M Ü n d ə r I c a t bir neçə söz

IV fəsil.   AZƏRBAYCAN DİLİNİN ƏMƏLƏ GƏLMƏSİ (e.ə. IV əsr - e. V əsri)

Yüklə 3,15 Mb.
səhifə19/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

IV fəsil.

AZƏRBAYCAN DİLİNİN ƏMƏLƏ GƏLMƏSİ (e.ə. IV əsr - e. V əsri)

  • Albaniya. Alban (Aran) dili

  • Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri

  • Alban (aran) dili

  • Albaniyanın digər türk tayfaları

  • Alban yazısı haqqında

  • Alban dilinin leksikası (xüsusi adlar)

  • Qrammatik xüsusiyyətlər

  • Atropatena. Atropatenalıların dili haqqında

  • Etnik tərkib və dil məsələləri

  • Leksika: Atropatena xüsusi adları

  • Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü

  • Ədəbiyyat

IV FƏSİL

AZƏRBAYCAN DİLİNİN ƏMƏLƏ GƏLMƏSİ
(e.ə.IV əsr - e.V əsri)

ALBANİYA. ALBAN (ARAN) DİLİ

Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri

Albanlar haqqında ilk mə’lumat e.ə.IV əsrə aiddir. Arrian (II əsr) Qavqamel döyüşündən (e.ə.331-ci il) bəhs edərkən İran ordusunda albanların da iştirak etdiyini göstərir. Tarixçilər bu cür yazılardan belə bir qənaətə gəlmişlər ki, artıq e.ə. IV əsrdə Alban dövləti var idi. Paytaxtı əvvəllər Qəbələ (yunan mənbələrində Kabalaka), sonralar Bərdə (erməni mənbələrində Partav) şəhəri olmuşdur. Dağıstana qatılmış Samur-Dərbəndarası bölgə, Ermənistana qatılmış Zəngəzur və Göyçə mahalları da daxil olmaqla indiki şimali Azərbaycan əraziləri Albaniya dövlətinə mənsub idi, lakin Kürlə Arazın qovuşduğu yerdən Xəzərə qədərki hissənin cənubu və Naxçıvan ərazisi əvvəllər Madaya, sonralar Atropatena dövlətinə aid olmuşdur.

Albaniya - albanların yaşadığı ölkə mə’nasındadır. Sözün əsasında ‘alban’ etnonimi durur. Lakin bir çoxları ‘Albaniya’nı etnotoponim deyil, sadəcə toponim hesab etmişlər. Bu fikir ona görə yanlışdır ki, Albaniyada özünü «alban» adlandıran tayfa var idi və bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı. Təbii ki, çarlıq edən sülalə də bu tayfadan olmuşdur. F.C.Məmmədova ayrıca alban etnosu olduğunu göstərən faktlar müəyyən etmişdir.(49; 362)
Bir fərziyyəyə görə, albanlar bu əraziyə gəlmədir. Lakin onların nə vaxt gəldikləri barədə mə’umat yoxdur. Bə’zi mülahizələrə görə, onlar sakların bir qoludur və saklarla gəlmişlər. Türk alimləri F.Kırzıoğlu və Şükri Kaya onların e.ə. VII əsrdə saklarla gəldiyini söyləmişlər. Bu fikrin təsdiqi üçün qeyd olunur ki, Orta Asiya və Qazaxıstanda ‘alban’ adlı tayfalar vardır və digər cəhətdən, sakların ən qədim ərazilərində alban adı ilə bağlı toponimlərə rast gəlmək olur. Strabon və Kalankatuklu Moisey isə albanları Qafqazın yerli əhalisi saymışlar, onu şimal əhalisi ilə əlaqələndirmişlər «Şimal əhalisi» dedikdə türklər nəzərdə tutulur. Alban tarixçisi albanları Yafəs nəslindən saymaqla köklü yerli hesab etmişdir. (7; 15) Biz bu fikrin əsaslı olduğunu bildiririk. Çünki Mərkəzi Asiyadan qərbə hərəkət etmiş tayfaların, demək olar ki, hamısı vaxtilə qərbdən gedənlərdir. Qərbdə və şərqdə yaşayan eyni adlı tayfaların ayrıldığı ilk ərazi Ön Asiyadır və bu fikir prinsip e’tibarilə bütün hallarda özünü doğruldur. Albanlar Yuxarı Azərbaycanın əzəli sakinləri olmuşlar. Onların «Bibliya» kitabına düşməsi də təsadüfi deyildir.
Etnik əlaqələrin dəqiqləşdirilməsində geneoloji əfsanələrin roluna xüsusi diqqət yetirən Ç.Qaraşarlı yazır: «Bulqarların ulu əcdadı... X əsr türk şəcərəsində Alp adlanır. Alp Nuhun oğlu Yafətin üç oğlundan biri hesab edilir. Digər iki qardaş həmin şəcərədə Türk və Kimer adlanır.Türk və Kimer konkret qohum xalqları - türkləri və qədim kimerləri təmsil etdiyi kimi, Alp da, sözsüz, müəyyən bir qohum xalqı təmsil edirdi. Həmin mənbədə Alp bulqarların əcdadı hesab edilir. Albanlarla bulqarlar arasındakı mə’lum əlaqələri (Ketari - Kedar və s.) nəzərə alsaq, Alpın bilavasitə albanları təmsil etməsi aşağıdakı müqayisələrin işığında daha aydın görünür: «Alban tarixi» əsərində albanların Ketaridən törəməsi və ketari nəsillərinin həm də şimalda yaşaması haqda mə’lumat ilə bulqarların Şimali Qafqazda sakin olması və onların tərkibində kedar adlı tayfanın olması, Albaniyanın digər əsas tayfası olmuş qarqarların da bulqar mənşəli olub Albaniya ərazisinə şimaldan gəlməsi; «Alban» yer adının Şimali Qafqazda da müşahidə olunması və s.» (41; 179) Bu təəssürat əfsanədən alınsa da, elmi axtarışların nəticələri ilə uyğundur. Bütün tarixi izlər albanların, kimmerlərin və qarqarların türkdilli qohum tayfalar olduğunu təsdiq edir.
Kimmer, skit və sakların e.ə. VII əsrdə bu ərazidə məskunlaşması, erkən tayfa birlikləri və s. haqqında tarixin çox xəsisliklə verdiyi mə’lumat ümumiləşdirilərək göstərilir ki, artıq «e.ə. IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar».(2; 152)
Plutarx albanları ən cəsur xalq kimi təsvir edir. Strabon albanlar haqqında «gözəlliyi və boyunun ucalığı ilə fərqlənir», Dionisi Perieget «döyüşkən albanlar», Yevstrafiya «albanlar döyüşkən xalqdır», Rufi Fest «coşqun alban» ifadələrini işlətmişdir.
Strabonun mə’lumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların mə’bədi olmuşdur. Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində mə’lum olmuşdur ki, burada alban xristian mə’bədinin qalıqları vardır. Adətən xristian mə’bədləri əvvəlki (bütpərəstlik) mə’bədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay mə’bədi burada imiş. Q.Qeybullayev Avey sözündə metateza olduğunu, sözün əslində ‘Avey’ yox, ‘Ayev’ (‘Ay ev’ Ayevdağ) olduğunu əsaslandırmışdır. Və müəyyən edilmişdir ki, ümumən türklərdə Aya sitayiş qədim dövrlərdə geniş yayılmışdır. Qədim türklərdə ‘Ay tənqri’ ifadəsi (‘Ay-allah’) vardır; V.V.Radlov altaylarda «Ay moko» (‘möhkəm Ay’) əfsanəsini qeydə almışdır və s. Lakin Albaniyada çox müxtəlif tayfalar var idi, Strabon Albaniyada 26 müxtəlif dildə danışıldığını qeyd etmişdir. (8; 21) Ümumi mənzərəni müəyyənləşdirmək üçün, mənbələr aydın mə’lumat verməsə də, həmin tayfaları, onların dil mənsubiyyətini öyrənmək lazım gəlir.
Heç şübhəsiz, ölkədə aparıcı tayfa albanlar idi, lakin başqa türkdilli və eyni zamanda Qafqaz və irandilli əhali də yaşayırdı. 60-cılar hərəkatının nümayəndələrinə qədər, demək olar ki, bütün tarixçilər - A.Q.Şanidze, Q.A.Melikişvili, İ.M.Dyakonov, K.V.Trever, S.T.Yeremyan, A.P.Novoseltsev, Q.A.Klimov, İ.H.Əliyev, F.Məmmədova və b. yerli əhalini qafqazdilli, yaxud dağıstandilli (ləzgidilli) saymış, məsələni dolaşdırmış və qəlizləşdirmişlər. Y.Yusifov, M.İsmayıl, Q.Qeybullayev, T.Hacıyev və başqa tarixçi və dilçilərimizin zəhmətli axtarışları nəticəsində müəyyən edilmişdir ki, Albaniyanın yalnız şimal bölgələrində bir sıra qafqazdilli, cənub-şərqində bə’zi irandilli tayfalar yaşamışdır, Albaniyanın əsas əhalisi türkdilli tayfalardan ibarət olmuşdur. Müəyyən edilmişdir ki, o vaxtkı dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qırızlıların və buduqların əcdadları olmuşlar. Ləzgilərin, avarların, saxurların əsas hissəsi Dağıstanın Albaniyaya aid olmayan hissəsində yaşamışdır.

Milli Elmlər Akademiyasının nəşr etdiyi «Azərbaycan tarixi»nin 1-ci cildində (1998) Albaniya ərazisində dövlətin yaranması, etnik tərkib və dil məsələləri həqiqətə zidd mövqedən işlənmişdir. Albaniyada dövlətin yaranması haqqında müəllifin (İ.Əliyev) fikirləri ziddiyyətlidir: «...mənbələrdət olan cüz’i mə’lumat belə hesab etməyə imkan verir ki, eramızdan əvvəl I əsrdə Albaniyada dövlət artıq mövcud idi». (1; 387) Amma mənbələrin mə’lumatından başqa nəticə də çıxartmaq olur: «...Strabonun «albanlarda indi bütün tayfaları bir çar idarə edir» sözləri ən geci eramızdan əvvəl III əsrə aid edilməlidir».(1; 389) Bütün tayfaları bir çar idarə edirsə və bu fakt e.ə. III əsrə aiddirsə, deməli, dövlətin də tarixi e.ə.III əsrə aiddir. Bu da kifayət deyil, deyəsən, faktlar daha əvvələ çəkir: «Görünür, Albaniya tayfaları bir sosial institut kimi dövlətlə ilk dəfə hələ Haxamanişilərin hökmranlığı zamanı rastlaşmışdılar».(1; 389) Göründüyü kimi, Şimali Azərbaycan ərazisində dövlətin yaranması e.ə. I əsrə aid edilir, lakin tarixi faktlar müəllifi, istər-istəməz, e.ə.VI əsrə çəkib aparır.

İ.Əliyev elə kitabın XIV fəslinin ilk səhifəsində Albaniya ərazisində dil və etnogenez məsələləri barədə öz qəti hökmünü vermiş və yazmışdır: «Albanlar orta əsrlərdə onların torpaqlarına gətirilmiş türk dilini qəbul etmiş və yeni türkdilli xalqa çevrilmiş müasir azərbaycanlıların bilavasitə əcdadlarından biridir».(1; 328)
Orta əsrlər təqribən eramızın III əsrindən başlayır və kapitalizmə qədərki dövrü əhatə edir. Lakin müəllif orta əsrlərin hansı yüzilliklərini nəzərdə tutduğunu demir. Yəqin ki, bu dövr XI-XII əsrlərdə səlcuq oğuzları gələndən sonra olacaqdır. Yuxarıdakı cümlə «iste’dadla» yazılmış çoxmə’nalı cümlədir. Bu cümlədən xeyli «nəticə» çıxarmaq olur: Deməli, albanlar türk olmayıb, lakin türkləşiblər - 1; Albaniya ərazisində orta əsrlərə qədər türk yaşamayıb - 2; hətta ilkin orta əsrlər də deyilmir və beləliklə, hadisələr ikinci minilliyin əvvəlinə uzanır - 3; deməli, Şimali Azərbaycan əhalisi başqa bir xalqdan dönmədir - 4; deməli, Şimali Azərbaycan ərazisi türklərin tarixi-təbii vətəni deyil -5; deməli, olsa-olsa bu ərazidə türk dilinin minillik tarixi vardır - 6; deməli, türk dili yerli dil deyil, «gətirilmə» dildir - 7 və s.
Müəllif bu torpaqlara «türk dili gətirilənə» qədərki dövrdə bu ərazinin etno-dil mənzərəsini «çox asanlıqla» həll etmişdir. Başa düşmək olmur nə demək istəyir, amma çox aydın deyir: «...tarixi ən’ənə (və çox vacibdir ki, erməni ən’ənəsinin özü) hazırda yalnız Qəbələ (keçmiş Qutqaşen) bölgəsində yaşayan, qədim zamanlarda və orta əsrlərdə isə Azərbaycan ərazisində fövqəladə dərəcədə geniş yayılmış müasir udiləri qədim albanlarla eyniləşdirir» (1; 331). Bir az aydın deyilsə, yə’ni qədim albanlar udilərdən (udinlərdən) ibarət olmuşdur («erməni ən’ənəsi»nin nə demək olduğunu heç başa düşmək olmur). Bu «əsası» əldə etdikdən sonra iş asanlaşır: «Udi dilinin Şimal-şərq Qafqaz dilləri ailəsinə mənsub olması hazırda heç bir şübhə doğurmur. Bu belədirsə, onda alban dili (və ya dialektlərin kontiniumu) də adı çəkilmiş dil ailəsinə aid olunmalıdır... Beləliklə, alban dili Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir».(1; 331) Müəllifin «çox əsaslı» dəlilləri də var: bir vaxtlar udilər Pyotra yazmışlar ki, «biz ağvanıq». Və Mingəçevir yazılarının da udi dilinə mənsubluğuna «inam daha çoxdur» və s. Müəllif Azərbaycan ərazisində qədim dövrlərdən çox geniş yayılmış utiləri udilərlə (indiki udinlərlə) eyniləşdirir və inamla bildirir ki, «Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin udi dili olduğunu demək üçün əsaslar vardır».(1; 333) (Bu ölkənin düşmənləri öz içərisində daha güclüdür!) Albaniya ərazisində savdey (sodey), qardman, her, kel. leq, didur (didoy), çilb (silv), lipi (lupen) tayfalarının rolunu xüsusi qeyd edərək bir daha yazır: «Qafqaz Albaniyası tayflarının dilləri, yuxarıda dediyimiz kimi, Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir».(1; 334) Albaniya ərazisində qəbir mədəniyyəti udilərlə yanaşı, başqa tayfaların da yaşamış olduğunu göstərir və müəllifin fikrincə, belələri skiflər, saklar, sakesinlər, sarmatlar, massagetlər və s-dən ibarətdir ki, «Müxtəlif zamanlarda Albaniyaya daxil olmuş bu dəfn adətlərinin daşıyıcıları əsasən irandilli tayfalar idilər». (1; 336) Beləliklə, nəticə aydındır: Albaniyanın əsas əhalisi qafqazdillilərdən ibarət olmuş, sonralar bir neçə irandilli tayfa da gəlmişdir. Daha başqa söhbətə yer yoxdur.
Erkən feodalizm dövrünə qədərki uzun mərhələni əhatə edən bu əsərdə ermənilərə xeyli yer verilmişdir. Uzun-uzadı Şimali Azərbaycanın qərbdən şərqə - Xəzərə qədər böyük bir ərazisinin erməni torpağı olmadığının sübutuna cəhd edilmişdir. E.ə. II-I əsrlərdə Azərbaycanın bir hissəsi erməni işğalı altında olub deyə, bunun erməni torpağı olmadığının sübutuna çalışmaq özü artıqdır. Ona qalsa, Mada və Səfəvilər dövründə Azərbaycanın birləşdirdiyi torpaqlar neçə ölkəni Azərbaycana qatmalı idi. Bunlar boş söhbətlərdir. Biz başqa şey demək istəyirik. Yə’ni demək istəyirik ki, ermənilər kimi müzürr, tarix boyu xəyanətkarlıqda damğalanmış etnosdan könül açıqlığı ilə danışılan 476 səhifəlik «Azərbaycan tarixi»ndə cəmi bir yerdə türk sözü işlənib, bir də cəmi bu cümlə: «III-IV əsrlərdə erkən türkdilli tayfalar Albaniyaya daxil olmağa başladılar. Sonralar bu tayfalar başqa türkdilli tayfalarla birlikdə ölkə sakinlərinin dil görkəminin dəyişilməsində həlledici rol oynadılar».(1; 337) Bir də yuxarıda verdiyimiz eyni ruhlu bir cümlə. Vəssəlam. İran olsun, Qafqaz olsun, hurri olsun, elam olsun, - kim olur-olsun, yalnız türk olmasın!- müəllifin əsas istəyi və ideyası belədir. Yuxarıdakı cümlənin özü də mə’nalıdır: türk tayfaları yox, türkdilli tayfalar deyilir (ola bilər, bunlar da əslən heç türk olmayıblar); III-IV əsrlərdə yox, sonralar yerli əhalinin dil görkəmini dəyişmişlər, - deyilir; həm də başqa türkdilli tayfalarla birlikdə dəyişmişlər (bu «başqa tayfalar», yəqin ki, Azərbaycan ərazisində ola bilməzdi, sonralar - XI əsrdə gələcəklər); ölkə əhalisinin dil görkəmini dəyişdilər, yə’ni yerli əhalini assimilyasiyaya uğratdılar və s. Sanki bütün bunları nəzərə alaraq Q.Qeybullayev yazmışdır: »...türkmənşəli azərbaycanlıların mənşəyi probleminin həllində Azərbaycan tarixşünaslığında çox böyük ədalətsizlik - tarixi həqiqətə biganəlik mövcuddur. Bə’zi rus, erməni və gürcü tarixçilərinin saxta fikirlərini olduğu kimi qəbul edərək tarixşünaslığımıza daxil etmiş yüksək adlı-sanlı tarixçilərimiz Azərbacanda türkmənşəli etnosların qədim tarixini bilərəkdənmi, bilməyərəkdənmi amansızlıqla heçə endirmiş və türklərin buraya orta əsrlərdə gəlmə olmasını sübut etməyə doğru yönəldilmiş konsepsiya yaratmışlar... Sanki bu cür tarixçilərimizdə türk sözünə, türk varlığına, türk mədəniyyətinə qarşı nifrət hissi var, səbəbini bilən yoxdur». (6; 10)
Alban etnosları qədim Azərbaycanın yerli etnosları olmuşlar. Daim zikr olunan əsas məsələ bundan ibarətdir ki, Strabon albanların 26 müxtəlif dildə danışdıqlarını qeyd etmişdir. Bu fikrə əsasən Albaniyanın əhalisi yekcins deyildi. Albaniyada yaşayan tayfaların adları da mə’lumdur: sakasen, mük, uti, qarqar, udin, ud, sovde, kaspi, qel, leq, lupeni, sila və s. «Antik müəlliflər «alban» anlayışını ölkənin bütün əhalisinə şamil edirdilər».(2; 146) Daha böyük nöqsan ondan irəli gəlmişdir ki, tayfaların Albaniyada yerləşdiyi, yayıldığı ərazilər düzgün müəyyən edilməmişdir: «...»26 dil» anlayışını Albaniyanın aran və onu bürüyən dağ və dağətəyi hissələrinə şamil etmək mümkün deyildir. Ya Strabonun istifadə etdiyi mənbədə mə’lumat düzgün qeydə alınmamış, ya da «26 dil» anlayışı Albaniyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraitini nəzərdə tutmuşdu... Albaniyanın mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində yaşayan əhali arasında bu cür dil müxtəlifliyi nəzərə çarpmırdı».(2;146) «Albaniyanın mərkəz və aran rayonlarının əhalisi əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də Qafqaz-iberdilli etnosların yaşadığı bölgələr olmuşdur... Albaniyada əsasən üstün gələn türk dili ləhcələri (kanqar, bulqar, peçeneq, heptal/əbdəl və s.) qədim yerli türk dili ilə bir müddət yanaşı öz varlığını saxlayırdı, tədricən alban (arran) türk dilinin yaranmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, erkən orta əsr qaynaqlarında, toponimiya və antroponimiyasında türk sözləri əks olunmuşdur». (2; 150)
Y.Yusifov uti və indiki udin sözləri arasında və eyni zamanda türk mənşəli utilərlə Qafqaz mənşəli udinlər arasında heç bir əlaqənin olmadığını göstərir. Utilər türk tayfası olmuş və Azərbaycanda qərbdən şərqə böyük bir ərazidə yayılmışlar: «...türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir ərazidə - Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta Şimali Qafqaza kimi geniş bir ərazidə yaşamış və həmin ərazidə baş vermiş siyasi hadisələrdə iştirak etmişlər». (2; 149) Utilər və onların bir hissəsi olan utiqurlar hun-türk tayfa ittifaqına daxil idilər. Azərbaycan türk etnoslarına orta əsrlərdə udulu tayfası da daxil idi.

Y.B.Yusifov bir sıra digər tayfaların, o cümlədən Azərbaycanda geniş ərazilərdə məskən salmış kaspilərin də türk tayfalarından olduğunu aydın faktlarla izah etmişdir. Etnonimin kökü kas sözündən ibarətdir: «Kas adını Zaqroş dağlarının qədim (e.ə. II-I minilliklər) sakinləri kaşşu-kissi etnosunun adı ilə eyniləşdirirdilər. Çox güman ki, kas-kaş etnonimi Albaniyada (eləcə də bütün Azərbaycanda və cənub istiqamətində) yaşayan türk etnoslarının digər adı olmuşdur. Son araşdırmalara görə, kas etnonimini bir sıra Orta Asiya və Altay türk tayfaları daşıyırdı. Qərbi Sibirdəki Kara-kas («Qara kaslar») adını daşıyan türk etnosunun tərkibinə Sarıq kaş («Sarıkaş») və kaş etnik qrupları daxil idi. ...qədim zamanlar türkmənşəli kaslar Azərbaycanda və daha geniş ərazidə təmsil olunmuşdular». (2; 150) Y.Yusifov fikirlərini ümumiləşdirərək yazmışdır: «Qədim Azərbaycan dövlətləri (istər Albaniya, istər Adərbayqan) sərhədləri müəyyən etnik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində azsaylı qeyri-türk etnik birləşmələri də təmsil olunmuşdu. Eyni zamanda türk etnosları qonşu ərazilərdə (şimalda Dərbəndə kimi, şərqi Gürcüstanda, Göyçə mahalı və Ağrıdağ vadisi) məskunlaşmışdılar».(2; 152)

«Azərbaycan tarixi»nin 1-ci cildində (1998) Albaniya ərazisində hellinizm dövründə və ilkin feodalizmə qədərki mərhələdə alban, kaspi, uti, aynian, anariak, parrasi, savdey (sodey, sodi), qardman, gel, leq, didur (didoy), cilb (silv), lpin (lupen), skif, sak (ortokkoribantlar, sakesinlər), sarmat, massaget, alan, maskut tayfalarının olduğu göstərilir. Alban dilini uti, udi dilləri ilə eyniləşdirən müəllif (İ.Əliyev), qeyd etdiyimiz kimi, çox asanlıqla bu qənaətə gəlir ki, «...alban dili Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir». (1; 331) Alban, uti, kaspi, anariak, sovdey, qardman, gel, leq, didur, cilb, lpin tayfaları Şimal-şərqi Qafqaz dilli, skif, sak, sarmat, massaget, alan, maskut tayfaları irandilli hesab olunur.(1; 554-336)
Bu tayfalardan az bir qisminin - Qafqaz dillərinə aid edilən tayfaların yalnız bir neçəsinin (gel, leq, düdur, cilb, lpin tayfalarının) qafqazdilli olduğu doğrudur. Lakin burada müəllifin çox müvafiq bir müşahidəsini qeyd etmək istərdik: «Yaloylutəpə mədəniyyətinin materialları nəinki bizi maraqlandıran vilayətin Ön Asiya və Şərqi Aralıq dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki, bu mədəniyyətin daşıyıcı tipləri, ola bilsin, genetik baxımdan geniş Ön Asiya kökləri ilə bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış, Aralıq dənizindəki adalaradək olan vilayətlərin sakinlərinin danışdıqları dillər ailəsinə aiddir. Əlbəttə, bununla biz maddi mədəniyyətlə dil arasında bərabərlik işarəsi qoymuruq. Lakin göstərilən maraqlı faktı qeyd etməyə bilməzdik». (1; 335) Məhdud ərazidə yaşayan bir sıra qafqazdilli tayfaları nəzərə almasaq, bu müşahidə ehtimal şəklində deyil, qəti şəkildə söylənməyə layiq müşahidədir. Çünki çox qədimdən bəri kuti, lullubi, kassi, kaspi, uti, manna, mada, elam, şumer tayfaları Qafqazın Cənubundan Aralıq dənizi adalarına və hətta şimali İtaliya ərazilərinə qədər yayılmış eyniköklü - türkdilli tayfalar olmuşlar ki, müəllifin bunları qafqazdilli hesab etməsini bir kənara qoymaqla, müşahidəsinin tam doğru olduğunu söyləyə bilərik. Mə’lumdur ki, İ.H.Əliyevdə eramızın III-IVəsrlərinə qədər şimallı-cənublu Azərbaycan ərazilərində türk təsəvvürü yoxdur, türk tayfalarının yalnız bu dövrdən Azərbaycana gəldiyini, gəlməyə başladığını qeyd etməsi təsadüfi deyil.
İ.H.Əliyev Şimali Azərbaycanın etnik və dil mənsubiyyəti haqqında yazır: «Həmin ərazi əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə, bu regionda Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur».(1; 123) Və yenə: «Şimal-şərqi Qafqaz dil ailəsinə aid Nax-Dağıstan dilləri qrupunun hurri və Urartu dilləri ilə qohumluğu haqqındakı baxış daha əsaslı hesab edilir.» (1; 123-124)
Albanların Şimali Qafqaz mənşəli olması fikrini A.Q.Şanidzeyə əsasən 1954-cü ildə Q.A. Melikişvili söyləmişdir. Bə’ziləri albanları xüsusi etnos hesab etməmişlər. Başqa alimlər isə (İ.P.Petruşevski) albanların bir qisminin VII-VIII əsrlərdə ərəbləşdiyini, XII-XIII əsrlərdə isə hamısının türkləşdiyini və etnosun sıradan çıxdığını qeyd etmişlər. A.P.Novoselsevə görə, alban dili erməni, fars və türk dilləri tərəfindən sıxışdırılıb sıradan çıxarılmışdır və s.
98-ci il «Tarix»indən açıq şəkildə (dırnaqsız) verdiyimiz bu fikirləri kinayə ilə ümumiləşdirərək Q.Qeybullayev yazmışdır: «Xülasə, Azərbaycan tarixşünaslığında belə bir baxış formalaşdı: albanlar qafqazdilli idilər, VII əsrdən sonra müsəlman oldular, səlcuq oğuzları XI-XII əsrlərdə Ön Asiyanı və Cənubi Qafqazı tutduqdan sonra dillərini itirərək türkləşdilər».(6; 25) «Diqqətlə fikir verilsə, bu konsepsiyada bir mənfur niyyət gizlənir: Azərbaycan dili yerli dil deyil, orta əsrlərdə kənardan gətirilmə və yerli əhaliyə zorla qəbul etdirilmə yad dildir! (Oxucu nəzərdə saxlamalıdır ki, bir xalqın tarixi özünəməxsusluğunun inkarı üçün həmin xalqın dilində vərəsəliyin inkarı kifayət edir) (kursiv müəllifin özünündür)». (6; 25-26)
Son dövrədək sübut olunmamış Qafqaz dil birliyini Kür-Araz ilk tunc mədəniyyəti ilə əlaqələndirmişlər. Lakin mütəxəssislər bu fikrin qeyri-mümkünlüyünü dəfələrlə qeyd etmişlər. Son illərdə Kür-Araz mədəniyyətinin Hind-Avropa mənşəli olmasına dair fərziyyə irəli sürülmüşdür. Lakin bu fərziyyə də tarixi gerçəkliyə uyğun hesab olunmur.(1; 124) Tarixçilər qeyd edirlər ki, «İndi olduğu kimi, qədimdə də Kürdən cənubda heç bir qafqazdilli, yaxud irandilli xalq yaşamamışdır. Oranın köklü əhalisi türklər olmuşlar». (6; 12) Ona görə də Azərbaycan türk dilinin gətirilmə olması barədə fikir tam yanlışdır.
Tədqiq və araşdırmalar göstərir ki, Albaniyanın Dağıstan sərhədləri boyunca həqiqətən bir sıra qafqazdilli tayfalar yaşamışlar. Bu tayfalar indiki ləzgidilli tayfaların əcdadlarıdır və indiki kimi tarixən də azlıq təşkil etmişlər.
Dağıstan və Gürcüstanla sərhəd bölgədə gürcü mənbələrində (V əsrdən) Hereti mahalı və her tayfasının adı çəkilir. Bunlar indi özlərinə ‘hər’ deyirlər, qrızlıların və haputluların əcdadları sayılırlar. V-VII əsr mənbələrində şimal bölgələrində lpin (lbin), silv, ciqb tayfalarının adı çəkilir. Müəyyən edilmişdir ki, lbinlər avarların Albaniyada, silvlər Dağıstanda yaşayan hissəsinin adıdır; ciqblər isə saxurların etnik adıdır (indi özlərinə ‘yixbı’ deyirlər). Albaniyanın şimal-şərqində həmin dövr mənbələrində xaçmataq, qluar, xursan, tavaspar, gel, lək tayfalarının da adı çəkilir. ‘Lək’ ləzgilərin etnik adıdır və ilk dəfə Strabon tərəfindən qeyd edilmişdir. Gellər indiki ingiloyların əcdadları sayılır. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərində bir əyalət ‘Xeni’ adlanır. Bu, indiki ‘Xınalıq’dır. Xınalıqlılara qədim mənbələrdə ‘qat’ deyilib, indi onlar özlərinə ‘kət’ deyirlər. Q.Qeybullayev göstərir ki, Şimal-şərq bölgələrində Şimali Qafqaz çöllərindən gəlmiş türk tayfaları da: hunlar, sabirlər, maskutlar, goruslar, çollar və Sasani şahlarının şimal sərhədini qorumaq üçün göndərdiyi tatlar və yəhudilər də yaşıyırdı.(6; 173) Quba, Dəvəçi, Xızı ərazilərinə IV-VI əsrlərdə İrandan tatlar köçürülmüşdü. Talışların ərazisi isə Atropatenaya daxil idi.
Yerli türk tayfaları isə uzaq keçmişdən Albaniya ərazisində məskunlaşanlar idi. Bunlar xüsusilə Kür-Araz ikiçayarasında məskunlaşmışdılar: «İlkin orta əsrlərdə Kür-Araz çayları arasında albanlar, qarqarlar, saklar, kaspilər və utilər müstəsna olmaqla, başqa tayfa qeyd olunmamışdır və qədim erməni mənbələrində onun əhalisi ümumiləşmiş adla ‘ağvan (alban)’ adlanır; bunların arasında əsas yeri, şübhəsiz, konkret türkdilli tayfanı təmsil edən albanlar tuturdular, əks təqdirdə bu etnonim ümumiləşmiş ad kimi çıxış edə bilməzdi». (9; 74)

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin