Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə9/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   405
Portuqaliya. Portuqaliyada Ģərabçılığın 1000 illik tarixi vardır. 

2002-ci  ildə  Ģərab  istehsalı  kənd  təsərrüfatı  istehsalının  8,1%-ni 




 

~ 23 ~ 


 

vermiĢdir.  ġərabçılıq  sahəsindən  gələn  mənfəət  500  mln  avro 

olmuĢdur.  Son  illərdə  Portuqaliyada  orta  illik  Ģərab  istehsalı  7,2 

mln hl təĢkil etmiĢdir.  

Əsas  Ģərabçılıq  regionları  Vinyu  Verdo,  Douro,  Dao,  Bayrada, 

Alenteji, Kolares, Madeyradır. 

Becərilən  üzüm  sortları  Alikant  BuĢe,  Alvarinyo,  AroqoneĢ, 

Arintu,  Bastardo,  Kastelao,  Sersial,  Firnay  Pires,  FolqaĢao, 

Malvaziya  Fina,  Semilyon,  Tinta  Amarela,  Verdelyo,  Turriqa 

Franka və baĢqalarıdır. 

Əvvəllər Portuqaliya yalnız qırmızı Portveyn tünd Ģərablarının – 

portonun  vətəni  kimi  məĢhur  idi.  1990-cı  ilin  əvvəlindən  süfrə 

Ģərabları,  o  cümlədən  analoqu  olmayan  qırmızı  Ģərablar  istehsalı 

müasir  Ģərabçılığın  nailiyyətləri  əsasında  inkiĢaf  etdirilməyə 

baĢlandı. Temperatur nəzarəti, daraqayrıcılar,  yeni  palıd çəlləkləri 

Portuqaliyanın  istehsal  etdiyi  Ģərabların  yetiĢdirilmədən  belə 

istehlaka tamamilə yararlı olmasına zəmin yaratmıĢdır. Son vaxtlar 

Portuqaliyada  Avstraliya  Ģərabçılıq  məktəbinin  yetirmələri  olan 

çoxlu istedadlı enoloq məsləhətçilər yetiĢmiĢdir.  

Burada üzümlüklər yalnız Ģərabsevərlərdə marağa səbəb olmur. 

Ölkənin cənub hissəsində dünyanın ən böyük tıxac palıdı meĢələri 

yerləĢir.  Portuqaliya  dünya  bazarına  Ģərab  tıxacları  göndərən  əsas 

ölkədir.  

Portuqaliya  bütün  dünyada  Portveynlə  yanaĢı  Madera  Ģərabları 

ilə  də  məĢhurdur.  Portuqaliya  Ģərabçılığı  keçid  dövrünü  yaĢayır. 

Belə  ki,  köhnə  dövr  hələ  baĢa  çatmamıĢ,  yeni  dövr  isə  artıq 

baĢlanmıĢdır.  Ölkənin  dərinliklərində  hələ  də  belə  qayda 

mövcuddur: qırmızı sortlar digər texniki vasitələr tətbiq olunmadan 

daraqla  birlikdə  sıxılır.  Bu  yolla  alınan  Ģərab  güclü,  ağzı 

büzüĢdürən  tanin  tonu  ilə  alınır  və  bir  neçə  il  müddətində  onu 

içmək  mümkün  olmur.  Burada  həm  də  təmiz  tonlu  və  meyvə 

təravətli  ağ  Ģərablar  istehsal  olunur  və  ən  son  anda  ona  bir  qədər 

Ģəkər  əlavə  olunur.  Bu  tipli  Ģərablar  dünya  bazarını  davamlı  zəbt 

etmiĢdir. Bir sözlə, Portuqaliya  əksiliklər ölkəsidir: soyuq atlantik 

iqlimində  Verde  Ģərabı  kimi  yüngül  Ģərablar  istehsal  olunur. 

Ölkənin dərinliklərində kontinental iqlimdə quru, isti yaylı Ģəraitdə 




 

~ 24 ~ 


 

isə əksinə, portveyn hazırlanır. 

Portuqaliyanın  bütün  əraziləri  -  mərkəz  və  Ģimalda  ən  yüksək 

nöqtələr  istisna  olunmaqla,  üzümlüklərlə  örtülmüĢdür.  Bu  gün 

üzümlüklərin sahəsi 400 min hektardır. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin