Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə8/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   405
İspaniya. Ġspaniya 1,4 mln ha üzümlük plantasiyasından ildə 35 

mln  hl-ə  yaxın  Ģərab  istehsal  edir.  Ġspaniya  üzümlükləri 

quraqlıqdan əziyyət çəkir. Ġspaniya Ģərab istehsalına görə dünyada 

3-cü,  üzümlüklərin  sahəsinə  görə  birinci  yerdə  durur.  Lakin  Ġspan 

üzümlüklərinin  məhsuldarlığı  aĢağı  olduğundan  üzüm  yığımına 

görə  dünyada  dördüncü,  Ģərab  istehsalına  görə  isə  üçüncü  yeri 

tutur.  Ġspaniyada  Ģərabçılığın  tarixi  5  min  il  bundan  əvvələ  gedib 

çıxır.  



 

~ 21 ~ 


 

Torpaq-iqlim  Ģəraitinin  fərqli  olması  və  çoxlu  sayda  üzüm 

sortlarının becərilməsi geniĢ spektirdə Ģərab alınmasını təmin edir.  

Ġspaniya  Ģərabçılığının  mühüm  xüsusiyyətlərindən  biri, 

üzümlüklərin  əsas  hissəsinin  dağlıq  ərazidə,  bir  neçə  yüz  metr, 

hətta  min  metr  yüksəklikdə  yerləĢməsidir.  Digər  fərqli  cəhət  - 

hazırda  ölkədə  300-dən  çox  müxtəlif  üzüm  sortunun 

becərilməsidir.  Bu  göstəricisinə  görə  Ġspaniya  dünyada  1-ci  yeri 

tutur.  Bu  səbəbdəndir  ki,  Ġspaniyada  klassik  fransız-alman  sortları 

digər ölkələrdə olduğu kimi geniĢ yayılmamıĢdır. Burada heç yerdə 

təsadüf  olunmayan  yerli  üzüm  sortları  üstünlüyə  (85%)  malikdir. 

Bunlara  –  Ayren,  Qarnaça  Blanka,  Moskadel,  Palamino,  Viura, 

Malvaziya,  Tempranilyo,  Qarnaça,  Qarsiano,  Monastrel  və  b. 

aiddir. Hər bir konket vilayət müəyyən üzüm sortu becərir ki, bu da 

istehsal olunan Ģərabın tipini müəyyən edir.  

Fransadan  fərqli  olaraq,  Ġspaniyada  yalnız  müəyyən  sayda 

Ģərabçılar  müstəqil  Ģəkildə  bazara  öz  məhsulunu  çıxara  bilirlər. 

ġərab  istehsal  edən  əsas  rayonlarda  iri  təssərüfatlar  (bodeqas) 

dominantlıq  edir. Onlar  məhdud miqdarda üzüm  yetiĢdirir və çox 

vaxt xırda və orta istehsalçılardan təzə üzüm və hətta cavan Ģərab 

alırlar. Belə iri təsərrüfatların mövcudluğu müasir texnologiyaların 

tətbiqinə və keyfiyyətin yaxĢılaĢdırılmasına zəmin yaratmıĢ olur.  

Ġspan  Ģərabçılığı  son  30  ildə  əsaslı  tərəqqiyə  nail  olmuĢdur. 

Ġspaniyanın əsas Ģərabçılıq regionları: Rioxa və Navarra, Penedes, 

Xeres,  Ribera-del  Dyero,  La-Mança,  Valdepenyas  Valensiya, 

Montilya,  Bulyas,  Madrid  ətrafı,  Kampo-de-Borxa,  Çakole-de-

Biyskayadır.  2007-ci ildə  Ġspaniyada Ģərab istehsalı 5,6%  azalmıĢ 

və  41,1mln  hl  təĢkil  etmiĢdir.  Hazırda  Ġspaniya  Ģərabçılıq 

məhsulları dünya istehsalının 15%-ni təĢkil edir.  

Ġspaniyada  Ģərabçılıq  57  rayonda  inkiĢaf  etdirilir.  Keyfiyyətinə 

və  dadına  görə  yalnız  Fransa  və  Ġtaliya  Ģərablarından  geri  qalır. 

Ġspaniyanın  bütün  yerli  Ģərabları  olduqca  çox  çeĢiddə  və 

keyfiyyətdə  olsa  da  çox  baha  deyildir.  Lakin  ev  Ģərabları  daha 

böyük  populyarlığa  malikdir.  Qeyd  etmək  lazımdır  ki,  ev 

Ģərablarının həcmi sənaye buraxılıĢı səviyyəsinə çatmaqdadır.  

Beləliklə  Ġsapaniyada  Ģərab  sortları  olduqca  çoxdur  və  onları 




 

~ 22 ~ 


 

butulka yaxud etiketin xüsusi markalanması ilə fərqləndirmək olar. 

ġərablar ciddi Ģəkildə üç kateqoriyaya bölünür.  

 



Crianza  –  Ģərab  ən  azı  2  il  saxlanaraq  yetiĢdirilir  və  onun  6 

ayı ciddi qaydada palıd çəlləklərdə baĢ verir.  

 

Preserva – onu göstərir ki, əgər Ģərab qırmızıdırsa (Tinto) ən 



azı 2 il yetiĢdirilir. Əgər ağdırsa (Blanko) yaxud çəhrayıdırsa 

ən  azı  2  il  yetiĢdirilir,  bu  Ģərtlə  ki,  onun  6  ayı  palıd 

çəlləklərdə saxlanmaqla yerinə yetirilir.  

 



Gran  Reserva  –  onu  ifadə  edir  ki,  qırmızı  Ģərab  2  ili  palıd 

çəlləklərdə olmaqla 5 il; ağ və cəhrayı Ģərablar isə –6 ay palıd 

çəlləklərdə olmaqla 4 il yetiĢdirilir.  

Ġspaniyada  yerli  Ģampan  ―cava‖,  punĢ  tipli  içki  ―sanqriya‖ 

hazırlanır.  Sonuncunu  Ġspaniyanın  vizit  kartı  da  adlandırırlar. 

Bunlarla  yanaĢı  Ġspaniyada  öz  likoru  anis  arağı  (alman  Ģnapsını 

xatırladır) və təbii ki, pivə istehsal olunur.  

Ölkədə  mövcud  olan  rəngarənglik  Ģərabçılıqda  da  özünü 

göstərir.  Belə  ki,  yüngül  ağ  turĢ  Ģərablar  Qalisiyada  –  Atlantik 

regionunda,  qırmızı  –  Levantada  və  Aralıq  dənizinin  cənubunda 

istehsal  olunur.  Ġspaniyanın  cənub  qərbində  -  Əndəlüsdə  desert 

Ģərablar,  o  cümlədən  məĢhur  xeres  hazırlanır.  Əndəlüs  xeres  və 

malaqanın  vətənidir.  Ġspaniyanın  Ģimalında  yerləĢən  Araqon 

regionunda  əsasən  yüngül,  meyvə  təravətli  Ģərablar,  həmçinin 

yüksək keyfiyyətli tündləĢdirilmiĢ Ģərablar istehsal olunur. Navarra 

regionu Rioxa regionundan Ģimala doğru yerləĢməklə özünün ətirli 

və zərif çəhrayı Ģərabları ilə məĢhurdur.  

Rioxa  ən  məĢhur  Ģərabçılıq  regionudur.  Öz  adını  Oxa  çayının 

adından  götürmüĢdür.  3  rayona  bölünür.  Hər  bir  rayon 

özünəməxsus Ģərablar istehsal etsə də, onlar kupaj edilərək ümumi 

Rioja  adı  ilə  buraxılır.  Katalaniya  –  Ġspaniyanın  Ģimal  Ģərqində 

Fransa ilə sərhəddə yerləĢir, əsas Ģərabları Penedes və Kavadır.  

Kastilla  –  Rioxa  kimi  ən  məĢhur  Ģərabçılıq  regionlarındandır. 

Özünün  ağ,  cəhrayı  və  qırmızı  Ģərabları  ilə  tanınır.Valensiya, 

Mursiya və Qalisiya regionları da öz Ģərabları ilə tanınır. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin