"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,5 Mb.
səhifə1/24
tarix02.01.2022
ölçüsü0,5 Mb.
#36978
  1   2   3   4   5   6   7   8   9   ...   24
MUhazire


KOMPÜTER QRAFİKASI VƏ MULTIMEDIA.

Rəng modelləri. Rastr, vektor və fraktal qrafika. Üçölçülü (3D) qrafika. Qrafiki redaktorlar. Avtomatlaşdırılmış layihələndirmə sistemi (CAD). Multimedia qurğuları və sistemləri.




  1. Giriş. Kompüter qrafikasının əsas anlayışları



İnformatikanın kompüterdən istifadə etməklə təsvirlərin yaradılması və redaktə edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır.

Müxtəlif peşə sahibləri: müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar, rəssamlar, konstruktorlar, kompüter dizaynı ilə məşğul olan mütəxəssislər, reklam məhsulları hazırlayanlar, Web-proqramçılar, multimedia təqdimatı hazırlayan müəlliflər, səhiyyə işçiləri, parça və geyim modelyerləri, fotoqraflar, tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz fəaliyyətlərində kompüter qrafikasından istifadə edirlər.

Adətən, kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar , avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir.

Avtomatlaşdırılmış sistemlər çox maraqlıdır, lakin nəzərə almaq lazımdır ki, onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. Golden Software firmasının Grapher elmi qrafika proqramı cədvəl və ya analitik formada verilən bir dəyişənlə şərh edilən məlumatların işlənməsi üçün nəzərdə tutulmuşdur.

Verilənlərin kompüterin monitorunda qrafik şəkildə təsvir olunması XX əsrin 50-ci illərinə təsadüf edir. Belə təsvirlərdən əsasən elmi və hərbi tədqiqatların aparılmasında istifadə edilirdi. O dövrdən başlayaraq verilənlərin qrafik şəkildə monitorda təsvir edilməsi fərdi kompüterlərin ayrılmaz hissəsinə çevrilmişdir.

Müasir multimedia proqramları fərdi kompüter qrafikası olmadan fəaliyyət göstərmir. Qrafika üzərində iş, kütləvi tətbiq edilən proqramlar proqramçılar qrupu tərəfindən hazırlanır və proqramçıların işinin təxminən 90%-ini əhatə edir.

Redaksiya və nəşriyyat işində əsas yeri qrafiki proqramlarla bərabər bədii və tərtibat işləri tutur.

Qrafik proqram vasitələri İnternetin inkişafı ilə əlaqədar daha geniş istifadə olunmağa başlamışdır. Web səhifələrin yaradılmasın qoyulmuş tələblər analoji işlərlə məşğul olan rəssam və dizaynerlərin imkanları daxilində gördüyü işlərə qoyulmuş tələblərdən az deyilddir. Bu baxımdan müasir kompüter qrafikası vasitələri elə yaradılır ki, onlar nəinki rəssam və dizaynerlər üçün əlverişli alətə çevrilsin, hətta rəssamlıq və dizayner işləri ilə məşğul olmağa həvəskar olan, amma kifayət qədər təcrübəsi və qabiliyyəti (və ya vərdişi) olmayanlar bu sahədə məhsuldar işləyə bilsinlər.

Kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda proqraml təminatının olmasına baxmayaraq qrafikanın cəmi üç növünü bir-birindən fərqləndirirlər. Bunlara rastr, vektorfraktal qrafikasını aid etmək olar. Hər üç qrafika fərdi kompüterin ekranında əks olunan zaman və ya onların kağız üzərində çapı zamanı alınmış təsvirin formalaşmasına, formalaşma prinsiplərinə görə qrafikaları bir-birindən fərqləndirir.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin