Kompüter qrafikasi fənnin oyrənilməsinsdə məqsəd. Digər fənnlərlə əlaqəsi



Yüklə 2,41 Mb.
səhifə2/5
tarix14.01.2017
ölçüsü2,41 Mb.
#5146
1   2   3   4   5

MÖVZU 6. RASTR QRAFİKASI

Rastr görüntülər eyniölçülü çox kiçik nöqtələrdən ibarət olur. Bu nöqtələrin hər birinin öz rəngi ola bilər. Ekranda nöqtələr birləşərək, bütöv bir şəkil əmələ gətirir, ancaq rastr görüntünü çox böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir.

Kompyuterin ekranında görüntünü formalaşdıran nöqtələrin düzbucaqlı şəbəkəsinə rastr deyilir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur: ekrandakı mövqeyi ilə və rəngi ilə. Beləliklə, rastr qrafikasında görüntülər nöqtələr massivi şəklində göstərilir. Ona görə də belə massivin özünə rastr xəritəsi [bitmap], onu təşkil edən elementlərə isə piksel [pixel] deyilir.

Kompyuterin emal etdiyi ən kiçik verilən elementi bit olduğu kimi, disp leyin,

yaxud printerin əks etdirə bildiyi ən kiçik element pikseldir. Rastr görüntülər üçün çözümlülük [resolution] anlayışının xüsusi önəmi var.

Görüntü monitora, yaxud printerə çıxarıldıqda onun çözümlülüyü bir düymdəki nöqtələrin sayı [dots per inch – dpi] ilə, başqa sözlə, sıxlığı ilə müəyyən olunur.

Bu say görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer printerlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə isə bir düymdə 600–2000 nöqtə olur. Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür. Çözümlülüyün 320 × 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görüntünün keyfiyyətinin isə aşağı olmasını göstərir.

Çözümlülüyün 1240 × 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetərincə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir. Adi gözlə baxdıqda nöqtələri yalnız o halda sezmək olur ki, printerin çözümlülüyü bir düymdə 600 nöqtədən az olsun. Ancaq bir çox məsələlər üçün çözümlülüyü bir düymdə 300 nöqtə olan printerlər tam yetərli olur. Rəngli monitorlarda çözümlülük eyni zamanda əks olunan rənglərin sayından asılı olur.

Müasir monitorlar, adətən, 800 × 600, 1024 × 768, 1280 ×1024, 1600 ×1200 piksel və başqa rejimlərdə işləyir. Beləliklə, monitorun çözümlülüyü nə qədər yüksək olarsa, görüntünün keyfiyyəti də o qədər yaxşı olar (şəkil). Nəzərə almaq lazımdır ki, çözümlülüyün artırılması görüntü fayllarının ölçüsünün də artmasına səbəb olur. 300 dpi çözümlülüklə rəqəmli formaya salınmış adi fotoşəklin (10 × 15 sm) ölçüsü 1200 × 1800 nöqtə olur. Şəkil ağ-qara olduqda, bu, yaddaşda 2 Mbaytdan, rəngli olduqda isə 6 Mbaytdan artıq yer tutur.

Rastr görüntülərlə iş vasitələri.

Rastr görüntüləri almaq üçün çox zaman aparat vasitələrindən istifadə olunur.

Skaner [scanner] görüntüləri kompyuterə daxil etmək üçün onları kompyuter koduna çevirən qurğudur. Skanerlərin müxtəlif növləri var və onlar ölçülərinə görə də fərqlənir. Görüntü skanerləri [image scanners] görüntüləri kompyuterin yaddaşında saxlamaq üçün elektron formaya çevirir.

Skanerin iş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompyuterdə olduqdan sonra isə onu başqa yerə köçürmək, də yişdirmək, yazıb saxlamaq, elektron poçtla göndərmək və onunla başqa əməliyyatlar icra etmək olar. Skaner üçün də başlıca keyfiyyət göstəricisi bir düymdəki nöqtələrin sayı ilə ölçülən çözümlülükdür. Skanerin çözümlülüyü nə qədər böyük olarsa, alınan görüntü də bir o qədər yaxşı olacaq.

Qrafik planşet [graphics tablet], yaxud digitayzer rəsmlərin, yaxud fotoqrafiyaların yaradılması və ya üzünün çıxarılması üçün istifadə olunur. Rəsmlərin yaradılması real şəraitdə şəklin çəkilməsi kimidir. Xüsusi qələmlə, yaxud barmaqla xüsusi səth üzərində rəsm çəkilir. İşin nəticəsi monitorun ekranında əks olunur və lazım gələrsə, printerdə də çap oluna bilər. Adətən, digitayzerlərdən arxitektor və dizaynerlər istifadə edir.

Yüksək texnologiyalar sahəsində ən son uğurlardan biri rəqəmsal kameralardır[digital camera]. Rəqəmsal kamera vasitəsilə çəkilmiş şəkillər kameranın yaddaşında saxlanılır və istənilən vaxt kompyuterin yaddaşına köçürülə bilər. Çəkilmiş şəkillərə dərhal baxmaq, oradakı istənilən çatışmazlığı aradan qaldırmaq və xüsusi effektlər əlavə etmək olur. Kamkorder (videomaqnitofonu olan video kamera),yaxud adi videokamera vasitəsilə çəkilmiş görüntüləri də kompyuterə köçürmək imkanları var. Kompyuterdə həmin görüntüləri redaktə etmək və ekranda baxmaq olar.

Rastr görüntülərlə işləmək üçün proqram vasitələrini – qrafik redaktorları iki qrupa bölmək olar. Birinci qrup ikiölçülü rəsmlərin yaradılması üçün nəzərdə tutulub. Bu qrupa aid proqramlar tipik rəssam alətlərini (fırça, qələm, karandaş və s.), boyaq materiallarını (akvarel, yağlı boya və s.) və əriş materialları (kağız, kətan və s.) imitasiya edir. İkinci qrup proqram vasitələrinə rastr görüntülərin emalı proqramları aiddir. Bu proqramlarda rəsm çəkmək üçün məhdud sayda alətlər olur, əvəzində onlar görüntülərin redaktə və montaj olunması üçün geniş imkanlara malikdir.




7- 12. Adobe Photoshop proqramı.


Giriş
 

Bu bölmümdə ən məşur rəsimlərlə işləmə proqramı olan Adobe Photoshop-u daha yaxından tanımaq, bu proqramda nələr edəbiləçəyimizə nəzər yetirək. Profeseanal bir rəsimlə işləmə proqramı olan Adobe Photoshop-un istlfadə dairəsinin çox qeniş olduğu bir həqiqətdi. Ançaq bizim buradakı bilik dairəmiz internet və Web olduğu üçün daha çox Web səhifələrdə istifadə rolu və Web-dəki təsirinə nəzərən Photoshop-u inçəliyək. Photoshop-un köhnə versiyaları da əlbədə ki, var ama biz burada 6.0 və 7.0 versiyalarını öyrənməyə çalışacıq. Photoshop 6.0 və 7.0-dakı yeniliklərə nəzər salaq: köhnə versiyalarına görə istifadəsində fərqli olmasıyla birlikdə bir cox üstün cəhətləridə var. Sadəçə bir baxışda, daha çox riyazi özəllik əlavəsi, köhnə efektlərin, "Layer Style"olaraq daha çox təkminləşməsi, hazır şablonların əlavəsi, Yazı aləti (Type Tool) nin imkanlarının; təkminləşməsi, 8000-dən artıq leyirə içazə verməsi, vektorial şəkillərin və maskaların (shapes) əlavə olunması, ən üstdə Ana Menyunun düz altında yer alan və istifadəsi daha asant işləməymizi təmin edən Tool Options Bar –Alət Seçənəklər Çubuğu-nun əlavə edilməsi də PhotoShop-un 6.0 və 7.0 versiyalarında gələn ən vacib yeniliklərdən biri sayılabilər. Photoshop-u istifadə edə bilmək üçün əvvəla “Tool box” deyilən “Alətlər qutusu” çox yaxşı bilmək lazımdı. Sıra liə; Alət çubuğunu tanımağa çalışaq, daha sonra PhotoShop-un əsas ünsürlərindən olan, Layer-ləri, Efekt-ləri, Filtir-ləri öyrənək.



8. Adobe Photoshopda sistem parametrləri. Palitraların təşkili.

Yeni səhifə acmaq

Baş menyudan File >> New yeni bir səhifə açaq. Bu zaman yeni bir pənçərə açılaçaq.





Bu pənçərəni biraz aydınlaşdıraq, Name bölmündə Leyrə (şəklə) bir ad verə bilərsiniz. Image SizeBölmündə, şəklin enini (Width), hundürlüyünü (Height) pixel novüylə necə olaçağını yaza bilərsiz. Bütün şəkillərlə işlənən proqramları kimi Photoshop da ölçü vahidı pixel olduğundan pixel qalmağı məsləhətdir.Resolution hissəsində şəklin pixels/inch olaraq (yanı bir inch necə pixel oldugunu) göstərir. Bu səyfədə Pohotoshop-la Web səyfələrimizdə istifadə edəçəyimiz şəkiləri düzəldəçəyimizi nəzərə alaraq manitoe körüntüsün də 72 pixel olduğundan Resolution hissəsində mütləq 72 pixels/inch olması lazımdır. Yanı manitor da 1 inc (2,54 cm)–lik bir sahədə 72 pixel körsənəcək. Mode hissəsi, manitoralar hansı rənkləri olan RGB Color olaraq saxlayaq. 
Contents Hisssəsində şəklin arxa fondun rəngini təyin edən hissəsidir. Şəklin hansı rənk üstündə olacaxdı? Bu bölmədə WhiteBackground,Transparant olaraq 3 secim verilir.
White: Seçilərsə arxa fondun rəngi Ağ olur,
Background: Alət qutusunda (Background) arxadakı rənkdə olur.
Transparant: seçdiqdə isə arxafon şəffav olur.



Böyürdə şəklini qördüyümüz alətlər qutusundakı rənk secənəyidir, Background (Arxadakı rənk) Qırmızı, Foreground (Üsdəki rənk ) Sarı dır. Şəkildəki qırmızı olan yerə hər hansı rənqi verib, "Contents" bölmündə, Background işarələsəq şəklin arxa fondu rənki həmən rənk olur. İstəsəniz, -düyməsi ilə (klaviaturada X dürməsi) rənklərin yerlərini dəyişdirmək olar, yada  -düyməsinə basdıqda default nizamlamaq (Background Ağ, Foreground Qara) deyişdirmək olar (klavuaturada D düyməsi).



Transparet: Secilərsə, şəklin arxa fondun rənqi olmayaçaq, arxa fond dama kimi görünür (Şəffav olur). Transparent olan şəkilər, yerləşdirəndə web səyfələrində arxa fondun rəngi ( body bgcolor="#FFFFFF") ağ lojax.



Parametirləri təyin etdiqdən sonra ok düyməsini basın.




Alətlər cubuğu






Photoshop-dan istifadə etmək üçün əvvəla soldakı şəklini gördüyünüz Alətlər cubuğunu yaxşı öyrənməliyik. Alətlər cubuğunu açmaqdan ötrü baş menyudan,Window >> Show Tool ilə ToolBox-u açaq. Bağlamaq ücün Window >>Hide Tool seçmək lazımdı. Gizli olan bu alətlətin aşağısında xirda ox işarəsi üzərində mausun düyməsini basılı saxlayin bir müddətdən sonra açılan pənçərədən həmin alətin başqa növünü seçə bilərsiz. Bunlardan birini seçirsiniz.Alət qutucindakı alət diqəri ilə yerini dəyişəçək, istifadəyə hazir vəziyətdə olaçaq. Hərbirinin yanındakı həriflər qisa yol düyməsini qostərir. Aşağıdakı; Alətlər Qutusunun xüsusiyətlərini hər nə qədər açıqlasaq da buradakı Alətlərin hasını aktiv edirsinizsə edin, alt şəkildə qördüyünüz, PhotoShop 6.0 ilə bərabər əlavə olan yeni xüsusiyəti Tool Option Bar – Alət Seçənəklər Çubuğuundakı nizamlığı ortaya çıxarır.Baş menyunun altında yerləşən Tool Options Bar-dakı nizamlamaları ilə yetənəklər qazanırlar. Bunu PhotoSpop-u istifadə etdikdə daha yaxşı başa düşəçəksiz. İndiysə Alətlər Qutusunun alətləri tan

ş olaq. Təsvir sahələrin ayrılması texnikası.


"Tool Options Bar"





"Rectangular Marquee Tool" ( M ) Düzbuçaq formasinda hər hansı sahəni secmək üçün   secib şəkil üzərində mausun düyməsini basılı saxlayaraq mausu sürüşdürün. Shift basılı tutaraq   bu əməlyatı edəndə hər tərəfi bərabər yəni kvadrat olur.
Elliptical Marquee Tool" ( M ) Ellips formasında secmək üçündü Shift basılı tutduqda dairə formasında olur. 
  "Single Row Marquee Tool" ( M ) Tək pixsel vertikal bölür. 
 "Single Column Marquee Tool" ( M ) Tek pixsel olaraq horizontal bölür.



"Move Tool" ( V ) Seçilən bir sahəni və yada Leyri yerini dəyişməq üçündü. Avtomatiq secmə üstünlüyü olaraq mausun sağ düyməsini basdıqda başqa leyridə secə bilərsiz.



"Lasso Tool" ( L ) Şəil üzərində səbəst sahə seçə bilərsiniz. 
"Polygonal Lasso Tool" ( L ) Şəkildə təyin etdiyiniz nöktələri tək tək seçə bilərsiniz. 
 "Magnetic Lasso Tool" ( L ) Yaxın olan rənklərə maqnit kimi yapışaraq seçməq üçün .



 "Magic Wand Tool" Bu alət sehirli çubuq adlanır hər-hansı rəngin üzərində mausun düyməsini vurduqda eyni olan bütün rənkləri seçir (Sehirli çubuq).



 "Crop Tool" ( C ) Kəsmə aləti deyilir. Şəklin kənarındakı artıqları kəsmək və firlatmaq olar.



 Airbrush Tool" ( J ) Yumuşaq kənarlı xət şəklində rənkləmək olur. Karandaş hərəkəti kimi



"Slice Tool" ( K ) Dilimləmə aləti ilə şəkil üzərində dilimlər yaratmağ olar. 
Şəkli dilimlərə bölə bilərsiniz. 
"Slice Select Tool" ( K ) Dilimləri seçməya yarıyır



 "History Brush Tool" ( Y ) Şəklin arxa plan rəngini kopyalyıb şəkil üzərində seçilən obyekti   firça şəklində rənkləmək.
 "Art History Tool" ( Y ) İstifadə olunan seçili obyekdəki fərqli rənqləmə sitillərinə,fırça   şəklində r'nqləmə.



 "Eraser Tool" ( E ) Silmə aləti (pozan). Şəkildə lazım olmayan hissələri silmək silərkən axa   plani və ya arxadakı leyri qörünməsini təmin edir. 
 "Background Eraser Tool" ( E ) Arxaplan rənqini silərək şəkil üzərinə köçürür edir. 
 "Magic Eraser Tool" ( E ) Tək mausun düyməsini basmaqla arxaplan rənqini şəkil üzərinə   köçürür.



 "Paint Bucket Tool" ( G ) Obyekti secilmiş rənq ilə doldurabilərsiz. 
 "Gradient Tool" ( G ) İki yada dahaçox rənklər arasında yumuşaq keçid (qradient) yaradır .



 "Dodge Tool" ( O ) Şəkildə aydınlanmış –işıqlanmış kimi effekt verir. 
 "Burn Tool" ( O ) Şəkli tündənmiş-kararmış effekt verir. 
 "Spone Tool" ( O ) Şəklin rənk parıltılığını azaldıb, çoxaltmaq.



 "Path Companent Selection Tool - Direct Selection Tool" ( A ) Pen Tool ilə şəkil   üzərində hər hansı bir yerde secim etdiyimiz və ya bir parça seşdiyimizdə seçim nökdələrini   təyin edir.



Type Tool" ( T ) Şəkil üzərində yazı (text) yazmaq üçün. Photoshop-un yazi Editorunda   yazılır.



 "Pen Tool" ( P ) Şekildə düzgün rotarları-yönləri çəkməyə içazə verir.



"Rectangle Tool" ( U ) Ən üstə "Rectangular Marquee Tool" Bölmündə başa saldiğımız işdəri   görür. Ançaq bu alətin vərqi Foreground deyilən rənq dəyişdirmə alətindəki üstəki rənqini tətbiq olunan yerde məs bu rənq istifadə olunur və maskalama edər. İstəsəniz üstündə mausla iki dəfə basmaqla rənqini dəyişdirəbilərsiz. "Rounded Rectangle Tool" ( U ) Künçlərin yumrulanması. 
" Ellipse Tool" ( U ) Elips. 
"Polygon Toll" ( U ) Poliqonql olaraqda istifadə olunur. Hər birinin kənarlarını "Tool Options Bar"-dan nizamlamaq olar. 
"Line Tool" ( U ) Çızıq alətidir. Istənilən qalınlıqda düz çızıq çəkər.
"Custum Shape Tool" ( U ) Pohotoshop-un hazır şəkillər siyahisından istifadə etməyə imkan verir.



 "Notes Tool" ( N ) Şəkilin müəyyən hissəsində qeyd yazmaq.
"Audio Annotation Tool" ( N ) Səs əlavə edər. Amma bu əlavəni ançaq PSD formasında   əlavə edər.



 "Eyedropper Tool" ( I ) Şəkildəki rənqi seçməq üçün. Mausun sol düyməsini hansı şəkildəki   rənq üzərində basdıqda həmin rənqi seçir. 
"Color Sampler Tool" ( I ) İnfo seşilən rənqin dəyərini göstərir. 
"Measure Tool" ( I ) Şəkildə iki nökdə arasını ölçməyə imkan verir.



 Hand Tool" ( H ) Ekrana yerləşməyən yəni iri həçimli şəiklərin   görünməyən yerini mausun sol düyməsini basılı tutaraq sürüşdürmək olar.



"Zoom Tool" ( Z ) Şəklin istənilən hissəsinə yaxından və ya uzaqdan baxmaq üçün (Alt düyməsini basılı tutduqda ölçünü azaldır).



"Palet –Rənk seçmə aləti " Foreground üsdəki rəngi , Background altdakı rəngi bildirir.   Defaunt rənk (D) şəkildəki kimidir.-'a mausla basanda default`u nizamlayır.   -a mausla   basanda altnan üsdəki rənklərin yeri dəyişdirə bilərsaiz(X).Amma altdakı daimi Backgraund,   üsdəki daimi Foreground olaçaqdı.



"Quick Mask Mode" ( Q ) 
Hazır masqalamaq və ya maskalamadan çıxartmaq olar.



"Full Screen Mode" ( F ) Pənçərəni bütün ekran boyu açmaq, standart hala qaytarmaq



 "Jump to ImageReady" ( Ctrl+Shift+M ) ImageReady-yə tullamaq. Hərhansı bir şəkli   düznə ImageReady-ə köndərib eyni şəkildə bütün aməlyatları, efektləri və filtirləri ilə   ImageReady-də istifadiyə hazırlayır.

Yazi aləti

Bu bölümdə çox istifadə edəçıəyimiz Photoshop-un yazı aləti olan "Type Tool" (T) -u tanıyaq. Ançaq burada həmən bir xatırlamaq lazımdı. Məsələn Photoshop-un çoxlu dil (Multi Language) dəstəyi olmadığı üçün yazılarımızda Azeri xarakterli olan ü.ö.ş və.s istifadəedirik. Yada “.” nöktə və yada “,” vergülləri başqa bir leyirdə yaradıb şəkildəki mətin üzərinə salmağa məçbursuz. Yada Type Tool ilə yazdığımız "Text" in yerləşdiyi leyri, "Rasterize Layer" ilə Rasterizə edərək, eyni Layer-ə Pencil Tool (qələm) ilə nöktə, vergül yada “ğ” ni üstünü əllə yazarıq. Ancaq bunu tətbiq edənsonra yazinin çeyfiyətini biraz itirəçəyini unutmayin.Çünkü "Rasterize Layer" ilə artıq yazımız "Text" xüsusiyətini itrmişdi. Şəkilinizdə "Text" əlavə etmək üzərə, Alət qutusundan "Type Tool" -u seçdiyimiz anda Layer Pənçərəsində özündən təzə Layer açılır. Yazdığımız yazı (Text) bu təzə Leyr-in içində yerləşir. Çünkü hər "Text" ayrı bir Leyir-də yerləşir. Leyer Pənçərəsində o Leyrə aid balaça pənçərənin için də, " Hop, Bu Leyirdə "Text" var!.." demək istiyir kimi “Type Tool”un işarəsi " T " yerləşir. Alət qutusundan "Type Tool" seçildikdən sonar yada Text-in yerləşdiyi Leyer-dəki balaça pənçərə içindəki Type Tool " T " işarəsi üzərinə sol düyməni iki dəfə basıdığımızda "Alət Seçimlər Çubuğunda" Type Tool (Yazı Aləti) nin özəllikləri ortuya çıxır.



İndi də Alət seçənəklər cubuğuda yerləşən Yazı Alətinin əmirləriə nəzər yetirək.



Bu alət ilə "Text"-in növünü süçirik. Başda seçili olan, normal Text deyilir. Yanındakı isə “Text”-ə maskalamaq üçün seçili sahə yaradır



Yazılaçaq mətnin soldan sağa və ya yuxarıdan açağı yazılması.



Burada açılan menyuda istifadə etdiyiniz yazı tipini srçirsiniz. Sistemnizdə istifadəetdiyiniz fontlari burada görə bilərsiniz



İstifadəetdiyimiz fondun xüsusuyətinə görə Regular (Normal), Italik (Buçaq altında), Bold (Qalın), Bold Italik (Qalın və Bucaq altında) olaraq Font Style(Yazı Şəkli)-I seçməyimizi təmin edir.



Açılan menyudan Pixel növündən Font Size (Yazının ölçüsü)-ü seçməyi təmin edir.



Açılan menyudan, Strong (Qalın), Crisp (Parlak), Smooth (Yumuşaq) təsir ilə Anti-aliasing üslünu seçməyi təmin edir. None seçilərsə Anti-aliasing tətbiq olunmaz. (Anti-aliasing, Text Kənarlarındakı kəskin xətlərin, ətrafının yumuşaq xətlərlə doldurulması.)



Mətnin düzülüşünü bildirir (Solda, ortada, sağda).



Yazımızın rənqini təyin etmək üşün. Üstündə sol düyməni basıb açılan "Color Picker"-dən yazının rıngini dəyişdirin.



Müxtəlif əyrilik , müxtəlif pozisialar mətnin yaxşı görünməyinə kömək edər.



Yazı xüsusiyəri və Paragraf xüsusiyətləri kimi bütün amrləri bir yerdə yerləşdirir ‘Yaz Politra’-si aktiv hala düşür.



"Text"-ə tətbiq edilən bütün əməlyatları təstiq edər və ya ləvğ edər.

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin