Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    Kanal  səviyyəsi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   13   14   15   16   17   18   19   20   ...   57


15 

 

Kanal  səviyyəsində  ötürülmə  mühiti,  səhvlər  təyin  edilir  və  səhvlərin  düzəlişi 

yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır, Kanal 

səviyyəsi hər bir kadrın düzgunlüyunu təyin edir.  

Şəbəkə  səviyyəsi  (Network  layer)  bir  neçə  şəbəkəni  birləşdirən  vahid  nəqliyyat 

sisteminin  yaradılmasına  xidmət  edir.  Şəbəkə  səviyyəsi  xəbərlərin  ötürülməsində 

düzgün  istiqamətin  seçilməsini  təmin  edir.  Şəbəkələr  öz  aralarında  marşrutizator 

(router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası 

əlaqələrin  topologiyası  haqqında  informasiyanı  yığaraq  onun  əsasında  paketləri 

təyin  olunmuş  şəbəkəyə  göndərir.  Xəbərin  bir  şəbəkədən  (ötürücudən)  digər 

şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit 

ötürmələrdən  (hop-siçrayış)  istifadə  edilir.  Bu  zaman  hər  dəfə  müvafiq  marşrut 

seçilir.  Beləliklə  ,  ümumi  marşrut  paketlərin  keçdiyi  marşrutizatorların 

ardıjıllığından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və 

onun  həlli  şəbəkə  səviyyəsinin  əsas  məsələlərindən  biridir. Çox  zaman  marşrutun 

seçilmə  kriteriyası  kimi  verilənlərin  ötürmə  vaxtı  qəbul  edilir.  Bu  işə  kanalın 

buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif 

texnologiyaların  uyğunlaşması,  böyük  şəbəkələrin  ünvanlarının  sadələşdirilməsi 

kimi məsələləri də həll edir.  

Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanının böyük 

hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. 

Eyni  şəbəkənin  bütün  qovşağlarının  ünvanlarının  böyük  hissəsi  eyni  olmalıdır. 

Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir. I. Şəbəkə protokolları paketlərin 

şəbəkələrdə hərəkətin həyata keçirir., II marşrutlaşdırma protokolların köməyi ilə 

marşrutizatorlar  (router)  şəbəkələrarası  birləşmələrin  topologiyası  haqqında 

informasiya yığırlar. 

Şəbəkə  səviyyəli  protokollar  kimi  TCP/IP  stekindən  IP  protokolunu  və  Novell 

stekindən IPX paketlərin şəbəkələrarası mübadiləsi protokollarını misal göstərmək 

olar. 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin