M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə51/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
C fakepathmuhazir' felsefe'2021

M. 14. Fəlsəfədə insan problemi

14.1. Fəlsəfə tarixində insanın mahiyyəti haqqında

14.2. İnsanın mənşəyi və cəmiyyətin formalaşması

14.3. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti

14.4. İnsan, fərd, fərdiyyət və şəxsiyyət

14.5. Həyatın mənası.Ölüm və ölməzlik


14.1. Fəlsəfə tarixində insanın mahiyyəti haqqında
İnsan yer üzərindəki canlıların ən alisi olmaqla bərabər, həm də ictimai və elmi-texniki tərəqqinin subyektidir. Odur ki, o, fəlsəfənin əbədi problemlərindən biridir. İnsan cəmiyyətin inkişafının və bəşəriyyətin fikir tarixinin uzunsürən təkamülü nəticəsində formalaşmışdır.

Qədim Yunan filosoflarından Diogen əlində fanar insan axtarıram deyirdi. Protoqor isə iddia edirdi ki, insan bütün şeylərin ölçüsüdür. Onlar insanı təbiətin ayrılmaz hissəsi hesab edirdilər.

Quldarlıq quruluşunda yalnız azad adamlar insan hesab edilirdi. Burada qul insan sayılmırdı, odur ki, Platon qulu heyvan cinsi adlandırır, Aristotel isə " insan siyasi heyvandır ", " qul da - nişan alətdir" deyirdi.

Epikür belə hesab edirdi ki, fəlsəfənin əsas məqsədi insanın xoşbəxtliyə çatması üçün təlim yaratmaqdır. Bu təlim insanı ölüm qorxusundan azad edərək xoşbəxtliyə çatdırmalıdır.

Qeyd etmək lazımdır ki, Qədim Yunan filosoflarının insan haqqındakı fikirləri konkret tarixi dövrlə, cəmiyyətin tələbləri ilə bağlı olaraq yaranmış və inkişaf etmişdir.

Orta Əsrlərin İslam fəlsəfəsində insan bütün hadisələrin şərhində başlıca yer tuturdu. İslam filosofları göstərir ki, insanın mə nəvi simasını müəyyən edən iki başlıca xətt var.



  1. Özünüdərketmə;

  2. Cəmiyyəti dərketmə.

İslam fəlsəfəsi insanı bir cisim kimi maddiyyatla, bir ruh kimi isə mənəviyyatla əlaqələndirir. Maddiyat (bədən) müvəqqəti, mənəviyyat (ruh) isə əbədidir.

Orta Əsrlərə nisbətən Yeni Dövrdə insanın dünyadakı rolu xeyli dəyişmişdir. Bu dövrün filosofları Bekon, Hobbs və Spinoza insanı təbiət münasibətləri sisteminə daxil edir və onu idrakın predmeti hesab edirdilər. Onlar insanı bioloji və sosial-etik aspektdə tədqiq etməyi vacib hesab edirdilər.

Dekart isə insanın mahiyyətini onun ağıl və zəkasında görərək yazırdı: "Düşünürəmsə deməli mövcudam".

XVIII əsr Fransız maarifçilərindən Russo, Holbax, Helvetsi, Didro, Lametri və başqaları insan və cəmiyyət problemlərinə daha çox diqqət yetirmişlər. Onlar göstərirdilər ki, insan azad doğulur, lakin azad olmur. İnsanın azad olması "ictimai müqavilə" əsasında mümkündür. Onlar insanı naturalist və mexanistik mövqedən izah edirdilər.

Yeni Dövrün bəzi ideoloqları isə yalnız xüsusi mülkiyyətin sahibi olanları əsl insan hesab edirdilər. XIX əsrdə yaşamış ingilis sosioloqu Bentam yazırdı ki, insanı insan edən xüsusi mülkiyyət olmuşdur.

İnsanın konkret varlıq kimi öyrənilməsi, onun mahiyyətinin həm idealist, həm də materialist mövqedən izah olunması daha çox XIX əsrə təsadüf edir. Ona görə də fəlsəfə tarixində bu dövr xüsusi əhəmiyyət kəsb edir. Klassik alman fəlsəfəsinin nümayəndələri - G.Hegel insan problemini idealizm, L.Feyerbax isə antropologizm mövqeyindən şərh etmişlər. Hegelin fəlsəfəsində insanın mahiyyəti "substansiya-subyekt" kimi mücərrəd şəkildə formulə edilmişdir. Onun fikrincə, substansiya insanın daxili mahiyyətidir. Substansiya hərəkət edən subyektdir.

L.Feyerbax isə insanı təbiətdən ayırmır və onu konkret varlıq kimi götürürdü.

XIX əsrin ortalarında Danimarka mütəfəkkiri S.Kyerkoqor Hegelin mücərrəd insan ideyasına qarşı insanın "konkret" varlığı haqqında təlimi yaratmışdır. Bu təlimin mərkəzi kateqoriyası ekzistensiya (mövcud olma) yeganə fəal başlanğıcdır. Lakin "mövcud olma" dedikdə Kyerkoqor heç də insanın sosial fəallığını deyil, cəmiyyətdən təcrid olunmuş ayrıca insanın dini-etik aləmini nəzərdə tuturdu.

Alman filosofu F. Nitsşe də insan haqqında bütöv bir təlim yaratmışdır. O, insan iradəsini onun bütün fəaliyyətinin və hərəkətlərinin başlanğıcı hesab edirdi. Bu, hakimiyyətə doğru can atan instinktiv, irrasional başlanğıcdır, insanın bütün hərəkətləri, hissləri və fikirləri bu instinktə tabedir.

Şopenhauer də Nitsşe kimi iradəni və instinkti əsas şərt, başlanğıc kimi qəbul edirdi. O göstərirdi ki, insan vəhşi heyvan kimidir, heyvanların həyatı əzab-əziyyət içərisində keçdiyi kimi, insanın da həyatı əzablarla doludur, çox zaman o, təsadüflərdən asılı olur.

Nitsşenin fikirləri intuitivizmin nümayəndəsi Anri Berqson tərəfindən bir qədər mülayim formada davam etdirilmişdir. O göstərirdi ki, insanın şüuru iki cəhətə malikdir: intuisiya və ağıl. Berqsona görə, ağıl həyatı dərk etməyə qabil deyil, bunu yalnız intuisiya yerinə yetirə bilər. Həyatın mənbəyi isə "mütləq şüur", yə'ni Allahdır. Allah sonsuz həyat və azadlıqdır.

İnsan haqqında təlimlər içərisində personalizm xüsusilə diqqəti cəlb edir. Personalizm şəxsiyyəti ilkin yaradıcı reallıq və ən dəyərli mənəvi sərvət hesab edən fəlsəfi-idealist cərəyandır. Personalizmə görə dünya ən ali person olan Allahın təzahürüdür. Bu cərəyan ABŞ, Fransa və Rusiyada daha geniş yayılmışdır. Nümayəndələri Flyurllinq, Braytmen, Berdyayev və s. olmuşdur. Personalistlərin fikrincə, şəxsiyyət allahın xüsusi və müvəqqəti daşıyıcısı kimi çıxış edir. Allah, öz gücünü yalnız insan vasitəsilə həyata keçirə bilər. Beləliklə, bütün şəxsiyyətlər, onların azadlığı Allaha bağlıdır. Personalistlər belə hesab edirdilər ki, cəmiyyətin azad edilməsi hələ insanın azad edilməsi demək deyildir. Əksinə, bəşəriyyətin inkişafı insanın əsarət altına alınması ilə nəticələnir. Onlar insanın bütün bədbəxtliklərinin səbəbini texnikanın inkişafında görürdülər.

Neotomizm cərəyanı, xüsusi ilə də onun nümayəndəsi İ.Kiles insan problemi ilə daha çox məşğul olmuşdur. Onun fikrincə, insanın bədəni təbii yolla yaranır və təbiət qanunlarına tabe olur, onun qəlbi, ruhu isə Allah tərəfindən yaradılır, məhz buna görə də o, ölməzdir. Neotomistlərin fikrincə, insanın başlıca məqsədi Allaha qovuşmaq olmalıdır. İnsanların yorğunluğunu, iztirablarını, qəlblərində olan boşluğu yalnız Allah aradan qaldıra bilər.

İnsanın əsl mahiyyətini öyrənmək üçün onu cəmiyyətdə götürmək lazımdır. Çünki insan cəmiyyətin məhsuludur, cəmiyyət isə fərdlərin əlaqə və münasibətlərinin məcmusunu ifadə edir. Bu əlaqə və münasibətlər - ictimai münasibətlər xaricində insanı təsəvvür etmək mümkün deyil. İnsanın mahiyyəti ayrıca fərdə məxsus mücərrəd bir şey deyil, o, ictimai münasibətlərin məcmusudur.



Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin