Lentali konveyerləRİn hesablanmasi


Mazut qızdırıcıları. Onların təsnifatı, quruluşu və iş prinsipi



Yüklə 400,41 Kb.
səhifə19/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
Lentali konveyerl R n hesablanmasi

10.5 Mazut qızdırıcıları. Onların təsnifatı, quruluşu və iş prinsipi
İstər böyük güclüİES-lərdə, istərsədə sənaye qazanxanalarında mazut qəbul etmə-boşaltma məntəqəsindən başlayaraq, qazanın forsunkalarına verilənə qədər yanacaq vermə tratının bütün hissələrində qızdırılır.Məlumdur ki, bu da onun özlülüyünü azaldaraqş axıcılıq qabiliyyətini artırıb, yanma zamanı maksimum yanma istiliyi almaqdan ötrüdür.Bu məqsədlə yanacaq təsərrüfatında qızdırıcılardan istifadə olunur.
Mazut çənlərində mazutun temperaturunu saxlamaq üçün mazut qızdırıcılarından istifadə edilir.Bu məqsədlə istifadə olunan mazut qızdırıcılarının 2 növü var.
1.Çəndə mazuta batırılan qızdırıcılar
2Çəndən kənarda yerləşən qızdırıcılar.
Çəndə mazuta batırılan qızdırıcılar öz növbəsində 2 qrupa ayrılır.
1.Seksiyalı
2.Borulu
Mazutun markasından asılı olaraq qazanın forsunkalarından əvvəl mazutun temperaturu 100-135 oC şərti özülülü isə 2,50-30 BY olur. Bu məqsədlə mazutları mazut qızdırıcılarında qızdırmaq tələb olunur. Bu qızdırıclarının aşağıdakı növləri mövcuddur
1.Borulu mazut qızdırıcıları
2.Seksiyalı mazut qızdırıcıları
3.Boru-boruda mazut qızdırıcıları
Borulu mazut qızdırıcılarına PM və PMR mazut qızdırıcıları aiddir.Mazut qızdırıcılarına buxar turbinin ayrımından və ya sənaye qazanxanasının qazanından 1,6MPa və 300oC temperaturla verilir.
Borulu mazut qızdırıcıları. PM tipli mazut qızdırıcısı. PM tipli mazut qızdırıcısı borulu mazut qızdırıcısıdır. Bu qızdırıcı horizontal şəkildə hazırlanır.Aparatın əsasını mazut boruları təşkil edir.Bu borular boru lövhəsinə bərkidilir. Boru lövhəsinə fləns vasitəsi iləön qapağı bərkidilir. Öz növbəsində boru lövhəsinə mazutun kiriş borucuğu və mazutun çıxış borucuğu bərkidilir. Boru ətrafı boşluğa borucuğundan qızışmış buxar 1-1,3 MPa təzyiqlə verilir. İstilik ötürməəmsalını artırmaq məqsədi ilə boru ətrafı sahə arakəsmələrlə bölünmüşdür. Buxarın kondesatı borucuq vasitəsi ilə xaric edilir.Bu qızdırıcılar mazutun maksimum 125 oC- ə qədər qızdırılmasını təmin edir.İstismar zamanı bu qızdırıcıların aşağıdakı mənfi cəhətləri müəyyən edilmişdir.
1.Çox böyük həndəsi ölçüləri ,çoc metal sərfi
2. Mazut borularının kiçik diametrli olmasına görə boruların mazut çirki ilə tutulması və təmizlənməsində yaranan problemlər və s.

Şəkil 10.33. PM tipli mazut qızdırıcısı
1-gövdə 2-ön papaq 3-mazutun girişi 4-mazutun çıxışı 5-buxarın girişi 6-boru dəstəsi 7-arakəsmə 8-qızdırıcının dibi 9-kondensatıçıxışı 10-suyun səviyyəsini göstərən

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin