www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
69
qoyulur. Bananın götürülməsi üçün yeĢiklər bananın
qoyulduğu yerə gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu
iĢin öhdəsindən uğurla gəlir.
Beləliklə, əgər əməliyyatın aĢağı səviyyəsində çoxsaylı
səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən
möhkəmlənirsə,
aparılan
təcrübədə
meymun
tam
müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən
tapır. Bu, heyvanların intellektual davranıĢının ümumi
əlamətidir. Ġkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə
təkrar keçirilərsə, onun bir dəfə icra olunmasına baxmayaraq,
meymun onu tez və səhvsiz yerinə yetirir.
Ġntellektual davranıĢın üçüncü xüsusiyyəti isə məsələnin
həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də
tətbiq olunması ilə bağlıdır. Məsələn, əgər birinci təcrübədə
meymun meyvələri çubuğun köməyilə götürürsə, digər
təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əĢya tapıb ondan
istifadə edir.
Meymun davranıĢında diqqəti cəlb edən cəhətlərdən bir
də onun bir neçə aktı birləĢdirə bilməsi ilə bağlıdır.Bunu
aĢağıdakı təcrübə də sübut edir.
Meymunun yerləĢdiyi qəfəsdən bir qədər aralıda yem
qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu
ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər
qısa əl ağacı qoyulur. Lakin bu ağacın köməyi ilə kənardan
uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün
meymun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun
olan ağacı, onun vasitəsilə yemi götürə bilər. Təcrübə göstərir
ki, meymun bu tapĢırığın öhdəsindən uğurla gəlir. Beləliklə,
heyvanların intellektual davranıĢının dördüncü xüsusiyyəti
tapĢırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi
ilə bağlıdır. Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə
etmək olar. Əvvəlcə qısa, sonra uzun ağacı, daha sonra isə
qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər
ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna