Kompüter qrafikasi fənnin oyrənilməsinsdə məqsəd. Digər fənnlərlə əlaqəsi



Yüklə 2,41 Mb.
səhifə4/5
tarix14.01.2017
ölçüsü2,41 Mb.
#5146
1   2   3   4   5

Köhnə foto şəkil

İstənilən bir rənkli şəkil götürün. (mötərizədəkilər ruski versiyadı)



Əvvəkcə ağ-qara şəklə cevirək: Image-->Ajust-->Desaturate, (Изображение->Коррекция->Обесцветить) və ya klaviaturada Shift+Ctrl+U, şəkil ağ-qara olacaq.



Birbalaca xışıltı əlavə edək: Filter-->Noise-->Add Noise (Фильтр-> Помехи->Добавить Шум)
Parametirləri təyin edək:
Amount - 10
Uniform secənəyini secin
Monochromatic qarşısında işarə qoyun.



Sonra Image-->Ajust-->Levels (Изображение->Коррекция->Уровни)
Parametirləri təyin edək:
Channel (Канал): RGB
Input Levels (Входные значения): 0; 1,00; 255
Output Levels (Выходные значения): 75; 255
Başqa parametirləridə yoxlamaq olar.



Birbalaca aydın görünüşü yığışdıraq, biraz bulanlıq eliyək: Filter-->Blur-->Gaussian Blur (Фильтр->Размытие->Размытие по Гауссу), verilən misalda mən
Radius (Радиус) 0.5 qoymuşam.(ozunuz nəzər yetirin şərt deyilki burdakı parametirlər olsun)



Şəklimizin rəngini dəyişək:
Image-->Adjust-->Hue/Saturation (Изображение->Коррекция->Цветовой тон/Насыщенность).
Parametirlərini təyin edək:
Dəyişkəni Master (Все)
Hue: (Цветовой тон) 35
Saturation: (Насыщенность) 25
Lightness: (Яркость) -15
Colorize (Тонирование),qarşısında işarə qoymaq yadınızdan cıxmasın.



Buda belə, bir iki dəfə özüniz praktika eləyin.Şəkilləri tutuşduraq.



Şəffaf yazı


Bu bölümdə sizə necə şəffav yazı efekti verməyə baxaq əməliyat sadədir amma elədə pis effekt deyil. Nümunədəki şəkildən yekunda yazının necə olaçağını görüsüz.(bina Nizami kinoteatrıdi)



Arxaya bir şəkil salin ( yazı hansı şəkil ustundə olmağını istəyirsiniz)



Şəklin üzərində mətin yazın, rəngin fərqi yoxdu hansi rənkdə yazısız yazın.



Sonra Leyer panelindən ( Window >> Layers ) mətin olan leyri şəffaflaşdıraq Fill Oracity salaq 100% dən 0%-a kimi endirin. Sonra leyrə əlavə Drop Shadow (kölgə) və Bevel and Emboss stili verək ( Layer >> Layer Style, stillərin perametrini özünüz istədiyiniz kimi nizamlıya bilərsiz, dəyişiklik etməsəzdə olar yalnız stililləri seçıb OK basın). Şəkil hazırdı.


Gözün rəngini dəyişmək



Ümumiyyətlə Photoshop-da rəng dəyişməyin bir çox üsulu var indi onlarda birindən istifadə edərək  gözün rəngini dəyişməyi göstərək. Bu üsulu təkcə gözdə yox paltarın sacın və.s tez bir zamanda rəngini dəyişmək üçün istifadə edə bilərsiniz.
Başlayaq !
Xarab eləmək istədiyiniz şəkili acın. Bağışlayın yazanda texniki səf getdi, gözün rəngini dəyişmək istədiyinin şəkili acın. Mən öz şəkilim tapa bilmədiyimə görə internetdə şəkil axtarmaq məcburiyyətində qaldım. Niyə qız şəkili seçdiyimi soruşmayın(məlum məsələdi), düzdü mənim gözlərim bundan yaxşıdı yenə də olmayan yerdə buna da şükür.
Dəyişiklik olunası şəkilimizi acaq. Ctrl və O düymələrin eyni zamanda basın yada menyudan File -->Open (Файл --> Открыть) acılan pəncərədən şəkilimiz tapaq, üstündə iki dəfə mausun sol düyməsini tez-tez vurun acılsın.



Gözün içini seçin, kim necə rahatdı elə seçə bilər, şəkilin görünüşünü böyüdün ki rahat seçə biləsiniz (klaviaturada Ctrl və + düyməsini basın)  mən birinci alətlə Elliptical Marquee Tool (M) (Эллиптический) gözün içini seçirəm (seçəndə bir balaca gözün üst qapağı da seçildi, ona görə klaviaturada Alt düyməni basılı saxlayaraq həmin alətlə artıq seçiləni hissəni ləğv edirəm, şəkildəki kimi yalnız gözün rəngini dəyişmək istədiyimiz hissəni seçmək lazımdı).







Hə indi gələk rəngi dəyişməyə, menyudan Image-->Adjust-->Hue/Saturation (Изображение->Коррекция->Цветовой тон/Насыщенность) seçin yada klaviaturada Ctrl və U düymələrini eyni zamanda basın. Acılan pəncərədə (səkildəki kimi) 1. Colorize (Тонирование) qarşısına işarə qoyun, sonra pəncərədəki oxları sağa sola sürüşdürməklə xoşunuza gələn rəng verə bilərsiniz.



Qeyd: Rəng verəndə xanadakı rəqəmləri yadınızda saxlayın, ikinci gözü rəngləyəndə həmin rəqəmlər lazım olacaq əks halda gözlərin rəngi müxtəlif olma ehtimalı yüksəkdi.
Yenə də qızın gözünün təbii rəngi daha yaxşı idi !!!










13-19. Corel Draw proqramı.

Corel Draw – proqram interfeysi ilə ümumi tanışlıq




Müəllif: Rizvan Bağırlı   

20.03.10 00:12

Fotoşop-un interfeysi ilə ümumi tanışlıqdan sonra növbə Corel Draw (Korel Drou) proqramına gəldi. Sözü uzatmanadan ümumi görünüşə bir az göz gəzdirək. Proqramı açdıqdan sonra əksər proqramlardan sizə tanış ola biləcək panelləri, menyunu, boş sənədi görəcəksiniz. Onu da qeyd edim ki, mövzuları işləyərkən mən (hələlik) Corel Draw proqramının x4 (14-cü) versiyasından istifadə edəcəm.



Adobe Photoshop-la ümumi tanışlıq zamanı menyu, alətlər və nəzarət paneli, funksional pəncərələr mövzusuna toxunduğumuz üçün gəlin eyni şeyləri çox təkrarlamayaq. Proqram əsasən bu hissələrdən təşkil olunub:

1. Menyu 2. Dinamik nəzarət paneli 3. Alətlər paneli 4. Boş sənəd 5. Pəncərələr 6. Rənglər pəncərəsi 7. Status paneli

A
rtıq qeyd etdiyim kimi, əvvəlki mövzumuzda menyu, onun funksional tərəfləri, xüsusiyyətləri haqqında bəhs etmişdik. Ümumiyyətlə, 99% hallarda hər bir proqram menyu ilə təchiz olunur. Menyunun iş prinsipini yaxşı başa düşən hər ir istifadəçi çox asanlıqla müxtəlif proqramlara uyğunlaşa bilər. Çünki menyuda həmin proqrama xas olan fərdi funksiyalar olduğu kimi oxşar tərəfləri də çox olur. Məsələn, "fayl", "redaktə", "pəncərələr" kimi bəndlərə əksər proqramın menyusunda rast gələ bilərsiniz. Zəif ad fərqliliyi ola bilər. Bu sizi bir o qədər də narahat etməsin.

Fotoşopdan fərqli olaraq Corel Draw daha dinamik nəzarət paneli ilə təchiz olunub. Və bu panelin hissələrini çox asanlıqla redaktə etmək mümkündür. Nəzarət panelinin üzərində mausun sağ düyməsini basın. Açılan siyahıdan müxtəlif panelləri əlavə edib və ya yığışdırmaq olar. Bundan başqa hər bir istifadəçi bu panellərin siyahısına işinə uyğun gələn istənilən sayda panel də əlavə edə bilər. Bu barədə daha ətraflı növbəti mövzularda.

Demək olar ki, bütün qrafik proqramların ən ortaq cəhəti onların alətlər panelidir. Corel Draw da bu cəhətdən istisna deyil. Dizaynerin iş prosesini asanlaşdıracaq bir sıra alətlər yerləşdirilən bu panelə tez-tez müraciət edəcəyik. Ona görə məsləhət görərdim bu alətləri sərbəst şəkildə eksperiment aparmaqla nəzərdən keçirəsiniz. Dərslərdə yeri düşdükcə onları daha ətraflı izah etməyə çalışacam. Yeri gəlmişkən qeyd edim ki, əgər alətlər panelində hansısa alətin aşağı sağ küncündə qara üçbucaq işarəsi görsəniz bilin ki, bu alətin bir az fərqli funksiyalı digər variantlari da var. Həmin alətlərə keçid almaq üçün mausun sol düyməsini sıxıb saxlamaqla kursoru onun üzərində saxlayın.  





Boş sənəd hələ ki, bizə maraqlı deyil)). Buna görə söhbətimizi pəncərələr və rənglər pəncərəsimövzularıyla davam edək...    



Pəncərələr (dockers) – burada mətn, rənglər, obyektlər, foto və vektor effektlərini və s. tənzimləmək üçün pənəcərələri yerləşdirmək mümkündür. İstədiyiniz pəncərəni əlavə etmək üçün proqramın menyusundan Window - Dockers-ə daxil olun və istədiyiniz pəncərəni aktivləşdirin. Proqramda artıq istifadə olunan pəncərələrin adlarının qarşısında qeyd işarəsi olacaq.



Rənglər pəncərəsi – obyektə və ya onun konturlarına rəng vermək üçün (və ya rəngsizləşdirmək üçün) istifadə olunacaq ən vacib pəncərələrdən biri. Obyektə rəng vermək üçün əvvəlcə obyekti qeyd edin sonra istədiyiniz rəngin üzərində tıklayın, vəssalam! Bu qədər sadə )). Əgər obyektin kənar xətlərinə rəng vermək lazımdırsa eyni prosesi sadəcə mausun sağ düyməsi ilə təkrar edin. Yeri gəlmişkən rənglər palitrasında (pəncərəsində) rənglərin sayı sizin gördüyün qədər deyil, qat-qat çoxdur. İstənilən rəngin üzərində mausu sıxıb bir az gözləyin və... buyurun rənglərdən yeni rənglər "dünyası" meydana gəldi. Aşağıdakı şəkildə CorelDraw proqramının CMYK rənglər palitrasını görə bilərsiniz.    

Və ən nəhayət proqramın aşağı hissəsində olan Status paneli. Bu paneldə çəkdiyiniz qrafik obyektin ölçüləri haqqında müxtəlif informasiya əks olunur. Obyektin özünün və kənarlarının rənglərinə də bu paneldən nəzarət etmək mümkündür.







Corel Draw və yazı, mətn əməliyyatları ilə ümumi tanışlıq (1-ci hissə)




Sevimli proqramımızın bir sıra funksiyaları ilə artıq tanış olmuşuq. Növbə gəlib çıxdı mətnlə işləməyə. Korel mətnlə necə işləyir, hansı əməliyyatlar aparmaq mümkündür və s. suallara bu mövzuda cavab verməyə cəhd edək. Toxunduğum məsələ bir az geniş olduğundan bir neçə hissəyə böldüm. Beləliklə, dərsin birinci hissəsi…

Əksər proqramlarda olduğu kimi Corel Draw da mətnə “biganə qalmayıb” və onun üçün alətlər panelində belə bir yer ayırıb (Text Tool (F8)):





Text Tool aktiv edildikdən sonra boş səhifədə bir dəfə tıklayıb istədiyimiz yazını daxil edirik.

Əgər Text Tool-u götürüb boş səhifədə virtual düzbucaqlı forma çəksək,



o zaman bayaqkından fərqli olaraq yazı üçün bir az fərqli şərait yaranacaq. Qısa desək qapalı, məhdud bir zona açılacaq. Başa düşdüyünüz kimi istədiyiniz mətn bu çərçivə daxilində yerləşəcək.



Bu iki fərqli rejimin nə olduğunu izah edim. Korel bizə mətnlə işləmək üçün iki fərqli rejim təklif edir: Bədii rejim (Artistic Text), Paraqraf rejim (Paragraph Text).

Birinci (Bədii) rejimdə yazıya heç bir vizual çərçivə-sərhəd qoyulmur. Bu rejimdən adətən məqalələrə tərtibatlı başlıqlar qoyarkən, loqolara yazı yazarkən, dizayn işlərinə azhəcmli mətn daxil edərkən və s. hallarda istifadə olunur.

Paragraph Text – adından da göründüyü kimi irihəcmli mətnlərin yazılması, bu yazıların dizayna, reklam işlərinə yerləşdirilməsi zamanı köməyə gəlir. Mətnin ətrafında əmələ gələn vizual qırıq xətli çərçivə sizi qorxutmasın. Bu, sadəcə görüntü üçündür və son nəticəyə heç bir təsir etmir.

Text Tool-dan adi iş rejiminə qayıtmaq üçün alətlər panelinin birinci alətini, Pick Tool-u seçirik.

Yuxarıdakı şəkildən də göründüyü kimi, yazımız çərçivəylə birgə aktiv olaraq qaldı. Bu aktivliyi pozmadan daha bir prosesi izləyək – Nəzarət Panelindəki mətn funksiyalarının nələrdən ibarət olduğunu öyrənək.



Gördüyünüz kimi buradan daxil etdiyimiz mətnin şriftini, şriftin ölçüsünü, stilini, paraqrafın görünüş tərzini müəyyən emək olar. Yeri gəlmişkən siz hər hansı bir mətni daxil etməzdən qabaq da bunu edə bilərsiniz.Text Tool aktiv olan kimi istədiyiniz parametrləri təyin edin və yazını yazın. Paneldəki digər funksiyalara irəlidəki dərslərdə toxunacağıq.

Ms Office və digər mətn redaktorlarından hamımıza tanış olan bold, italic və underline düymələrini sıxmaqla yazıya aşağıdakı görüntünü vermək olar.

Bir az sağda yerləşən paraqrafın görüntü stilini müəyyən edən düyməni sıxsaq alternativ variantlardan ibarət siyahı açılmış olar.



Yuxarıda haqqında söz açdığımız mətn rejimlərinin birindən digərinə keçmək çox asandır. Bunun üçün indi bizdə olan Paraqraf mətn obyektinin üzərində mausun sağ düyməsini basıb kontekst menyunu açaq. Menyunun birinci əmri məhz bu işə qulluq edəcək: Convert to Atristic Text (Ctrl+F8). Hər zaman olduğu kimi bu işi mötərizədə qeyd etdiyim qaynar klavişlə etmənizi məsləhət görürəm.



Əks əməliyyat da eyni formada aparılır, eyni üsulla yazı Bədii rejimindən Paraqraf rejiminə qaytarılır.





Corel Draw proqramında yazı və onunla bağlı ən primitiv funksiyalarla ümumi tanışlığın birinci hissəsini burda bitirək.





Corel Draw proqramının köməkliyi ilə əyrixəttli abstrakt fonun hazırlanması












 Endirim kartı üçün dizayn dərsində istifadə etdiyim abstrakt fonun necə hazırlandığına nəzər salaq. Kifayət qədər qısa olan materialın sayəsində maraqlı nəticələr almaq üçün bu metodu mənimsəmiş olacaqsınız...

Boş sənəd yaradıb (Ctrl+N) iki paralel düz xətt çəkin.

 

 Hər ikisni aktiv edib Blend pəncərəsini açınMenyu - Effects - Blend



 Keçid üçün addım sayını olduğu kimi, yəni 20 ədəd saxlayın.



 Alətlər panelindən Shape Tool (F10) alətini seçirik.



 Başlanğıc xəttin təxminən orta hissəsindən iki dəfə klik edib sındırırıq.



 Sınmış nöqtədən tutub sağa doğru dartaq.



 Eyni qayda ilə son xətti də deformasiya edək.



 Sınma nöqtəsini aktiv edib Nəzarət Panelindən Convert Lines to Curve düyməsini basırıq. Belədə iti uclu əyilmə ellipsvari əyilmə ilə əvəzlənəcək.



 Bunun üçün sadəcə həmin sınma nöqtələrini Delete düyməsi vasitəsilə silmək lazımdır.



 Başlanğıc xəttlərin ölçü, rəng və formasını "oynatmaqla" maraqlı nəticələr almaq olar.





Corel Draw-da PowerClip effekti ilə tanışlıq







Corel Draw proqramında ən məşhur və praktik effekt fikrimcə PowerClip-dir. Hətta vektor qrafikasına həsr olunmuş ən böyük rusdilli saytın adı da bu effektlə bağlıdır. Fotoşopda (həmçinin İllustrator-da) olan masklama ilə oxşar prinsipə malik olan bu effektlə tanış olaq.  

İstədiyiniz mətni daxil edin və ya hər hansı qrafik obyekt çəkin.



Korel sənədimizə müəyyən bir şəkli gətirək. Artıq bildiyimiz kimi bunun üçün foto sənədə idxal (import) olunmalıdır.



Bu da mənim seçdiyim foto – rəngli lələklər.



 Fotonu klik etməklə onu aktivləşdiririk. Sonra isə Menyudan Effects-PowerClip-Place Inside Containerəmrini veririk.



Deyilənlərə düzgün riayət etsəniz kursorun əvəzinə şəkildə göründüyüz kimi qara qalın ox işarəsi əmələ gələcək.



Bu ox fotonu hansı obyektin daxilinə yerləşdirmək istədiyinizi bildirmək üçündür. Oxu yazının üzərində vurmaqla istəyimizi proqrama çatdırmış oluruq. Qeyd etdiyimiz foto yazının içinə daxil olacaq.



Yuxarıdakı şəkildən göründüyü kimi, daxildə olan obyektlə hər hansı əməliyyat aparmaq üçün yazının üzərində mausun sağ düyməsini klik edib, kontekst menyudan Edit Contents əmrini vermək lazımdır. Menyuda olan Extract Contents əmri isə daxildə olan bütün obyektləri üzə çıxarır.



Prinsip aydın olsun deyə fotonu bir kənara çəkdim. Gördüyünüz kimi yazı (və ya hər hansı obyektin kənarları) burda zərif kontur şəklindədir. Bu onu göstərir ki, "çöldə", sənəddə yalnız bu konturun daxilində olan hissə görünmüş olacaq. İndi təkrarən şəkli konturun daxilində müəyyən bir yerə qoyuruq.



 Bu rejimdən çıxıb sənədə qayıtmaq üçün aşağıda, sol küncdə olan Finish Editing Object düyməsini basırıq.



Bu da yekun nəticə.



Fərqlilik üçün konturun daxilində foto əvəzinə belə bir obyekt çəkək.





Sənəddəki yazının konturlarında və fonunda müəyyən əməliyyatları da aparsaq nəticədə belə bir maraqlı görüntü alınar.







Corel Draw proqramında rəng keçidləri (Fountain fill)

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin