Laboratoriya işi №5 Mövzu: ms powerpoint proqramı ilə tanışlıq. Slaydların tərtib edilməsi qaydası. İşin məqsədi



Yüklə 1,33 Mb.
səhifə3/6
tarix15.11.2022
ölçüsü1,33 Mb.
#69133
1   2   3   4   5   6
Lab.5 İKT-baza komp. bilik. MS Powerpoint proqramı ilə tanışlıq. Slaydların tərtib edilməsi qaydası

Təqdimatların hazırlanması
Təqdimat yaratmaq üçün Power Point proqramında bir neçə üsul mövcuddur. İlk açılış zamanı bizə təqdim olunan slaydın üzərində müəyyən dəyişikliklər etməklə istədiyimiz formanı əldə edə bilərik. Lakin bu çox yorucu, vaxtaparan olduğu üçün adətən az hallarda istifadə olunur. Daha çox istifadə olunan üsul isə proqramın bizə təklif etdiyi şablon slayd formalarından və temalardan istifadə etməkdir. Şablon təqdimat formalarından hər hansı birini seçmək üçün File menyusundan New əmri icra edilməli, açilan menyu hissəsindən isə Sample templates (Şablon Nümunələri ) seçilməlidir. Sonuncu əmrin icrasından sonra proqramın bizə təqdim etdiyi şablonlar ekranda görünəcək. Buradan məqsədimizə uyğun olan hər hansı bir təqdimatı seçərək dəyişdirib istifadə edə bilərik.
View Lent tabında
P ower Point proqramında yaradılan sənədə 4 rejimdə baxmaq olur:
Presentation View-qrupu

  1. Slayd rejimində

  2. struktur rejimində

  3. Slaydların toplantısı (sort) rejimində

  4. qeydlər səhifəsi rejimində

Hər rejimin özünün düyməsi var və onlar ekranın sağ aşağı tərəfində yerləşir. Bundan əlavə həmin əmrlər baş menyunun View kateqoriyasına daxildir.

  1. Power Point proqramında görünüş rejimlərini dəyişmə düymələrinin xüsusi əhəmiyyəti var. Proqram açılan zaman Normal görünüş rejimi aktiv olur, bu rejmlər slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.


-adi görünüş-suamaya görə həmişə sənəd bu görünüşdə olur. Burada açılan slaydın üç sahəsi mövcud olur. Slidestabı və Outline tabı və ən aşağıda yerləşən notes pages
Yeni açılmış Power Point proqram pəncərəsində Slayd rejimində i şçi sahədə bir slayd yerləşir. Təqdimatın hər bir səhifəsi bir slayd adlanır, yəni “15 səhifəli təlimat” əvəzinə “15 slayddan ibarət təqdimat” deyilir. İşçi sahənin sol tərəfində “ Sliders/ Outline” pəncərəsi, aşağı hissəsində isə qeydlər pəncərəsi var. Slides (Slaydlar) rejimi aktiv olduqda bu kiçik pəncərədə mövcud təlimatın vərəqləri kiçik şəkildə göstərilir, “Outline” rejiminə keçdikdə isə slaydların göstərilmə ölçüsü çox kiçilir və bu halda onların üzərindəki məlumatlar görünmür (Şəkil 2 ).





Outline rejimi



Slides rejimi
Şəkil 2
Hər iki görünüş rejimində slaydların üzərinə mausun sağ düyməsi ilə vurmaqla həmin slaydın işçi sahədə görünməsini təmin etmək və slaydların sralanma ardıcıllığını mausla çəkərək dəyişmək olar. Qeydlər pəncərəsi isə üzərində işlədiyimiz slayd haqqında daha ətraflı məlumat yazmaq üçündür. Bu məqsədlə sadəcə kursoru həmin pəncərəyə qoymaq və yazmaq lazımdır.




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin