www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
196
onun üzvlərinin hüquq və vəzifələri
müvafiq təlimat və
sənədlərdə öz əksini tapır. Özünün Ģəxsi töhfəsi və özünün
xidməti və ictimai funksiyalarını
yerinə yetirməsindəki
məsuliyyət dərəcəsindən asılı olaraq rəsmi qrupun bütün
üzvləri
burada müvafiq yer, mövqe tuturlar. Bu cür rəsmi
qruplara orta məktəbdəki sinifləri, ali məktəb tələbə qruplarını,
kafedraları, hərbi qrupları və s. misal göstərmək olar.
Qeyri-rəsmi
qruplara gəldikdə, adından göründüyü kimi,
rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir.
Bu cür
qrupun üzvlərinin dəqiq qeyd edilmiĢ məqsədi olmur. Bu cür
qruplar ünsiyyət prosesində təbii yolla yaranır.
Burada qrup
üzvlərinin bir-birinə qarĢı emosional-psixoloji münasibətləri
qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup da
özünün müvafiq strukturu və qarĢılıqlı münasibət normalarına
malik olur. Lakin bu münasibətlər ilk növbədə yazılmamıĢ
qaydalar və insanların Ģəxsi
keyfiyyətlərindən doğan
münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına
görə birləĢən həyət kompaniyalarını, yaxın iĢ və təhsil
dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində də
bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki,
rəsmi qrupun
üzvləri bir-birinə yaxınlıq, dostluq münasibətlərinə görə
qruplaĢa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi
bütövlükdə
rəsmi qrupun mövqe, norma və məqsədinə uygun
gəldikdə
qrupun
fəaliyyətinin
müvəffəqiyyətlə
həyata
keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik
qrupun müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və
qeyri-rəsmi strukturlarının bir-birinə uyğun gəlməsindən asılı
olduğunu qeyd edirlər.
Dostları ilə paylaş: