Laboratoriya işi №5 Mövzu: ms powerpoint proqramı ilə tanışlıq. Slaydların tərtib edilməsi qaydası. İşin məqsədi


Microsoft Power Point 2010 proqramında qrafiki animasiyaların təşkili ilə tanış olaq



Yüklə 1,33 Mb.
səhifə5/6
tarix15.11.2022
ölçüsü1,33 Mb.
#69133
1   2   3   4   5   6
Lab.5 İKT-baza komp. bilik. MS Powerpoint proqramı ilə tanışlıq. Slaydların tərtib edilməsi qaydası

Microsoft Power Point 2010 proqramında qrafiki animasiyaların təşkili ilə tanış olaq: Təqdimatların canlandırılması üçün Power Point proqramı slaydlara çoxsaylı xüsusi effektlər verməyə imkan yaradır, bu da öz növbəsində təqdimatın daha effektiv olmasını təmin edir. Bu effektdən ən vacib olanı animasiyalardır. Hazırlanmış təlimatda həm slaytların bir – birini əvəzləməsinə, həm də daxil edilmiş obyektlərin özlərinə xüsusi animasiyalar verilə bilər.
Slaydlar arası keçidə animasiya vermək üçün Transitions (Keçidlər) lent başlığının əmirlərindən istifadə etmək lazımdır(Şəkil 6). Bu əmirlər aşağıdakılardır:

Şəkil 6
Preview(Önbaxış) – slaydlara keçid effektləri verdikdən sonra bu düyməni sıxmaqla təqdimatın hansı formada olacağına baxa bilərik.
Transition to This Slide (Bu slayda keçid) – düyməsindən istifadə etməklə slaydlaarın bir – birini necə əvəz edəcəyini müəyyənləşdirmək olar.
Timing( Zaman) sektorunun əmrləri keçidlərin vaxtlaidarə olunmasınl nizamlamaq üçündür.
Sound( Səs) – slayd keçidlərinə müxtəlif səs effektləri əlavə etmək üçün bu əmrin qarşəsəndakı alt seçimlərdən istifadə edilə bilər.
Duration(Müddət) – hissəsində hər bir slaydın göstərilməsi üçün proqram tərəfindən təklif olunan müddət öz əksini tapır.
Apply To All (Hamısına tətbiq et) – bu düyməni sıxmaqla bütün slaydlara seçilmiş səs effektini və təklif olunan göstərilmə vaxtınl aid etmək olar.
Timing(Zaman) sektorunun Advance Slide (Slayd Keçidi) başlığı altında iki seçim mövcuddur:
On Mouse Click( Maus sxılması ilə) - əgər bu seçimin qarşısına işarə qoysaq onda slaydlar arasındakı keçid mausla idarə olunacaq.
After(Sonra) – bu seçimi etməklə isə slaydlar arasındakı keçidi avtomatik olaraq, vaxtla idarə etmək olar.
Power Point proqramı ilə işləyən zaman slaydlara animasiyalar əlavələr etməklə yanaşı, daxil edilmiş obyektlərin özlərinə də animasiya vermək olar. Bu məqsədlə Animations lent başlığı altdakı əmirdən istifadə edilir (Şəkil 7).

Şəkil 7

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin