www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
68
68
amneziyaya keçməsidir. Onun səbəbləri sərxoĢluq, zədələr,
huĢsuzluq, yaĢlanma, Ģəxsiyyətin neqativ yönümdə dəyiĢməsi
və bəzi xəstəliklər ola bilər.
Amneziya zamanı əvvəlcə informasiyanın yada
salınması, sonra isə hafizənin informasiya ehtiyatı
toplamaq
qabiliyyəti itir. Ġlk növbədə yaxın zamanlarda öyrənilənlər
unudulur. BaĢqa sözlə, yeni
məlumat və yeni assosiasiyalar,
daha sonra isə həyatın son illərində baĢ verənlər unudulur.
UĢaq və gənclik illərində baĢ verənlər isə hafizədə daha uzun
müddət qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar,
kompleks qiymətləndirmə, yeriĢ və s. ilə əlaqədar hafizə daha
tez pozulur.
Təhrif
olunmuĢ
hafizə,
səhv
yadasalma
(konfibulyasiya), yalnız
bir istiqamətli yadasalma
hafizə
aldanmaları
adlanır. Onlar adətən güclü istək,
meyl və
ödənilməmiĢ tələbat zamanı meydana çıxır. Məsələn, uĢaq ona
verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir
ki, o konfet yeməyib. Onu inandırmaq (bir
çox hallarda
böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla
ehtirasın, inam və meylin quluna çevrilir. Məhz buna görə
keçmiĢin
qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir.
Hafizə aldanmaları əsasən özününkü və özgəninkini,
həqiqətdə olanlarla eĢitdikləri, oxuduqlarını
fərqləndirmək
qabiliyyətini itirdikdə baĢ verir. Belə yadasalmaların dəfələrlə
təkrarı
nəticəsində
tamamilə
personifikasiya
(özününküləĢdirmə) yaranır. Yəni insan tədricən və təbii
olaraq baĢqasının fikrini özününküləĢdirir. Halbuki,
vaxtilə
özü onları inkar edirdi. Bu bir daha göstərir ki,
hafizə
təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq
adlanır.
Dostları ilə paylaş: