Мцдафия Назирлийи Мцлки Мцдафия Курсу


Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr



Yüklə 0,51 Mb.
səhifə7/9
tarix04.12.2023
ölçüsü0,51 Mb.
#172462
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-4Y

Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr. Əhali sadə vasitələrdən respirator kimi sitifadə edə bilər. Onlar quruluşca çox sadədir, bu səbəbdən də əhalinin özü tərəfindən hazırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi tövsiyə edilir. Tənəffüs üzvlərinin sadə mühafizə vasitələrinə toz əleyhinə parça maska (PTM-1) və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış yerində belə mühafizə vasitələri olmalıdır.
Toz əleyhinə parça maskası (PTM-1) iki əsas hissədən – maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, oraya şüşə lövhəcikləri və ya hər hansı şəffaf material salınır. Maska, onun yan kənarları boyu tikilmiş bərkidici hissə vasitəsilə başa geyilir. Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin və aşağı tikiş yerindəki bağlar vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskada süzülüb təmizlənir.
Maskanı geymək üçün onu iki əllə bərkidici hissənin aşağı hissəsindən elə tutmaq lazımdır ki, baş barmaqlar maskanın içərisinə doğru yönəldilmiş olsun. Sonra maskanın aşağı hissəsini çənənin altına keçirib başa doğru çəkməklə maskanı üzə keçirir, bərkidici hissəni başda sahmanlayırlar. Daha sonra maskanı üzdə əl ilə elə düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın.
Pambıqlı tənzif sarğı ölçüləri 80x40 sm olan tənzif parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 20x15 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır və uclarını kəsirlər. Bu zaman iki bağ alınır, sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tozdan qorumaq üçün tozəleyhinə eynək taxmaq olar.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin