www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 65
65
65
65
65
65
65
65
65
mənasının yadda saxlanılması və yada salınması təfəkkür
prosesi ilə bağlıdır.
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin
dərəcələrinə görə hafizənin
qeyri-ixtiyari (bəzən özü də
istəmədən nəyisə xatırlayır) və
ixtiyari hafizələrə ayırırlar.
Ġxtiyari hafizədə insan sanki qarĢısına məqsəd qoyur. «Yada
sal». Lakin iradi səy həmiĢə uğurla tamamlanmır və
maraqlıdır ki, insan həmiĢə unudacağından qorxduğu Ģeyi
unudur.
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ
də sirr olaraq qalır. Ġnsanın hərəkət və psixi reaksiyasının
tənzim olunmasında irsi amillərin rolu, çoxalma və
özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi
həllini tapmamıĢdır.
Müxtəlif növ məlumatların yadda saxlanılması
qabiliyyəti insanın hansı - sol və sağ yarımkürələrinin
dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin
(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə
görmə və hərəkət hafizələrinin mexanizmləri daha
səmərəlidir.
Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə
görə fərqlənir və sanki psixikada müstəqil «yaĢayır». O, bəzən
qeyri-ixtiyari olaraq fəallaĢır, digər hallarda heç bir səbəb
olmadan yox olur. Dinamikanın məlum olan belə silsilələri
reminisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizənin
qısamüddətli və
uzunmüddətli növləri də vardır.
Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır.
Uzunmüddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən
material uzun müddət, bəzən bütün həyat boyu beyində hifz
olunan və istənilən vaxt yada salına bilir.
Uzunmüddətli hafizə ilə bağlı toplanmıĢ materiallar,
keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək
olar hüdudsuzdur. Ġndi baĢ vermiĢ və uzaq keçmiĢdə olmuĢ