www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
195
qrupların mövcudluq dərəcəsinə görə iki növünü:
real
və
şərti
qrupları qeyd edirlər.
Şərti qruplar
, adından
məlum olduğu kimi müəyyən
Ģərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaĢ,
həmkarlıq və s.) əsasən müəyyən qrupa daxil edilməsi
nəticəsində yaranır. Məsələn, Universitetin
tələbələrini oğlan
və qız olmalarına, idman və musiqi ilə maraqlanmalarına,
yaĢlarına görə qruplaĢdırmagı buna misal göstərmək olar. ġərti
qrup bəzən statik qrup da adlandırılır. ġərti qrup iĢtirakçıları
eyni zaman və məkan daxilində yaĢamaya və bir-biri ilə
rabitədə, təmasda olmaya da bilirlər. Bununla yanaĢı
olaraq
Ģərti qrupların yaradılmasından müvafiq eksperimentlərin
nəticələrini təhlil edərkən də istifadə olunur.
Bu zaman
tədqiqatçı üzərində tədqiqat apardığı yoxlananları bu yolla
qruplaĢdıra bilir. Məsələn, prof. Ə.Bayramov
müxtəlif
məktəblərdə
və
siniflərdə
apardığı
müəyyənedici
eksperimentlərə əsasən aglın tənqidiliyinin səviyyəsinə görə
Ģagirdləri 4 qrupa bölmüĢdür:
təhriksiz olaraq tənqidi
düĢünənlər; qismən təhriklə tənqidi düĢünənlər; tam təhriklə
tənqidi düĢünənlər; heç cür tənqidi düĢünə bilməyənlər.
Real qruplara
gəldikdə bunlara müəyyən zaman və
məkan daxilində real münasibətlərlə birləĢmiĢ
insan birliyini
aid edirlər. Məsələn, ailə, bir sinfin Ģagirdləri, məktəbin
pedaqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birləri
ilə təmasda olurlar.
Sosial psixologiyada kiçik qrupların
məqsəd və
xarakterinə görə daha iki növünü qeyd edirlər:
Dostları ilə paylaş: