Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    Səhvlərin tapılması və təshihi



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   11   12   13   14   15   16   17   18   ...   57


13 

 

Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra 

modem,  rabitə  xəttinin  digər  tərəfində  olan  modem  tərəfindən  bu  informasiya 

blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv 

qəbul  olunubsa,  bu  halda  qəbuledici  modem  göndərilən  blokun  təkrarən 

göndərilməsi  üçün  siqnal  göndərir.  Səhvlərin  bu  təshih  üsulu  ARQ  (Automatic 

Repaet reQuest – təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya 

ötürülməsi  zamanı  əmələ  gələ  bilən  səhvlərin  müəyyən  miqdardan  kənara 

çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem- vericiyə təklif edir 

ki,  daha  alçaq  sürətə  keçsin  və  ya  ötürülən  blokların  sayını  azaltsın.  Ötürülən 

informasiyaya  nəzarət  üçün  hər  bir  informasiya  bloku  müəyyən  nəzarət  cəmi  ilə 

təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində 

müəyyən  hesab  əməli  aparılır.  Bu  rəqəmin  tapılma  alqoritmi  elə  qurulmalıdır  ki, 

istənilən  bitin  təhrif  olunması  nəzarət  cəminin  dəyişməsinə  səbəb  olsun.  Modem-

qəbuledici,  növbəti  informasiya  blokunu qəbul  etdikdən sonra  göstərilən  alqoritm 

üzrə nəzarət cəmini tapır və onu cari alınmış cəm ilə müqayisə edir. Cəmlər bir-birilə 

üst-üstə düşdükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. Cəmlər bir-birinin üstünə 

düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini göstərir və bu barədə modem-

qəbuledici həmin blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış 

nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir. Səhvlərin 

təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin 

faylların  ötürülmə  protokolunu  formalaşdıran  kommunikasiya  protokolu  (məs, 

Xmodem) vasitəsilə də həyata keçirilə bilər. 

 

 

 



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin