Avtobus sərnişin nəqliyyatında məsldarlıq, ona təsir edən amillər



Yüklə 46,13 Kb.
tarix12.10.2019
ölçüsü46,13 Kb.
#29329
ASD-3

Avtobus sərnişin nəqliyyatında məsldarlıq, ona təsir edən amillər

Sərnişin daşımalarının təşkili zamanı nəqliyyat prosesinin tamamlanmış tsikli olaraq reys anlayışı tətbiq edilir. Reys dedikdə, marşrutun başlanğıc məntəqəsindən son məntəqəsinə qədər yürüşü zamanı yerinə yetirilən kompleks nəqliyyat əməliyyatları başa düşülür.

Reys vaxtı, hərəkət vaxtı tg aralıq dayanacaqlarda sər­nişinlərin minib-düşmə vaxtı (tad) və son dayanacaqlarda avtobus­ların boş dayanma (tsd) vaxtlarının cəmindən ibarətdir.

(1)

Əgər bir reysə düşən sıfırlı yürüş hissəsini nəzərə alsaq, onda reys vaxtı aşağıdakı ifadə ilə hesablanır:

(2)

Avtobus sərnişin daşımalarının təşkili zamanı nəqliyyat prosesinin fərqləndirici cəhətlərindən biri odur ki, aralıq dayana­caqlarda avtobusun salonundakı sərnişinlər müntəzəm olaraq dəyi­şirlər (bəzi sərnişinlər aralıq dayanacaqlarda düşür, bəziləri isə avto­busa minirlər).Bu fərqləndirici cəhəti hesabat ifadəsinə sərni­şindəyişmə əmsalını() daxil etməklə nəzərə almaq olar:



Burada: – marşrutun uzunluğu;



– sərnişinin orta gediş məsafəsidir.

Bundan əlavə avtobus daşımalarında yürüşdən istifadə əmsalı avtobusun marşrutla işləməsi halında () həmişə vahidə bərabər götürülə bilər. Ona görə də gün ərzində yürüşdən istifadə əmsalı aşağıdakı ifadə ilə hesablana bilər:


(3)
Burada: ω – sıfırlı yürüş əmsalıdır.

Yuxarıdakı ifadədən görünür ki, yürüşdən istifadə əmsalı av­tobus sərnişin daşımalarının təşkili zamanı hesabat ifadələrinə daxil olmur, deməli, sərnişin daşımaları üçün xarakterik göstərici deyil. Ona görə də texniki-istismar göstəricilərinin dəyişməsinin yekun gös­təricilərin dəyişməsinə təsiri analiz edilərkən -nın əvəzinə -nın təsiri analiz edilməlidir. Bu deyilənləri nəzərə alsaq, yekun göstəri­cilərin hesabat ifadələri aşağıdakı şəkildə olar:


(4)
sərn.km/saat (5)
Saatlıq məhsuldarlıq və amillərinə görə analiz edildikdə və ifadələrində

əvəzlənməsi nəzərə alınmışdır.



Texniki istismar amillərinin maya dəyərinə təsirinin analizi aşağıdakı ifadələr əsasında aparılır.
(6)

man/sər.
Yuxarıdakı ifadələrdən görünür ki, saatlıq məhsuldarlığın və daşımaların maya dəyərinin hesabat düsturları avtomobil yük da­şımalarının təşkili zamanı istifadə edilən hesabat ifadələrinə tama­milə oxşardır. Deməli, texniki-istismar amillərinin yekun göstə­ricilə­rinə təsirinin analizi də həmin qaydada aparılmalıdır.

Nəqliyyat proseslərinin fərqləndirici cəhətlərini nəzərə almaq­la və texniki-istismar amillərini düzgün seçməklə həmin hesabat düs­tu­rlarından şəhərətrafı, şəhərlərarası və marşrut taksi daşımalarının təşkili zamanı da istifadə etmək olar.



Proqram üçün başlanğıc göstəricilər:


  1. ANV-nin modellərinin tutumuna görə sayı – M;

  2. Tutumdan statiki ifadənin statik əmsalı-G();

  3. Texnikisürət-V (Vt) km/saat;

  4. Nominal sərnişin tutumu-Q(), sərn.;

  5. Marşrutun uzunluğu – (), km;

  6. 1 sərnişinin orta gediş məsafəsi – L (), km;

  7. Sıfırlı yürüş əmsalı -01 ();

  8. Sərnişin dəyişmə əmsalı –E();

  9. Aralıq və son dayanacaqlarda dayanma vaxtı –T (), saat;

  10. Dəyişən xərclər üzrə 1 km yürüşün qiyməti – C1 (), man/km;

  11. Sabit xərclər üzrə 1 avt. saatın qiyməti – C2 (),man/avt.saat.

Nəticə cədvəl şəklində çap olunur. Cədvəldə avtobusun sərn. və sərn.km-lə saatlıq məhsuldarlığı, man/sərn. və man/sərnkm-lə daşımaların maya dəyəri, texniki-istismar amillərinin cari qiymətləri verilir.
Yüklə 46,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin