www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
183
183
183
183
183
183
183
183
183
V.12. 2. Qabiliyyətlərin keyfiyyət və kəmiyyət
xarakteristikası
Qabiliyyətlərin keyfiyyət xarakteristikası
. Ġnsanın
nəyə qabil olması, onun yerinə yetirdiyi
fəaliyyət prosesində
hansı
fərdi-psixoloji
xüsusiyyətlərin
müvəffəqiyyət
qazandırıcı imkanlar kimi iĢtirak etməsi onun qabiliyyətlərinin
keyfiyyət xarakteristikası kimi özünü göstərir.
Bu sahədə araĢdırma aparmıĢ psixoloqların qeyd
etdikləri kimi, qabiliyyətlər onların keyfiyyət xüsusiyyətləri
baxımından fəaliyyətin müvəffəqiyyətli icrasını təmin edən
mürəkkəb
psixoloji xassələr kompleksi, müxtəlif yollarla
məqsədə nail olmağa imkan verən dəyiĢən «kəmiyyətlər»
yığımı kimi özünü göstərir. Bunu aparılmıĢ tədqiqatların
nəticələri də sübut etmiĢdir.
Adətən hər hansı bir fəaliyyətin icrası zamanı eyni və
ya oxĢar nəaliyyətin əldə edilməsinin əsasında tamamilə
müxtəlif qabiliyyətlərin kompleksi dayana bilər. Bu isə insan
qabiliyyətlərinin belə bir mühüm cəhətini açmağa imkan verir
ki, onun bir xassəsini digəri ilə əvəz etmək mümkündür.
Bunun üçün insanın həmin keyfiyyəti ciddi və təkidlə özündə
inkiĢaf etdirməsi zəruridir.
Qabiliyyətlərin kompensasiya imkanları haqqında
çoxlu həyati faktlar mövcuddur. Bunu O.Ġ.Skoroxodovanın
həyat və fəaliyyəti bir daha təsdiq edir. O.Ġ.Skoroxodova xəs-
təlik nəticəsində erkən uĢaqlıq yaĢında görmə və eĢitmə
qabiliyyətini itirmiĢdir.
Onunla pedaqoq və psixoloq
Ġ.A.Sokolyanski xüsusi təlim keçmiĢ. Nəticədə O.Ġ.Skoro-
xodovada
həm elmi yaradıcılıq, həm də ədiblik
qabiliyyətlərinin olduğunu müəyyənləĢdirmiĢ və inkiĢaf
etdirmiĢdir. Düzgün təlim sistemi və böyük,
təkidli zəhmət
sayəsində O.Ġ.Skoroxodova özündə iybilmə, ehtizaz, lamisə
duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkiĢaf
etdirmiĢ və nəticədə özündə çatıĢmayan
qabiliyyətləri əvəz