 
Azadlıq  Partiyası,  Azərbaycan  Xalq  Partiyası,  Azərbaycan  Liberal  Demokrat 
Partiyası,  Böyük  Azərbaycan  Partiyası,  Klassik  Xalq  Cəbhəsi  Partiyası  və 
Vətəndaş  və  İnkişaf  Partiyası  tərəfindən  yaradılmış  “AZADLIQ-2015”  siyasi 
partiyalar  bloku  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra  MSK-nın  qərarı  ilə 
qeydə  alınıb  və  blokun  emblemi  təsdiq  edilib.  İclasda  bəzi  seçki  dairələri  dairə 
seçki  komissiyalarının  tərkibində  dəyişikliklər  edilib.  Beynəlxalq  qurumların  və 
kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdiyi  iclasda  cari 
məsələlərə də baxılıb. 
08  sentyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının  növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il sentyabrın 02-də və 04-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.               
  
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli  Məclisinə  seçkilərdə  “AZADLIQ-2015”  siyasi  partiyalar  blokunun, 
Azərbaycan  Demokratik  İslahatlar  Siyasi  Partiyasının,  Azərbaycan  Milli  İstiqlal 
Partiyasının,  Azərbaycan  Sosial  Rifah  Partiyasının,  Müsavat  Partiyasının, 
Vətəndaş  Həmrəyliyi  Partiyasının  və  Azərbaycan  Demokrat  Partiyasının 
səlahiyyətli  nümayəndələrinin  qeydə  alınması  məsələsinə  baxılıb.  Komissiya 
üzvlərinin  müzakirəsindən  sonra  sözügedən  blok  və  partiyalar  tərəfindən  təqdim 
olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. 
Beynəlxalq 
qurumların 
və 
kütləvi 
informasiya 
vasitələrinin 
nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. 
12 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 01-
nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərlə  əlaqədar 
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa 
namizədlər üçün yaddaş kitabçası” hazırlayıb. Layihənin həyata keçirilməsində və 

 
18 
 
nəşrin  hazırlanmasında  məqsəd  Milli  Məclis  üzvlüyünə  seçilmək  niyyətində olan 
vətəndaşların  passiv  seçki  hüquqlarının  reallaşdırılması  üçün  onlara  metodiki 
yardım  göstərmək  və  fəaliyyətlərinin  daha  da  asanlaşdırılmasına  imkan 
yaratmaqdır. 
Nəşrdə  deputatlığa  namizədliyin  irəli  sürülməsi  və  qeydə  alınması  ilə  bağlı 
atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə 
ətraflı məlumat verilib. 
Yaddaş  kitabçası  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  və  Mərkəzi 
Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. 
 “Deputatlığa 
namizədlər  üçün  yaddaş  kitabçası”nı  aşağı  seçki 
komissiyalarından,  eləcə  də  Mərkəzi  Seçki  Komissiyasının  rəsmi  internet 
səhifəsindən (www.msk.gov.az) əldə etmək olar. 
12  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 8 
sentyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli Məclisinə seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə 
dair yekun protokollarının hazırlanma qaydası barədə qərar qəbul olunub. 
Komissiyanın  qərarı  ilə 2015-ci  il  noyabrın 1-nə  təyin  edilmiş  Azərbaycan 
Respublikasının  Milli  Məclisinə  seçkilərdə  Azərbaycan  Demokratik  İslahatlar 
Siyasi  Partiyası,  “AZADLIQ-2015”  siyasi  partiyalar  bloku,  Müsavat  Partiyası  və 
Azərbaycan  Demokrat  Partiyası  tərəfindən  təqdim  olunmuş  şəxslər  səlahiyyətli 
nümayəndələr kimi qeydə alınıb. 

 
19 
 
İclasda  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının  tərkibində 
dəyişikliklər  edilib.  Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak 
etdikləri iclasda cari məsələlərə də baxılıb. 
16  sentyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda əvvəlcə Komissiyanın 2015-
ci il sentyabrın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 2015-ci il 
noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 
seçkilərdə  “AZADLIQ-2015”  siyasi  partiyalar  bloku  və  Azərbaycan  Demokratik 
İslahatlar Siyasi Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin 
qeydə  alınması  məsələsinə  baxılıb.  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra 
sözügedən  blok  və  partiya  tərəfindən  təqdim  olunmuş  şəxslər  səlahiyyətli 
nümayəndələr kimi qeydə alınıb. 
İclasda  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının  tərkibində 
dəyişikliklər  edilib.  Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak 
etdikləri iclasda cari məsələlərə də baxılıb. 
18  sentyabr  2015-ci  ildə  Mərkəzi  Seçki  Komissiyasının  elan  etmişdir  ki, 
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə 
seçkilərdə  kütləvi  informasiya  vasitələrində  seçkiqabağı  təşviqat  aparmaq 
məqsədilə  ölkə  üzrə  birmandatlı  seçki  dairələrinin  60-dan  çoxunda  namizədləri 
qeydə  alınmış  siyasi  partiyalara,  siyasi  partiyaların  bloklarına  aşağıda  göstərilən 
kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: 
- İctimai Televiziya və Radio Yayımları Şirkəti; 
- “Azərbaycan” qəzeti; 
- “Xalq qəzeti”; 
- “Bakinski raboçi” qəzeti. 

 
20 
 
Yuxarıda  göstərilən  qurumlar,  o  cümlədən  digər  teleradio  verilişləri 
təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir 
vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə 
bu  barədə  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  Komissiyasına  müvafiq 
bildirişlər  göndərməli,  efir  vaxtının  verilməsinə  və  dərc  üçün  yerin  ayrılmasına 
görə  ödənişin  əsasları,  şərtləri  və  məbləği  barəsində  məlumatları  seçkilərin  təyin 
edilməsi  haqqında  qərarın  rəsmi  dərc  olunmasından  sonra  ən  geci  30  gün 
keçənədək dərc etməlidirlər. 
18  sentyabr  2015-ci  il  tarixdə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi 
Seçki  Komissiyasının  növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın  16 
sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib. 
Sonra  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan  Respublikasının 
Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmiş şəxs 
Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olunub. 
Komissiyanın  iclasında  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  1 
noyabr  2015-ci  ilə  təyin  edilmiş  seçkilərdə  Vəhdət  Partiyası  və  Azərbaycan 
Demokratik  Maarifçilik  Partiyası  tərəfindən  təqdim  olunmuş  səlahiyyətli 
nümayəndələrin  qeydə  alınması,  həmçinin  Azərbaycan  Demokrat  Partiyasının 
səlahiyyətli  nümayəndələrinin  və  maliyyə  məsələləri  üzrə  səlahiyyətli 
nümayəndələrinin  qeydiyyatının  ləğv  edilməsi  barədə  qərar  qəbul  edilib.  İclasda 
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. 
Mərkəzi  Seçki  Komissiyasının  iclasında  Milli  Məclisə  seçkilərlə  əlaqədar 
daxil  olmuş  müraciətə  də  baxıldı  və  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra 
müraciətlə  bağlı  müvafiq  qərar  qəbul  olunub.  Xarici  qurumların  və  kütləvi 
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də 
baxılıb. 

 
21 
 
19  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. 
İclasda  əvvəlcə  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan 
Respublikasının  Milli  Məclisinə  seçkilərdə  Azərbaycan  Milli  Demokrat  Partiyası 
tərəfindən  təqdim  olunmuş  səlahiyyətli  nümayəndələrin  qeydə  alınması  məsələsi 
müzakirə  edilib  və  sözügedən  partiya  tərəfindən  təqdim  olunmuş  şəxslər 
səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. 
Sonra  Milli  Məclisə  seçkilərlə  əlaqədar  daxil  olmuş  müraciətə  baxılıb  və 
Komissiya  üzvlərinin  müzakirəsindən  sonra  müvafiq  qərar  qəbul  edilib.  Kütləvi 
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də 
baxılıb. 
19  sentyabr  2015-ci  ildə  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki 
Komissiyası  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Milli  Məclisə  seçkilərlə 
əlaqədar  seçki  subyektlərinin  maarifləndirilməsi  layihəsi  çərçivəsində 
“Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. 
Layihənin  həyata  keçirilməsində  və  nəşrin  hazırlanmasında  məqsəd  Milli 
Məclisə  seçkiləri  izləyəcək  müşahidəçiləri  məlumatlandırmaqdır.  Yaddaş 
kitabçasında  müşahidə  aparılmasının  prinsipləri  əks  olunub,  eyni  zamanda, 
müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib. 
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın 
təsdiq  etdiyi  normativ  xarakterli  aktlar  əsasında  hazırlanıb.  “Müşahidəçilər  üçün 
yaddaş”ı  aşağı  seçki  komissiyalarından,  eləcə  də  MSK-nın  rəsmi  internet 
səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür. 
19 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-
ci  il  noyabrın  1-nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyası 

 
22 
 
müxtəlif  seçki  subyektlərinin  maarifləndirilməsi  layihəsi  çərçivəsində  “Polis 
əməkdaşlarının  Milli  Məclisə  seçkilərdə  iştirakına  dair  yaddaş  kitabçası” 
hazırlayıb. 
Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi  ilə  birgə  hazırlanmış 
yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. 
Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü 
və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti 
vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri 
barədə ətraflı məlumat verilib. 
Yaddaş  kitabçası  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Seçki 
Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi 
normativ xarakterli aktlar əsasında hazırlanıb. 
23  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının  növbəti  iclası  keçirilib.  İclasda  əvvəlcə  Komissiyanın  2015-ci  il 
sentyabrın 18-də və 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib. 
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə 
təyin  edilmiş  seçkilərlə  əlaqədar  seçki  bülletenlərinin  mətni  və  forması  təsdiq 
edilib, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) 
seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb. 
Komissiyanın  iclasında  2015-ci  il  noyabrın  1-nə  təyin  edilmiş  Azərbaycan 
Respublikasının  Milli  Məclisinə  seçkilərdə  Müsavat  Partiyası,  Azərbaycan  Milli 
Demokrat  Partiyası,  Ana  Vətən  Partiyası  və  “AZADLIQ-2015”  siyasi  partiyalar 
bloku  tərəfindən  təqdim  olunmuş  səlahiyyətli  nümayəndələrin  qeydə  alınması 
məsələsinə  baxılıb  və  sözügedən  siyasi  partiyalar  və  siyasi  partiyalar  bloku 
tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. 

 
23 
 
MSK-nın  qərarı  ilə  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının 
tərkibində  də  dəyişikliklər  edilib.  İclasda,  həmçinin  Milli  Məclisə  seçkilərlə 
əlaqədar daxil olmuş müraciətlərə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən 
sonra  müvafiq  qərarlar  qəbul  olunub.  Kütləvi  informasiya  vasitələrinin 
nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb. 
26  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilib. 
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-
nə  təyin  edilmiş  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 
müraciətlərə baxılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan 
Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki 
hüquqlarının  pozulması  ilə  əlaqədar  şikayət  və  müraciətlərin  verilməsi  və  onlara 
baxılması  qaydaları  haqqında  Təlimat”ın  tələblərini  əsas  götürən  Komissiya 
vətəndaşların  seçki  hüquqlarının  daha  səmərəli  təmin  olunması  məqsədilə  daxil 
olan  müraciətlərə  qanunla  müəyyən  olunmuş  qaydada  və  müddətdə  operativ 
şəkildə baxaraq müvafiq qərarlar qəbul edib. 
Kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  iştirak  etdiyi  iclasda  cari 
məsələlərə də baxılıb. 
28  sentyabr  2015-ci  ildə  Məzahir  Pənahovun  sədrliyi  ilə  Mərkəzi  Seçki 
Komissiyasının növbəti iclası keçirilıb. İclasda əvvəlcə Komissiyanın 2015-ci il 23 
sentyabr  tarixində  keçirilmiş  iclasının  protokolu  təsdiq  olunub.  Sonra  Mərkəzi 
Seçki  Komissiyasının  qərarı  ilə  bəzi  seçki  dairələri  dairə  seçki  komissiyalarının 
tərkibində dəyişikliklər edilib. 
İclasda 2015-ci il noyabr ayının 1-nə təyin edilmiş Azərbaycan Respublikası 
Milli  Məclisinə  seçkilərlə  əlaqədar  Mərkəzi  Seçki  Komissiyasına  daxil  olmuş 

 
24 
 
müraciətlərə  də  baxılıb  və  Komissiya  üzvlərinin  müzakirəsindən  sonra  müvafiq 
qərarlar qəbul edilib. 
Kütləvi  informasiya  vasitələrinin  nümayəndələrinin  iştirak  etdikləri  iclasda 
cari məsələlərə də baxılıb. 
Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin