www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
168
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939)
yaratdığı psixoanaltik nəzəriyyə
freydizm
adı ilə məĢhurdur. Z.Freyd
Ģəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən
alınmıĢ instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə
yeni anlayıĢ – Ģüursuzluq anlayıĢı gətirmiĢdir. Onun fikrincə Ģəxsiyyətin
strukturunda üç komponent mövcuddur:
O (id), mən (eqo), yüksək –
mən (super-eqo).
Z.Freyd birinci komponenti (id) Ģüursuzluq, ikincini
(eqo) Ģüur, üçüncünü isə (super- eqo) yüksək Ģüurluluq kimi götürür.
Z.Freydə görə
id (o
)
məhz elə sahədir ki, orada yalnız
sıxıĢdırılmıĢ Ģüursuz instinktlər hökmranlaq edir və onlar həzz
prinsipinə tabe olurlar. Buna görə də prinsipcə onlar dərk edilə
bilməzlər.
Mən (eqo)
bir tərəfdən Ģüursuz instinktlərin ardınca gedir, digər
tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur.
Yüksək - mən
(super-eqo) cəmiyyətin əxlaqi tələbatlarının bir
növ məcmuudur. BaĢqa sözlə, o, insanın hələ uĢaqlıq
dövründən
mənimsədiyi, avtomatlaĢmıĢ sosial norma, inam, qaydalardan ibarətdir.
O, bir növ nəzarətçi rolunu oynayır. Ona görə də
«eqo
» həmiĢə
münaqiĢədə olur. «Ġd»- in və «yüksək – mən»- in tələbləri bir-birinə
uyğun gəlmir. «Eqo (mən)» daima müdafiə mexanizminə qaçır (ona
meylli olur).
ġəxsiyyətin
klassik nəzəriyyələri
qrupuna yuxarıda qeyd
etdiyimiz kimi Ġsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961)
analitik
nəzəriyyəsi də daxildir. K.Yunqa görə Ģəxsiyyət dörd əsas elementi
özünə daxil edir:
şüur
,
şəxsi şüursuzluq, şüursuzluq və kollektiv
şüursuzluq
. Bir Ģüurluluğa qarĢı üç Ģüursuzluq dayandığı halda, K.Yunq
buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün
gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları
və qiymətdəri ilə də müəyyən edilir.
K.Yunqun fikrincə çox vaxt bu
maska
əhval və istəyimizə uyğun
gəlmir. Lakin biz mövcud sosial mühitdə qəbul olunmuĢ
əxlaq və
davranıĢ normalarını əsas götürərək həmin maskanı geyirik.
K.Yunqa görə
şəxsi şüursuzluq
öz baĢlanğıcını uĢağın anadan
olduğu gundən əldə edir və bütün həyatı boyu formalaĢır. ġəxsi
Ģüursuzluq insanın artıq keçirmiĢ olduğu, lakin ya unutduğu, ya
sıxıĢdırılmıĢ
müxtəlif hissləri, duyğuları, xatirələrini özünə daxil edir.
Bununla belə Ģəxsi Ģüursuzluq zərurət olduqda dərk oluna bilər. Bu
zaman o Ģüurda müəyyən tənzim funksiyasını yerinə yetirir və insanı öz
www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
169
gücünə və ya zəifliyinə inanmasına məcbur edir.
ġüursuzluğu K.Yunq
«kölgə
» adlandırır. Onun fikrincə «kölgə»
insan Ģəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini özünə daxil edir
və öz baĢlanğıcını heyvan əcdadlarımızın amoral həzzlərindən alır ki,
bu da cəmiyyətin normal həyat və fəaliyyəti üçün tamamilə
qəbuledilməzdir. Lakin özünün amorallığına baxmayaraq «Kölgə»
bizim bir çox yaradıcı ehtiraslarımızın və dərin emosional
təəssüratlarımızın mənbəyini təĢkil edir.
Kollektiv şüursuzluğu
həqiqi mənada K.Yunqun ən böyük kəĢfi
hesab etmək olar. Bu kəĢf onun adını ölməz etmiĢdir. K.Yunqun
fikrincə
yeni doğulmuĢ uĢaq heç də ağ lövhə deyildir. Belə ki, yeni doğulmuĢ
uĢaqda yaĢlılıq dövründə onun davranıĢını Ģərtləndirən anadangəlmə
tendensiya öz əksini tapır. Bu tendensiyalar K.Yunq tərəfindən
arxetiplər
adlandırılmıĢdır. Arxetip nəsildən- nəslə keçirilən,
insan
Ģüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnıĢ
formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir.
Yunq ekstroversiya və introversiya anlayıĢlarını Ģəxsiyyətin
tipologiyasının əsası kimi psixologiyaya daxil etmiĢ, ekstrovertiv və
introvertiv tipləri xarakterizə etmiĢdir. Ekstrovertiv Ģəxsiyyət özünün
bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv Ģəxsiyyətdə
bu
maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə
yönəldilmiĢ olur.
Nəhayət, Ģəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl
qeyd etdiyimiz kimi, Avstriya psixoloqu
Dostları ilə paylaş: