Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə8/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Şəkil 11. Katod mühafizəsi
Katod mühafizə düzgün tətbiq edildikdə həmişə yaxşı nəticə verir. Bu mühafizə zamanı cərəyan sıxlığının və anod materiallarının seçilməsi və anodun düzgün yerləşdirilməsi əsas məsələdir.
Ümumiyyətlə, katod mühafizəsi elektrokimyəvi nəzəriyyəyə əsaslanır. Bu nəzəriyyəyə görə hər bir metalın səthində müxtəlif potensiallı sahələr olur. Əgər, metalın səthində mühafizə potensialı yaradılarsa, o zaman korroziya tamamilə dayanar.
ABŞ-da katod mühafizəsi hələ 1938-ci ildə sualtı borularda tətbiq olunmuşdur. Bu ölkədə çən və tankerlərin korroziyasına qarşı maqnezium tətbiq etməklə patent alınmışdır. Maqnezium tozu polad səthin üzərinə tökülərək qalvanik elementlər əmələ gətirir ki, bu da poladı mühafizə edir. Bu üsulun tətbiqi nəticəsində korroziyanı 85-95% azaltmaq mümkündür.
Katod mühafizə dəniz neft-mədən hidrotexniki qurğularının və avadanlıqlarının mühafizəsi zamanı geniş tətbiq olunur. Dəniz şəraitində qurğular periodik islanma zonasında korroziyaya uğradıqda katod mühafizəsi tətbiq edilir. Belə mühafizə səthdə dəniz suyunun nazik qat ilə axması zamanı həyata keçirilir.
Katod mühafizə üsulunda boru kəmərlərində mənfi potensial yaradılır (şəkil 12)və səthində elektrik cərəyanının çıxmasının qarşısını alır. Bu zaman kəmər katoda çevrilir. Kəmər yanında torpağa anod adlanan xüsusi electron basdırılır. Daimi cərəyanın mənfi qütbü katoda, müsbət qütbü anoda birləşir və cərəyan keçirilir.Bu cərəyan da kəməri korroziyadan mühafizə edir.

Şəkil 12. Boru kəmərinin katod mühafizəsi
Korroziya mühitində qurğuların elektrokimyəvi mühafizəsinin biri də protektor mühafizəsidir (Şəkil 13.). Katod mühafizəsində olduğu kimi burada da, metalların korroziyasına qarşı katod polyarizasiyası tətbiq olunur. Bunun üçün mühafizə olunan polad konstruksiya potensialı nisbətən az və həm də mənfi olan metal anodla birləşdirilir.
Polad qurğu ilə protektor arasında yaranan potensiallar fərqi hesabına konstruksiya səthində katod polyarizasiyası baş verir. Əgər potensial mühafizə qiymətinə bərabər olarsa, onda qurğu tamamilə mühafizə oluna bilər.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin