Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Qanyaxmasında trombositləri saymaq üçün hansı reaktivlərdən istifadə olunur?



Yüklə 409,91 Kb.
səhifə36/594
tarix02.01.2022
ölçüsü409,91 Kb.
#1976
1   ...   32   33   34   35   36   37   38   39   ...   594
55) Qanyaxmasında trombositləri saymaq üçün hansı reaktivlərdən istifadə olunur?
A) MgSO4, EDTA

B) KJ, natrium sitrat

C) NaCl, KJ

D) KJ, EDTA

E) MgSO4, KCl
14% MgSO4, 6% EDTA trombositlərin bir-birinə yapışmasının, üst-üstə toplanmasının qarşısını alır və nəticədə onlar qan yaxmasında bərabər, hamar paylanırlar. Qan göstərilən reaktivin hər hansı biri ilə qarışdırılıb yaxma çəkilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 90
56) Trombositlərin yaşama müddəti neçə gündür?
A) 17-20 gün

B) 10-17 gün

C) 7-10 gün

D) 20-27 gün

E) 15-16 gün
Fiziki-kimyəvi cəhətcə tam olan trombositlərin yaşama müddəti 7-10 gündür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 80
57) Aşağıdakılardan hansı eritrositlərin çökmə sürətinin artmasına təsir edir?
A) Qanda xolesterinin miqdarının çoxalması

B) Qanda asidoza meyillilikdə

C) Eritrositlərin miqdarının azalması

D) Qanda qlobulinin artması

E) Qanda albuminin artması
Eritrositlərin çökmə sürəti (E.Ç.S) normada kişilərdə 2-10 mm/saat, qadınlarda 2-15 mm/saat olur. Qanda qlobulinin artması qan xəstəliklərində, revmatizmdə, iltihabi xəstəliklərdə təsadüf edilir.

E.Ç.S qan xəstəliyində revmatizmada, iltihabi xəstəliklərdə, yoluxucu xəstəliklərdə və digər xəstəliklərdə yüksəlir. E.Ç.S-nin artmasına qanda qlobulinin artması səbəb olur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 88 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 144, 145

Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin