www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
191
191
191
191
191
191
191
191
191
belə, ayrıca götürülmüĢ qabiliyyətləri talantın analoqu kimi
götürmək olmaz. Bunu həyatı faktlar və aparılmıĢ
tədqiqatlar
da təsdiq etmiĢdir.
Talant və dahilik
.
Qabiliyyətlərin yüksək inkiĢaf
pilləsi talantla məhdudlaĢmır. Bəzi adamlar öz istedadlarının
yüksək səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri
cəmiyyətin həyatında, mədəniyyətin inkiĢafında
tam bir
dövrü, epoxanı əhatə edir. Ġnsanda qabiliyyətin bu cür inkiĢaf
səviyyəsi
dahilik
adlanır. Dahilik Ģəxsiyyətin elə bir ali
yaradıcılıq
səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan
cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi
insan, obrazlı Ģəkildə demiĢ olsaq, öz fəaliyyəti sahəsində yeni
dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq,
keçmiĢin mədəni miraslarına yiyələnmək və bununla yanaĢı
köhnəlmiĢ norma və ənənələri aradan qaldırmaq
xarakterik
haldır. Dahi Ģəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin
proqressiv inkiĢafına təsir göstərir. Dahi Ģəxsiyyət hadisələrin
gələcəyini qabaqcadan görə bilir
və öz fəaliyyətini buna
uyğun qurmağa çalıĢır. Dahi insanlar olduqca azdır. Belə
hesab edirlər ki, sivilizasiyanın beĢ min illik tarixində bu cür
adamların sayı 400-dən artıq olmamıĢdır. Dahini xarakterizə
edən yüksək istedad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin
qeyri adiliyi ilə əlaqədar olur. Tarixən bu cür universallığa
malik
olan dahilərdən Aristotelin, Leonarda da Vinçinin,
M.V.Lomonosovun,
Nizami Gəncəvinin, Tusinin və b. adını
çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz
əvəzolunmaz nailiyyətləri ilə fərqlənmiĢdir. Lakin bu o demək
deyildir ki, dahi adamlarda bütün
fərdi keyfiyyətlər eyni
dərəcədə inkiĢaf etmiĢ olur. Adətən, dahilik öz «profilinə»
malik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük,
dominantlıq təĢkil edir, qabiliyyətlərindən hansısa daha aydın
təzahür edir.