Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


Dəri səthinin mühafizə vasitələri



Yüklə 0,51 Mb.
səhifə8/9
tarix04.12.2023
ölçüsü0,51 Mb.
#172462
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-4Y

2. Dəri səthinin mühafizə vasitələri. Dəri səthinin mühafizə vasitələri – bədənin açıq sahələrini, paltarları və ayaqqabıları onların səthinə ZM damçıları, yolxucu xəstəlik törədiciləri və radioaktiv toz düşməsindən, həmçinin qismən də olsa işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə, yəni yüngül mühafizə kostyumu L-1, ümumqoşun mühafizə komplekti (OZK) və ZFO-58 markalı süzücü mühafizə paltarına, həmçinin əlaltı vasitələrə yəni məişət paltarlarının ünsürlərinə ayrılır.
Mühafizə prinsipinə görə tabel vasitələrinin də süzücü və təcridedici növləri olur. Süzücü növə ZFO-58 markalı süzücü mühafizə paltarı, təcridedici növə isə yüngül mühafizə kostyumu L-1 və ümumqoşun mühafizə komplekti (OZK) aiddir.
Süzücü materialdan tikilən mühafizə paltarları adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimlərdən ibarətdir. ZFO-58 markalı süzücü mühafizə paltarı xüsusi kimyəvi maddə-pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan və iki cüt ayağa sarınan portyankadan ibarətdir. Hopdurucu pasta məhlulu, zəhərləyici maddə buxarlarını tutub saxlayan adsorbsiya tipli, ya da bu buxarları neytrallaşdıran hemosorbiya tipli kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlemaltlıq və hopdurulmamış bir cüt portyanka, kombinezonun bədənə sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.
3. Fərdi tibbi mühafizə vasitələri (FTMV)
FTMV – fövqəladə hallar zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək, zədələnmənin qarşısını almaq yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zəhərləyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür.
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi apteçka Aİ-2, kimya əleyhinə fərdi paket (İPP-8) , fərdi sarğı paketi və turna aid edilir.
Aİ-2 fərdi apteçkasında insan orqanizminə ionlaşdırıcı şüalanmaların, zəhərləyici maddələrin və bakterial vasitələrin təsirinin qarşısını alan və ya bu təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar olur. Apteçka narıncı rəngli plastik materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, onun içərisində şpris-tübik və dərman penalları yerləşdirilmişdir.
Sümüklər sınarkən, ağır yaralanma və ya güclü yanıqlar baş verərkən zədə şokunun qarşısını almaq üçün apteçkanın 1-ci yuvasındakı ağrıkəsən dərman – 1 ml 2%-li promedol məhlulu şpris-tübik vasitəsilə əzələyə yeridilir.
Apteçkanın narıncı penalında fosforlu üzvü maddələrlə zəhərlənməyə qarşı afin, taren və ya atropin həbləri, ağ penallarda bakteriyalara qarşı 10 ədəd xlortetraçiklin və 15 ədəd sulfadimetoksin həbləri, narıncı penalda radiasiyadan müdafiə üçün 8 ədəd çistamin həbləri və ağ penalda 10 ədəd kaliy-yodid həbləri, göy penalda qusmaya qarşı 5 ədəd etaperazin həbləri və sianidlərə qarşı amilnitrit və ya propilnitrit ampulları və lyuizitə qarşı – unitol adlı antidotlar vardır. Tarenin bir həbini «Kimya həyəcanı» xəbərdarlığı verilərkən qəbul edirlər, zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır.
Apteçkanın 3-cü yuvasındakı ağ rəngli penalda bakteriya əleyhinə dərman-sulfadimetoksin yerləşir, onu zəhərlənmədən sonra mədə-bağırsaq pozğunluğu baş verərkən qəbul edirlər.
5-ci yuvadakı penalda bakteriya əleyhinə dərman tetrosiklin olur. Bu dərmanı bakterioloji zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür.
Bakteriya əleyhinə maddələr – spesifik və qeyri spesifik profilaktika vasitələri növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün radiasiya əleyhinə radioprotektorlar işlədirir. Bu sistamin həbləri 4-cü yuvadakı 2 çəhrayı penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma təhlükəsi yaranan zaman bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb dozasında qəbul edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb qəbul edirlər.
6-cı yuvadakı penalda radioaktiv çirklənmə əleyhinə dərmanlar yerləşir. Kalium-yodid və ya absorbentlər, radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən 10 gün ərzində, gündə 1 həb qəbul edilir. Bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.
Orqanizmin nüfuzedici radiasiyaya, adətən ürək bulantısı və qusma ilə meydana çıxan ilk reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin