www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
96
96
12-ci FƏSĠL
TƏXƏYYÜL VƏ YARADICILIQ
Q ı s a x ü l a s ə
Təxəyyül haqqında anlayıĢ
.
Təxəyyül ali psixi funksiya
kimi. Təxəyyül və digər psixi proseslər. Təxəyyülün fizioloji
əsasları. Ġnsanın həyat və fəaliyyətində təxəyyülün əhəmiyyəti.
Autotreninqdə və psixoterapiyada təxəyyüldən istifadə olunması.
Təxəyyülün növləri.
Passiv
və fəal təxəyyül; xülya, röya,
bərpaedici və yaradıcı təxəyyül, onların baĢlıca xüsusiyyətləri.
Xəyal.
Təxəyyül surətlərinin yaradılması prosesi.
Təxəyyül
surətlərinin yaradılmasının təhlil və tərkib xarakteri. Təxəyyül
surətlərinin yaradılmasında istifadə olunan tərkib üsulları:
aqqlyutinasiya, hiperbolizasiya, nəzərə çarpdırılma.
Təxəyyül və oyun.
UĢaqlarda təxəyyülün inkiĢafında oyunun
rolu. Oyun zamanı uĢaq təxəyyülünün yaradıcı funksiyasının yeri.
Oyun prosesində uĢaq fantaziyasının xüsusiyyətləri.
Təxəyyül və yaradıcılıq.
Təxəyyül və yaradıcılığın qarĢılıqlı
əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri.
IV. 12.1. Təxəyyül haqqında anlayıĢ
Ġnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim
və hadisələri qavrayaraq, yaxud keçmiĢdə qavradıqlarını yada
salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman
bilavasitə qavramadığı, hətta heç mövcud olması
mümkün
olmayan cisimlərin, hadisələrin surətlərini
də beyində yarada
bilir. Ġnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud
fantaziya adlanır.