Mdb paa iŞTİrakçisi olan döVLƏTLƏRİn demokratiyanin, parlamentariZMİN İNKİŞafinin və VƏTƏndaşlarin seçKİ


Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təşkili



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix06.09.2017
ölçüsü2,37 Mb.
#29110
1   ...   6   7   8   9   10   11   12   13   14

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təşkili
keçirilməsi və nəticələri üzrə yerli və beynəlxalq təşkilatların rəyləri: 
Sergey  Lebedev   -  MDB-nin  missiyası  parlament  seçkiləri  ilə  bağlı 
oktyabrın  14-dən  Azərbaycanda  monitorinqlər  keçirir  və  ümumiyyətlə, 
müşahidəçilərdə  seçkilərə  hazırlıqla  bağlı  müsbət  rəy  formalaşıb.  S.Lebedev 
demişdir:  “Seçkilərə  hazırlıqla  məşğul  olan  bütün  strukturlar  seçkilərə  tam 
hazırdır.  Mən  həmkarlarımla  da  danışmışam,  çoxları  seçki  məntəqələrinin 
açılışında  iştirak  ediblər.  Vəziyyət  normaldır,  seçki  komissiyalarının  üzvləri  və 
məntəqələr seçiçiləri qəbul etməyə hazırdırlar”. Onun sözlərinə görə, müşahidələrə 
əsasən, Azərbaycanda seçkilərə hazırlıqla bağlı böyük iş görülüb, və bu, seçkilərin 
normal və sakit keçəcəyinə təminat verir. 
Latviya parlamentinin deputatı Naudins Romans qeyd etmişdir ki, seçki 
prosesini  müşahidə  edərkən  müsbət  mənada  təəccüblənmişdir.  N.  Romans 
bildirmişdir  ki,  səsvermə  zamanı  seçicilərə  hər  hansı  maneçilik  törədilməyib.  O, 
həmçinin 
ATƏT
 DTİHB-in  seçkiləri  müşahidə  etməmək  qərarının  təəssüf 
doğurduğunu vurğulamışdır. 
ABŞ  Müşahidəçilər  qrupunun  rəhbəri,  Texas  ştatından  keçmiş 
konqresmen Solomon Ortiz qeyd edib ki, Bakıda və bir neçə regionda 125 seçki 
məntəqəsində  müşahidələr  aparılmışdır.  “Səsvermə  zamanı  müşahidəçilər  yüksək 
seçici  fəallığının  şahidi olublar”,    -  deyə  o  vurğulayıb.  Səsvermə  zamanı  neqativ 
halların müşahidə edilmədiyini deyən keçmiş konqresmen qeyd edib ki, keçirilən 
seçkilər vətəndaş cəmiyyətinin tələblərinə tam cavab vermişdir. 
 
Azərbaycanda parlament seçkilərini müşahidə edən Belarus MSK-nın sədri 
Lidiya  Yermoşina  –  Azərbaycan  vətəndaşlarının  öz  seçki  hüquqlarını  azad 
reallaşdırmaq  üçün  imkanları  vardır.    O  demişdir  ki,  bütün  seçki  məntəqələrində 
sakit  və  mülayim  atmosfer  hökm  sürürdü,  çoxsaylı  yerli və Aİ  ölkələrindən  olan  
müşahidəçilər  iştirak  edirdilər.  Yermoşinanın  sözlərinə  görə,  onun  yerli 
müşahidəçilərlə söhbətləri səsvermənin sakit keçməsini təsdiq etmişdir və heç bir 

 
148 
 
şikayət  daxil  olmamışdır.  Bundan  başqa,  müşahidəçilərin  məntəqə  seçki 
komissiyasına heç bir iradları yoxdur.  
“Tool  Shed  Group”un  rəhbəri  Ceyson  Kats  –  Azərbaycanda  parlament 
seçkiləri  ABŞ-dan  daha  yaxşı  təşkil  olunmuşdur.  Bu  barədə  bazar  günü  Bakıda 
mətbuat konfransında “Tool Shed Group”un rəhbəri Ceyson Kats (xarici ölkələrin 
hökumətlərinə,  QHT  və  korporasiyalarına  strateji  kommunikasiyalar  və  siyasət 
sahələrində  məsləhətlər  verir),  Los-Anjelesdə  (ABŞ)  yerləşən  Amerika  Yəhudi 
Komitəsinin  ictimaiyyətlə  əlaqələr  üzrə  keçmiş rəhbəri  demişdir.  O  demişdir  ki, 
“Azərbaycanda parlament seçkilərinin keçməsi mənim çox xoşuma gəldi. Seçkilər 
çox  şəffaf  keçdi.  Hesab  edirəm  ki,  seçkilər  yüksək  səviyyədə  keçmişdir”.  Kats 
həmçinin  seçki  komissiyalarının  yaxşı  hazırlığını  da  qeyd  etmişdir.  Müşahidəçi 
demişdir:  “Bundan  başqa,  çox  vacibdir  ki,  seçki  məntəqələrində  polis  yox  idi. 
Məni  seçkilərdə  təkrar  səsvermə  hallarının  qarşısının  almağa  imkan  verən 
şəxsiyyətin eyniləşdirilməsi sistemi çox heyrətləndirdi”. 
TürkPA  missiyasının  müşahidəçisi,  Qazaxıstan  parlamentinin  deputatı 
Serikjan  Kanayev  -  Azərbaycanda  dünənki  parlament  seçkiləri  ümumdünya 
norma,  standart  və  demokratik  prinsiplər  əsasında  keçirilmişdir.  Bu  barədə  o, 
parlament  seçkilərinin  nəticələri  üzrə  bazar  ertəsi  Bakıda  keçirilən  mətbuat 
konfransında  demişdir.  Kanayevin  sözlərinə  görə,  yaxın  ərəfədə  müşahidəçilər 
MSK-nın sədri Məzahir Pənahovla görüş keçirmişdirlər. Görüş zamanı MSK sədri 
parlament  seçkilərinə  hazırlığın  səviyyəsi  barədə  məlumat  vermişdir.  O 
bildirmişdir  ki,  bir  noyabrda  TürkPA-dan  olan  müşahidəçilərlə  birgə  Bakı 
şəhərinin Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının seçki məntəqələrində 
səsvermənin  gedişini  müşahidə  etmişdir.  Müşahidəçi  qeyd  etmişdir  ki, 
müşahidələrin  nəticələrinə  əsasən,  Azərbaycanda  seçkilər  demokratik  prinsiplərə 
və beynəlxalq hüquq normalarına tam uyğun keçmişdir.   
Valeriy  Çeçelaşvili  GUAM  –  Demokratiya  və  iqtisadi  inkişaf  Naminə 
Təşkilatının  Baş  Katibi  bazar  ertəsi  Bakıda  mətbuat  konfransında  demişdir: 
Azərbaycanda  parlament  seçkiləri  beynəlxalq  standartlara  uyğun  keçirilib”.  O 

 
149 
 
demişdir:  “Azərbaycanda  parlament  seçkiləri  beynəlxalq  standartlara,  milli 
qanunvericiliyə,  Mərkəzi  Seçki  Komissiyasının  qayda  və  prosedurlarına  uyğun 
keçirilib”.  Onun  sözlərinə  görə  seçkilərin  təşkili  və  seçki  komissiyalarının 
fəaliyyəti  müşahidəçilərin  ciddi  iradlarına  səbəb  olmayıb:  Çeçelaşvinin  sözlərinə 
görə,  seçkilər  sakit  şəraitdə  keçdi  və  müsbət  qiymətləndirilə  bilər,  yəni  ölkə 
vətəndaşlarının öz iradələrini azad ifadə etmələrinə zəmanət vermişdir.  
Bosniya  və  Hersoqovinanın  müşahidəçisi,  bu  ölkənin  parlamentinin 
deputatı  Nərminə  Kapetanoviç  –  Azərbaycandakı  parlament  seçkilərində 
seçiciləri  narahat  edən  hallar  aşkar  edilməyib.  Bu  barədə  o,  Bakıda  bazar  günü 
jurnalistlərə  bildirib.  Onun  sözlərinə  görə,  baş  çəkdiyi  6  seçki  məntəqəsinin  heç 
birində  seçicilərin  heç  bir  şikayəti  qeydə  alınmamışdır.  Kapetonoviçin 
mülahizəsinə  görə,  məntəqələrdə  namizədlərin  təbliğat-təşviqat  materiallarının 
olmaması seçkinin yaxşı təşkil olunmasından xəbər verir. O demişdir: “Seçiciləri 
narahat edən hallar aşkar edilməyib. Bütün bunlar seçkilərin keçirilməsi prosesində 
demokratiya və şəffaflığın təmin olunmasını göstərir”.  
Avstraliya parlamentinin müşahidə missiyasının rəhbəri Lyuk Simpkins 
-  Azərbaycanda  parlament  seçkiləri  qanunvericiliyin  tələblərinə  uyğun  keçirilir. 
L.Simpkinsin  rəhbərlik  etdiyi  müşahidə  missiyasının  üzvləri  Abşeron  rayonunda 
və  Bakıda  bir  sıra  seçki  məntəqələrində  olmuşdurlar.  L.Simpkins  bildirib  ki, 
“Missiya hələ heç bir qanun pozuntusu qeydə almayıb. Səhər saatlarında havanın 
soyuq  olmasına  görə,  passivlik  müşahidə  edilsə  də,  günorta  saatlarına  doğru 
seçicilərin aktivliyi artmışdır”.  
MDB-dən  olan  Müşahidə  Missiyası  Qərargahının  rəhbəri  Yevgeni 
Sloboda - Azərbaycanda parlament seçkiləri açıq və seçicilərin yüksək fəallığı ilə 
keçirilir.  Bu  barədə  o  Bakıda  bir  neçə  seçki  məntəqəsində  olduqdan  sonra 
demişdir.  O  bildirmişdir  ki,  “Ümumilikdə  seçkilər  günü  seçicilərin  fəallığını, 
həmçinin  səsvermənin  sakit  şəraitdə  və  Seçki  Məcəlləsinə  uyğun  keçirilməsini 
qeyd  etmək  istərdim”.  Onun  sözlərinə  görə,  seçki  məntəqələrində  səsvermənin 
gedişini çoxsaylı yerli müşahidəçilər izləyirlər. Sloboda demişdir: “Bizim açıq və 

 
150 
 
şəffaf seçkilər haqqında danışa bilərik, belə ki, bu sayda müşahidəçilərin olması bu 
proses  üzərində  vətəndaş  nəzarətini  gücləndirir.  Pozuntu  halları  qeydə 
alınmamışdır, və hər şey dəqiq və Seçki Məcəlləsinə uyğun gedir.”  
MDB  müşahidə  missiyasının  rəhbəri,  strukturun  icraçı  katibi  Sergey 
Lebedev  -  Azərbaycanda  parlament  seçkiləri  seçicilərin  yüksək  fəallığı  ilə 
keçirilir. Lebedev qeyd etmişdir ki, “Baş çəkdikləri seçki məntəqələri barədə şəxsi 
təəssüratları  yüksəkdir.  Seçkilər  sakit  və  yüksək  seçki  fəallığı  ilə  keçir. 
Partiyaların,  namizədlərin  xeyli  yerli  müşahidəçiləri  var  və  bu  o  deməkdir  ki, 
seçkilər açıq şəraitdə keçirilir”. Müşahidəçi demişdir ki, “Mənə elə gəlir ki, yaxşı 
təşkilatçılıq,  vətəndaşların  seçkilərində  yüksək  fəallığı  ondan  xəbər  verir  ki, 
insanlar parlamentə seçəcəkləri namizədlərə görə öz ölkələrinin gələcəkləri barədə 
məsuliyyət hiss edirlər. İkincisi, gördüklərimiz deməyə əsas verir ki, seçkilər sakit 
keçəcəkdir”.  Onun  sözlərinə  əsasən,  MDB  missiyası  yerli  müşahidəçilərlə,  Qərb, 
həmçinin Şərq ölkələrindən olan digər müşahidəçi qrupların nümayəndələrilə fikir 
mübadiləsi aparıblar: Lebedev demişdir: “Digər missiyalardan olan həmkarlarımız 
da bizimlə eyni təəssüratlardadırlar. Seçkilər sakit, nizamlı keçir, və bütün bunlar 
böyük  hazırlıq  işlərinin  görülməsini  deyir.  MDB-dən  olan  müşahidəçilər 
Azərbaycanın  bir  çox  şəhər  və  rayonlarında  işləyirlər.  Bizim  147  müşahidəçimiz 
var. Onların çoxu seçki məntəqələrinin açılışında iştirak etmişdirlər”. 
Xorvatiyalı  müşahidəçi  Sabic  Mirza  –  Azərbaycan  vətəndaşları  bugün 
keçirilən parlament seçkilərinə böyük maraq nümayiş etdirirlər. O, demişdir: “Biz 
altı  seçki  məntəqəsində  olmuşuq.  Səsvermənin  gedişi  normaldır".  Sabic  Mirza 
Azərbaycana  gəlişinə  çox  şad  olduğunu  qeyd  edərək,  həmçinin  demişdir  ki,  bu 
onun Bakıya ilk səfəridir. 
Rusiya  MSK  üzvü  Serqey  Danilenko  –  Azərbaycanın  Milli  Məclisinə 
(parlament) seçkilər çox sakit keçir. Bu barədə bazar günü, respublikada səsvermə 
prosesini  müşahidə  edən  Rusiya  MSK  üzvü  Serqey  Danilenko  demişdir.  O 
demişdir:  "Seçkilər  çox  sakit  keçir".  O,  əlavə etmişdir:  "Mən  şəxsən  artıq səkkiz 

 
151 
 
məntəqəyə baxmışam; məntəqələrdən birinin açılışında olmuşuq". Onun sözlərinə 
görə,  "hər  şey  hər  yerdə  mütəşəkkil  şəkildə  keçirilir".  Bununla  belə,  "hər  yerdə 
müxtəlif  siyasi  partiyaların  və  namizədlərin  müşahidəçiləri  iştirak  edirlər". 
Danilenko qeyd etmişdir: "Yerli müşahidəçilərin heç bir sualı, problemi yoxdur".  
Estoniya  parlamentinin  müşahidə  missiyasının  başçısı  Mixail  Korb  – 
Azərbaycanda  parlament  seçkiləri  açıq  və  şəffaf  keçir,  bunu  böyük  sayda  həm 
beynəlxalq, həm də yerli müşahidəçilərin iştirak edilməsi sübut edir. O, demişdir: 
“Demək  olar  ki,  olduğumuz  hər  məntəqədə,  Azərbaycanın  müxtəlif  partiyalarını 
təmsil  edən  böyük  sayda  yerli  müşahidəçilər  iştirak  etmişdilər.  Bu  müsbət  hal 
seçkilərin  açıqlığı  və  şəffaflığının  göstəricisidir”.  Estoniyalı  deputatın  sözlərinə 
görə, seçkilərdə seçicilərin fəallığı günün ikinci yarısına yüksəlmişdir. Korb qeyd 
etmişdir  ki, bütövlükdə,  təxmin  edildiyi  kimi,  yüksək səviyyədə  keçir.  Estoniyalı 
deputut  demişdir:  “Qeyd  etmək  istərdim  ki,  seçki  proseduru  çox  yaxşı  təşkil 
olunmuşdur. Prinsipcə, başqa cür də gözləmirdik. Olduğumuz bütün məntəqələrdə 
hər  şey  qüsursuz,  ədəblə  təşkil  edilmişdir,  məntəqələr  vaxtında  açılmışdır.  Qeyd 
etmək  istəyirəm  ki,  sədrlər  çox  savadlı,  mötəbər  insanlardır.  Texniki  tərəfdən 
həmçinin seçkilərə dair heç bir irad, problem ya da sual yoxdur.  
Qırğızıstanın  MSK  üzvü  Carkin  Papanova  –  Azərbaycanda  parlament 
seçkiləri  yüksək  səviyyədə  təşkil  edilmişdir.  Bu  barədə  parlament  seçkilərində 
müşahidəçi  Qırğızıstanın  MSK  üzvü  Carkin  Papanova  demişdir.  O,  demişdir: 
“Seçkilərin təşkili yüksək səviyyədədir. Biz üç seçki dairəsinin ərazisində 16 seçki 
məntəqəsində  səsvermənin  gedişini  müşahidə  etmişik.  Bütün  məntəqələrdə  biz 
şəffaf  və  demokratik  seçkilərin  şahidi  olmuşuq.  Onun  sözlərinə  görə, 
Azərbaycanda  cari  parlament  seçkiləri  seçicilərin  yüksək  fəallığı  ilə  xarakterizə 
olunur. Papanova demişdir: “Vətəndaşlar seçkilərə böyük  maraq göstərirlər. Mən 
yerli müşahidəçilərlə söhbət etmişəm. Onlar xəbər verdilər ki, heç bir pozuntu ya  
da seçicilərin şikayətlərinə rast gəlməmişlər”. 

 
152 
 
O,  həmçinin  qeyd  etmişdir  ki,  Azərbaycanda  seçki  məntəqələrində  müasir 
avadanlıq  quraşdırılmışdır.  Müşahidəçi  demişdir:  «Xalq  seçkilərə  cox  böyük 
maraq göstərir, seçicilər pozitiv əhval-ruhiyədədirlər. Sizin ölkədə, başqalarından 
fərqli olaraq, heç bir nəzərə çarpacaq siyasətdaxili fikir ayrılığı yoxdur”. 
Fransanın  Milli  Assambleyasının  deputatı,  bu  ölkədən  olan  müşahidə 
missiyasının üzvü Tyerri Mariani – Fransadan olan müşahidəçilər Azərbaycanda 
parlament seçkilərinin gedişindən razıdırlar. Marianinin sözlərinə görə, parlament 
seçkilərini  müşahidə etmək üçün o və Fransanın Milli Assambleyasının deputatı,  
Fransa-Azərbaycan  dostluq  qrupunun  sədri  Mişel  Vuazen  bi  neçə  seçki 
məntəqəsində olmuşlar. Onun sözlərinə görə, səsvermə yaxşı keçir, məntəqələrdə 
çoxsaylı müşahidəçilər vardır.  
TürkPA  müşahidə  missiyasının  başçısı,  Qazaxstan  parlamentinin 
deputatı  Serikcan  Kanayev  –  Azərbaycanda  parlament  seçkiləri  yaxşı  təşkil 
olunmuşdur,  seçicilər  sakit  və  sivil  qaydada  məntəqələrə  gəlirlər  və  səsvermə 
demokratik, azad və şəffaf keçir. O, demişdir: “Dünən biz Azərbaycanın MSK-nın 
sədri  ilə  görüş  keçirmişik  və  MSK  sədri  seçkilərin  hazırlanması  barədə  bizə 
məlumat vermişdir, bu gün isə biz əmin olduq ki, seçkilər yaxşı təşkil edilmişdir.  
Parlament  seçkilərini  müşahidə  etmək  üçün  bəzi  avropa  strukturlarının 
Azərbaycana  öz  nümayəndələrini  göndərməkdən  imtina  etməsini  şərh  edərək, 
deputat  qeyd  etdi  ki,  qəsdən  qiymət  verməkdənsə,  gəlib  yerində  hər  şeydə  əmin 
olmaq daha yaxşıdır. 
Riqa  (Latviya)  Şəhər  Şurasının  ictimai  məsələlər,  təhlükəsizlik  və 
korrupsiyanın  qarşısının  alınması  üzrə  Komitəsinin  sədri  Dainis  Turlais  – 
Azərbaycanda  parlament  seçkiləri  dünya  standartları  və  ölkə  qanunveriliyinə 
uyğun olaraq keçirilir.  

 
153 
 
“Pervoye radio” israil radiostansiyasının baş redaktoru Vlad Zernitskiy 
 Azərbaycanda parlament seçkilərində tam şəffaflıq təmin edilmişdir. Bu barədə 
o,  Bakıda  keçirdiyi  mətbuat  konfransında  demişdir.  O,  demişdir:  "Mərkəzi  Seçki 
Komissiyasında və bütün seçki məntəqələrində bütün nümayəndələrdən aldığımız 
məlumatın  həcmi  və  mümkünlüyü  tam  şəffaflıqdan  söz  açır".  Zernitskiy  qeyd 
etmişdir ki, istənilən məntəqədə seçkilərin təşkiletmə səviyyəsi eyni olmuşdur. 
MDB Parlamenlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri 
Leonid  Slutskiy:  “Olduğum  seçki  məntəqələrində  heç  bir  pozuntu  qeydə 
alınmamışdır”.  Onun  sözlərinə  görə,  bugünkü  seçkilər  bir  daha  göstərirlər  ki, 
Azərbaycanda seçki prosesi ilbəil inkişaf edir”. 
İtaliyadan olan müşahidə missiyasının başçısı, bu ölkənin parlamentinin 
deputatı  Sercio  Divina  –  Azərbaycanda  parlament  seçkiləri  yüksək  səviyyədə 
təşkil olunmuş və pozuntusuz keçirilmişdir. Onun sözlərinə görə, səsvermə zamanı 
müşahidəçilər heç bir pozuntu qeydə almamışlar. Divina Azərbaycanda parlament 
seçkilərindən razı qaldığını ifadə etmiş və qeyd etmişdir ki, təşkilinin səviyyəsinə 
görə  onlar  bəzi  nisbətən  gənc  qərb  ölkələrdə  keçirilən  seçkilərdən  üstündürlər. 
Müşahidəçi qeyd etmişdir: “Əminliklə bildirirəm ki, Azərbaycan gənc və müstəqil 
dövlətlər arasında misilsiz demokratikliyi və seçkilərin təşkilinin layiqli səviyyəsi 
ilə seçilir”. 
 
“Mərkəzi  Seçki  Komissiyasının  sədri  Məzahir  Pənahov    bildirmişdir  ki, 
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası nəhayət 
ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri barəsində müsbət rəy vermişdir. 
 
 
 

 
154 
 
NƏTİCƏ 
 
MDB  PAA  DİMBİ  Bakı  filialı  tərəfindən  01  sentyabrdan  01  noyabradək 
(daxil)  Azərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilərin  təşkili  və 
keçirilməsinin  monitorini  əsasında  bu  nəticəyə  gəlmək  olar  ki,  seçkilərin 
keçirilməsinə hazırlıq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilən “Təqvim 
planına” əsasən həyata keçirilmişdir.   
Monitorinqlərin  keçirilməsində  MDB  PAA  DİMBİ  Bakı  filialının  regional 
qərargahlarının  ekspertləri  də  iştirak  etmişlər.  Ekspertlər  monitorinqləri  beşinci 
çağırış  parlament  seçkilərinin  hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkət  və 
tədbirlərin  təqvim  planı  və  MDB  PAA  DİMBİ  Bakı  filialının  iş  planına  uyğun 
olaraq ayrıca plan əsasında keçirmişlər. 
MDB PAA DİMBİ Bakı filialının monitorinq istiqamətləri 01 noyabr 2015-
ci il parlament seçkilərinin bütün əsas istiqamətlərini əhatə etmişdir. Monitorinqlər 
seçkilərin başlanması barədə elanın verilməsindən20 noyabr 2015-ci ilədək davam 
etmişdir.  
Filial  tərəfindən  monitorinqlərin  keçirilməsi  dövründə  2015-ci il  parlament 
seçkilərinin  hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkət  və  tədbirlərin  təqvim 
planından  kənarlaşma  və  seçki  qanunvericiliyinin  ciddi  pozuntusu  qeydə 
alınmamışdır.  
 
 
 
 

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin