Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə3/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

Birinci iqtisadi baxışdır ki, məqsəd neft çənlərinin, istilik qazanxana çənlərinin, gəmilərin, körpülərin, boru kəmərlərinin, dəniz qurğularının və konstruksiyalarının və s. korroziya nəticəsində maddi xərclərin azaldılmasını araşdırmaqdır.
İkinci korroziya nəticəsində dağılaraq iri həcmli qəzalar törəməsi üçün avadanlıqların və qurğuların etibarlığını yüksəltməkdir. Atom elektrik stansiyalarında, radioaktiv tullantıların basdırılması sistemində, neft çənlərində, xam neft və neft məhsullarını nəql edən boru və avadanlıqlarda konstruksiyanın etibarlığı ən vacib şərtdir.
Üçüncü metal fondunun qorunmasıdır. Yer kürəsində metal ehtiyatları məhduddur və korroziya nəticəsində metal dağılması əlavə su və enerji itkisinə səbəb olur.
Korroziyadan törənən itkilər birbaşa və dolayı olmaqla iki yerə ayrılır

  • Birbaşa itkilərə zədələnmiş konstruksiyanın ayrı-ayrı hissələrinin dəyişdirilməsi xərci, yararsız hala düşmüş mexanizmlər və ya onların dağılmış elementlərinin əvəzlənməsi aiddir. ABŞ-ın Milli Standartlar Bürosunun məlumatına əsasən birbaşa itkilərin illik dəyəri təqribən 70 milyard dollar və ya ümumi milli məhsulun 4,2% təşkil edir. Hesablamalar göstərir ki, korroziya əleyhinə tədbirlərdən təkmilləşmiş və mütəmadi şəkildə istifadə olunarsa bu zərəri 15% azaltmaq olar

  • Dolayı itilərə isə aşağıdakılar aiddir.

  1. Təchizat dayanmaları – neft kəmərində korroziya uğramış boruların dəyişdirilməsi zamanı dayanma Beynəlxaql Birja qiymətinə görə saatda 20.000 dollar, böyük bir elektrik stansiyasının korroziya nəticəsində dağılmış kondensatorun dəyişdirilməsi isə gün ərzində 50.000 dollar zərər verə bilər;

  2. Təmiz məhsulun itirilməsi – buraya korroziyadan zədələnmiş sistemdən qazın, neft və ya neft məhsullarının, təmiz suyun təmirarası dövrdə sızması aiddir. Qazın, neft, neft məhsullarının sızması xam məhsulun itkisi ilə bərabər yanğın və ya partlayış kimi ağır fəsadlar da törədə bilər. Belə hallar ərazinin ekoloji sabitliyini də ciddi təhlükədə qoyur.

  3. Avadanlığın məhsuldarlığının aşağı düşməsi və ya itkiləri – istixanalarda korroziya məhsulunun yığılması nəticəsində istilik mübadiləsi səthlərinin istilikkeçirməsi azalır. Borularda ərpin yığılmasından keçidlərin en kəsikləri kiçilir və nasosların gücünün artırılması məcburiyyəti yaranır

  4. Təmiz xammalın çirklənməsi – çox az miqdarda mis latun və ya mis borunun korroziyası zamanı sabun hazırlanan sistemin içərisinə düşərsə, bütöv bir partiya sabunu tələf edə bilər. Misin duzları sabunun köhnəlməsinə və bununla da onun saxlanma müddətinin qısaldılmasına səbəb olur.

  5. Detalların, konstruksiyaların, qurğuların layihələndirilməsində korroziyanın buraxılabilən qiyməti – korroziyanın sürəti naməlum olduqda və onunla mübarizə tam aydın olmadıqda optimal layihələndirmə aparmaq çox çətindir. Korroziyanın sürəti haqqında etibarlı məlumatlar qurğunun layihələndirilməsi və tikintisi zamanı artıq metal sərfini xeyli azaldır. Korroziyanın buraxila bilən qiymətinin düzgün təyini yeraltı neft və neft məhsullarını nəql edən boru kəmərlərinin layihələndirilməsi və çəkilişi zamanı artıq metal sərfini xeyli azaldır.

Bəzi hallarda dolayı itkilər təkcə maddi ziyanla qiymətləndirilmir. Məsələn, korroziya nəticəsində avtomobillərdə, təyyarələrdə, qatarlarda baş verən qəzalar insan tələfatı ilə nəticələnir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin